Məhkəmə qərarları › İş №2-1(112)-1706/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1706/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1706/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə X2 Publik Hüquqi şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının verdiyi xx.xx.2019-cu il tarixli seriya SN 00005 N 750401 saylı rəsmi təsdiq olunmuş xəstəlik bülletenini nəzərə alaraq xx.xx.2019-cu il tarixdən ona 3-cü qrup əlillik dərəcəsinin təyin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Mingəçevir şəhər Səhiyyə müəssisəsinin HMK-nın xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş 02288003AAE95 saylı göndərişlə bağlı TSERAS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli imtina qərarının, xx.xx.2019-cu il tarixli Seriya 00005 №li xəstəlik vərəqinin notarial təsdiq olunmuş surətini də nəzərə alınmaqla etibarsız hesab etməklə, xx.xx.2019-cu il tarixdən ona əlillik dərəcəsinin müəyyən olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə oxumaqla baglı gözlərinə eynək təyin etdirmək üçün Mingəçevir şəhər M ə rkəzi Xəstəxanasına müraciət etmiş və müayinə zamanı sol gözünün görmə qabiliyyətinin tamamilə itirildiyi aşkar edilmişdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının göndərişinə əsasən xx.xx.2019-cu il tarixdə müayinə üçün X6 adına Milli Oftalmologiya Mərkəzində tibbi ekspert komissiyasından keçmiş və sol gözünün görmə qabiliyyətinin tam itməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 593 saylı Tibbi rəy verilmişdir. Həmin Tibbi rəyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına təqdim etdikdən sonra əlillik dərəcəsinin təyin olunması qaydalarına uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək müayinə və müalicə olunmaq ücün ona xəstəlik bülleteni acılmışdır. Bundan sonra Mingəçevir şəhər X3 Məsləhət Komissiyası tərəfindən 0288003AAE95 saylı göndəriş (forma88) "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"-nə daxil edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və X5 (TSERAS) tərəfindən səhiyyə müəssəsi tərəfindən 0288003AAE95 saylı göndəriş (forma88)-in natamam doldurulması səbəbindən imtina barədə qərar verilmişdir. Həmin imtina qərarı ilə bağli xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət etmiş, həmin ərizəyə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli **********4 saylı cavab məktubunda ümumi əsaslarla cavab verilmiş və xx.xx.2019-cu il tarixli 0288003AAE95 saylı rəsmiləşdirilmiş göndəriş (forma88)-in TSERAS tərəfindən imtina olunması səbəbinə münasibət bildirilməmişdir. Odur ki, xx.xx.2019-cu il tarixdə 0288003AAE95 saylı göndəriş (forma88) üzrə əlillik vəziyyəti barədə imtinaya dair şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Mingəçevir səhiyyə müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək ətraflı müayinə olunmaqla (Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının verdiyi xx.xx.2019-cu il tarixli Seriya SN 00005 N 750401 saylı rəsmi təsdiq olunmuş xəstəlik bulletenə əsasən) xəstəliyin ağırlaşması səbəbi göstərilməklə müalicə və müayinədən keçdiyini bildirmişdir. Lakin bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli **********3 saylı cavab məktubunda əlilik vəziyyətinin xx.xx.2019-cu il tarixli 0288003AAE95 saylı rəsmiləşdirilmiş göndəriş əsasında qiymətləndirilməsi və göndərişin natamam doldurulması barədə qərar verilməsi göstərilmişdir. Halbuki, müraciətdə qeyd etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək ətraflı müayinə və müalicə olduğu və xəstəliklə əlaqədar bülletendə olduğu hallar araşdırılmamışdır. Bundan sonra təkrar Mingəçevir şəhər X3 Məsləhət Komissiyası tərəfindən 0288003AAFKL saylı göndəriş (forma88) xx.xx.2019-cu il tarixdə "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”-nə daxil edilmişdir. xx.xx.2019-cu il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qeydiyyatdan keçərək bu məsələ ilə bağlı ekspert həkimlərin qəbulunda olmuşdur. xx.xx.2019-cu il tarixli 0288003AAE95 saylı rəsmiləşdirilmiş göndərişlə bağlı imtinanın səbəbi kimi— xəstəliklə əlaqədar səhiyyə müəssisəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək xəstəlik bulletni açılması barədə forma 88-də qeyd aparılmadığı əsas olaraq bildirilmiş və yeni xx.xx.2019-cu il tarixli 0288003AAFKL saylı göndəriş (forma88)-in araşdırılma mərhələsində olduğu izah olunmuşdur. xx.xx.2019-cu il tarixli ərizə ilə rəsmi qaydada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edərək AR Nazirlər Kabinetinin 5 fevral tarixli 2016-cı il tarixli 36 nömrəli qərarının “Tibbi Sosial Ekspert Komissiyaları haqqında əsasnamə"nin 3.1.15-ci bəndinə əsasən ”əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək" bəndinə uyğun olaraq TSEK tərəfindən səhiyyə müəssisəsindən lazımı məlumatların alınmasının təmin olunmasını xahiş etmişdir. Lakin qanunsuz olaraq Mingəçevir səhiyyə müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək ətraflı müayinə olunmaqla Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının verdiyi xx.xx.2019-cu il tarixli Seriya SN 00005 N 750401 saylı rəsmi təsdiq olunmuş xəstəlik bulleteninə dair məlumatlar nəzərə alınmadan xx.xx.2019-cu il tarixdə TSERAS tərəfindən 0288003AAFKL nömrəli göndəriş əsassız olaraq natamam doldurulma səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılması barədə qərar verilmişdir. TSERAS tərəfindən imtina barədə məlumat xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus olan 050 *** ** ** saylı telefonuna mesaj göndərilmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli **********2 saylı cavab məktubunda əlilllik vəziyyətinin səhiyyə müəssisəsinin 0288003AAFKL nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirildiyi və göndərişin natamam doldurulması barədə qərar verildiyi bildirilmişdir. Natamam doldurulma səbəbi kimi onun haqqında xəstəlik vərəqəsində olma günləri barədə məlumatın qeyd olunmadığı göstərilmişdir. TSERAS tərəfindən 0288003AAFKL nömrəli göndərişin səhiyyə müəssisəsinə natamam doldurulması səbəbindən qaytarılması haqqında bildiriş ona 050 334-38-19 saylı telefonuna xx.xx.2019-cu il tarixdə mesaj göndərilmişdir. Yəni xx.xx.2019-cu il tarixdə TSERAS tərəfindən 0288003AAFKL nömrəli göndərişin imtina olunması barədə ona mesaj göndərilməmişdir, sistem elektronlaşdırıldığından həmin tarixdə qüvvədə olan əsasnaməyə görə qəbul olunan imtina qərarı barədə ona məxsus 050 *** ** ** saylı telefonuna TSERAS tərəfindən bildiriş göndərilməli idi. 0288003AAFKL nömrəli göndəriş üzrə imtinanın səbəbi: xəstəlik vərəqində olma günləri barədə məlumatın göstərilməməsi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qeydiyyatdan keçərək bu məsələ ilə bağlı təkrar ekspert həkimlərin qəbulunda olmuş və yenə də bildirişdə xəstəliklə bağlı müayinə barədə məlumatların olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-6426/2020 nömrəli qərardadları ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə X2 Publik Hüquqi şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Cavabdehin və üçüncü şəxsin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddənin tələblərinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci ildə Yevlax rayonu Marzılı kəndində doğulmuş Musayev X1 şəhəri N.Rəfibəyli küç., ev 10/4 ünvanında qeydiyyatdadır. Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2019-cu il tarixli 0288003AAE95 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2001-ci il tarixdə başlamışdır. Xəstəliyin gedişi –Xronikidir. Əsas xəstəlik kimi H33.0 Tor qişanın cırılma ilə qopması OS-tor qişanın qopması və cırılması, Akademik Z.Əliyeva adına MOM-UN xx.xx.2019-cu il tarixdə verdiyi tibbi rəyə əsasən VİZUS OD = 0,7 k/ilə - 0,9, VİZUS OS = 0 (sıfır), buynuz qişanın xaric edilməsi əməliyyatından sonrakı vəziyyət (2002) göstərilmişdir. Ağırlaşma kimi isə H50.1 müştərək xarici çəpgözlük OSxarici çəpgözlük; H27.0 Afakiya OS-afagiya; H11.0 Pteriqium OD-pteriqum İ mərhələ; H54.4 monokulyar korluq OS-monokulyar korluq qeyd edilmişdir.Yanaşı xəstəliklər kimi H52.0 hipermetropiya; F45.3 vegetativ sinir sisteminin somatoform disfunksiyası kəskin asteno nevrotik vəziyyət xəstəlikləri qeyd edilmişdir. TSEK-a göndərilməsi üçün əsas kimi ümumi xəstəlik qeyd olunmuşdur. Həmin arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh inzibati orqan tərəfindən xx xxxx 2019-cu il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: göndərişin natamam doldurulması. Səbəb: sol gözün diaqnozu dəqiqləşdirilsin. Həkim oftamoloqun müayinəsi dəqiq və geniş yazılsın. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixli 0288003AAFKL saylı göndərişlə göndərilmiş TQS № 088 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2001-ci il tarixdə başlamışdır. Xəstəliyin gedişi – Xronikidir. Əsas xəstəlik kimi H33.0 Tor qişanın cırılma ilə qopması OS-tor qişanın qopması və cırılması, Akademik Z.Əliyeva adına MOM-UN xx.xx.2019-cu il tarixdə verdiyi 593 saylı tibbi rəyə əsasən VİZUS OD = 0,7 k/ilə - 0,9, VİZUS OS = 0 (sıfır), xəstə üçüncü qrup əlildir. Ağırlaşma kimi isə H50.1 müştərək xarici çəpgözlük OS-xarici çəpgözlük; H52.0 hipermetropiya OD-hipermetropiya; H27.0 Afakiya OS-afagiya; H54.4 monokulyar korluq OS-monokulyar korluq qeyd edilmişdir.Yanaşı xəstəliklər kimi H11.0 Pteriqium ODpteriqum İ mərhələ; F45.3 vegetativ sinir sisteminin somatoform disfunksiyası kəskin asteno nevrotik vəziyyət xəstəlikləri qeyd edilmişdir. TSEK-a göndərilməsi üçün əsas kimi ümumi xəstəlik qeyd olunmuşdur. Həmin arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Səbəb: xəstənin aktiv əmək müqaviləsi var, lakin xəstəlik vərəqəsində olma günləri barədə məlumat qeyd edilməyib. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası poliklinika şöbəsi tərəfindən xx xxxxx 2019cu il tarixdə verilmiş SN 00005 seriyalı 750401 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, Mingəçevir Dövlət Universitetində müəllim vəzifəsində işləyən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək; xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək; xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək; xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdən azad edilmişdir. Xəstəlik vərəqəsində iddiaçının xx.xx.2019-cu il tarixdən işə başlamalı olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 20/2021 saylı (ekspertizanın başlanma tarixi xx xxxxxx 2020-ci il, başa çatma tarixi xx xxxxxx 2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı əziyyət çəkdiyi “tor qişanın cırılma ilə qopması, sol gözdə tor qişanın qopması, monokulyar korluq, hər iki gözdə müştərək xarici çəpgözlük, sol gözdə afakiya, hipermetropiya, vegetativ sinir sisteminin somatoform disfunksiyası, kəskin asteno-nevrotik vəziyyət, sağ gözdə pteriqiumun götürülməsi əməliyyatından sonrakı vəziyyət” xəstəlikləri ilə əlaqədar əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Mingəçevir şəhər mərkəzi xəstəxanasında doldurulmuş xx.xx.2019-cu il tarixli 0288003AAE95 saylı və xx.xx.2019-cu il tarixli 0288003AAFKL saylı göndərişlə göndərilmiş № 088 saylı arayışlar natamam doldurulmuş, belə ki, aktiv işlə əlaqədar şəxsin müqaviləsi olduğu halda açılmış xəstəlik vərəqindəki gün sayı forma 088-də qeyd edilməmiş və X8 Komissiyası tərəfindən imtina deyi, məsələnin dəqiqləşdirilməsi şəklində qeydiyyat aparılmışdır. Odur ki, məsələnin həlli üçün yuxarıda qeyd edilənlər forma 088-də öz əksini tapmaqla yenidən sənədlər komissiyaya göndərilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən xx.xx.2019-cu il tarixli 0288003AAE95 saylı və xx.xx.2019-cu il tarixli 0288003AAFKL saylı göndərişlə göndərilmiş № 088 saylı arayışların natamam doldurulduğunun təsdiqini tapdığını nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM- 73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar