Məhkəmə qərarları › İş №2-1(112)-17047/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17047/2023

25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17047/2023 25.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “ödənilməli olan məbləğin indeksasiya edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli 2- 1(103)-752/2019 saylı qərarına əsasən 74856 (yetmiş dörd min səkkiz yüz əlli altı) manatın tutularaq İddiaçı ödənilməli olan həmin məbləğin indeksasiyası edilməsi və 15245 (on beş min iki yüz qırx beş) manatın tutularaq İddiaçı əlavə olaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli 2-1(103)-752/2019 saylı qərarına əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən iddiaçılar İddiaçı və X1 hər birinə vurulmuş maddi ziyana görə 74856 (yetmiş dörd min səkkiz yüz əlli altı) manat olmaqla cəmi 149712 manatın tutularaq onlara ödənilməsi qərara alınmışdır. Sözügedən məhkəmə aktına dair 14 fevral 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsi tərəfindən icra vərəqi verilmiş, lakin qətnamə ona münasibətdə yalnız xx.xx.2023-cü il tarixdə icra edilmiş, pul vəsaiti onun Kapital Bank ASC-nin Nəsimi filialındakı hesabına köçürülməklə ödənilmişdir. Beləliklə, heç bir üzrlü səbəb olmadan pulun İddiaçı ödənilməsi 4 ilə yaxın müddətdə süründürülmüş və inflyasiya üzündən pul əvvəlki dəyərini xeyli itirmişdir. Üzrlü səbəb olmadan iddiaçıya 3 ildən çox müddətdə gecikdirilməklə ödənilmiş pul məbləği Azərbaycan Respublikası qanunvericiliyinə əsasən indeksasiya edilməli və fərq ona ödənilməlidir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən inflyasiya göstəricisi kimi qəbul edilmiş istehlak qiymətləri indeksi 2020-ci ildə 102,8%, 2021-ci ildə 106,7%, 2022- ci ildə isə 113,9% olmuşdur. Beləliklə, illik inflyasiya nəzərə alınmaqla Xətai Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı əlavə olaraq 15245 (on beş min iki yüz qırx beş) manat ödənilməlidir. (74856x102,8x106,7x113,9=90101-74856=15245) xx.xx.2023-cü il tarixdə tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edilərək həmin pul məbləğinin ödənilməsinə dair sərəncam verilməsi xahiş edilsə də, artıq 35 gündən çoxdur ki, heç bir cavab almamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 oktyabr tarixli 2-1(82)- 77/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsindəki 2333-cü məhəllə ünvanında 0,06 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 1497,12 kv.metr olan 3 mərtəbəli tikilinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq ədalətli kompensasiya kimi 299.400 manat məbləğində pulun D.D.Həbibova və İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(103)-752/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsindəki 2333-cü məhəllə ünvanında 0,06 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 1497,12 kv.metr olan 3 mərtəbəli tikilinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq ədalətli kompensasiya kimi 149.712 manat məbləğində pulun D.D.Həbibova və İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2995/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 01 may tarixli 2-1(103)-752/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən təqdim edilmiş 2-1(82)-77/2018 saylı xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1 (103)-752/2019 nömrəli qərarı icraya yönəldilmişdir. Məhkəmə qərarının qüvvəyə mindiyi tarix – xx.xx.2019-cu il. Bakı şəhəri Xətai rayonu İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmənin 2-1(82)-77/2018 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai rayonu İcra və probasiya şöbəsi tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış 40851/2020-1-20 saylı xx.xx.2020-ci il tarixli bildirişdə bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-77/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunur. Bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməsə, icra məcburi qaydada təmin ediləcək, həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacaqdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış 3-34/2-464/02-2/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2019-2022-ci illərdə müvafiq olaraq olmuşdur: 2019-cu il – 102,6; 2020-ci il – 102,8; 2021-ci il – 106,7; 2022-ci il – 113,9. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, hakimiyyət orqanları tərəfindən məhkəmə qərarlarının uzun müddət icra olunmaması Konvensiyanın 6-cı maddəsi ilə təsdiq olunmuş məhkəməyə müraciət hüququnun və 1 saylı Protokolun 1-ci maddəsi ilə təsbit olunmuş mülkiyyət hüququnun pozuntusudur (Burdov Rusiyaya qarşı №59498/00, xx.xx.2002-ci il tarixli qərar). İş materiallarına əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli 2-1 (103)-752/2019 nömrəli qərarı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi icra olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə qərarının icrası ilə əlaqədar yaranmış tələbdir. İddiaçının qüvvədə olan yekun məhkəmə aktının vaxtında icra olunmamasına görə kompensasiyanın ödənilmədiyi dövr üçün və ödəniş gününə indeksasiya edilməsinə dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati məhkəməsinə müraciət etmək hüququ vardır. Bu barədə məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsinə hüquqi yardım göstərilməsinə baxmayaraq o, iddia tələbini müdafiə etmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar