Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1713/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Üçüncü şəxs X19, X20, onların vəkili Vəkil3, X5 nümayəndəsi X6 və X10 nümayəndəsi (vəkili) Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (üçüncü şəxs: X23 və digərləri) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36 1083 saylı torpaq sahəsi üzrə Bakı şəhəri Maştağa qəsəbəsi X16 12 iyun 1998-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36 1083 saylı torpaq sahəsi 20 noyabr 1997-ci il tarixində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 №-li, xx.xx.1997-ci il tarixli qərarına əsasən 12 sot torpaq sahəsi iddiaçıya ayrılmışdır. Sözügedən torpaq sahəsi Bakı şəhəri, Maştağa qəsəbəsi, X26 yerləşir. Torpaq sahəsi iddiaçıya ayrılandan sonra elə həmin il onun ətrafını daş hasarla hasarlamışdır. Həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36 1083 saylı torpaq sahəsi 20 noyabr 1997-ci il tarixində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 №-li, xx.xx.1997-ci il tarixli qərarına əsasən Maştağa qəsəbəsinin Baş planından çıxarışda torpaq sahəsinin yeri təyin edilmiş və Maştağa qəsəbəsi, X36 ümumi sahə 1083 saylı torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-23918/2023 **********18 saylı məktubuna əsasən Bakı şəhəri, Maştağa qəsəbəsi X16 xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarından çıxarışa və yerləşmə sxeminə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36, ümumi sahə 1083 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi ilkin olaraq qeydiyyata alınmışdır. Göstərilən səbəbdən, cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından məhrum olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, X23, X21, X31, X22, X29, X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. (zəruri cəlbetmə) Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. (zəruri cəlbetmə) Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. (zəruri cəlbetmə) Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər, onların nümayəndələri və vəkili iddia tələbinin mümkünlük şərtlərinə cavab vermədiyini bildirərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 noyabr 1997-ci il tarixli 11 №-li qərarından çıxarışdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanda yerləşən 1083 nömrəli torpaq sahəsi İddiaçı ayrılmışdır. Yerləşmə sxemindən görünür ki, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi ümumi sahəsi 0,12 ha olan 1083 saylı torpaq sahəsinə dair yerləşmə sxemi Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Fortiori” vəkil bürosuna ünvanlanmış 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Maştağa qəsəbəsi X16 xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarından çıxarışa və yerləşmə sxeminə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36, ümumi sahə 1083 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi ilkin olaraq X11 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 17 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-39 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsindən 0.07 ha torpaq sahəsi X8 adına özgəninkiləşdirilmişdir. (yeni poçt ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36, ümumi sahə, 1083C); Bakı şəhəri 17 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-38 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsini X24 adına özgəninkiləşdirilmişdir. 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-135 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.05 ha torpaq sahəsi X9 adına qeydiyyatdan keçmişdir. 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-264 reyestr nömrəli 4Ə- 264 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.05 ha torpaq sahəsi X19 adına qeydiyyatdan keçmişdir. 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-567 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən X29 0.05 ha torpaq sahəsini Seyid-zadə Kamal Adil oğluna bağışlamışdır. Lakin sözügedən müqavilə dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanda yerləşən 1083 nömrəli torpaq sahəsi ilə bağlı təqdim olunmuş sənədlər toplusundan görünür ki: Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 iyun 1998-ci il tarixli 3 №-li qərardan çıxarış ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanda yerləşən 1083 nömrəli torpaq sahəsi X17 ayrılmışdır. Yerləşmə sxemindən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanda yerləşən 1083 nömrəli torpaq sahəsi ilə bağlı yerləşmə sxemi tərtib olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36, ümumi sahəsi 0,12 ha olan 1083 nömrəli torpaq sahəsi üzərində X11 mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsinin 0,05 ha olan hissəsi X27 (xx.xx.2018-ci il tarixdə çıxarış verilmiş), digər 0,07 ha hissəsi isə X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36, ümumi sahəsi 1083 C olan torpaq sahəsinin 0,07 ha hissəsində X8 mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. (0677905 №-li alqı-satqı müqaviləsinə əsasən).Daha sonra həmin torpaq sahəsinin 0,025 ha sahəsi X13 (xx.xx.2022-ci il tarixdə çıxarış verilmiş), 0,045 ha hissəsi isə X18 (xx.xx.2023-cü il tarixdə çıxarış verilmiş) satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36, ümumi sahəsi 0,05 ha olan 1083 nömrəli torpaq sahəsi üzərində X24 mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsinin 0,05 ha olan hissəsi X14, ondan sonra isə X2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X36, ümumi sahəsi 0,05 ha olan 1083 nömrəli torpaq sahəsi üzərində X19 mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsinin bir hissəsi, yəni 0,025 ha olan hissəsi Seyid-zadə Kamal Adil oğluna satılmış, digər 0,025 ha hissəsi isə yeni ünvan verilərək X19 mülkiyyətində qalmışdır. Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 aprel 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Sabunçu RİH X4 qəsəbəsi üzrə nümayəndəliyinin 12 iyun 1998-ci il tarixli 3 nömrəi qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, 1083 saylı bağ sahəsinin ayrılmasına dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxviləşdirilməmişdir. Sorğuda qeyd olunan Sabunçu Rayon İcra Hakimiyyəti X4 qəsəbəsi üzrə nümayəndəliyinin 12 iyun 1998-ci il tarixli 3 nömrəli qərarından çıxarış və cizgi sxemi xx.xx.1997-ci ildən qəsəbə nümayəndəsi işləyən X32 və xx.xx.1994-cü ildən nümayəndəliyinin mühəndisi işləyən X15 tərəfindən imzalanmışdır.Qəsəbə nümayəndəliyində olan məlumata əsasən hal-hazırda X3 Cumhuriyyətində yaşayır. X15 isə xx.xx.2017-ci ildə vəfat etmişdir. Maştağa qəsəbəsinin Baş Planından çıxarışda imzası olan xx.xx.2005-ci ildən qəsəbə nümayəndəsi işləyən X33 isə xx.xx.2011-ci ildə vəfat etmişdir. Sorğuda qeyd olunan yerləşmə cizgilərinin eyni ərazi ilə olub-olmaması və həmin torpaq sahəsinin nümayəndəlik tərəfindən hansı şəxslərə ayrılması barədə məlumat yoxdur. Hazırki işin faktiki hallarından göründüyü kimi Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 iyun 1998-ci il tarixli 3 №-li qərardan çıxarış ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanda yerləşən 1083 nömrəli torpaq sahəsi X17 ayrılmışdır. M.Quliyevin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, daha sonra isə mülki əqdlər əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Torpaqayırma zamanı ölçüsü 0,12 ha olan torpaq sahəsinin hazırki vəziyyətdə 0,025 ha sahəsi X13, 0,045 ha hissəsi X18, 0,025 ha hissəsi Seyid-zadə Kamal Adil oğlunun, 0,025 ha hissəsi isə X19 xüsusi mülkiyyətindədir. İddiaçı hazırda iddia olunan torpaq sahələrinin ilkin qeydiyyatına əsas olmuş Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 iyun 1998-ci il tarixli 3 №-li qərarı mübahisələndirməkdədir, onun iddiası müddət ilə bağlı mümkünlük şərtlərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Hazırki iddia ilə mübahisələndirilən inzibati akt 2011-ci ildən əvvəlki dövrə təsadüf etdiyindən, bu iddiaya baxılan zamanda iddianın müddət ilə bağlı mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsinə qiymət verilməlidir. Belə ki, inzibati akt qəbul edilən zaman qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə) İddiaçı isə göstərilən müddət ərzində həmin qərarı mübahisələndirilməsi barədə iddia verməmiş, iddia xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2 və 384.0.5-ci maddələrinə istinad etməklə iddia müddətinin tətbiq edilməli olmaması əsası da aradan qalxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Vahid məhkəmə təcrübəsini formalaşdıran akt kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1724/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsas gətirmək olar. Həmin qərardadda qeyd olunmuşdur ki: “Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud, və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2985/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2- 1(102)-2985/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-2645/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-2153/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2107/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1798/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1713/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1149/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1146/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)- 887/2023 nömrəli; qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə imkanı 2011-ci il 1 yanvar tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (o cümlədən, yeni qanunda bu növ iddialarla bağlı məhkəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı artıq həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur.” İşin faktiki hallarından və üçüncü şəxslərin məhkəmə iclasındaki izahatlarından aydın olur ki, iddiaçının 1997-ci ildən ayrıldığını iddia etdiyi torpaq sahəsi üçüncü şəxslərin istifadəsində olmuş, hasarlama və tikililər ucaldılmış, iddiaçı isə hazırki tələb ilə bağlı müraciətini illər sonra həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmənini oxşar işlər (“Binəqədi Oyl”, İcra Hakimiyyəti və s.) üzrə formalaşmış mövqeyi hazırki mübahisə üzrə də tətbiq edilməlidir. Belə ki, mübahisələndirilən inzibati aktla bağlı məlumatlı olmaq bildiyi vaxt ilə yanaşı bilməli olduğu vaxt anlayışı ilə qiymətləndirməni tələb edir. Necəki, “Binəqədi Oyl”, “Azneft” və s. oxşar işlər üzrə iddia müddəti tətbiq edilərkən torpaq sahəsinin faktiki istifadə vəziyyətinin yoxlanılması, tikililərin və ya yaşayışın mövcud olması, iddiaçı tərəfindən müəyyən edildiyi təqdirdə qeyd olunanları legitim edən inzibati aktı mübahisələndirmək üçün müddət əsası yaradırsa oxşar mövqeyi bu işlər üzrə nəzərə alınmalı və qeyd edilməlidir ki, 1997-ci ildə ayrıldığı iddia olunan torpaq sahəsində iddiaçı hər hansı tikili ucaltmırsa həmin torpaq sahəsi isə üçüncü şəxslər tərəfindən istifadə edilərsə (hasara alınırsa, tikili ucaldırsa) iddiaçı buna dair inzibati aktıda vaxtında mübahisələndirilməli idi. Bundan başqa Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da olmamışdır. Belə ki, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi iddiaçı 1083 nömrəli torpaq sahəsinə münasibətdə hüquqlarının yarandığını iddia etməkdədir və bunu Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 noyabr 1997-ci il tarixli 11 №-li qərarının mövcudluğu ilə əsaslandırır. Adıçəkilən qərarın surətinə baxış keçirdikdə görünür ki, həmin qərar 20 noyabr 1997-ci il tarixdə Ə.A.Hacıyevın imzası və Nümayəndəliyin möhürü ilə təsdiqlənərək verilmişdir. Həmin qərar əsasında verilən yerləşmə sxemi isə həmin Nümayəndəliyin nümayəndəsi A.H.Hadıyev tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Qeyd olunan hər iki sənədin müqayisəli təhlili nəticəsində müəyyən olunur ki, həmin sənədlərdə səlahiyyətli şəxs qismində fərqli nümayəndələr göstərilsə də, onların adlarının qarşısında atılmış imzanın eyni şəxsə aid olduğu açıq-aşkar görünür. Yəni faktiki olaraq, hazırki iş üzrə hətta məhkəmə xətşünaslıq ekspertizasının təyininə belə zərurət olmamışdır. Çünki, bu zərurət yalnız o halda yarana bilərdir ki, əgər hər iki sənəddə olan imzaların bənzər xüsusiyyətləri olsun və bu xüsusiyyətləri müəyyən etmək xüsusi bilik tələb etsin. Lakin hazırda bu sənədlərdə olan imzaların eyniliyi isə gözlə görünən və aydın olan bir haldır. Bu səbəbdən də sözügedən qərarın, o cümlədən yerləşmə sxeminin mötəbərliyinin həqiqiliyi şübhə altına alınmışdır ki, yaranmış bu şübhələrin aradan qaldırılmasına dair hər hansı obyektiv arqumentlərin mövcudluğuda müəyyən olunmamışdır ki, bu da faktiki olaraq iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğunu istisna etmişdir. Belə ki, mötəbərliyi müəyyən olunmayan inzibati akt və yerləşmə sxemi ilə mülkiyyət hüququnun qeydinə əsasında dayanan inzibati aktın mübahisələndirilməsi imkanından söhbət gedə bilməz. Bu zaman torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olmaması da subyektiv hüququn müəyyən edilməməsi baxımından da nəzərə alınmalıdır. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iddia tələbi həm müddət, həm də subyektiv cəhətdən mümkünlük şərtlərini ödəmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1713/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1713/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver