Məhkəmə qərarları › İş №2-1(112)-1720/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1720/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1720/2022 20.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “mübahisələndirilən dövr nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “Tikintiavtonəqliyyat” İstehsalat Birliyində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinə kimi işləmiş olduğu dövrü iş stajına hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının 65 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Bundan sonra o, xx.xx.2021 -ci il tarixində 1 saylı DOST xidmətinə müraciət edərək, yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. 1 saylı DOST Xidmət Mərkəzinə müraciət etdikdən sonra, iddiaçıya xx.xx.2021 -ci il tarixində rəsmi qaydada AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun X1 üzrə Mərkəz Filialı tərəfindən imtina cavabı verilmişdir. Cavab məktubunda ona istinad edilmişdir ki, təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək “Tikintiavtonəqliyyat” istehsalat birliyindəki əmək fəaliyyəti dövrününün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra iddiaçıya yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Daha sonra bununla bağlı iddiaçı xx.xx.2021 -ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət" Mərkəzinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmişdir. xx.xx.20211-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən cavab olaraq bildirilmişdir ki, Tikintiavtonəqliyyat İstehsalat Birliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçı qeyd edir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinə kimi işləmiş olduğu “Tikintiavtonəqliyyat İstehsalat Birliyi" müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum deyildir. Halbuki, qeyd edilən taxirlərdə iddiaçının adı qeyd edilən müəssisədə işləməyi əmək kitabçasında öz təsdiqini tapır. İddiaçı hesab edir ki, ona verilən imtina tamamilə əsassızdır.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “Tikintiavtonəqliyyat” İstehsalat Birliyiində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinə kimi işləmiş olduğu dövrü iş stajına hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciətinə münasibət bildirilməsi üçün bir ay müddət təyin edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı “Tikintiavtonəqliyyat” İstehsalat Birliyiində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinə kimi işləmiş olduğu dövrü iş stajına hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciətinə münasibət bildirilməsi üçün bir ay müddət təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, sözügedən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı 07 09.2021-ci il tarixindən təyin edilmiş yaşa görə müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ödənilmiş müavinət məbləği ilə əvəzləşdirildikdən sonra qalan məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəkdir.

5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

6. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar