Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1710/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 (Kürdəmir rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, məhkəmə mübahisələri ilə iş idarəsinin hüquqşünasıdır) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehna qarşı iddia qaldıraraq “2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın bərpa edilərək iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən xx.xx.2015-ci ildən İİİ dərəcəli əlillik verilmişdir. Əlilliyin müddəti xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər müəyyən edilmiş və ona 276,08 manat (iki yüz yetmiş altı manat səkkiz qəpik) pensiya təyin edilmişdir. xx.xx.2019-cu ildə, birinci yoxlamadan 5 (beş) il keçməmiş o vaxt işlədiyi Məşğulluq Xidmətinin rəhbərliyinin göstərişi ilə təkrar tibbi yoxlamadan keçmiş və xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər X5 müalicə olunmuşdur. xx.xx.2019-cu ildə Elmi-Tədqiqat Kardiologiya institutunun rəyini TSEK-ə təqdim edərək təkrar 3-cü qrup əlillik təsdiq olundu. Bundan sonra qanunvericiliyin tələbinə görə o, xx.xx.2024-cü ildə yoxlamadan keçməli idi. Lakin 2021-ci ilin sonlarında ona verilən müavinəti ödəniməsi dayandırılmışdır. İzah olunmuşdur ki, beş il tamam olduğundan təkrar komissiyadan keçməlidir.İddiaçının gözlərində də qüsur olduğundan 2021-ci ilin oktyabr ayında Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmaq üçün növbəyə dayanmış, həmin Mərkəzdən növbənin 21 yanvar 2022-ci ildə çatacağını bildirdilər. O, həmin günü müayinədən keçmiş və sənədlərini xx.xx.2022-ci ildə götürmüş və xx.xx.2022-ci ildə yaşadığı yer üzrə 6 saylı şəhər poliklinikasına təqdim etmişdir. Poliklinikada onu 2022-ci ilin may ayına qədər yubandırdılar ki, TSEK icazə vermir, struktur dəyişikliyi olacaq və bildirdilər ki, Milli Oftolmologiya Mərkəzində əlilliyin təyin olunduğu vaxtdan müavinət veriləcək. xx.xx.2022-ci ildən mənə təyin olunmuş 3-cü qrup əlillik bərpa olundu. Lakin keçən 8 ay üçün pensiya ödənilmədi. Ona təyin olunmuş 3cü qrup əlillik sənədlərindən yanaşı xəstəlik kimi, 09 iyul 2015-ci ildə ürəklə bağlı əliliyin təyin olunduğu xəstəliyin daha da şiddətləndiyi qeyd edilmişdir. O, bu problemin həll olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncunun 24 iyun 2022-ci il tarixli, **********3 saylı cavab məktubunda əsasız olaraq keçən müddət üçün pensiya ödənişinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda məktubda göstərilir ki, pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Müraciətdə qeyd olunan dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı yoxlamanın əsassız olaraq gecikdirilməsinin öz günahı olmadığını, görə zərər çəkməli olmadığını bildirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci il tarixdə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan iddiaçının əlilliyi xx.xx.2016-cı il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır (növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olmaqla). Buna uyğun olaraq iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 310 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi xx.xx.2021-ci il tarixdə 365.14 manat məbləğində müəyyən edilməklə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyqun olaraq əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. Buna müvafiq olaraq Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 4118003AAEVW nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu ildə təkrar tibbi yoxlamadan keçdiyini, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər X7 müalicə olunduğunu, xx.xx.2019cu ildə X1 rəyini TSEK-ə təqdim etdiyini, təkrar İİİ dərəcə əlilliyinin təsdiq edildiyini qeyd etsə də, qeyd edilən dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə iddiaçıya dair göndəriş daxil olmamışdır. Qeyd olunanlara əsasən iddiaçının pensiya ödənişi xx.xx.2022ci il tarixdən bərpa edilmişdir (bərpadan sonra ilk ödəniş xx.xx.2022-ci il tarixdə 365.14 manat məbləğində edilməklə). İddiaçının müraciətində və iddia ərizəsində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından yə yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 8 ay ərzində müəyyən edilmədiyindən (əlilliyin müddətinin bitmə tarixi xx.xx.2021-ci il; əlilliyin yenidən müəyyən edilmə tarixi - xx.xx.2022-ci il; keçən müddət 10 ay) iddiaçı ötürülmüş müddətdə əlilliyi olan şəxs hesab edilmir və bu səbəbdən həmin dövr üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.T.Cavadova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə barədə məlumatına əsasən ilkin müayinə nəticəsində İddiaçı ümumi xəstəlik səbəbindən bir il müddətinə üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı ümumi xəstəlik səbəbindən beş il müddətinə üçüncü dərəcəli əlillik təyin olunmuşdur Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı ümumi xəstəlik => gözdən əlil səbəbindən müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma məlumatına əsasən, əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən 10.05 2022-cı il tarixindən İİİ dərəcə əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, pensiya ödənişi xx.xx.2022-ci il tarixindən bərpa edilmişdir. Müraciətdə qeyd edilən dövrdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsiz əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə sizə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 21 yanvar 2022-ci il tarixli tibbi rəyinə əsasən, 1959-cu il təvəllüdlü İddiaçı Teymur oğluna H54.4-Monokulyar korluq; H50.1-Müştərək xarici çəpgözlük; H26.2-Ağırlaşmış katarakta; H47.2-Görmə sinirinin atrofiyası diaqnozu qoyulmuşdur. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının (Pensiya işi № 163610, Xətai rayonu) pensiya ödənişinə dair sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, 6 nömrəli şəhər poliklinikasi xx.xx.2022-ci il tarixdə 90 nömrəli məktubu ilə bildirmişdir ki, vətəndaş İddiaçı 2015-ci ildən 6 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. ÜİX,Gərginlik stenokardiyası İİİ f.s. QDÇ İİ dərəcə, OD- Görmə sinirinin atrofiyası diaqnozları ilə dispanser qeydiyyata götürülüb. 2015-ci ildən İİİ qr. əlildir. Xəstə əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinə üçün xx.xx.2022-ci ildə Z.Əliyeva adına MOM—a göndərilmişdir. xx.xx.2022-ci il tarixdə MOM-da müayinədən keçmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək poliklinikanın elektron sistemində dəyişikliklərlə əlaqədar TSERAS reyestri bağlandığı üçün xəstə xx.xx.2022-ci il tarixdə əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərişlərin verilməsi qaydasına əsasən həkim müayinəsindən keçirilmiş və xx.xx.2022-ci il tarixdə xəstənin 88 saylı forması təsdiq olunaraq TSEK-in 38 nömrəli şəhər poliklinikasında yerləşən HMK-na göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi xx.xx.2022-ci il tarixdə 1029 saylı məktubu ilə bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X6 adına Milli Oftalmologiya Mərkəzinin X4 müayinədən keçmişdir. X4 pasientlər canlı növbə ilə müayinə olunurlar. Yalnız müraciət sayının normadan artıq olduğu zamanlarda vaxt məhdudiyyətini nəzərə alaraq, müayinə günü şifahi olaraq digər tarixə keçirilə bilər. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 32.2. –ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Həmin Qanunun 36.1. –ci maddəsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Həmin Qanunun 36.2.-ci maddəsinə əsasən, təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən iddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən “ÜİX:Stabil gərginlik stenokardiyası, fs İİ. Hipertoniya xəstəliyi.İİ mərQDÇ İ.” diaqnozu ilə xx.xx.2015-ci il tarixdə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, sonradan əlilliyi xx.xx.2016-ci il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə uzadılmış, növbəti qiymətləndirmə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Buna uyğun olaraq iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmin tarixdən iddiaçının pensiya ödənişi bərpa edilmiş, 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün cavabdeh əmək pensiyasını ödəməkdən imtina etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3- 1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Cavabdeh 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək olan müddət üçün iddiaçıya pensiya ödəməkdən imtinasını iddiaçının əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddətin keçməsi, həmin dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2022–ci ilin may ayında ona əvvəlki diaqnoz ilə yanaşı digər ağırlaşmalar və xəstəliklər də əlavə olunaraq “Görmə sinirinin atrofiyası, OD-Görmə sinirinin atrofiyası VİS OD=işıq duyğusu. VİS OS=0.8 k/etmir (onda səkkiz). Ağırlaşma H54.4 Monokulyar korluq,. Ağırlaşma H26.2 Ağırlaşmış katarakta, OD-Fəsadlı katarakta. OS- Başlanğıc katarakta. Yanaşı xəstəliklər H50.1 Müştərək xarici çəpgözlük, OD-Xarici çəpgözlük. Yanası xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], flıpertoniya xəstəliyi İİİ dər. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, ÜİX: Stabil gərginlik stenokardiyası İİİ f.s. Yanaşı xəstəliklər K86.1 Digər xroniki pankreatitlər, Xr. pankreativ” diaqnozu qoyulmuş və gözdən İİİ dərəcə əlillik müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda əlavə xəstəliklər aşkar olunmuş, bunun nəticəsində ona yuxarıda qeyd olunan diaqnoz ilə müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən (X6 adına Milli Oftalmologiya Mərkəzinin məktubundan və s.) aydın olur ki, müvafiq səbəblərdən iddiaçının müayinələrinin vaxtında keçirilməsi mümkün olmamışdır, əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, cavabdeh imtinasında haqlı olmamış, iddiaçının ötürülmüş dövrdə sağlam olmasını təsdiqləyən sübütedici sənədləri də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasından, əlilliyi olan şəxslərin reabilitasiyasından, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyası üçün şərait yaradılmasından, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasından, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsindən ibarətdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdımadan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın bərpa edilərək iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1710/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1710/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver