Məhkəmə qərarları › İş №2-1(112)-1713/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1713/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1713/2020 08.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi və s.” tələblərinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə gecikdirilmiş əmək haqqına görə 44.100 manat, faiz borcuna görə 13.230 manat, mənəvi ziyana görə 600.000 manat məbləğində pulun tutulması və onun qulluq vəzifəsinin yerinə yetirilməsinə Azərbaycan Respublikası Cavabdeh rəhbərliyinin yaratdığı maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, inzibati orqana xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə göndərdiyi müraciətlərə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Məhkəmənin 13 mart 2020-ci il tarixli qərardadı ilə iddiaçının dəqiqləşdirmə barədə iddia ərizəsi icraata qəbul edilmişdir. 08 iyun 2020-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşdirilmiş iddia ərizəsi nəzərə alınmadan, tam həcmdə baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında çıxış edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehdən onun xeyrinə gecikdirilmiş əmək haqqına görə 44.100 manat, faiz borcuna görə 13.230 manat, mənəvi ziyana görə 600.000 manat məbləğində pulun tutulması və onun qulluq vəzifəsinin yerinə yetirilməsinə Azərbaycan Respublikası Cavabdeh rəhbərliyinin yaratdığı maneənin aradan qaldırılmasını tələb edir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı 05 avqust 2019-cu il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etməmişdən öncə cavabdeh inzibati orqana müraciət etməmiş və məhkəmə icraatı gedişində inzibati orqana xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə göndərdiyi müraciətlərin məzmunu isə iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmir. Bundan əlavə, iddiaçıya hüquqi yardım göstərilmiş, o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etsə də, daha sonra iddia tələbinə 05 avqust 2019cu il tarixli iddia ərizəsində göstərilən məzmunda baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “cavabdehdən onun xeyrinə gecikdirilmiş əmək haqqına görə 44.100 manat, faiz borcuna görə 13.230 manat, mənəvi ziyana görə 600.000 manat məbləğində pulun tutulması və onun qulluq vəzifəsinin yerinə yetirilməsinə Azərbaycan Respublikası Cavabdeh rəhbərliyinin yaratdığı maneənin aradan qaldırılması” barədə tələbi mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar