Məhkəmə qərarları › İş №2-1(112)-1710/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1710/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1710/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" QSC) əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xxxx" QSC üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-cı il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq qeyd olunmuşdur. Yəni yenidən qiymətləndirmədən keçməli deyildir. Əlilik təyinatı zamanı diaqnoz bölməsində “Beta-talassemiya, X7 Davamlı anemiya ilə müşayət olunan, krizlərlə Xroniki anemiya Qaraciyərin digər xəstəlikləri Qaraciyərin böyüməsi. Dalağın götürülməsı» qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibatı orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin xx.xx.2018-cı il tarixli, NVS-410 nömrəli məktubunda bildirilir ki, ona verilən tibbi göndəri araşdırılmış və məlum olmuşdur ki, ona dair təqdim edilən epikrizin tibbi rəyin sıra nömrəsi, ştampı, möhürü və imzası olmasına baxmayaraq, tibb müəssislərinin rəsmi qeydiyyat jurnalına duşməmiş və ona dair göndəriş tibb müəssisəsi tərəfindən əsassız olaraq rəsmiləşdirilmişdir. Sadalanan faktlardan göründüyü kimi əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə, cavabdeh inzibatı orqan əlilliyinin etibarsız hesab edilməsi uçun "xxxx" QSC-nın göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmunu ona təqdim etməmişdir. Bundan başqa ona məxsus əlillik etibarsız hesab edilsə də bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Aidiyyatı qurumalara müraciət ünvanladıqdan sonra ona nəhayət ki, bir məlumat verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı tələbi qanunsuz və əsassızdır. Belə ki, 16 yanvar 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin iddiaçıya aid 4086003AAB3W saylı göndərişi xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “Beta-talassemiya, X7.Davamlı anemiya ilə müşayət olunan, krizlərlə. Ferment pozğunluğu nəticəsində yaranan anemiya, Xroniki anemiya. Qaraciyərin digər xəstəlikləri, Qaraciyərin böyüməsi, Dalağın götürülməsi” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, NVS-410 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Müraciətdə siyahıda adları olan xəstələrin təqdim etdikləri epikrizlərin və tibbi rəylərin sıra nömrəsinin, ştampının və möhürünün olmasına baxmayaraq, tibb müəssisələrinin rəsmi qeydiyyat jurnallarına düşməyərək, müalicə və müayinə olunmamış 55 nəfərə verilən TSEK-na göndərişlərin (Forma 088) etibarsız hesab olunmasının məqsədəuyğunluğu qeyd edilmişdir. İddiaçı adı həmin siyahıda 43-cü sırada qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmənizi xahiş edirəm. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və üçüncü şəxsinn nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə beta-talassemiya, X7. Davamlı anemiya ilə müşayət olunan krizlərlə. Ferment pozğunluğu nəticəsində yaranan anemiya, Xroniki anemiya. Qaraciyərin digər xəstəlikləri. Qaraciyətin böyüməsi, Dalağın götürülməsi diaqnozu ilə xx.xx.2018-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə 4086003AAB3W saylı Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 18 dekabr 2018-ci il tarixli, NVS-410 saylı məktubdan görünür ki, "xxxx" QSC-nin rəhbərliyinə ünvanlanmış İİ və İİİ qrup əlillik təyinatlarının araşdırılması ilə əlaqədar xx.xx.2018-ci il tarixli **********4 saylı məktubu ətraflı araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Dəmir Yolunun tibb müəssisələri tərəfindən TSEK-na rəsmiləşdirilmiş göndərişlər (Forma 88) Respublikada təsdiq olunmuş qaydalara əsasən elektron sistemə həyata keçirilir. Göndərişlər Respublikanın müxtəlif tibb mərkəzlərinin, kliniki xəstəxanalarının epikrizləri ilə təsdiq olunmuş diaqnozlara əsasən verilmişdir. Tibbi rəylərin və epikrizlərin doğruluğunu yoxlamaq məqsədi ilə bir sıra tibb mərkəzləri və kliniki xəstəxanlarına sorğular göndərildi. Alınan cavablardan müəyyən olundu ki, göndərilən siyahıdakı xəstələrin (göndərilmiş siyahının 43-cü sırasında İddiaçı adı qeyd edilmişdir) təqdim etdikləri epikrizlərin və tibbi rəylərin sıra nömrəsi, ştampı və möhürü olmasına baxmayaraq, onların əksəriyyəti tibb müəssisələrinin rəsmi qeydiyyat jurnallarına düşməmiş, müayinə və müalicə olunmamışlar. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı, 08 sentyabr 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əlillik vəziyyəti barədə müraciətinə baxılmış və müəyyən edilmişdir ki, əlillik vəziyyətiniz Hacıqabul Dəmir yol xəstəxanasının 4086003AAB3W nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbədən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Bununla bağlı bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə ona dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdəndə, həmin göndəriş əsasında təyin olunmuş əlillik təyinatı Əlillik altsistemində etibarsız hesab edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin xx.xx.2018-ci il tarixli, NVS-410 nömrəli məktubunda bildirilir ki, ona verilən tibbi göndəriş araşdırılmış və məlum olmuşdur ki, ona dair təqdim edilən epikrizin, tibbi rəyin sıra nömrəsi, ştampı, möhürü və imzası olmasına baxmayaraq, tibb müəssisələrinin rəsmi qeydiyyat jurnalına düşməmiş və ona dair göndəriş tibb müəssisəsi tərəfindən əsassız olaraq rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması dövründə iş üzrə zərurət yarandığından iddiaçının barəsində X3 tərəfindən tərtib edilmiş 4086003AAB3W nömrəli forma 088 arayışın etibarsız hesab olunub-olunmaması barədə məlumat, etibarsız hesab olunduğu təqdirdə buna əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında "xxxx" QSC Həkim-Sanitar Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC Həkim-Sanitar Xidməti tərəfindən NVS-291 saylı, 03 dekabr 2020-ci il tarixli məktub əsasında İddiaçı aid sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" QSC Həkim-Sanitar Xidməti tərəfindən B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnsititutuna ünvanlanmış 04 dekabr 2018-ci il tarixli, NVS-381 saylı məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "xxxx" QSC-nə ünvanlanmış İİ və İİİ qrup əlilliyin araşdırılması ilə əlaqədar xx.xx.2018-ci il tarixli **********4 saylı məktubunun əsasında Həkim-Sanitar Xidmətində aparılan araşdırmalar nəticəsində xəstələrin təqdim etdikləri epikrizlərin dürüstlüyünün yoxlanması zərurəti yaranmışdır. Bununla əlaqədar İddiaçı B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda “Talassemiya” diaqnozu ilə 2017-2018-ci illərdə müalicə alıb-almaması barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən "xxxx" QSC Həkim-Sanitar Xidmətinə verilmiş 961 saylı, 13 dekabr 2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı qeydiyyatda deyil. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti X2 səhiyyə müəssisəsinin 4086003AAB3W nömrəli saylı Forma 88 arayışı əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsinə əsas beta-talassemiya, X7. Davamlı anemiya ilə müşayət olunan krizlərlə. Ferment pozğunluğu nəticəsində yaranan anemiya, Xroniki anemiya. Qaraciyərin digər xəstəlikləri. Qaraciyətin böyüməsi, Dalağın götürülməsi diaqnozu ilə ümumi xəstəlik göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. İddiaçıya əlilliyin təyin olunduğu dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Göründüyü kimi həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün 4086003AAB3W saylı Forma 88 göndərişi müayinə olunması üçün TSERAS-a daxil edilmiş və həmin göndəriş əsasında iddiaçıya TSEK tərəfindən ümumi xəstəliklə əlaqədar xx.xx.2018-ci il tarixdən müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Lakin daha sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İİ və İİİ qrup əlilliyin araşdırılması ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətində aparılan araşdırmalar nəticəsində xəstələrin təqdim etdikləri epikrizlərin dürüstlüyünün yoxlanması zamanı İddiaçı B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda “Talassemiya” diaqnozu ilə 2017-2018-ci illərdə müalicə alıb-almamasının dəqiqləşdirilməsi zamanı, İnstitutu tərəfindən "xxxx" QSC Həkim-Sanitar Xidmətinə verilmiş 961 saylı, 13 dekabr 2018-ci il tarixli məktub əsasında İddiaçı xəstəxanada qeydiyyatda olmadığı müəyyən edilmişdir. Halbuki iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş X2 səhiyyə müəssisəsinin 4086003AAB3W nömrəli saylı Forma 88 arayışında iddiaçının xx.xx.2018xx.xx.2018, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda stasionar müalicədə olduğu göstərilmişdir. Göstərilə hal iddiaçıya verilmiş göndərişin tibb müəssisəsi tərəfindən əsassız olaraq rəsmiləşdirildiyinə dəlalət edir və əsaslı olaraq həmin göndəriş əsasında verilmiş “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 4086003AAB3W nömrəli göndərişi əsaslı olaraq etibarsız hesab edildiyindən, onun əsasında təyin olunmuş əlillik təyinatının da Əlillik altsistemində etibarsız hesab edilməsi əsaslı olmuşdur. İddiaçıya təyin edilmiş əlilliyin bərpa edilməsi üçün əsaslar mövcud olmadığından, cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar