Məhkəmə qərarları › İş №2-1(112)-1716/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1716/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1716/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X4 və digərləri) “çıxarışın verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. Hal-hazırda fərdi yaşayış evi üzərində iddiaçının 1-ci mərtəbədə 1 otaq - y/s 41,52 kv.m, 12, 53 kv.m sahəyə paylı mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə ona dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıdan başqa 19 nəfərin paylı mülkiyyətindədir. Həmin tikili zirzəmisi də olmaqla 4 mərtəbəli binadır. Çıxırışda qeyd olunan yaşayış sahələri hər biri ayrılıqda faktiki mənzil sahəsi olmaqla ayrıca giriş-çıxışa malikdir. Hal-hazırda mülkiyyətində olan paya faktiki sahiblik və istifadə edə bilmir. Bu yaxınlarda həmin evə pasport qeydiyyatına anası X23 qeydiyyata aldırakən bütün paylı mülkiyyətçilərin razılığı tələb olunmuşdur. Paylı mülkiyyətçilərin hamısını tapmaq müşkül məsələyə çevrilmiş, müraciətləri nəticəsiz qalmışdır. Ümumiyyətlə, payın ayrılması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi bir dam altında yerləşir, yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinasını əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçıya məxsus hissələr bir dam altında yerləşir. Qeyd olunur ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Ərizənin icrasının mümkün olmaması ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli, **********79 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlə reyestrindən **********45-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş və hazırda İddiaçı (İİİ mərtəbədə 1 otaq – y/s 41.52 kv.m, k/s 12.53 kv.m), X24 (fin: 115MD53) , X10 (fin : 56S9NNU) , X1 (fin : 12Z2QTN) , Yaqubova Rüxsarənin , X11 (fin : 2WJNGNE) , X3 (fin : 2S22CGN), Mamedova Antonınanın , X25 (fin : 4LAAKM9), X2 (fin : 1T3ZBRX) , X34 (fin : 5M7K7M9), X31 (fin : 2TT9WKR), X26 (fin : 25ZN2NA), X16 (fin : 13Q4YB8), X41 (fin : 0TE6JUD), X27 (fin : 7PDVY00), X42 (fin : 00XTCFA), X28 (fin : 1KQCJBC), X19 (fin : 1UC2U1M) və X17 (fin : 7UVUJ54) paylı mülkiyyətindədir. “ Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə X4, X38, X29, X30, Yaqubova Rüxsarə, X15, Mamedova Antonina, X39, X5, X34, X31, X26, X16, X41, X27, X42, X28, X19 və X17 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən ünvan 2 ünvanında olan fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olan yaşayış sahəsinin çıxarışda müəyyən olunmuş sahədə ünvan qeydiyyatının aparılması və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qərarın qəbul edilməsini, mənzilə mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1031.93 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı (İ mərtəbədə 1 otaq – y/s 41.52 kv.m, k/s 12.53 kv.m), X24 (1 otaq (y/s 39.56 kv.m., k/s 4.12 kv.m.), X10 (İ mərtəbədən 1 otaq (y/s 39.56 kv.m., k/s 4.12 kv.m.), X1 (İİİ mərtəbədən 1 otaq (y/s 41.52 kv.m, k/s 12.53 kv.m.), Yaqubova Rüxsarənin (İ mərtəbədən 1 otaq (y/s 41.52 kv.m., k/s 12.53 kv.m.), X11 (İİ mərtəbədə 1 otaq (y/s 41.52 kv.m., k/s 12.53 kv.m), X3 (İİ mərtəbədən 1 saylı otaq 40.38 kv.m.-dən 1/5 hissə və zirzəmidəki 1 saylı köməkçi otaq 44.1 kv.m.), Mamedova Antonınanın (İİ mərtəbədəki 1 saylı otaq 40.38 kv.m.-dən 1/10 hissə və zirzəmidəki 4 saylı köməkçi otaq 55.04 kv.m.- dən 9/10 hissə), X25 (mansardda 1 otaq 59.46 kv.m. (5 saylı), X2 (İİ mərtəbədəki 1 saylı otaq 40.38 kv.m.-dən 1/10 hissə və zififemidəki 6 saylı köməkçi otaq 40.32 kv.m.- dən 9/10 hissə), X20 (İİİ mərtəbədən 1 otaq 39.56 kv.m. (3 saylı), k/s 4.12 kvjjı. (5 saylı), X18 (mansarddan 1 otaq 48.72 kv.m. (3 saylı), X12 (mansarddan 1 otaq 59.46 kv.m. (4 saylı), X6 (mansarddan 1 otaq, 48.72 kv.m (1 saylı), X32 (İİİ mərtəbədən 1 otaq 41.52 kv.m. (9 saylı), k/s 12.53 kv.m. (8,11 saylı), X13 (İİİ mərtəbədən 1 otaq (y/s 40.38 kv.m., k/s 3.35 kv.m.), X33 (İİ mərtəbədə 1 otaq (y/s 39.56 kv.m., k/s 4.12 kv.m.), X14 (İİ mərtəbədən 1 otaq (y/s 41.52 kv.m., k/s 12.53 kv.m.), X8 (qalan hissə) və X7 (İİ mərtəbədəki 1 saylı otaq 40.38 kv.m-dən 11/20 hissə, İİ mərt. köməkçi sahə 3.35 kv.m., zirzəmidəki 4 saylı köməkçi otaq 55.04 kv.m.- dən 1/10 hissə, zirzəmidəki 6 saylı köməkçi otaq 40.32 kv.m.- dən 1/10 hissə, zirzəmidən 2 saylı otaq – 9.24 kv.m) paylı mülkiyyətindədir. Cavabdeh tərəfindən verilmiş 19 avqust 2023-cü il tarixli, **********79 nömrəli imtina məktubundan görünür ki, iddiaçının fərdi yaşayış evinə bölgü sxeminin tərtib edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi bir dam altında yerləşir. Yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə ünvan 2 ünvanında olan fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olan yaşayış sahəsinin çıxarışda müəyyən olunmuş sahədə ünvan qeydiyyatının aparılması və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaq istəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırda mübahisəli əmlakın ona məxsus hissəsinə fiziki cəhətdən bölünmüş əmlak kimi ayrıca çıxarış verilməsini xahiş etsə də, həmin əmlakın bölünməsi ilə bağlı nə bütün paylı mülkiyyətçilər ilə arasında olan razılığı, nə də məhkəmə qərarını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ilə bağlı müraciət edən şəxslərin xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmlaka dair hüquqmüəyyənedici sənədlər və müvafiq ərizə təqdim etdiyi halda bölgü sxemin tərtib edilməsini cavabdehə həvalə etmişdir, hansı ki, bu bölgü sxem əsasında bölünmüş əmlaka dair hər bir şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun reyestrdə ayrıca qeydiyyatı mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda tərəflər arasında paylı mülkiyyətin bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Bundan əlavə, iddiaçının nümayəndəsi mübahisəli əmlakın fərdi yaşayış evi kimi deyil, çoxmənzilli bina kimi istifadə olunduğunu, hər bi payçının öz payına münasibətdə ayrı giriş-çıxışa malik olduğunu bildirmiş, buna görə də onun paylı mülkiyyətində olan sahəyə ayrı ünvan və çıxarış verilməsini, yəni onun payına münasibətdəpaylı mülkiyyətə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na əsasən; 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. İddiaçı bu əsaslardan daşınmaz əmlak obyektinin ayrı-ayrı hissələrə bölünməsinə istinad edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Sadalanan normalardan müəyyən olunur ki, qanunvericiliyə əsasən yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yenidənqurma və yenidənplanlaşdırmalar üçün yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının qərarı olmalıdır. Əgər belə dəyişiklik artıq edilmişsə, onda əmlakda aparılmış bu dəyişikliklər yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İşin halları ilə mübahisəli fərdi yaşayış evinin çoxmənzilli bina kimi istifadə edilməsi, ayrı giriş-çxışın olması, lakin yaşayış sahəsində aparılmış yenidənqurma və planlaşdırma işlərinə dair qərarın olmaması müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, əgər paylı mülkiyyətçilər arasında payların naturada bölünməsi üçün mübahisə mövcud deyilsə, mübahisəli daşınmaz əmlakda aparılmış özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma səlahiyyətli orqan tərəfindən rəsmiləşdirilməli, paylı mülkiyyətçilərin birgə razılığı ilə bölgü sxem tərtib edilməlidir. Yalnız bundan sonra iddiaçının hazırkı məzmunda müraciəti üçün hüquqi marağı mövcud olacaqdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5 Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar