Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1708/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Pirallahı rayon Polis İdarəsinə qarşı X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin 20.05.2021-ci il tarixli, 058-4901-1221 saylı imtina məktubunun qanunsuz hesab edilməsi və onun yaşayış yeri üzrə-ünvan 1 ünvanında qeydiyyata alınmasının cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı səhəri, ünvan 3 ünvanda qeydiyyata alınan zaman keçmiş Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində onun yaşayış ünvanı ünvan 6. ünvan 7 olaraq qeyd edilmişdir. İlk əvvəl bununla bağlı heç bir çətinliklər yaranmamış, özü, valideynləri, arvadı və uşaqları, o cümlədən hazırda qardaşı X16 elə polis orqanının səhvi nəticəsində sonuncu qeyd olunan ünvanda pasport qeydiyyatına alınmışlar. Daha sonra ünvan 7 ünvanında yerləşən əmlakın həqiqi mülkiyyətçisi X8 məhkəməyə müraciət edərək polis orqanının səhvi nəticəsində onun mülkiyyətində olan adıçəkilən ünvana qeydiyyata alınmış onun, onun ailə üzvləri, o cümlədən atasının qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Pirallahı Məhkəməsinə müraciət etmiş, məhkəmənin 21.01.2020-ci il tarixli, 2(094)-56/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş X3 və İddiaçı az yaşlı uşaqları 15.09.2011 -ci il təvəllüdlü X4, 20.05.2017-ci il təvəllüdlü X5 və 30.05.2019-cu il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) rayon Polis İdarəsi tərəfindən texniki səhv nəticəsində aparılan qeydiyyat məhkəmənin qətnaməsi ilə ləğv edilmişdir. Həmin buraxılmış səhvin aradan qaldırılması məqsədilə o, əvvəlcə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, oradan ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinə göndərilmişdir. Müraciətində faktiki yaşadığı və əslində ilkin olaraq polis orqanı tərəfindən qeydiyyata almalı olduğu ünvan 9ta alınmağını xahiş etmiş, habelə polis orqanı tərəfindən texniki səhvi nəticəsində ünvan 8 ünvanına deyil, ünvan 7 ünvanına qeydiyyata alındığını və bu səbəbdən həmin yanlışlığın aradan qaldırılması məqsədilə yenidən həqiqi yaşadığı ünvana - ünvan 9ta salınmasının qanuni və əsaslı olduğunu bildirmişdir. Bakı şəhəri Pirallahı rayon Polis Şöbəsi buraxılmış səhvi aradan qaldırmaq əvəzinə, onun müraciətini nəzərə almamış və 20.05.2021-ci il tarixli, 058-4901-1221 saylı məktubla onu faktiki yaşadığı ünvana qeydiyyata almaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 11 avqust 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, Məhkəmənin 20.10.2021-ci il tarixli qərardadı ilə X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsi və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilnin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 10 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli 2(094)-56/2020 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş 2(094)-56/2020 saylı 21.01.2020-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, iddiaçı X8 cavabdehlər X6 və İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 saylı 21.01.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X3 və İddiaçı azyaşlı uşaqları 15.09.2011-ci il təvəllüdllü X9, 20.05.2017-ci il təvəllüdlü X11 və 30.05.2019-cu il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqlarının itirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli 2(094)-56/2020 saylı məktubuna əlavə olunmuş Bakı şəhəri Pirallahı rayon Polis Şöbəsinin 29.02.2020-ci il tarixli 058-2666-120 saylı məktubundan müəyyən olunur ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 nömrəli, 24.02.20020-ci il tarixli qətnaməsinə əsasən X7, İddiaçı, X9, X11 və X12 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmış və şəxsiyyət vəsiqələri fəaliyyətsizləşdirilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, faktiki yaşadığı ünvan 12 ünvanına pasport qeydiyyatına alınmaqla həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli 2(094)-99/2020 saylı Qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzibəyov küçəsi, ev 5/2 mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X16 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.11.2020-ci il tarixli 2(103)-5251/2020 saylı qətnaməsi ilə cavabdeh X13 apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsinin ləğv olunması, İddiaçı cavabdeh X10rşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli 2(094)-193/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X16 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli 2(094)-193/2021 saylı qətnaməsi ilə iddiaçı X15 cavabdeh İddiaçı qarşı “mənzidən çıxarılma” barədə iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.08.2021-ci il tarixli **********55 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 13 ünvanı X13 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.08.2021-ci il tarixli **********55 saylı məktubuna əlavə olunmuş 111852 №müqavilənin surətindən görünür ki, X16 mübahisəli mənzili 09.01.2001-ci il tarixdə almışdır. 01.03.2001-ci il tarixdə sonuncunun həmin mənzilə dair xüsusi mülkiyyət hüquqları (FM seriyalı 004514 № qeydiyyat vəsiqəsi) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi 21.07.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X13 adına qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 30.11.2021-ci il tarixli ***-***-**- **21 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında 26.06.1983-cü il təvəllüdlü X13 və 18.12.2004-cü il təvəllüdlü X1 yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən edilmişdir. Eyni zamanda iş üzrə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 05.02.2020-ci il tarixli arayışından görünür ki,X2 ünvan 13 ünvanında qeydiyyatdadır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli 058-4901-1221 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnu dövlət qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən order, çıxarış, icarə və kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. Göstərilən sənədlərdən birini təqdim etdiyiniz təqdirdə müraciətiniz mübət qaydada təmin olunacaqdır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı səhvən qeydiyyata alındığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmış və şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Hazırda onun qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan mənzil iddiaçının daimi yaşayış yeri olduğuna görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı yaşayış yeri üzrəüçüncü şəxs X14 məxsus ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşayış yeri üzrə- üçüncü şəxs X14 məxsus ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1708/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1708/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver