Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17165/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq, iddiaçının əmək stajının tam halda nəzərə alınaraq güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması öhdəliyiyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.1982xx.xx.1987-ci illərdə işlədiyi dövr nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən iddiaçının təqdim etdiyi xx.xx.1981-ci il tarixli əmək kitabçasının 4-cü bəndində qeyd olunmuş xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasında olan dövr ərzində Füzuli rayon Babı kəndi "G.Əsədov" adına kolxozda çilingər işlədiyi dövr nəzərə alınmamışdır. Əmək stajının tam halda nəzərə alınaraq güzəştli şərtiəriə əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmişdir. Müraciətə xx.xx.2025-ci il tarixdə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçı xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasında olan dövr ərzində Füzuli rayon Babı kəndi "G.Əsədov" adına kolxozda işlədiyinə görə kolxozçunun əmək kitabçası təqdim edilməli, bu olmadıqda isə həmin tarixləri əhatə edən iş stajı dövlət arxivinin arayışı ilə təsdiq edilməlidir. Aşağıda göstərilənlərə görə əmək stajının tam halda nəzərə alınaraq güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsinə dair cavabdehin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı... nəzərə alınır. İddiaçı tərəfindən cavabdehə əmək kitabçası və eyni zamanda iddiaçının Füzuli rayon Babı kəndi "G.Əsədov" adına kolxozda xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək çilingər işləməsinə dair həmin kolxozun sədri H.Çobanzadə və mühasibi X.Asadov tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.1987-ci il tarixli 198 saylı Arayış təqdim edilmişdir. Əmək kitabçasında və həmin arayışda qeyd edilənlərin doğru olmamasına dair cavabdehin hər hansı bir əsaslı dəlili və ya sübutu olmadığı halda, formal olaraq arxiv arayışı tələb edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Füzuli Filalına müraciət edilmişdir. Arxiv filialının xx.xx.2025-ci il tarixli 2-Axx-xx/2025 nömrəli arxiv arayışına görə Füzuli rayon Babı kəndi "G.Əsədov" adına kolxozun 1982-1985-ci illərə aid sənədləri xx.xx.1993-cü ildə erməni işğalı nəticəsində Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edildiyi, 1986-1987-ci illərə aid olan sənədlər X3 Filaialına təhvil verilmədiyi göstərilmişdir. Cavabdehin "kolxozçunun əmək kitabçasının təqdim edilməsi" barədə tələbi ilə əlaqədar olaraq, əmək kitabçası bütün muzdla çalışan işçilərə verilsə də, kolxoz (kənd təsərrüfatı arteli) üzvləri uzun müddət əmək kitabçası almamışlar, çünki onların əməyinin uçotu kolxozun daxili qeydiyyatı ilə aparılırdı. Kolxozçular əmək müqaviləsi ilə deyil, üzvlük əsasında işləyirdilər. 1975-ci ildən sonra SSRİ-də kolxozçulara da əmək kitabçası verilməsi qərara alınmışdı. Bununla bağlı SSRİ Nazirlər Sovetinin 21 aprel 1975-ci il tarixli, №310 saylı "Kolxozçuların əmək kitabçaları haqqında" qərarı olmuşdur. Həmin qərara əsasən kolxoz üzvlərinə "Kolxozçuların əmək kitabçasının verilməsi vəzifəsi kolxozçunun deyib kolxozun idarə heyətinin üzərinə qoyulmuşdur. İddiaçının əmək kitabçasında və müvafiq arayışla təsdiq edilmiş əmək stajının nəzərə alınmaması mövcud qanunvericiliyə uyğun deyildir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli donuna əsasən qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Formalaşmış məhkəmə təcrübəsinə görə (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-l(102)-1479/2021 nömrəli, xx.xx.2021-ci il tarixli 2l(102)-1640/2021 nömrəli, xx.xx.2023-cü il tarixli 2- l(102)-2487/2023 nömrəli qərarları) " ...əmək kitabçasının qanunvericiliklə müəyyən edilmiş doldurulma qaydalarına riayət edilməməsi, qeydlərin latın qrafikalı əlifba ilə yazılmış olması halı öz-özlüyündə iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Hazırkı qərarın 25-27-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati qərar qəbul edilərkən yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmamış, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən bütün hüquqi və faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırmamış, bununla da hüququn tətbiqində maddi və prosessual hüquq normaları pozulmuşdur.
4. İddiaçının müraciətinə cavabdeh tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, “sizə əlilliyə görə ödənilən əmək pensiyanızın növü dəyişdirilərək 1 may 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1- ci hissəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət fcrmasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 12 mart 1981-ci il tarixli əmək kitabçanızında xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Füzuli rayon Babı kəndi “G.Əsədov” adına kolxozda işlədiyiniz qeyd olunub. Lakin sözügedən əmək kitabçanız kolxozçunun əmək kitabçası olmadığından və həmin dövr üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrü iş stajınıza daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, xx.xx.1982xx.xx.1987-ci il tarixləri arasındakı dövr iş stajınıza əlavə olunmaqla sizə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
5. Cavabdein etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı 25 il sığorta stajının tamamlandığı 1 may 2025-cı il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əlavə olaraq, İddiaçı 1 may 2025-ci il tarixinə pensiya təyin edilərkən onun ümumi iş stajı 25 il 25 gün (xx.xx.2006-cı il tarixinədək 16 il 9 ay 25 gün əmək stajı (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981ci il, xx.xx.1987-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 il 3 ay), güzəştli iş stajı isə 13 il 21 gün (xx.xx.1987-xx.xx.2000-ci il tarixləri arasındakı dövr) təşkil edib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1- ci hissəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 12 mart 1981-ci il tarixli əmək kitabçasında xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Füzuli rayon Babı kəndi “G.Əsədov” adına kolxozda işlədiyi qeyd olunub. Lakin sözügedən əmək kitabçası kolxozçunun əmək kitabçası olmadığından və həmin dövr üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2025-ci il tarixli məktubuna əsasən, iddiaçının xx.xx.1982xx.xx.1987-ci illərdə işlədiyi Füzuli rayon Babı kəndi “G.Əsədov” adına kolxozun 1982- 1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü ildə erməni işğalı nəticəsində Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmiş, 1986-1987-ci iliərə aid sənədləri X3 filialına təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövrün iddiaçının iş stajına əlavə olunmaqla ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, hesab edilir ki, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
6. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1982-xx.xx.1987-ci illərdə işlədiyiniz Füzuli rayon Babı kəndi "Garay Əsədov" adına kolxozun 1982-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü ildə erməni işğalı nəticəsində Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. 1986-1987-ci illərə aid olan sənədləri X3 filialına təhvil verilməmişdir.
7. Füzuli rayon Babı kəndi "G.Əsədov" adına kolxozun sədri H.Çobanzadə və mühasibi X.Asadov tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.1987-ci il tarixli 198 saylı Arayışda qeyd edilmişdir ki, İddiaçı həmin kolxozda xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 5-ci dərəcə çilingər işləmişdir.
8. Məhkəmə sorğusuna əsasən cavabdehin 17 oktyabr 2025-ci il tarixli 3-17-1/2- 250522/2025 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı 25 il sığorta stajının tamamlandığı 1 may 2025-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda 17 oktyabr 2025-ci il 3-17-1/2- 250522/2025 iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 12 mart 1981-ci il tarixli əmək kitabçasında xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Füzuli rayon Babı kəndi “G.Əsədov” adına kolxozda işlədiyi qeyd olunub. Lakin sözügedən əmək kitabçası kolxozçunun əmək kitabçası olmadığından və həmin dövr üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil. Əlavə olaraq bildiririk ki, İddiaçı 1 may 2025-ci il tarixinə pensiya təyin edilərkən onun ümumi iş stajı 25 il 25 gün (xx.xx.2006-cı il tarixinədək 16 il 9 ay 25 gün əmək stajı (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1987-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 il 3 ay), güzəştli iş stajı isə 13 il 21 gün (xx.xx.1987-xx.xx.2000-ci il tarixləri arasındakı dövr) təşkil edib.
9. Məhkəmə soğrusuna əsasən Holcim Azərbaycan ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən keçmiş X4nda (hazırki Holcim Azərbaycan ASC-də) əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifədə çalışmışdır: 1.Sement avadanlığlarının (texnoloji və tozsuzlaşdırıcı avadanlığ) təmiri üzrə Çilingər. 7.09.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (115 К saylı əmr). İşlədiyi vəzifənin əsas olan xüsusiyyətləri: Növbə ərzində fəaliyyət göstərən reduktorların, nasosların, toz sovuranların, elektrik süzgəclərinin texniki sazlığını, onların müntəzəm işləməsini həyata keçirir; Gündəlik təmir və yağlama işlərini yerinə yetirir; Şlam nasosların işinə müntəzəm olaraq nəzarət edir və həftəlik olaraq bir nasosun digəri ilə əvəzlənməsini təmin edir; Dağılmış şlamın təmizlənməsini yerinə yetirir; Soabnın qazla təchizatı ilə təminatında Soba Maşinisti və ya rəhbərindən təlimat alır; Fəaliyyət göstərən avadanlıqların texniki sazlığını, onların optimal tejimlə işləməsini və bunun nəticəsində avadanlıqlardan istifadə etmə əmsalının yüksəlməsini həyata keçirir, və s. ibarətdir. Qeyd: İş təsviri əlavə olunur. Həmçinin iş yerlərinin attestasiyası aparılan zaman Təmirçi Çilingər peşələrində ziyanlı faktorların olması öz əksini tapmışdır. Bu səbəbdəndir ki, Təmirçi Çilingər peşələrində işləyən hər bir işçiyə bu ziyanlı faktorlara görə əmək haqqlarına 12% miqdarında əlavə məvacib ödənilir. Bundan başqa bu vəzifə daşıyanlara əmək funksiyasının zərərli xüsusiyyətlərinə görə 6 təqvim günü əlavə məzuniyyət və hər növbəyə 0.5 L süd məhsulu verilir. Qeyd: 2024-cü ilin aprel ayında keçirilmiş iş yerlərinin attestasiya protokolu və əmək şəraitinin qiymətləndirilməsi xəritəsi əlavə olunur. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş siyahıda aşağıdakı kimi öz əksini tapmışdır: 2 N:-li siyahı: Kod: 2180100a-18559 - texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının 14. Tikinti materialları istehsalı maddəsi; Sement istehsalı bəndi; a) fəhlələr bölməsi; 29-cu abzas: texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər. Güzəştli stajın müddəti 13 il 21 gündür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X4 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verməklə təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə (iddianın dəyişdirilməsinə etiraz etmədən) iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
17. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
18. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. İddiaçı xx.xx.1960-ci il tarixdə Füzuli rayonunda anadan olub.
25. İddiaçıya xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı iddia edir ki, pensiya hesablanması zamanı onun xx.xx.1982xx.xx.1987-ci il tarixləri arasında olan dövr ərzində Füzuli rayonu Babı kəndi "G.Əsədov" adına kolxozda çilingər işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin dövrlərin əmək stajına daxil edilməklə əmək pensiyasının hesablanmasını cavabdehdən xahiş etsə də, müraciəti təmin edilməmişdir.
26. İddiaçının mübahisələndirilən iş stajına münasibətdə məhkəmə qeyd edir: 12 mart 1981-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədəik Füzuli rayon Babı kəndi "G.Əsədov" adına kolxozda çilingər işləmişdir.
27. Cavabdeh tərəfindən həmin dövrlər sığorta stajına daxil edilməmiş, səbəb kimi göstərilmişdir ki, iddiaçının əmək kitabçası kolxozçunun əmək kitabçası deyil və həmin dövr üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq təqdim edilməmişdir.
28. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıdan asılı olmayan səbəbdən – Füzuli rayon Babı kəndi "Garay Əsədov" adına kolxozun 1982-1985-ci illərə aid sənədlərin 23 oktyabr 1993-cü ildə erməni işğalı nəticəsində Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilməsi səbəbindən iddiaçının xx.xx.1982-xx.xx.1987-ci il tarixlərdə işləməsinə dair sənədlərin X3 filialına təhvil verilməməsi iddiaçının əleyhinə təsvir edilə bilməz. Onun həmin tarixlərdə işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır.
29. Belə ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
30. Həmçinin cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1982-ci il tarixindən xx.xx.1987-ci il tarixədək olan dövrə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən müəssisənin möhürü ilə təsdiq edilən və digər işçilər tərəfindən imzalanan xx.xx.1987-ci il tarixli akt ilə iddiaçının sözügedən dövrdə Füzuli rayon Babı kəndi "G.Əsədov" adına kolxozda çilingər işləməsi bir daha sübut olunur.
31. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: - 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən;
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
35. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.
36. SSRİ Nazirlər Sovetinin 21 aprel 1975-ci il tarixli, № 310 saylı "Kolxozçuların əmək kitabçaları haqqında" qərara əsasən kolxoz üzvlərinə kolxozçuların əmək kitabçasının verilməsi vəzifəsi kolxozçunun deyil kolxozun idarə heyətinin üzərinə qoyulmuşdur. Buna baxmayaraq iddiaçıya kolxozda əmək fəaliyyəti dövrünü təsdiq edən kolxozçunun əmək kitabçası təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, kolxozçunun əmək kitabçasının tərtib edilməməsi iddiaçının təqsiri hesab edilmir və onun həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil.
37. Məhkəmə bununla bağlı qeyd edir ki, əmək kitabçasının kolxozçunun əmək kitabçası olmaması heç bir halda şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün, inzibati icraatın lazımi həcmdə sübutetmə vasitələrindən istifadə üçün əsas ola bilər.
38. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; ...45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər.
39. Lakin cavabdeh tərəfindən inzibati icraatın lazımi qaydada aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiyasının düzgün hesablanmaması ilə nəticələnmişdir.
40. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
41. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;
42. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin kolxozun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.1982-ci tarixdən - xx.xx.1987-ci il tarixədək) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.
43. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
44. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Füzuli rayon Babı kəndi "G.Əsədov" adına kolxozda çilingər kimi işlədiyi dövr nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva