Məhkəmə qərarları › İş №2-1(112)-1709/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1709/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1709/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X24, X10, X4 və onların vəkili Vəkil, X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X40, X41, X25, X13, X11, X5, X17, X26) qarşı ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər X24, X27, X10, X6, X4, X1, X17, X8 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 11 nömrəli mənzili xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********20-10301-093014 reyestr nömrəsi ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Müvafiq mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Lakin yaşayış yerindən arayış alarkən ona məlum oldu ki, bir sıra şəxslər həmin mənzildə pasport qeydiyyatına salınmış və hal-hazıradək xüsusi mülkiyyətində qanunsuz olaraq qeydiyyatdadırlar. Azərbaycan Respyblikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, üçüncü şəxslər - X40, X25, X13, X11, X41, X5, X34, X26 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 11 nömrəli evdə pasport qeydiyyatındadırlar. Üçüncü şəxslərin mülkiyyətində olan mənzildən çıxarılması ilə bağlı cavabdehə müraciət etdi, lakin Suraxanı Rayon Polis İdarəsi müraciətinin təmin edilməsindən imtina etdi. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuzdur və onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyəində qalmışdır.

3. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üçüncü şəxsləri faktik olaraq həmin ünvanda yaşamalarına etiraz etmir, sadəcə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarını istəyir. Belə ki, əmlaka sərəncam vermək üçün onların razılığı tələb olunur. Üçüncü şəxslər əmlakın bir hissəsini satmağa razılıq vermədikləri üçün məcbur qalıb ərazidəki tikilinin bir hissəsini sökərək boş torpaq sahəsi kimi satmışdır.

4. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən üçüncü şəxslər X40, X25, X11 bildirdi ki, sözügedən evdə pasport qeydiyyatındadırlar və hazırda həmin ünvanda yaşayırlar.

5. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən üçüncü şəxs X18 bildirdi ki, iddiaçının qohumudur, iddiaçı ona həmin ünvanda yaşamağa imkan vermir.

6. Üçüncü şəxslər X24, X10 və X4 vəkili iddiaya etiraz təqdim edərək bildirdi ki, İddiaçı 3-cü şəxslərdən X24 əmisi X9 oğludur, evdən pasport qeydiyyatdan çıxarılmağını tələb etdiyi ünvan 2 evin tikilməsi üçün ilkin torpaq ayırması mərhum nənələri X22 ayrılmışdır. Həmin ünvan 2 ünvanda üç ayrı giriş çıxışı olan fərdi yaşayış evi tikilmişdir. Bunların birində hazırkı iddiaçının atası, əmisi X19, ikinci evdə müdafiə etdiyi şəxslərin mərhum atası X28 tərəfindən tikilmiş (bu gün həmin evdə onun arvadı, oğlu, qızı, gəlini və nəvəsi olan 3-cü şəxslərdən X40, X41, X25, X11, X35 yaşayır) və üçüncü ev isə mərhum əmiləri X29 tərəfindən tikib yaşamışlar və kompensasiya almaqla 1987-ci ildə o ailəsi ilə həmin evdən çıxmış və oranı qardaşı oğlu X30, yəni İbrahimin qardaşına vermişlər. Mərhum ataları tərəfindən inşa edilmiş fərdi yaşayış evində bütün kommunal xidmətlər üzrə işıq, qaz, su, və telefon kodları atasının və anasının adınadır. X3 04 avqust 2015-ci il tarixdə vəfat etmişdir. Belə ki, vəkil sorğusuna verilən cavablara əsasən “Azərişıq" Suraxanı Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin 13 dekabr 2022-ci il tarixli 3199 - 204 nömrəli məktubuna görə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 11 ünvanında istehlak olunan elektrik enerjisinə görə “Azərişıq " ASC-nin kompyuter bazasında xx.xx.2007-ci il tarixdə X12 adına, **********10002 abunə kodu açılmıış və xx.xx.2007-ci il tarixdə A380765378 saylı sayğac quraşdırılmışdır. xx.xx.2020-ci ildə sayğac dəyişdirilmiş, 77067805 saylı sayğac quraşdırılmışdır, hal-hazırda evdə olan **********2 saylı elektrik sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. Suraxanı rayonu Əmircan qəsəbəsi, ünvan 3 ünvanında olan fərdi yaşayış evinin kodu hal-hazırda X12 adınadır". Bakı Regional Qaz Satışı Departamentinin 20 dekabr 2022-ci il tarixli məktubuna görə 03 iyul 2017-ci il tarixdə X4 adına X2 Sistemində **********000111 nömrəli hesab üzrə addəyişmə edilmişdir”. Məhkəmənin nəzərində çatdırılır ki, bugün həmin evdə 3-cü şəxslərdən X40, X41, X25, X11, X34 qeydiyyatda olmaqla yaşayırlar. 3-cü şəxslərin bu yaşayış yerindən başqa yaşamağa evləri yoxdur. Onların qeydiyyatda olmaları formal xarakter daşımır. Qeyd olunanlara əsasən üçüncü şəxslərin vəkili X24, X27, X10, X4 və Abbasova (Muradova) Almaz Rafiqovnanın ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılmaları iddia tələbinin onlara aid hissəsində mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh Suraxanı Rayon Polis İdarəsi məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

10. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir.

11. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X40, X25, X13, X11, X41, X5, X34, X18 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.

13. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X40, X25, X13, X11, X14, X41, X5, İddiaçı, Abbasova (Muradova) Almaz Rafiqovna, X32, X18, X15 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

14. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X40, X25, X13, X11, X41, X5, X34, X18 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

15. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.

16. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 1/121 nömrəli arayışa əsasən bildirilmişdir ki, X11, X36, X40, X25, X41, İddiaçı, X13, X15, X14, X7, X32, X20 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

17. Vəkil sorğusuna cavab olaraq Suraxanı Rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən bildirilmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, ev 11 ünvanında istehlak olunan elektrik enerjisinə görə "xxxx"ASC–nin kompyuter bazasında xx.xx.2007-ci il tarixdə X31 adına, **********10002 abunə kodu açılmış və xx.xx.2007-ci il tarixdə A380765378 saylı sayğac quraşdırılmışdır. xx.xx.2020-ci ildə sayğac dəyişdirilmiş, 77067805 saylı sayğac quraşdırılmışdır.Hal-hazırda evdə olan **********92 saylı elektrik sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. Suraxanı rayonu, Əmircan qəsəbəsi. Bakıxanov küçəsi, 11 ünvanında olan fərdi yaşayış evinin kodu hal-hazırda X12 adınadır.

18. Vəkil sorğusuna cavab olaraq Bakı Regional Qazın Satışı İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə X4 adına X2 Sistemində **********000111 nömrəli hesab üzrə ad dəyişmə edilmişdir.

19. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X24, X10, X6, X4, X27, X1, X17 və X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

20. Vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X21, X4 və X10 adlarına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

IV. Məhkəmənin mövqeyi

21. ünvan 6 ünvanındakı ev iddiaçıya vərəsəlik qaydasında keçib, ata-baba mülküdür. Üçüncü şəxslərdən X40, X41, X25, X11, X34 iddiaçının (mülkiyyətçinin) qohumlarıdır və həmin ünvanda faktiki olaraq yaşayırlar, üçüncü şəxslərdən X18 (iddiaçının qohumudur) həmin ünvanda hazırda faktiki olaraq yaşamır, buna səbəb hazırda iddiaçı ilə aralarında olan mübahisədir. Üçüncü şəxslərdən X13 və X5 iddiaçının keçmiş həyat yoldaşı və qızıdır.

22. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

25. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

28. Məhkəmə nəzərə alır ki, qeyd edilən ünvanda texniki pasportda öz əksini tapmasa da, faktiki olaraq iki ayrı tikili mövcuddur. Üçüncü şəxslərdən X40, X41, X25, X11, Abbasova (Muradova) Almaz Rafiqovna qeyd edilən həyətdəki (ikinci tikilidə) faktiki olaraq yaşayır və kommunal xidmətlərdən istifadə edirlər. X8 qeyd edilən evdə faktiki yaşamamasının səbəbi iddiaçı ilə aralarında olan ixtilafdır. X13 və X5 isə iddiaçının (keçmiş) həyat yoldaşı və qızı olduğundan həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs olmadığını müəyyən etməyə səlahiyyətli deyil.

29. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxslər X24, X27, X10, X4 həmin həyətdəki tikilidə faktiki yaşadıqları üçün, X6, X1, Abbasova (Muradova) Almaz Rafiqovna, X8 isə qüvvədə olan məhkəmə aktına əsasən “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs” hesab olunmadığı üçün cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar