Məhkəmə qərarları › İş №2-1(112)-1712/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1712/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1712/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********391300 nömrəli, xx.xx.2023-cü il tarixli **********023700 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********477400 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 36 nömrəli xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X7 üzrə Baş idarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair 2-1(112)-10832/2024 nömrəli iş üzrə əsl olmayan cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X7 üzrə Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 və Uçotun Təşkili Baş idarəsi ilə əvəz edilmiş, iddia tələbi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********284600, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********391300 və xx.xx.2023-cü il tarixli **********023700 nömrəli qərarların ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 və Uçotun Təşkili baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********391300 saylı və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-117658/2024 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsi iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********391300 nömrəli Qərara əsasən 2022-ci ilin Mənfəət vergisi üzrə 6091,33 manat və xx.xx.2023-cü il tarixli **********023700 nömrəli Qərara əsasən 2023-cü ilin Mənfəət vergisi üzrə 1579,99 manat əlavə vergi məbləği hesablanmışdır. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********391300 nömrəli, xx.xx.2023-cü il tarixli **********023700 nömrəli qərarlardan tərəfindən şikayət verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********477400 nömrəli qərarı ilə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********391300 nömrəli, xx.xx.2023-cü il tarixli **********023700 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********391300 nömrəli, xx.xx.2023-cü il tarixli **********023700 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********477400 nömrəli qərarları tərəfindən mübahisələndirilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 36 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmiş və sözügedən qərarlar dəyişdirilmədən saxlanılmışdır. Şəxsi hesab vərəqəsindən çıxarışdan da göründüyü kimi, xx.xx.2024-cü il tarixinə xx.xx.2022-xx.xx.2024-cü il tarixlərinə kameral vergi yoxlaması üzrə ona əsassız olaraq 13.452,53 manat vergi borcu hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən Vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********391300 nömrəli, xx.xx.2023-cü il tarixli **********023700 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2024-cü il tarixli **********477400 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 36 nömrəli xx.xx.2024-cü il tarixli qərarlarını qanunsuz və əsassız hesab edir: məhkəmənin nəzərinə çatdır ki, o, fərdi sahibkar kimi xx.xx.2004-cü il tarixində vergi ödəyicisi kimi qeydiyyata alınmış və əsas fəaliyyət növü "mebel istehsalı”dır. Vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmışdır. Nəticədə kameral vergi yoxlaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilmişdir. Təsərrüfat subyekti (obyekt) 2023-cü ilin fevral ayında qeydiyyata alınmış və qanunvericilikdə nəzrədə tutulmuş qaydada işçi ilə əmək müqaviləsi bağlanmışdır. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq riskli vergi ödəyiciləri siyahısından çıxarılmamışdır. Dəqiqləşmiş bəyannamələr, qaimə fakturalar, bank hesabından çıxarışlar, üzləşmə aktları da vergi orqanına təqdim edilməsinə baxmayaraq müsbət nəticəyə nail olunmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın 2.1.1-ci maddəsinə əsasən Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. 3.1.1-ci bəndə əsasən Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə Vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən, o cümlədən Apellyasiya Şurasının qərarından da göründüyü kimi satışı həyata keçirilən məhsullar məhz mebel məhsullarıdır. Fərqli mal çeşidləri ilə bağlı hər hansı əməliyyat aparılmamışdır. Faktiki olaraq həmin malların alınması üçün xərc çəkildiyindən, cavabdeh Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə və digər analoji üsullardan istifadə etməklə vergini hesablamalı idi. Başqa sözlə, cavabdeh orqanın 75% güzəşt tətbiq etməyərək əlavə vergi hesablaması qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: Mı = Gı : (100 + R) x R burada: Mı — vergi ödəyicinin mənfəəti; Gı — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.1-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz. Odur ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Qeyd edilənlərə əsasən 2022-ci ilin Gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: Mı =Gı : (100 + R) x R burada: Mı — vergi ödəyicinin mənfəəti; Gı — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R — şərti rentabellik norması (20 faiz). Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası inzibati şikayəti tam hərtərəfli araşdırmamış və vergi orqanının qərarını əsassız olaraq qüvvədə saxlamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

5. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən, o cümlədən Apellyasiya Şurasının qərarındanda göründüyü kimi satışı həyata keçirilən məhsullar məhz mebel məhsullarıdır. Fərqli mal çeşidləri ilə bağlı hər hansı əməliyyat aparılmamışdır. Faktiki olaraq həmin malların alınması üçün xərc çəkildiyindən, cavabdeh Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə və digər analoji üsullardan istifadə etməklə vergini hesablamalı idi. Başqa sözlə, cavabdeh orqanın 75% güzəşt tətbiq etməyərək əlavə vergi hesablanması qanunsuzdur. İlk növbədə bildirmək istəyirik ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkar İddiaçı xx.xx.2004-cü il tarixdən vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “mebel istehsalı” olduğu, ünvan 1 ünvanında ümumi sahəsi 100,0 kv.m olan “Mebel sexi” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2023-cü il tarixdən adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 16870,8 manat dəyərində qaimə fakturalar təqdim etdiyi, satışında “Stul smart qəhvə, Stul Lord, Stul Verona, Stul Roma və.s qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********046200 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci, 3.1.1,-ci və 2.1.3-cü bəndlərinə əsasən hüquqi şəxs fərdi sahibkar İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********284600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Kameral vergi yoxlaması ilə bağlı bildiririk ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində müxtəlif təyinatlı mebellərin satışı ilə əlaqədar 41001,84 manat məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, bəyannamə məlumatlarına əsasən 2021-ci ilin sonuna və 2022-ci ilin əvvəlinə mal qalığının olmadığı, 2022-ci il ərzində elektron qaimə-fakturalarla və elektron alış aktları ilə mal alınmadığı, idxal-ixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı, lakin bankda olan hesablaşma hesabına sahibkarlıq fəaliyyəti təyinatı ilə 41001,84 manat vəsaitin mədaxil olmasına, müvafiq il üzrə ümumilikdə 435,0 manat xərclərin çəkilməsinə baxmayaraq, 2022-ci il üzrə Gəlir (Mənfəət) vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar fərdi sahibkara "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********439600 nömrəli məktub göndərilmiş, lakin məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat, müvafiq bəyannamə və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada 8113,37 manat vergi məbləğinin hesablanması barədə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********067800 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra fərdi sahibkar tərəfindən hesablama metodu ilə cari və xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri təqdim edilmiş, dəqiqləşdirilmiş bəyannamədə 41001,84 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 561,0 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, 300,0 manat əmək haqqı və 261,0 manat sosial sığorta haqları) qeyd edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 2022,04 manat gəlir vergisi bəyan edilmişdir. Dəqiqləşdirilmiş bəyannamə üzrə aparılan kameral vergi yoxlaması zamanı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406- VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmiş və Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və qeyd olunanlar ilə əlaqədar olaraq təqdim edilmiş bəyannamə göstəricilərinə əsasən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Bu səbəbdən də Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün gəlir vergisi üzrə (41001,84 - 435,0) x 20%) - 2022.04=) 6091,33 manat əlavə vergi məbləğinin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********391300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, fərdi sahibkar tərəfindən 2023-cü il üçün hesablama metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə aparılan aparılan kameral vergi yoxlaması zamanı da gəlir və xərclərinin uçotunun aparılmadığı, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli əməliyyatların aparıldığı və bəyannamə göstəricilərinə əsasən 75 faiz güzəşt hüququnun tətbiq edildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar fərdi sahibkara "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********175600 nömrəli məktub göndərilmiş, lakin məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat, müvafiq bəyannamə və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə 1562,17 manat vergi məbləğinin hesablanması barədə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********038000 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdə 2023-cü il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, mövcud kənarlaşmalar aradan qaldırılmadığı üçün vergi orqanı tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə analoji uyğunsuzluğa əsasən (20298,0 - 9779,50) x 20%) - 523.71=) 1579,99 manat məbləğində əlavə vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********023700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********023700 nömrəli qərarından sonra, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən 2023-cü il üçün dəqiqləşdirilmiş gəlir vergisi üzrə bəyannamə təqdim edilmiş və hazırda həmin bəyannamə vergi orqanında baxılmaqdadır. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********391300 və xx.xx.2023-cü il tarixli **********023700 nömrəli Qərarları ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə müraciət edilmişdir. İş üzrə təqdim edilmiş məlumat və təsdiqedici sənədlər, izahat, uçot baza və bəyannamə məlumatları üzrə aparılan inzibati araşdırma zamanı vergi ödəyicisinin iddiasının təsdiqlənmədiyi müəyyən edilmişdir. Belə ki, fərdi sahibkarın fəaliyyətinin əmək və material tutumlu olmasına baxmayaraq hüquqi qüvvəyə minmiş əmək müqavilələri əsasında işçilərin işə cəlb edilmədiyi, istehsal fəaliyyətinin icra edilməsi üçün aktivlərin (istehsal vasitələri, o cümlədən əsas vəsait və avadanlıqlar) təqdim edilmiş bəyannamələrdə bəyan olunmadığı, 2022-ci il ərzində istehsal prosesinə cəlb edilmiş mal-materialların alınmasının təsdiqedici sənədlərlə (elektron qaimə-fakturalarla, elektron alış aktları ilə, yük gömrük bəyannamələri ilə) təsdiqlənmədiyi, 2023-cü il ərzində elektron qaimə fakturalarla mallar təqdim etdikdən sonra alınmış malların bəyannamənin müvafiq sətrində mal qalığı olaraq bəyan edilmədiyi, habelə 2023-cü il ərzində 366 ədəd stul təqdim etməsinə (satmasına) baxmayaraq 170 ədəd stul alındığı, 196 ədəd (366-170) stulun alınmadığı və ya istehsal edildiyi halda xammal materialın təsdiqedici sənədlərlə alınması müəyyən edilməmişdir. Həmçinin, araşdırma zərurəti ilə əlaqədar olaraq məlumatların dəqiqləşdirilməsi üçün, fərdi sahibkarın adına qeydiyyatda olan ünvan 2 ünvanında yerləşən “Mebel sexi” adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə yerində baxışın keçirilməsi üçün vergi nəzarəti tədbiri icra olunmuş, lakin təsərrüfat subyektinin (obyektinin) bağlı olduğu müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən 2022-ci il ərzində mal satışı ilə bağlı elektron qaimə- fakturalarının təqdim edildiyini, bəyannamə məlumatlarına əsasən 2021-ci ilin sonuna və 2022-ci ilin əvvəlinə mal qalığının olmadığını, 2022-ci il ərzində elektron qaimə-fakturalarla və elektron alış aktları ilə mal alınmadığı, idxal-ixrac əməliyyatlarının aparılmadığını, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlərin olmadığını, bununla da fərdi sahibkar tərəfindən 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparmadığı üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt hüququnu itirmiş hesab edildiyini, fərdi sahibkarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli vergi ödəyicisi hesab olunduğunu, vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini, müraciətində 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində bəyan edilmiş gəlirlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tətbiq edilməsini... xahiş etməsinə baxmayaraq bu qaydaların tətbiq edilməsinin qanunvericilikdə vergi orqanının hüquqlarına aid olduğunu və qeyd olunan səbələrdən bu qaydanın tətbiqinin məqsədəmüvafiq hesab edilmədiyini nəzərə alaraq, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməsi, 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasının nəticəsinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********391300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən (xx.xx.2024-cü il tarixli **********477400 nömrəli) qüvvədə saxlanılmışdır (“İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********477400 nömrəli qərar etiraza əlavə olunur). Eyni zamanda, inzibati araşdırma ilə fərdi sahibkarın fəaliyyətinin əmək və material tutumlu olmasına baxmayaraq hüquqi qüvvəyə minmiş əmək müqavilələri əsasında işçilərin işə cəlb edilmədiyini, istehsal fəaliyyətinin icra edilməsi üçün aktivlər (istehsal vasitələri, o cümlədən əsas vəsait və avadanlıqlar) barəsinə məlumatların 2023cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində olunmadığını, 2023-cü il ərzində elektron qaimə fakturalarla mallar təqdim etdikdən sonra alınmış malların bəyannamənin müvafiq sətrində mal qalığı olaraq bəyan edilmədiyini, il ərzində 366 ədəd stul təqdim etməsinə (satmasına) baxmayaraq 170 ədəd stul alındığını, 196 ədəd (366-170) stulun alınmadığı və ya istehsal edildiyi halda xammal materialın təsdiqedici sənədlərlə alınmasının müəyyən edilmədiyini, ünvan 1 ünvanında yerləşən “Mebel sexi” adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə keçirilmiş vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektinin (obyektinin) bağlı olmasının müəyyən edildiyini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulmuş qaydada uçotunun aparılmasının təsdiqlənmədiyini, bununla da fərdi sahibkar tərəfindən 2023-ci il ərzində də gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparmadığı üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt hüququnu itirmiş hesab edildiyini nəzərə alaraq, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməli, 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasının nəticəsinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********023700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən (xx.xx.2024-cü il tarixli **********477400 nömrəli) qüvvədə saxlanılmışdır (“İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********477400 nömrəli qərar etiraza əlavə olunur). “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Qeyd olunanlara əsasən fərdi sahibkar İddiaçı gəlir və xərclərinin uçotunu qanunvericiliyinə uyğun olaraq aparmadığından Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən, fərdi sahibkarın xx.xx.2004-cü il tarixdən vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “mebel istehsalı” olduğu, ünvan 1 ünvanında ümumi sahəsi 100,0 kv.m olan “Mebel sexi” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2023-cü il tarixdən adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2023-cü il üzrə təqdim etdiyi cari gəlir vergisi bəyannaməsində 1035.00 manat əmək haqqı, 385.9 manat sosial sığorta haqları üzrə xərc məbləğləri bəyan etməsinə baxmayaraq, həmin dövr üzrə tərəfindən təqdim edilmiş MDSS bəyannamələrində öz əksini tapmamışdır. Tərəfindən bununla bağlı xx.xx.2023-cü il tarixdə **********509000 nömrəli Elektron kameral üçün uyğunsuzluq məktubu, xx.xx.2023-cü il tarixli **********038000 nömrəli Elektron kameral hesablama barədə Qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə dəqiqləşmiş bəyannamə təqdim edərək 318.71 manat sosial sığorta haqları üzrə xərc məbləği müəyyən etmişdir ki, həmin dövr MDSS bəyannamələrində öz əksini tapmamışdır. Bundan əlavə vergi ödəyicisi Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********284600 nömrəli qərarı ilə riskli vergi ödəyiciləri siyahısına əlavə olunduğundan, Vergi Məcəlləsinin 102.1.30-cü maddəsi üzrə gəlir və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərinin 75 faiz həcmində güzəşt hüququ verilməmişdir ki, nəticədə vergi ödəyicisinə 2103.7 manat vergi məbləği hesablanmış, xx.xx.2024-cü il tarixli **********753300 nömrəli Elektron kameral hesablama barədə Qərar göndərilmişdir. Həmçinin bildiririk ki, fərdi sahibkarın fəaliyyətinin əmək və material tutumlu olmasına baxmayaraq hüquqi qüvvəyə minmiş əmək müqavilələri əsasında işçilərin işə cəlb edilmədiyi, istehsal fəaliyyətinin icra edilməsi üçün aktivlərin (istehsal vasitələri, o cümlədən əsas vəsait və avadanlıqlar) təqdim edilmiş bəyannamələrdə bəyan olunmadığı, 2022-ci il ərzində istehsal prosesinə cəlb edilmiş mal-materialların alınmasının təsdiqedici sənədlərlə (elektron qaiməfakturalarla, elektron alış aktları ilə, yük gömrük bəyannamələri ilə) təsdiqlənmədiyi, 2023-cü il ərzində elektron qaimə fakturalarla mallar təqdim etdikdən sonra alınmış malların bəyannamənin müvafiq sətrində mal qalığı olaraq bəyan edilmədiyi, habelə 2023cü il ərzində 366 ədəd stul təqdim etməsinə (satmasına) baxmayaraq 170 ədəd stul alındığı, 196 ədəd (366-170) stulun alınmadığı və ya istehsal edildiyi halda xammal materialın təsdiqedici sənədlərlə alınması müəyyən edilmədi. Araşdırma zərurəti ilə əlaqədar olaraq məlumatların dəqiqləşdirilməsi üçün, fərdi sahibkarın adına qeydiyyatda olan ünvan 2 ünvanında yerləşən “Mebel sexi” adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə yerində baxışın keçirilməsi üçün vergi nəzarəti tədbiri icra olunmuş, lakin təsərrüfat subyektinin (obyektinin) bağlı olduğu müəyyən edilmişdir.

7. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

8. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi etiazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

9. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

12. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Mübahisələndirilən qərarlar: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 və Uçotun Təşkili baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********391300 saylı - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-117658/2024 saylı

14. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********391300 nömrəli inzibati akt iddiaçıya Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada çatdırılmamışdır.

15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 49.4 Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

16. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli **********391300 nömrəli, xx.xx.2023-cü il tarixli **********023700 nömrəli qərarlardan şikayət verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********477400 nömrəli qərarı ilə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli **********023700 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qərar iddiaçı tərəfindən mübahisələndirilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 36 nömrəli xx.xx.2024-cü il tarixli qərarına aid hissədə isə sözügedən qərar poçt vasitəsilə iddiaçının yaşadığı binanın komendantına təhvil verilmişdir.

17. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəsatində bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-117658/2024 nömrəli qərarı qəbul edilmişdir. Məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş son gün xx.xx.2024-cü il tarixləri olduğu halda iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmiş ərizə ilə müraciət etmiş və eyni tarixli Qərardadla ərizə icraata qəbul edilmişdir. Bildirirk ki, ərizənin məhkəməyə təqdim olunduğu tarixdən görüldüyü kimi, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür.

18. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 117658/2024 nömrəli inzibati akt iddiaçıya xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə isə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edtmişdir.

19. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

20. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

21. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Həmzəyev X2 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********391300 saylı və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-117658/2024 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Odur ki, hazırki iddia tələbi üzrə mübahisələndirilən 2 qərar mövcuddur: 1) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin 2022-ci il üzrə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********391300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı; 2) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üzrə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-117658/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı.

23. Məhkəmə müvafiq qərarlara ayrı-ayrılıqda mahiyyəti üzrə qiymət verməzdən əvvəl qeyd edir ki, İddiaçı mikro sahibkarlıq subyekti olan fərdi sahibkardır (qeyd edilən fakt işin mübahisəsiz halıdır) və hazırkı iddia tələbi üzrə mübahisənin yaranmasının, yəni iddiaçıya münasibətdə 2022-ci il, 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasının səbəbi vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi 75% vergi güzəşti hüququndan məhrum edilməsi ilə bağlıdır.

24. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin 2022-ci il üzrə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli **********391300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına münasibətdə məhkəmə müəyyən edir: - Cavabdeh orqan tərəfindən təqdim edilmiş yazılı etirazdan görünür ki, gəlir vergisi ilə bağlı kameral hesablamalar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı yaranmışdır. Vergi ödəyicisi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Meyarların 2.1.1ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, elektron qaimə fakturalar üzrə satışda “Stul smart qəhvə, Stul Lord, Stul Verona, Stul Roma və s.” qeyd olunsa da, vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Digər tərəfdən vergi ödəyicisin ticarət fəaliyyəti ilə məşğul olmasına baxmayaraq təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. (qeyd edilən hal cavabdehin nümayəndəsinin izahatı ilə də təsdiqlənmişdir). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********284600 nömrəli Qərarına əsasən İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmişdir.

25. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il üzrə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-117658/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına münasibətdə məhkəmə müəyyən edir: - Cavabdeh orqan tərəfindən təqdim edilmiş yazılı etirazdan görünür ki, gəlir vergisi ilə bağlı kameral hesablamalar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı yaranmışdır. Vergi ödəyicisi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Meyarların 2.1.1ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, iddiaçının əsas fəaliyyət növünün “mebel istehsalı” olduğu halda, “Mebel sexi” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2023-cü il tarixdən adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2023-cü il üzrə təqdim etdiyi cari gəlir vergisi bəyannaməsində 1035.00 manat əmək haqqı, 385.9 manat sosial sığorta haqları üzrə xərc məbləğləri bəyan etməsinə baxmayaraq, həmin dövr üzrə tərəfindən təqdim edilmiş MDSS bəyannamələrində öz əksini tapmamışdır.

26. Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən (21 noyabr 2024-cü il tarixə kimi qüvvədə olan redaksiyaya əsasən): 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

28. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2023cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu: 1.29.7. 102.1.30-cu maddə aşağıdakı redaksiyada verilsin: “102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;”; 3.5. Bu Qanunun 3.1–3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2024-cü il yanvarın 1dən qüvvəyə minir.

29. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin xx.xx.2024-cü il tarixə kimi qüvvədə olan redaksiyasına əsasən: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: ...102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

30. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, İddiaçı münasibətdə 2022-ci və 2023-cü illər üzrə gəlir vergisi hesablanarkən vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara tətbiq olunan 75 faiz vergi güzəştindən məhrum edilməsinin əsası vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Belə ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********284600 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci bəndlərinə istinad olunaraq riskli vergi ödəyicisi hesab edilmişdir.

31. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz. İddiaçının vergi uçotunu düzgün aparmadığı vergi orqanın xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş, riskli vergi ödəyicisi hesab olunaraq, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Buna görə də, iddiaçının gəlirlərinə 75% güzəşt hüququ tətbiq edilə bilməz.

32. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

33. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

34. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

35. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanlar həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdirlər. İddia əsassız hesab edilməli və rədd edilməlidir.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbləri rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar