Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1717/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxış iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.1980-22.06.1981-ci il tarixlərdə Ədliyyə Nazirliyi Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 sənədlərin texniki ekspertizası laboratoriyasında mütəxəssis, 22.06.1981-05.12.1986-cı il tarixlərdə Nazirliyinin “Sosialist qanunçuluğu” bületeni redaksiyasında böyük redaktor vəzifələrində işlədiyi dövrlərin ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət olduğuna görə ədliyyədə qulluq illərinə daxil edilməsi, qulluq illəri və əmək haqqı artımları düzgün nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğində yaranmış fərq məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 22.05.1980- 05.12.1986-cı il tarixlərdə işlədiyi vəzifələrin də, sonrakı dövrdə işlədiyi vəzifələr kimi, ədliyyə orqanlarında xüsusi rütbəli vəzifələrə aid edilməsi və yaş həddinə çatana kimi, yəni pensiya hüququnun 2005-ci ildə yaranması və həmin ildən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 22.05.1980-22.06.1981-ci il tarixlərdə Ədliyyə Nazirliyi Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 sənədlərin texniki ekspertizası laboratoriyasında mütəxəssis, 22.06.1981-05.12.1986-cı il tarixlərdə Nazirliyin "Sosialist qanunçuluğu” bülleteni redaksiyasında böyük redaktor vəzifələrində işlədiyi dövrlər ədliyyə orqanlarında xüsusi rütbəlilər vəzifə kimi nəzərdə tutulmadığından həmin illər pensiya hesablanarkən nəzərə alınmamışdır. Həmçinin ona pensiya hesablanarkən əmək haqqı məbləği, mükafat və əlavələr düzgün nəzərə alınmamışdır. Təyin edilmiş pensiyasının yenidən hesablanması və göstərilən xidmət illərinin qulluq stajına daxil edilməsi barədə cavabdeh orqana 09 iyun 2020-ci il tarixdə müraciət etmiş. Lakin cavabdeh orqan tərəfindən ona edilmiş müraciətinə 1 aydan artıq müddət keçməsinə baxmayaraq, hər hansı cavab verməmişdir. 1980-1986-cı illərdə ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə çalışdığı dövrün pensiya təyin edilərkən nəzərə alınmaması qanunsuz və əsassızdır. Ona görə ki, həmin dövr Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli qərarının 2.1.3-cü maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilməlidir. Bundan başqa Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli qərarın 3.1-ci bəndinə əsasən qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq 30 ildən yuxarı qulluq illərinə görə - 50 faiz məbləğində ödənilir. 22.05.1980-cı il tarixdən 11.05.2017-ci il tarixədək keçən 37 il ərzində çalışdığı qulluq illərinə görə nəzərə alınmayan 6 illik 1980-1986-cı illərdə ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrün qulluq illərinə daxil edilməsindən sonra əmək pensiyası yenidən hesablanmalıdır. Belə ki, pensiya təyin edilərkən ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan 6 il nəzərə alınmadığına görə 2005-ci ildən pensiya almaq hüququ olduğu halda 2010-cu ildən pensiyaya çıxdığına görə təyin edilmiş pensiyası həmin tarixdən yenidən hesablanmalı və yaranmış fərq məbləği ona ödənilməlidir. Həmçinin əmək haqqı məbləği, mükafat və əlavələr, iş stajı, pensiya məbləğinin sonrakı artımları yenidən hesablanmalı və yaranmış fərqin hesablanmış məbləği ona ödənilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən 06 may 2010-cu il tarixindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı 06 may 2010cu il tarixindən ədliyyə orqanlarından azad olduğu üçün həmin tarixdən əvvəlki müddət Mərkəzi Filiala müraciət edilən 20 noyabr 2020-ci il tarixindən qanunvericliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Buna görə də, 06 may 2010-cu il tarixindən əvvəlki dövr üzrə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbi baxımından mümkün deyil. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli qərardadında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğu nəzərdə tutulmuşdur. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “22.05.1980-22.06.1981-ci illərdə Ədliyyə Nazirliyi Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X2 sənədlərin texniki ekspertizası laboratoriyasında mütəxəssis işlədiyi dövrün ədliyyə orqanlarında qulluq dövrünə aid edilməklə pensiyanın yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş sənədlər: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı ərizəsinə cavab olaraq ünvanlanmış 16 avqust 2017-ci il tarixli № 18/04-4425 saylı məktubdan görünür ki, ərizədə qeyd edilmiş dövr (1980-1986) illər Ədliyyə orqanlarında Xüsusi rütbəlilər vəzifə kimi nəzərdə tutulmadığından həmin illər pensiya hesablanarkən nəzərə alınmamışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı Ələskər qızına verilmiş 14.06.2019-cu il tarixli № 8/483 saylı arayışından görünür ki, qeydiyyat şöbələrində rəisin vəzifə maaşı 01.02.2007-ci il tarixdən 31.10.2008-ci il tarixədək 267 manat, 01.11.2008-ci il tarixdən 423 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı Ələskər qızına verilmiş 01.07.2020-ci il tarixli № 06/22-446 saylı arayışının surətindən görünür ki, onun 22.05.1980 - 22.06.1981-ci il tarixlərdə Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 Sənədlərin texniki ekspertizası laboratoriyasında mütəxəssis, 22.06.1981 - 10.12.1984-cü və 25.01.1985 - 05.12.1986-cı il tarixlərdə Nazirliyin “Sosialist qanunçuluğu” bülleteni redaksiyasında böyük redaktor vəzifələrində işlədiyi dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1.3-cü bəndinə (ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət) əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 18.09.2020-ci il tarixli № **********0 saylı məktubun surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən işdən çıxmağı ilə əlaqədar 11 may 2017-ci il tarixindən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Müraciət əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşı 407,50 manat, qulluq stajına görə əlavəsi 208,90 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 272,10 manat və rütbəyə görə əlavəsi 130,00 manat olmaqla orta aylıq əmək haqqı 1018,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən 35 il 2 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (1018,50 manat) 80 faizi-814,80 manat məbləğində müəyyən edilmişdir. Lakin 11.05.2017- 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 968,66 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1488,97 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 450,83 manat, qulluq stajına görə əlavəsi 226,72 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 300,97 manat və rütbəyə görə əlavəsi 130,00 manat olmaqla orta aylıq əmək haqqı 1108,52 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 35 il 2 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (1108,52 manat) 80 faizi-886,82 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.03.2018- 31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1058,39 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3088,26 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 678,75 manat, qulluq stajına görə əlavəsi 320,02 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 453,10 manat və rütbəyə görə əlavəsi-130,00 manat olmaqla orta aylıq əmək haqqı 1581,87 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən 35 il 2 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (1581,87 manat) 80 faizi-1265,50 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.09.2019-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1431,67 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1994,04 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən vətəndaşa 11.05.2017-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6571,27 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığını qısa müddət ərzində Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən cari aydan etibarən əmək pensiyası 1265,50 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmənin tələbi əsasında cavabdeh tərəfindən məhkəməyə iddiaçının pensiya işinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Beləliklə, iddiaçı hazırki tələblə 22.06.1981-ci ildən 10.12.1984-cü ilədək və 25.01.1985-ci ildən 05.12.1986-cı ilədək Ədliyyə Naziriliyinin “Sosialist qanunçuluğu” bülleteni redaksiyasında böyük redaktor vəzifəsində işlədiyi dövrün ədliyyə orqanlarında xüsusi rütbəli vəzifə kimi nəzərə alınaraq, pensiyanın yenidən hesablanmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İddia tələbinin qanuni əsasını Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsi təşkil edir. Həmin Qanunun 9.7.1.-ci maddəsinin iddiaçıya pensiya təyin edilən zamanı qüvvədə olan (01.07.2017-ci il tarixədək qüvvədə olan) redaksiyasında qeyd edilir ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər kimi yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun normasından da göründüyü kimi, pensiya təyini zamanı iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işlədiyi dövr nəzərə alınmışdır. Belə ki, təqdim edilmiş pensiya işindən görünür ki, iddiaçıya 06.05.2010-cu il tarixdən ədliyyə işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman faktiki sosial sığorta stajı 33 il 6 ay, ədliyyədə qulluq stajı 25 il 1 ay götürülmüşdür. Pensiya işindəki hesablamalardan göründüyü kimi iddiaçının 22.05.1980-cı ildən 22.06.1981-ci ilədək Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 Sənədlərin texniki ekspertizası laboratoriyasında mütəxəssis işlədiyi dövr, 05.12.1986-cı ildən 02.02.2008-ci ilədək Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsinin müdiri vəzifəsində və 02.02.2008-ci il tarixdən Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində baş məsləhətçi işlədiyi dövrlər ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələr kimi nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının baş mütəxəssisi X5 pensiya işi materiallarına istinad edərək qeyd etmişdir ki, iddiaçının həm 22.05.1980-cı ildən 22.06.1981-ci ilədək 1 il 1ay 1 gün, həmçinin, 05.12.1986-cı ildən 02.02.2008-ci ilədək Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsinin müdiri vəzifəsində və 02.02.2008-ci il tarixdən Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində baş məsləhətçi işlədiyi dövrlər ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifə kimi nəzərə alınaraq iddiaçıya ədliyyə işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyini zamanı iddiaçının 22.06.1981-ci ildən 10.12.1984-cü ilədək və 25.01.1985-ci ildən 05.12.1986-cı ilədək işlədiyi Ədliyyə Naziriliyinin “Sosialist qanunçuluğu” bülleteni redaksiyasında böyük redaktor vəzifəsi xüsusi rütbəli vəzifə hesab edilmədiyindən qanunun normasına uyğun olaraq nəzərə alınmamışdır. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Naziliyi tərəfindən verilmiş 01.07.2020-ci il tarixli 06/22-446 saylı arayışa istinad edir. Həmin arayışın məzmunundan da aydın görünür ki, iddiaçının Ədliyyə Naziriliyinin “Sosialist qanunçuluğu” bülleteni redaksiyasında böyük redaktor vəzifəsində işlədiyi 22.06.1981-ci ildən 05.12.1986-cı ilədək olan dövr ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət kimi qeyd edilmişdir. Belə olan halda Məhkəmə qeyd edir ki, iddiaçının tələbində istinad etdiyi dövr 22.06.1981-ci ildən 05.12.1986-cı ilədək olan dövrdə xüsusi rütbəli hesab edilmədiyindən həmin dövrlərin nəzərdə alınmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1717/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1717/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver