Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1718/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X5 nümayəndəsi Bürcəliyev Zahid iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək orta aylıq əmək haqqının 50 faizi məbləğində əsas, hər uşağa görə 5 faiz olmaqla himayəsində 18 yaşına çatmamış 2 uşaq üçün 10 faiz əlavə olmaqla cəmi orta aylıq əmək haqqının 60 faiz məbləğində işsizlikdən sığorta ödənişinin xx.xx.2024-cü il tarixdən etibarən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X6 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək müqaviləmə xitam verildikdən sonra işsizlikdən sığorta ödənişini almaq üçün iddiaçı DOST xidmətinə müraciət etmiş və ona əmək haqqının 50% miqdarında əsas sığorta ödənişi və hər uşağa görə 5% olmaqla himayəsində olan 18 yaşına çatmamış 2 uşağa görə əmək haqqının 10% miqdarında əlavə sığorta ödənişi daxil olmaqla əmək haqqımın cəmi 60% miqdarında işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Cəmi 1 ay sığorta ödənişi aldıqdan sonra xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-də anbardar vəzifəsinə işə qəbul olunmuş və cəmi 5 ay 9 gün işləmişdir ki, “İnteqral" QSC-nin İR üzrə menecerinin xx.xx.2024-cü il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsəsən (işçi sayının ixtisarı) QSC ilə bağladığım əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Bakı X2 yenidən işsizlikdən sığorta ödənişi təyin edilməsi üçün müracət etmişdir. Əvvəlcə X5 Bakı Regional Məşğulluq Filialı iddiaçıya xx.xx.2024-cü il tarixdən başlayaraq yenidən işsizlikdən sığorta ödənişi təyin edilməsi barədə rəsmi məktub göndərmiş, lakin sonradan Bakı X1 zəng olunaraq göndərilən məktubun nəzərə alınmamasını və ona işsizlikdən sığorta ödənişinin verilməyəcəyi şifahi olaraq bildirmişdir. Bundan sonra həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də Nazirliyin tabeliyində olan X5 Bakı Regional Məşğulluq Filialına əsaslandırılmış ərizə ilə yenidən rəsmi müraciət olunmuş və X5 Bakı X4 11 iyun 2024-cü il tarixli məktub göndərərək, qeyd etmişdir ki, iddiaçının işsizlikdən sığorta ödənişi almaq hüququmun təkrar araşdırılan zaman “İşsizlikdən sığorta haqqında” AR Qanunun 13.8-ci maddəsinə əsasən (sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbeti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur) mənə işsizlikdən sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır. Hesab olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Bakı X3vericiliyin aşağıda qeyd edilən tələbləri baxımdan iddiaçıya yenidən əmək haqqının 50% əsas, 2 uşağa görə hər uşaq üçün 5% olmalqa əmək haqqının 10% miqdarında əlavə sığorta ödənişi olmaqla əmək haqqının cəmi 60% miqdarında yenidən işsizlikdən sığorta ödənişi təyin edilməli olduğu halda qanunsuz və əsassız olaraq ona yenidən işsizlikdən sığorta ödənişi təyin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 - 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 - 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir və hesablanır. İddiaçı xx.xx.2023-cü il tarixdən ilkin təyinat məbləği 379,50 manat olmaqla işsizlikdən sığorta ödənişi təyin edilmişdir. 2023-cü ilin oktyabr ayı üçün hesablanmış 379,50 manat vəsait vətəndaşın kart hesabına köçürülmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdən işlə təmin olunduğu üçün qeyd olunan tarixdən işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. “İşsizlikdən sığorta haqqında” Qanunun 13.8-ci maddəsinə əsasən sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1 -ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti sığorta hadisəsi üzrə sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-də işə başlamış və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə sığorta stajı 12 aydan az olduğu üçün və növbəti sığorta hadisəsi üzrə işsizlikdən sığorta ödənişi almaq üçün 12 ay sığorta stajı tələb olunduğu üçün İddiaçı növbəti dəfə işsizlikdən sığorta ödənişinin aparılması mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən 379,50 (üç yüz yetmiş doqquz manat 50 qəpik) manat məbləğində işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdən onun adına aktiv əmək müqaviləsi aşkar edilmiş və qeyd olunan tarixdən işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. Şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş və o, yenidən işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciət etmişdir. Onun işsizlikdən sığorta ödənişi almaq hüququnun təkrar araşdırılan zaman “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən (sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur) ona sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə ona işsizlikdən sığorta ödənişinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını aşağıdaki qanunvericiliyin müddəaları təşkil edir. Belə ki, “İşsizlikdən sığorta haqqında” Qanunun: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 2.0.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği; 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; 2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları;
8. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır. 10.2. İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində 13.8. Sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti sığorta hadisəsi üzrə sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.18. sığorta ödənişi – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; 9.1. Məşğulluq sahəsində şəxslər aşağıdakı hüquqlara malikdirlər: -9.1.5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmaq və sığorta ödənişi almaq; ... 10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir: 10.2.4. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsinə; ... 28.1. İşaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir: - 28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi; ... Məhkəmə ilk növbədə bildirir ki, işsizlikdən sığorta mexanizmi "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və yalnız bu qanunda müəyyən edilmiş əsaslar daxilində işəgötürən və işçi arasında yaranmış əmək münasibətlərinin xitam verilməsi halında, şəxsin qanuni şəkildə işsiz statusuna malik olması şərti ilə tətbiq oluna bilər. Hazırkı halda isə iddiaçının sığorta ödənişinin edilməsi (yenidən bərpa olunması) barədə irəli sürdüyü tələb və bu tələb əsasında işsizlikdən sığorta ödənişinin təyin olunması məsələsi həmin Qanunun 13-cü maddəsi çərçivəsində qiymətləndirilməlidir. Bununla bağlı qeyd olunur ki, adıçəkilən Qanunun 2.0.1-ci maddəsinə əsasən, işsizlikdən sığorta – sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəlmiş təminat formasıdır. Bu təminat, yalnız konkret hüquqi şərtlər daxilində həyata keçirilə bilər və bu şərtlər Qanunun 13-cü maddəsində xüsusi olaraq müəyyən edilmişdir. Sözügedən normaların təhlili nəticəsində müəyyən olunur ki, sığorta hadisəsi yalnız qanunda nəzərdə tutulmuş əmək münasibətlərinə xitam verilməsi hallarından birinin baş verdiyi və şəxsin işsiz kimi rəsmi qaydada qeydiyyata alındığı zaman baş verir. İşin faktiki hallarından göründüyü kimi iddiaçıya xx.xx.2023-cü il tarixdən etibarən 379,50 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Lakin qısa müddət sonra, xx.xx.2023-cü il tarixdə onun aktiv əmək müqaviləsinin olması səbəbi ilə sığorta ödənişinin verilməsi dayandırılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Çünki, işsizlikdən sığorta ödənişi yalnız işsiz statusuna malik olan şəxsə verilir. Əmək münasibətləri davam edən və ya yenidən əmək fəaliyyətinə başlamış şəxs işsiz hesab edilə bilməz və nəticə etibarilə sığorta ödənişi almaq hüququnu itirir. Daha sonra, xx.xx.2024-cü il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanuni yanaşma baxımından bu tarix yeni bir sığorta hadisəsinin baş verməsi kimi qiymətləndirilsə də, burada diqqət yetirilməli ən mühüm məqam odur ki, iddiaçı daha öncə işsizlikdən sığorta ödənişi almış şəxs statusuna malikdir. Ona görə də, ona münasibətdə işsizlikdə sığorta ödənişi almaq hüququ Qanunun 13.0.8-ci maddəsi ilə tətbiq olunur. Bu norma birbaşa olaraq hüququnun təkrar tətbiqi imkanını verir ki, şəxs bir dəfə işsizlikdən sığorta ödənişi aldıqdan sonra, növbəti dəfə bu hüquqdan yararlanmaq üçün yenidən əmək fəaliyyətində iştirak etməli və azı 12 ay müddətində sığortaolunan şəxs qismində fəaliyyət göstərməlidir. Mövcud sənədlər əsasında isə müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixindən əmək fəaliyyətinə başlamış, lakin onun əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam verilmişdir. Bu isə onun əmək fəaliyyətinin təxminən 5 ay olduğuna dəlalət edir ki, bu müddət qanunvericilikdə nəzərdə tutulmuş minimum 12 ay sığorta stajı şərtini qarşılamır. Eyni zamanda Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı öz tələbini əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi” Qaydasının 3.1-ci maddəsinə istinad etmişdir. Həmin maddənin normasından göründüyü kimi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. Nəzərə alsaq ki, hətta, iddiaçı məşğulluq sistemində işsiz statusunda olan şəxs kimi qeydiyyata alınsa da, “İşsizlikdən sığorta haqqında” Qanunun daha üstün hüquqi qüvvəyə malikdir ki, həmin Qanunun tələbləridə imperativ xarakter daşıyır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov