Məhkəmə qərarları › İş №2-1(112)-1710/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1710/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1710/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək MH Seriyalı, ******* nömrəli çıxarışa əsasən şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı şəxsi mülkiyyətində olan 61.5 kv.m ümumi, 38.0 kv.m yaşayış sahəsindən ibarət ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin çıxarışda qeyd olunan ölçülərdə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət verilmiş MH Seriyalı, ******* nömrəli Çıxarışa əsasən onun şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi vardır. Bakı şəhəri Cavabdeh başçısının 700 nömrəli, 25 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən həmin mənzildən “Ticarət obyekti” kimi istifadə edir. Lakin iddiaçıya bu ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən bildirmişlər ki, Bakı şəhəri Cavabdeh başçısının “Ticarət obyekti” kimi istifadə edilməsi barədə 700 nömrəli, 25 dekabr 2006-cı il tarixli Sərəncamı sonuncu tərəfindən dəyişdirilərək, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncam verilməlidir. Yalnız bundan sonra MH Seriyalı, ******* nömrəli Çıxarışa əsasən onun şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi qeydiyyata alına bilər. Buna görə də, bu barədə Bakı şəhəri Cavabdeh başçısına xx.xx.2023-cü il tarixli yazılı ərizə ünvanlamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci; 21-ci və 22-ci maddələrinin tələblərinə tam olaraq, riayət etsə də, həmçinin Bakı şəhəri Cavabdehn başçısı “Ticarət obyekti” kimi istifadə edilməsi barədə 700 nömrəli, 25 dekabr 2006-cı il tarixli Sərəncamını verdiyinə baxmayaraq, həmin Sərəncamın ziddinə olaraq, xx.xx.2023-cü il tarixli, 5-18\2-H-190- 162\2023 saylı cavab məktubu ilə bildirmişlər ki, iddiaçı müvafiq icazə almadan özbaşına olaraq mənzildə yenidənqurma işləri həyata keçirdiyindən xahişinin yerinə yetirilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçının yaşadığı mənzil ünvan 5 ünvanında yerləşən yaşayış binasıdır. İddiaçının yaşadığı 32 saylı mənzilin pəncərələri qanunsuz olaraq qapı ilə əvəz olunmuş, eyvan sahəsi genişləndirilmiş və küçə istiqamətinə qapı açılaraq binada əlavə tikinti işləri aparılmışdır. Həmçinin bildirilir ki, daxili arakəsmələr sanitar qovşaqlar qanunsuz olaraq sökülmüşdür. Belə olan halda, iddiaçıya məxsus yaşayış sahəsinin hər hansı konstruktiv dəyişikliyin aparılması həmin binada yaşayan sakinlərin həyatını təhlükə altında qoya bilər. Belə ki, binanın dayanıqlığının zədələnməsi gələcəkdə hər hansı bir təhlükənin yaranmasına gətirib çıxara bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 32 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. -Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli, 700 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı xahişi nəzərə alınaraq Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 1 saylı evin 32 saylı mənzilindən “ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. -Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə” Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Odur ki, qeyd edilən sənədlər Cavabdehndə mövcud deyildir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, bina 1, 32 saylı mənzildə yenidənqurma işlərinin nədən ibarət olmasının müəyyən edilməsi üçün cavabdeh tərəfindən qeyd edilən ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, pəncərələr qanunsuz olaraq qapı ilə əvəz olunmuş, eyvan sahəsi genişləndirilmiş və küçə istiqamətinə qapı açılaraq binada əlavə tikinti işləri aparılmışdır. Həmçinin bildirilir ki, daxili arakəsmələr sanitar qovşaarar qanunsuz olaraq sökülmüşdür. İşin mübahisəli hallarının araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.İddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, bina 1-də yerləşən 32 saylı mənzilin yerləşən mənzilin faktiki sahəsi və istifadə təyinatı müəyyən edilsin.

2. Həmin mənzilə bitişik olan sahələrin təyinatı müəyyən edilsin.

3. ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qonşulara hər hansı maneəçilik törədirmi?

4. Həmin mənzilə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündürmü? Əgər mümkün deyilsə belə gediş-gəlişi qurmağa texniki imkan varmı?

5. Həmin mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına uyğun aparılmışdırmı?

6. Həmin mənzildə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılma işlərində binanın yük daşıyan xarici divarlarına müdaxilə edilməsi müəyyən olunurmu? Əgər müdaxilə varsa bu vəziyyət binanın konstruktiv və dayanıqlığa təsir edə bilərmi?

7. Həmin mənzilin hazırkı vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsi yerləşdiyi binanın dayanıqlılığına hər hansı mənfi təsir göstərirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2505 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: -Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən 1 saylı evin 32 saylı mənzilin ümumi sahəsinin 92.8 kv.metr təşkil etməklə, 50.8 kv.metr hissəsinin mənzil, 42.0 kv.metr hissəsinin isə qeyri-yaşayış sahəsi (ticarət obyekti) olduğu müəyyən edilmişdir. -Tədqiq olunan mənzilə bitişik sahələrin qeyri-yaşayış sahələri olduğu müəyyən edilmişdir. -Tədqiq olunan mənzilə giriş-çıxışın küçəyə və ümumi istifadədə olan dəhlizə açılan qapılar vasitəsilə olduğu, mənzilin təcrid formada olduğu, tədqiq olunan mənzilə bitişik sahələrin qeyri-yaşayış sahələri olduğu, eləcə də həmin tikililərə də ayrı-ayrı giriş-çıxış qapılarının olduğu müəyyən edilmişdir. İddiaçıya məxsus 32 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçilik törədib-törətmməsi hüquqi xarakterli məsələ olduğu üçün həmin mənzilin qonşulara hər-hansı maneəçilik törədibtörətməməsinə dair tədqiqat aparılmamışdır. -Tədqiq olunan mənzilə giriş-çıxışın küçəyə və ümumi istifadədə olan dəhlizə açılan qapılar vasitəsilə olduğunu nəzərə alaraq, həmin mənzilə gediş-gəliş digər yaşayış və qeyri-yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olduğu müəyyən edilmişdir. -Tədqiq olunan mənzil üzrə aparılmış yenidənqurma işlərinə dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər olmadığından, həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının hazırkı tələbi mülkiyyətində olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncamın verilməsindən ibarətdir, o, tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən imtina cavabı verilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllədən: 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu.. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Həmçinin sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiq edilir. Əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri, başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Hazırkı halda ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması, həmin mənzilin binanın birinci mərtəbəsində yerləşməsi və sahəyə gediş-gəlişin digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olması işin mübahisəsiz hallarıdır. İddiaçı tələbinin hüquqi əsası kimi Bakı şəhəri Cavabdeh başçısının 700 saylı 24 dekabr 2006-cı il tarixli Sərəncamına istinad edir. Həmin Sərəncamın təsdiq edilmiş surətindən də görünür ki, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 1 saylı evin 32 saylı mənzilinin “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. İş üzrə cavabdeh orqan imtina əsası kimi iddiaçı tərəfindən müvafiq razılıq alınmadan özbaşına olaraq həmin mənzildə yenidənqurma işlərinin həyata keçirilməsini əsas gətirmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin imtinasının əsaslı olduğu ekspert rəyi ilə təsdiq olunmuşdur. Təqdim olunmuş ekspert rəyidən də göründüyü kimi, mənzil üzrə aparılmış yenidənqurma işlərinə dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər olmadığından, həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin imtina əsasında göstərilən halların aydınlaşdırılmasının xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuşdur ki, həmin ekspertiza tədqiqatı zamanı iddiaçı tərəfindən müvafiq razılıq alınmadan qeyri-yaşayış sahəsi ilə bağlı yenidənqurulma və yenidən planlaşdırılma işlərinin aparıldığı müəyyən olunmuşdur. Habelə, iddiaçının mülkiyyətində olan sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 61.5 kv.m ümumi, 38.0 kv.m yaşayış sahəsindən ibarət olduğu göstərilsə də, sonradan yenidənqurma işləri aparılaraq sahəsi böyüdülmüşdür. İş üzrə ekspert rəyindən də görünür ki, mənzilin ümumi sahəsi 92.8 kv.m təşkil etməklə, 50.8 kv.m hissəsinin mənzil, 42.0 kv.m hissəsinin isə qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir. Belə olan halda, iddiaçı tərəfindən dəqiqləşdirilmiş tələb üzrə göstərilən ölçülərə uyğun olaraq mənzilin tam olaraq hansı hissəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməli olduğu müəyyən oluna bilməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilənləri təkzib edən hər hansı obyektiv dəlillər iddiaçı tərəfindən təqdim edilmədiyindən, sözügedən ekspert rəyi sübut qismində qiymətləndirilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələbinin əsası kimi qanunda nəzərdə tutulan əsaslar barədə cavabdehə mötəbər sübut təqdim etmədiyindən cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar