Məhkəmə qərarları › İş №2-1(112)-1716/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1716/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1716/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı “TMH Worldwide LLC” şirkətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı «qərarın ləğv edilməsi, əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamə verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı “TMH Worldwide LLC” şirkəti cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı «qərarın ləğv edilməsi, əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, 2021 01115 saylı 18 may 2021-ci il tarixli ərizə ilə 43-cü sinif xidmətləri üzrə verilmiş “TRADEMARK COLLECTİON” əmtəə nişanın qeydiyyata almaqdan imtina edilməsi haqqında Patent və X1 Mərkəzinin 2021-ci il 11 oktyabr tarixli 31 nömrəli Protokolu ilə təsdiq edilmiş qərarına qarşı verilmiş əsaslandırılmış etiraz Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (Apellyasiya şurasının) A234-7/21 nömrəli 31 may 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Cavabdeh 2021 01115 (ilkinlik 8 may 2021-ci il) ərizə üzrə qərar verərkən, «Sənaye mülkiyyətinin qorunması haqqında» Paris Konvensiyasının 6-quinquies maddəsini düzgün tövsif etməyərək səhv tətbiq etmiş, eləcə də «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “b” bəndindən irəli gələn əsasların düzgün tövsif etməyərək səhv tətbiq etmiş, səhv nəticəyə gəlmiş təqdim edilmiş sübutları əsassız və qanunsuz olaraq nəzərə almadığını nəzərə alaraq A 234-7/21 nömrəli 31 may 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “TMH Worldwide LLC” adına “TRADEMARK” əmtəə nişanı ******* saylı qeydiyyatla 10 oktyabr 2017-ci il tarixli 43-cü sinif “mehmanxana, kurort mehmanxanası və müvəqqəti yaşayış yerlərinin rezervasiyası xidmətləri” üzrə mənşə ölkəsi X3 Patent və Əmtəə Nişanları tərəfindən verilmiş şəhadətnamənin surəti təqdim edilir. TMH Worldwide LLC adına “TRADEMARK COLLECTİON” əmtəə nişanı 5.541864 saylı qeydiyyatla 14 avqust 2018-ci il tarixli 43-cü sinif “mehmanxana, kurort mehmanxanası və müvəqqəti yaşayış yerlərinin rezervasiyası xidmətləri” üzrə mənşə ölkəsi X3 Patent və Əmtəə Nişanları tərəfindən verilmiş şəhadətnamənin surəti təqdim edilir. “TMH Worldwide LLC” adına “TRADEMARK COLLECTİON” sözdən ibarət əmtəə nişanı 17947057 (xx.xx.2019) saylı qeydiyyatla 43-cü sinif xidmətləri üzrə X6 EUTM-da, ******* (xx.xx.2020) saylı qeydiyyatla 43-cü sinif xidmətləri üzrə Argentinada, ******* (xx.xx.2019) saylı qeydiyyatla 43-cü sinif xidmətləri üzrə Avstraliyada, 126764 (xx.xx.2020) saylı qeydiyyatla 43-cü sinif xidmətləri üzrə Bəhreyndə, ********* (xx.xx.2020) saylı qeydiyyatla 43-cü sinif xidmətləri üzrə Braziliyada, və sairə onlarla digər dövlətlərdə olan qeydiyyatların siyahısı təqdim edilir. A. Apellyasi şurası «Sənaye mülkiyyətinin qorunması haqqında» Paris Konvensiyasının 6-quinquies maddəsinə əsasən: “Mənşə ölkəsində lazımı qaydada qeydiyyata alınan hər bir əmtəə nişanı İttifaqın istənilən digər ölkəsində mühafizə üçün iddia təqdim edilə bilər və bu maddə də göstərildiyi kimi, təshih olunaraq, olduğu kimi, mühafizə olunur. Bu ölkələr qeydiyyatı tam həyata keçirənə qədər mənşə ölkəsində qeydiyyatın səlahiyyətli orqan tərəfindən verilmiş şəhadətnaməsini tələb edə bilər. Belə şəhadətnamələrin leqallaşdırılması tələb edilmir” norması ilə bağlı göstərmişdir: Apellyasi şurası iddiaçının (ərizəçinin) etiraz ərizəsində qeyd etdiyi "mənşə ölkəsi olan ABŞ-da 5.541864 sayla “TRADEMARK" əmtəə nişanının 17 oktyabr 2017-ci il tarixdə 5.541864 sayla qeydiyyatda olması «Sənaye mülkiyyətinin qorunması haqqında» Paris Konvensiyasının 6-quinquies maddəsinə” istinadı ilə bağlı qeyd edir ki, Konvensiyanın 6-quinquies maddəsi mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş nişana mütləq olaraq mühafizə verilməsini nəzərdə tutmur. Əgər işarələr hər hansı bir fərqləndirici əlamətlərdən mərhumdursa, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini, yaxud hazırlanma vaxtını göstərən və ya adi dildə qəbul edilmiş və mühafizə xahiş olunan ölkənin ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarətdirsə, baxılan maddənin qüvvəsi altına düşən ölkə əmtəə nişanlarının qeydiyyatını rədd edə bilər, yaxud etibarsız hesab edə bilər. Apellyasi şurası mənşə ölkəsi X2 14 avqust 2018-ci il tarixdə ******* sayla qeydiyyatda olan “TRADEMARK COLLECTİON” əmtəə nişanı 17 oktyabr 2017-ci il tarixdə ******* sayla qeydiyyatda olan “TRADEMARK” əmtəə nişanlarını eyniləşdirmiş, araşdırma aparmamış, düzgün istinad etməmişdir. Apellyasi şurası Paris Konvensiyasının 6-quinquies maddəsinin “B” bəndinin 2-ci bəndinin bütün kriteriyaları sadalasa, qərarı hər hansı kriteriyaya uyğun olmadığını göstərməmiş, və ya hər hansı səbəb və sübutlarla əsaslandırmamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Apellyasi şurası azərbaycan dilində deyil, ingilis dilində olan “TRADEMARK COLLECTİON” əmtəə nişanının mənşə ölkəsi X2 və Avropa Birliyində EUTM və eləcə də, onlarla digər xarici dövlətlərdə qeydiyyatda olan və Paris Konvensiyasının 6-quinquies maddəsinin “B” bəndinin: Baxılan maddənin qüvvəsi altına düşən ölkə əmtəə nişanlarının qeydiyyatının rədd edilməsi, yaxud etibarsız hesab edilməsi ancaq aşağıdakı hallarda ola bilər: (ii) İşarələr hər hansı bir fərqləndirici əlamətlərdən məhrumdursa, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini, yaxud hazırlanma vaxtını göstərən ya adi dildə qəbul edilmiş və mühafizə xahiş olunan ölkənin ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarətdirsə, uyğun olaraq qeydiyyatda olmasını nəzərə almamışdır. Belə ki, azərbaycan dilində “TRADEMARK COLLECTİON” ifadəsi, bütövlükdə səslənməklə 43-cü sinifin xidmətləri üzrə fərqləndirici əlamətlərdən məhrum deyil, Azərbaycan Respublikasında 43-cü sinif xidmətləri üzrə ticarətdə məhsulların (xidmətin) növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini yaxud hazırlanma vaxtını göstərmir, və ya azərbaycan dilində, adi dildə qəbul edilmiş və mühafizə xahiş olunan ölkənin Azərbaycan Respublikasının ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarət deyildir. B. Apellyasi şurası «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin və «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın 4-cü maddəsinin bütün kriteriyaları sadalasa da, qərarı hər hansı kriteriyaya uyğun olmadığını göstərməmiş, və ya hər hansı səbəb və sübutlarla əsaslandırmamışdır. Apellyasiya şurası iki sözdən, yeddi səsdən, 7 hecadan (tra-de-mark col-lec-ti-on) ibarət olan “TRADEMARK COLLECTİON” ifadəsini öz qərarında “TRADEMARK COLLECTİON” nişanı qrafik xarakterli ifa olunmayan, standart şrift vahidi ilə ayrıca şəkildə özündə hərf əks etdirən işarədir” kimi qiymətləndirir və bununla da səhv nəticəyə gəlir. Belə ki, Azərbaycan dilinin izahlı lüğətinə görə şrift – müxtəlif ölçü və biçimdə olan mətbəə hürufatı olub hər bir hərfə aid olur. А, В, C, Ç . . . və s. Apellyasiya şurası – “‘TRADEMARK COLLECTİON” standart bir hərf kimi qiymət veriməklə düzgün nəticəyə gəlmir: “Hərflər səslərin qrafik təsviridir” Apellyasiya şurası təqdim edilmiş sübuta mənşə ölkəsi ABŞ-da 5.308 444 saylı qeydiyyatlı “TRADEMARK” əmtəə nişanının təsvir edilərkən “Nişan standart hərflərlə verilir, heç bir stildə, ölçüdə, rəngdə iddia edilmir” göstərilməsinə və ya 5.541864 saylı qeydiyyatlı “TRADEMARK COLLECTİON” əmtəə nişanının təsvir edilərkən “Collection-dan başqa növbətinin istifadəsinə müstəsna hüquqa iddia tələb etmirik” göstərilməsi ilə mənşə ölkəsində qeydiyyatda olmasına hüquqi qiymət verməmiş, nəzərə almamış, səhv etmiş, səhv nəticəyə gəlmişdir. Nəticə etibarı ilə, ingilis dilli mənşə ölkəsi X2 43-cü sinif xidmətləri üzrə müstəsna hüquqla mühafizə olunan “COLLECTİON” sözü Apellyasiya şurası tərəfindən Azərbaycan dilində olmayan sözü ''fərqləndirici əlamətlərdən məhrum olan, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini yaxud hazırlanma vaxtını göstərən ya adi dildə qəbul edilmiş və mühafizə xahiş olunan ölkənin (Azərbaycanın) ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarət” söz kimi qiymət verir, səhv nəticəyə gəlir və göstərir: “TRADEMARK COLLECTİON nişanı qrafik xarakterli ifa olunmayan, standart şrift vahidi ilə ayrıca şəkildə özündə hərf əks etdirən işarədir. Odur ki, əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları mövcuddur.” Apellyasiya şurasında gətirilən dəlilləri, normaları tətbiq etməklə müqayisə etməli olduğu halda, öz qərarını qüvvədə olan qanunlara və qaydalara müvafiq olaraq düzgün hüquqi qiymət verməmiş, nəticə etibarilə səhv qərar vermişdir. Apellyasiya şurası Azərbaycan Respublikasında müştərilərin, facebook səhifəsi və instagram vasitəsi ilə 47557 istifadəçi tərəfindən istifadəsi, yəni azərbaycanlı müştərilərin TRADEMARK COLLECTİON vasitəsi ilə sifarişlərin verilməsi, xidmətdən istifadə faktlarını, fərqləndirmə qabiliyyəti qazanılması barədə təqdim edilmiş sübutlara heç bir əsaslandırma aparmadan səhv hüquqi qiymət verərək göstərmişdir: “Qeyd edilən hallar özlüyündə nişanın istifadə zamanı fərqlənmə qabiliyyəti əldə etdiyini sübut etmək üçün yetərli sayıla bilməz”. Əvəzində Apellyasiya şurası göstərir: “İddiaçının nümayəndəsinə nişanın iddia olunduğu əmtəələr (üzrə Azərbaycan ərazisində istifadəsi zamanı fərqlənmə qabiliyyətinə maik olduğunu təsdiq edən sübutlar (məsələn, istehlakçılar arasında rəy sorğusu, reklam kompaniyası və.s.) təqdim edilməsi təklif olunmuş, lakin müvafiq sübutlar Apellyasiya şurasına təqdim edilməmişdir”. Səhv təklif, iddia olunan işarə TRADEMARK COLLECTİON ilə əsasən məhz internet üzrə 43-cü sinif üzrə xidmətlər təklif olunur, həyata keçirilir. Reklam kompaniyaları ilə bağlı Apellyasiya şurasına təqdim edilən sübutlar göstərir ki, TRADEMARK COLLECTİON nişanı ilə 43-cü sinif xidmətləri intenet vasitəsi ilə bütün dünyaya, eləcə də Azərbaycan ərazisinə yayımlanır. TRADEMARK COLLECTİON nişanı ilə xidmətlər Azərbaycan istehlakçılarına 43-cü sinif xidmətləri əsasən Azərbaycan ərazisində deyil, bütün dünyada istehlakçılar arasında həyata keçirilir, bu istehlakçlar arasında üzbəüz rəy sorğusu aparılması mümkün deyildir. Göstərilənlərə və İPM-in 2, 8, 14, 32, 45-ci-ci maddələrinə, «Sənaye mülkiyyətinin qorunması haqqında» Paris Konvensiyasının 6-quinquies maddəsinə, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin a) bəndinə, «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın 4-cü bəndinin “a” yarımbəndinə əsaslanaraq, məhkəmədən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A 234-7/21 nömrəli 31 may 2022-ci il tarixli qərarının ləğv edilməsi, “TMH Worldwide LLC” şirkəti (ünvan: 22 Sylvan Way, Parsippany, New Jersey 07054, USA) tərəfindən verilmiş 2021 01115 saylı 18 may 2021-ci il tarixli ərizə ilə 43-cü sinif “Kurort mehmanxanası, mehmanxana, motel və restoran xidmətləri; mənzillərdə yaşayış yerlərinin verilməsi üzrə xidmətlər; müvəqqəti yaşayış yeri; istirahət üçün yaşayış yerinin icarəsi xidmətləri; başqaları üçün yaşayış yerinin bron edilməsi; müvəqqəti yaşayış yerinin bron edilməsi” xidmətləri üzrə qeydiyyata alınmasından xidmətləri üzrə verilmiş “TRADEMARK COLLECTİON” əmtəə nişanın qeydiyyata alması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 7 oktyabr 2022-ci il tarixli məktubu ilə aşağıdakı məzmunda iddiaya qarşı yazılı etiraz təqdim olunmuşdur: - İddiaçı “TMH Worldwide LLC" şirkəti 2021-ci il 08 may tarixdə 2021 01115 nömrəli iddia sənədi ilə “TRADEMARK COLLECTİON” əmtəə nişanının Əmtəə və Xidmətlərin Beynəlxalq Nitsa Təsnifatının (ƏXBT-nin) 43-cü sinif xidmətləri üzrə qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət emişdir. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 2021-ci il 11 oktyabr tarixli qərarı ilə «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “b” bəndinə istinad edilərək “TRADEMARK COLLECTİON” əmtəə nişanının qeydə alınmasından imtina edilmişdir. 2021 01115 nömrəli iddia sənədi üzrə iddia edilən “TRADMARK COLLECHON” nişanının ƏXBT-nin 47-ci sinfinin iddia olunan xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Ekspertiza Mərkəzinin 2021-ci il 11 oktyabr tarixli qərarından iddiaçı “TMH Worldwide LLC" şirkəti tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına etiraz ərizəsi verilmiş, Apellyasiya şurasının 2022-ci il 31 may tarixli A234-7/21 nömrəli qərarı ilə həmin etiraz təmin edilməmişdir. “TRADEMARK COLLECTİON” nişanı qalın şriftlə, latın əlifbasının böyük hərfləri ilə yazılmış “trademark” və “collection” sözlərindən ibarət olmaqla ingilis dilindən azərbaycan dilinə “əmtəə nişanı (ticarət nişanı) toplusu” kimi tərcümə edilir. Əmtəə nişanının əsas funksiyası bir sahibkarın əməələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanının fərqlənmə qabiliyyətinə malik olması onu şərtləndirən əsas amildir. Müxtəlif istehsalçılar tərəfindən istehsal olunan eyni sinif üzrə əmtəələri bir-birindən fərqləndirmə qabiliyyətinə malik olmayan nişanların əmtəə nişanı kimi mühafizə edilməsi yol verilməzdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq nişanın fərqlənmə qabiliyyəti hamı tərəfindən eyni cür dərk edilən faktor kimi deyil, hər bir əmtəəyə uyğun xüsusi yanaşma tələb edən bir məsələdir. Qanunvericiliyin tələblərini, əmtəə nişanı məfhumunun funksiyasını və qeyd olunanları nəzərə alaraq bildirilir ki, nişanın fərqlənmə qabiliyyətinə malik olması halı və mühafizə qabiliyyəti meyarlarına cavab verməsi məsələsi araşdırılarkən, əlamətlər və meyarlar bütün növ əmtəələr üzrə qeyri-müəyyən şəkildə deyil, iddia edilən sinif əmtəələr nəzərə alınmaqla, istehlakçıların və digər sahibkarların hüquqlarının məhdudlaşdırılmaması çərçivəsində müəyyən edilməlidir. Odur ki, nişanın əmtəəyə münasibətdə fərqlənmə qabiliyyətinə malik olmaması iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. Göründüyü kimi, iddia edilən “TRADEMARK COLLECTİON” nişanı orijinal təsviri elementə malik deyil, yalnız mühafizəsiz elementlərdən ibarətdir, həmçinin ümumişlək sözlərdən ibarətdir. İddiaçı tərəfindən Apellyasiya şurasına təqdim edilmiş etirazda göstərilən işlə əlaqəli olan linkə daxil olduqda müxtəlif mehmanxanalar barədə məlumat və mehmanxana axtarış sistemləri, o cümlədən mehmanxanaların əmtəə nişanlarının əks olunduğu səhifə açılır. Bu da nişanın ƏXBT-nin iddia edilən sinfi üzrə əmtəə və ya xidmətləri təsvir etdiyini, həmçinin nişanın fərqlənmə qabiliyyətinə malik olmadığını və mühafizə qabiliyyətli meyarlara cavab vermədiyini deməyə əsas verir. Həmçinin iddia ərizəsində göstərilən “TRADEMARK COLLECTİON” nişanının mənşə ölkəsində qeydiyyata alınması və nişanın qeydiyyatının zərurəti ilə bağlı iddiaçının «Sənaye mülkiyyətinin qorunması haqqında» Paris Konvensiyasının 6quinquies maddəsinə istinadı ilə bağlı qeyd edilməlidir ki, Konvensiyanın 6-quinquies maddəsi mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş nişana mütləq olaraq mühafizə verilməsini nəzərdə tutmur. Əgər işarələr hər hansı bir fərqləndirici əlamətlərdən məhrumdursa, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini yaxud hazırlanma vaxtını göstərən və ya adi dildə qəbul edilmiş və mühafizə xahiş olunan ölkənin ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarətdirsə, baxılan maddənin qüvvəsi altına düşən ölkə əmtəə nişanlarının qeydiyyatını rədd edə bilər, yaxud etibarsız hesab edə bilər. Konvensiyanın müddəalarını rəhbər tutaraq bildirilir ki, fərqləndirici əlamətlərdən məhrum olan hər hansı nişanın mənşə ölkəsində qeydiyyata alınması faktı həmin nişanın Konvenisyaya üzv dövlət tərəfindən mütləq olaraq qeydiyyata alınması üçün əsas ola bilməz. Göstərilənlərə və «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4 və 5-ci maddələrinə, müvafiq Qaydaların 4-cü bəndinə əsaslanaraq, məhkəmədən iddiaçı “İddiaçı” şirkətinin cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı «qərarın ləğv edilməsi, əmtəə nişanının qeydiyyata alınması» barədə iddia tələbinin rədd edilməsi və Apellyasiya Şurasının 2022-ci il 05 aprel tarixli A22-7/22 nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edililməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının qoşulduğu «Sənaye mülkiyyətinin mühafizəsi haqqında» Paris Konvensiyasının 6-quinquies maddəsinə görə: - A. (1) Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfındən verilən şahadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şahadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. - B. Baxılan maddənin qüvvəsi altına düşən ölkə əmtəə nişanlarının qeydiyyatının rədd edilməsi, yaxud etibarsız hesab edilməsi ancaq aşağıdakı hallarda ola bilər:

1. İşarələr mühafızə xahiş olunan ölkədə üçüncü şəxsin əldə etdiyi hüquqlara toxuna bilərsə; 2. İşarələr hər hansı bir fərqləndirici əlamətlərdən məhrumdursa, yaxud işarələr ticarətdə məhsulların növünü, keyfiyyətini, miqdarını, təyinatını, qiymətini, mənşə yerini yaxud hazırlanma vaxtını göstərən ya adi dildə qəbul edilmiş və mühafızə xahiş olunan ölkənin ticarət adətlərində səmimi və qəbul edilmiş işarə və göstərişlərdən ibarətdirsə;

3. İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa. Nəzərdə tutulmalıdır ki, ümumi qaydalara zidd olan nişan belə bir yeganə səbəbə görə nəzərdən keçirilə bilməz ki, o ümumi qaydalara dəxli olduğu maddəyə uyğun gəldiyi hal istisna olmaqla, nişanlar haqqında qanunların heç bir maddəsinə uyğun deyil. Lakin 10-bis maddəsinin tətbiqi öz qüvvəsində qalır. - C. (1) İşarənin mühafızə predmeti olduğunu təyin etmək üçün bütün faktik əlamətləri, xüsusən onun tətbiq olunma müddətini nəzərə almaq lazımdır. Mənşə ölkəsində mühafızə olunan işarələrdən ancaq işarələrin fərqləndirici xarakterini dəyişməyən və xatırladılan mənşə ölkəsində qeydiyyatdan keçən formaya toxunmayan şəkildə olmadığına tək bu əsasa görə əmtəə nişanları İttifaqın başqa ölkələrində rədd oluna bilməzlər. - D. Mühafizəsi xahiş olunan işarə mənşə ölkəsində qeydiyyatdan keçməyibsə bu maddənin müddəalarından heç kim istifadə edə bilməz. - E. Lakin mənşə ölkəsində nişanın qeydiyyatının bərpası heç bir halda İttitfaqın qeyd olunduğu başqa ölkəsində qeydiyyatın bərpası üçün özdəlik yaratmır. - Ğ. Birincilikdən alınan üstünlüklər qeydiyyat üçün 4-cü maddədəki müddətə verilmiş ərizələr üçün qeydiyyat, hətta, mənşə ölkəsində bu müddət keçdikdən sonra da həyata keçirilmiş olsa da belə yenə də saxlanır. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 4-cü maddəsinə görə əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; ç) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Həmin Qanunun 6-cı maddəsinə görə aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. Göründüyü kimi, Azərbaycan Respublikasının da qoşulduğu «Sənaye mülkiyyətinin mühafizəsi haqqında» Paris Konvensiyasının müddəaları (6-quinquies maddəsinin “B” bəndi) əmtəə nişanlarının qeydiyyatından imtinasının əsaslarını müəyyən edir. Cavabdeh inzibati orqan məhz Konvensiyanın həmin müddəasına istinad etməklə iddiaçının müraciəti üzrə onun təqdim etdiyi “TRADEMARK COLLECTİON” əmtəə nişanının ƏXBT-nin 43-cü sinifi üzrə qeydiyyata alınmasından imtina etmişdir. Lakin məhkəmə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın iddiaçının ƏXBT-nin müvafiq sinifi üzrə təqdim etdiyi “TRADEMARK COLLECTİON” əmtəə nişanının fərqləndirmə qabiliyyəsinə malil olmaması qənaəti ilə razılaşmır və diqqətə çəkir ki, həmin əmtəə nişanı orijinal təsviri elementə malik olmasa da, iki sözdən ibarət birləşmə heç də ümumişlək xarakter daşımır. Nəzərə alınmalıdır ki, təqdim olunan əmttə nişanının hətta digər nişanlarla müqayisə etdikdə belə, orta istehlakçı tərəfindən rahat qavranıla bilən xüsusiyyətləri istisna deyil. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçının qeydə alınmasını arzuladığı əmttə nişanı «Sənaye mülkiyyətinin mühafizəsi haqqında» Paris Konvensiyasının 6-quinquies maddəsinin “B” bəndində, eləcə də «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 6-cı maddələrində nəzərdə tutulan nişanlara, o cümlədən ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlara aid edilə bilməz, onun Azərbaycan Respublikasında başqa şəxsin adına (eyni və ya oxşar əmtəələrə və ya xidmətlər üzrə) qeydə alınması halı müəyyən edilmir. İddiaçının qeydə alınması məqsədilə təqdim etdiyi “TRADEMARK COLLECTİON” əmtəə nişanı mühafizə olunması zəruri olan və “mütləq ümumişlək” sayılmayan sözlərdən ibarət əmtəə nişanı kimi qitymətləndirilməlidir. Bununla da, belə qənaət yaranır ki, iddiaçı “TMH Worldwide LLC” şirkətinin “TRADEMARK COLLECTİON” əmtəə nişanının ƏXBT-nin 43-cü sinifləri üzrə qeydiyyata alınması ilə bağlı aparılan icaatda qanunverciliklə – «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci və 6-cı maddələrində müəyyən edilən “əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin əsasları” mövcud olmadığı halda, cavabdeh inzibati orqan tərəfindən həmin əmtəə nişanının qeydiyyata alınmasından imtina olunmuşdur. Odur ki, məhkəmə iddiaçı “TMH Worldwide LLC” şirkətinin hazırkı iddia tələbini əsaslı sayır və hesab edir ki, iddia təmin edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A 234-7/21 nömrəli 31 may 2022-ci il tarixli qərarı ləğv edilməli və iddiaçı “TMH Worldwide LLC” şirkəti tərəfindən verilmiş 2021 01115 saylı 18 may 2021-ci il tarixli ərizə ilə ƏXBT-nın 43-cü sinif “Kurort mehmanxanası, mehmanxana, motel və restoran xidmətləri; mənzillərdə yaşayış yerlərinin verilməsi üzrə xidmətlər, müvəqqəti yaşayış yeri; istirahət üçün yaşayış yerinin icarəsi xidmətləri, başqaları üçün yaşayış yerinin bron edilməsi, müvəqqəti yaşayış yerinin bron edilməsi” xidmətləri üzrə “TRADEMARK COLLECTİON” əmtəə nişanının qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 14, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A 234-7/21 nömrəli 31 may 2022-ci il tarixli qərarı ləğv edilsin və iddiaçı “TMH Worldwide LLC” şirkəti tərəfindən verilmiş 2021 01115 saylı 18 may 2021-ci il tarixli ərizə ilə ƏXBT-nın 43-cü sinif “Kurort mehmanxanası, mehmanxana, motel və restoran xidmətləri; mənzillərdə yaşayış yerlərinin verilməsi üzrə xidmətlər, müvəqqəti yaşayış yeri; istirahət üçün yaşayış yerinin icarəsi xidmətləri, başqaları üçün yaşayış yerinin bron edilməsi, müvəqqəti yaşayış yerinin bron edilməsi” xidmətləri üzrə “TRADEMARK COLLECTİON” əmtəə nişanının qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim:Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar