Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1705/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən 3-cü qrup əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 2-ci qrup əlilliyin təyin edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini qiymətləndirildiyi 16 oktyabr 2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. xx.xx.2021-ci il tarixli forma 88 arayışına əsasən iddiaçıya əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilib, Səbəb:Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Son illərdə müalicəsi yoxdur, Əlavə müalicəyə ehtiyacı vardır. Diaqnoz: Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Valgus deformasiyası, Patella femoral artroz, oynaq kontrakturası, Valgus deformasiyası. göstərilib.
4. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti 18 saylı Şəhər Poliklinikasının 107.2013-cü il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin sirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => 12 - Bud sümüyünün sınığı => S72.1 - Burmada..., Diaqnozun mətni: Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ bud sümüklərinin orta 3/1 ssəsinin osteosintezdən sonrakı bitişmiş sınığı.” “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları.” səbəbi ilə bir il müddətinə idimişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi: ümumi xəstəlik, X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada..., Diaqnozun mətni: Sağ bud sümüyünün kondiluslarının bitişmiş sınığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik > 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları." səbəbi ilə bir il müddətinə bilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: ümumi xəstəlik, X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və arici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S52 Said sümüklərinin sınığı => S52.9 - Said sümüklərinin dəqi..., Diaqnozun mətni: Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ diz oynağının kontrakturası və aldırın trofiki pozğunluqları., Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Travmalar.” səbəbi bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin birinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S52 - Said sümüklərinin sınığı => S52.9 - Said sümüklərinin dəqi..., Diaqnozun mətni: Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ diz oynağının kontrakturası və baldırın trofiki pozğunluqları., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar.” səbəbi ilə beş il müddətinə verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S50 - Saidin səthi travması => S50.8 - Saidin digər səthi travma..., Diaqnozun mətni: Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Valgus deformasiyası, Patella femoral artroz, oynaq kontrakturası, Valgus deformasiyası., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. Bakı 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X2: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər, Diaqnozun mətni: Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu Patella femoral artrozValgus deformasiyasi Hipertrofik çapıq, Sag baldırın dəri trofiki dəyişikliyi, capigi, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış isusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya avədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq,vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial kspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Qeyd olunanlara əsasən cavabdeh orqan iddianın mümkün sayılmamasını xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün cavabdeh orqana bir ay müddət təyin edilmişdir.
6. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli əyani müayinə aktına əsasən müəyyən olunmuşdur ki, Bakı, Binəqədi, 7-Ci Mikrorayon, X5 ünvanında qeydiyyatda olan İddiaçı Daxil oğlunun (FİN- xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0096003AADUG nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: “müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0096003AADUG nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı Daxil oğlunun hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu Patella femoral artrozValgus deformasiyasi Hipertrofik çapıq, Sag baldirin dəri trofiki dəyişikliyi, capigi, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə uyğun olaraq İİİ (üçüncü) dərəcə müddətsiz əlilliyin təyini qərara alınmışdır.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlərin və əyabi müayinənin nəticəsi olaraq barəsində xx.xx.2022ci ildən “Ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı qərarı qəbul edilmişdir.
8. İddiaçının ərizəsi əsasında iddia tələbi göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.
9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əyani müayinə nəticəsində ona əlillik xx.xx.2022-ci il tarixdən təyin edilib, lakin onun təqdim etdiyi sənədlər və forma 88 arayışı ona əlilliyin daha əvvəl, yəni Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təyininə əsas verir.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak iştirakı edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verdi.
İİ. İddianın növü və mümkünlüyü
11. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
13. İddiaçının əlillik vəziyyəti məhkəmə qərardadı əsasında aparılmış əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona üçüncü dərəcə əlillik xx.xx.2022-ci il tarixdən qüvvədə olmaqla təyin edilmişdir. Lakin iddiaçı ona əlilliyin daha əvvəlki tarixdən, Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təyin edilməsini tələb edir.
14. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddiaçı bildirir ki, əvvəllər əlilliyi olduğundan, əlilliyin təyin olunmasından imtinadan məlumatsız olub, pensiya almadığından uzun müddət sonra ona məlum olub ki, səbəb əlilliyin təyin olunmasından imtinadır.
15. №2732003AACX5 nömrəli 16 oktyabr 2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlilliyin növbəti müddətə təyin olunmasından imtina, əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Son illərdə müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı vardır.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia müəyyən etməyə və mübahisələndirməyə dair iddiadır. Belə ki, iddiaçı əlilliyin təyini tarixinin cavabdehlə hüquq münasibətlərinin yarandığı tarixdən müəyyən edilməsini və əlilliyin təyini tarixinin dəyişdirilməsini tələb edir.
20. İPM-dən: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
21. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən əlilliyin qiymətləndirilməsi Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə aparılmış, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.
22. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
24. İddiaçıya: - ilkin olaraq İİİ dərəcə əlillik bir il müddətinə xx.xx.2013-cü ildən təyin olunmuşdur (diaqnoz: Sağ bud sümüyününkondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ bud sümüklərinin orta 1/3 hissəsinin osteosintezindən sonrakı bitişmiş sınığı; meyar 2.3.üçüncü dərəcə əlillik= 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları), - İİİ dərəcə əlillik eyni diaqnozla xx.xx.2014-cü il tarixdə bir il müddətinə, - İİ dərəcə əlillik eyni diaqnozla xx.xx.2015-ci il tarixdə bir il müddətinə, - İİ dərəcə əlillik eyni diaqnozla xx.xx.2016-cı il tarixdə beş il müddətinə təyin olunmuşdur.
25. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixli qiymətləndirməyə əsasən iddiaçıya həmin diaqnozla (digər postravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Valgus deformasiyası, Patella femoral artroz, oynaq konktakturası. Valgus deformasiyası) əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Son illərdə müalicəsi yoxdur, Əlavə müalicəyə ehtiyacı vardır.
26. 07.04.2022-ci il tarixli 0096003AADUG forma 88 arayışına əsasən xx.xx.2022-ci il tarixdə həmin diaqnozla əlilliyin növbəti müddətə təyin olunmasından göndərişin natamam doldurulması əsası ilə imtina edilib. Səbəb: müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun.
27. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixli qiymətləndirməyə əsasən cavabdeh qurum qeyd edilmiş diaqnozu ilə əlaqədar son illərdə müalicəsi olmadığından əlavə müalicə məsləhət görülmüşdür (yetərli olan müddət qeyd edilməməklə).
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
29. Məhkəmə müəyyən edir ki, Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən (iddiaçı 2010-cu ildən xəstəlikdən əziyyət çəkir və 2013-cü ildən əlildir), Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır, yəni təkrar əlillik təyinatı zamanı şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması tələb edilə bilməz.
30. Bunu qeyd edərkən məhkəmə nəzərə alır ki, iddiaçıya aid əlillik altsistemindən görünür ki, iddiaçı 2010-cu ildə təkər partlaması nəticəsində aldığı travma nəticəsində xəstədir və 2013-cü ildən əlillik statusu var, həkim tərəfindən müəyyən edilmişdir ki, koməkçi əsasının yardımı ilə hərəkət edir.
31. İddiaçıya təyin edilmiş əsas diaqnoz M17.3 (Digər posttravmatik qonartrozlar, sağ diz oynağının artrozu, patella femoral artroz) və ağırlaşması M21.0 Digər rubrikalarda təsnif olunmayan valgus deformasiya, valgus deformasiya və M24.5 (Oynaqların kontrakturası, oynaq kontrakturası) xx.xx.2022-ci il tarixdə aparılmış əyani müayinə zamanı da təsdiqini tapmışdır.
32. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında 16 oktyabr 2021-ci il tarixdə aparılmış qiymətləndirmə zamanı XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən İİİ dərəcə əlillik təyin olunmasına əsas verən xəstəliyini müəyyən etməsinə baxmayaraq (əyani müayinə zamanı Əsasnamənin 2.5.5-ci bəndi təsdiq olunmuşdir) və həmin xəstəliklərlə bağlı illər ərzində stasionar müalicədə olmasına (xx.xx.2022-ci il tarixdə tərtib olunmuş Forma 88-də həmin əvvəlki müalicələr ətraflı göstərilib) və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə həmin xx.xx.2021-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
34. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı xx.xx.2022-ci il tarixdən deyil, daha əvvəl, yəni göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən aparılmaqla ikinci dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı İİİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının) göndərinin verildiyi xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva