Məhkəmə qərarları › İş №2-1(112)-1715/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1715/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1715/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “X1 (xx.xx.1991-ci il təvəllüdlü), yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə birgə iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə X2 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixindən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 62-də yerləşən 43 saylı mənzilin **********15- 05101-093071 reystr nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən Çıxarış"ına əsasən mülkiyyətçisidir. X2 (xx.xx.1991-ci il təvəllüdlü), yetkinlik yaşma çatmayan xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X10 qeyd edilən mənzildə qeydiyyatdadırlar. Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, oğlu - Nümayəndə ilə X1 nikahı pozulmuş və 1 (bir) ildən çoxdur ki, qeyd edilən şəxslər iddiaçının mülkiyyətində faktiki yaşamadıqları və qeydiyyatda qaldıqları üçün mülkiyyətilə bağlı müəyyən əqdləri bağlaya və sərəncam verə bilmir. Bu hal isə Azərbaycan Respublikasının Konstutisyası ilə müəyyən olunan mülkiyyətinə dair hüquqlarını ədalətsiz olmaqla yanaşı əsassız və qanunsuz olaraq pozulmaqda davam edir. Qeyd edilən əmlakda X2 yetkinlik yaşına çatmayan X13 və X10 ilə birgə qeydiyyatda olsalarda faktiki olaraq yaşamırlar və əmlakdan istifadə etmirlər. Faktiki olaraq X2 yetkinlik yaşma çatmayan X13 və X10 ilə birgə başqa ünvanda yaşadıqları üçün iddiaçının hüquqları məhdudlaşıb. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 62-də yerləşən M2- də yerləşən 43 saylı mənzildə olan X1 yetkinlik yaşına çatmayan X13 və X10 ilə birgə qeydiyyatdan çıxarılması və istifadə hüququna xitam verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə müraciət edilsə də, cavabdeh heç bir araşdırma aparmadan xx.xx.2024-cü il tarixli 51/2-ə- 8217 saylı məktubla əsassız imtina vermiş və bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Cavabdeh imtina edərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsini düzgün tətbiq etməmişdir. Qeyd edilən mənzilin iddiaçının tam mülkiyyət hüququnu təsdiq edən, daşınmaz əmlakın dövlət reyestrində **********15-05101-093071 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Buna baxmayaraq, mənzildən qeydiyyatdan çıxarılmasını istədiyi şəxs bu günə kimi iddiaçıya məxsus olan əmlakda hələ də qeydiyyatdadır, bununla da o, iddiaçının əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Bu səbəbdən həmin şəxsin qeydiyyatda olduğu ünvana istifadə hüququ itirilmiş hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İİ. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışında iştirak etməmişdirlər. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Üçüncü şəxsə göndərilmiş məhkəmə bildirişləri, rabitə orqanı tərəfindən onun həmin ünvanda yaşamadığı üçün geri qaytarılmışdır. Odur ki, məhkəmə işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxmışdır.

9. Məhkəmə, iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrınа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İİİ. Tədqiq edilmiş sənədlər AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən, ünvan 1 ünvanında qeydiyyatdadır – X2, X13 və X11. AZ-İ seriyalı, 490360 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, Nümayəndə ilə X4 nikahlarına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. AZ-T seriyalı 277605 nömrəli “Doğum haqqında şəhadətnamə”də X12 xx.xx.2015-ci ildə doğulması, atası Nümayəndə, anası X8 olması göstərilmişdir. AZ-T seriyalı 256879 nömrəli “Doğum haqqında şəhadətnamə”də X6 xx.xx.2018-ci ildə doğulması, atası Nümayəndə, anası X8 olması göstərilmişdir. Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 51/2-Ə-8217 nömrəli məktubuna əsasən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayaış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-567/2024 saylı (iddiaçı X4 cavabdehlər Nümayəndə və İddiaçı qarşı “iddiaçının və övladları X13 və X5 mənzilə köçürülmələri” tələbinə dair” işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə iddiaçının iddiasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-34732/2024 **********32 nömrəli cavab məktubuna əsasən ünvan 1 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən X1 həmin ünvana dair istifadə hüququnu təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.

10. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun

- 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri - 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu - 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.1. daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2. yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

13. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları - 2. şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması -Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunundа şəxsin (şəхslərin) yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsının əsаslаrı dəqiq göstərilmişdir. «Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun mənаsınа görə şəхs fаktiki yаşаdığı və оlduğu yеr üzrə qеydiyyаtа аlınmаlıdır. Həmin qаnunа əsаsən yаşаyış yеri üzrə və оlduğu yеr üzrə qеydiyyаtın məqsədi şəхslərin uçоtа аlınmаsı, оnlаrın bаşqа şəхslərin, dövlət və cəmiyyət qаrşısındа vəzifələrin icrа еdilməsidir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ilə qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

15. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi).

16. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.

17. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İş materiallarından göründüyü kimi ünvan 1 iddiaçının mülkiyyətindədir. Üçüncü şəxsləriddiaçının ərizəsi əsasında sözügedən mənzilə qeydiyyata alınmış iddiaçının nəvələri və keçmiş gəlinidir. İddiaçı ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan, artıq iddiaçının ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən evdə qeydiyyatda olan şəxslər həmin mənzildə yaşamadığından, eləcə də onların həmin mənzilə istifadə hüquqlarının hazırda mövcudluğu müəyyən edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Bundan əlavə iş materiallarında olan və yuxarıda təsvir edilmiş məhkəmə qətnaməsindən də görünür ki, iddiaçı X4 cavabdehlər Nümayəndə və İddiaçı qarşı “iddiaçının və övladları X13 və X5 mənzilə köçürülmələri” tələbinə dair iddiası təmin edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 11. Qanunçuluq prinsipi - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13. Etimad hüququnun qorunması prinsipi\ - 13.2. inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması - 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Maddə 52. Məhkəmə baxışının hədləri - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68. Məhkəmə qərarının əsası - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, İddiaçı iddiа tələbi təmin еdilməli, X1 (xx.xx.1991-ci il təvəllüdlü), yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X11 ilə birgə iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməlidir.

22. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

23. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq məhkəmə

QƏRARA ALDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X1 (xx.xx.1991-ci il təvəllüdlü), yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X7 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar