Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1721/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3-cü şəxs qismində cəlb edilməklə “minik avtomobili üçün tibbi göstərişin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, “ürəyi aterosklerotik xəstəliyi 125.1” nəzərə alaraq, güzəştli avtomobil növbəsinə götürülməyi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2-1(112)-6453/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona minik avtomobili verilməsi üçün tibbi göstərişin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1721/2021 saylı 12.03.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup “Qarabağ Əlili” 125.1 “Ürəyin aterosklerotik xəstəliyi” diaqnozu ilə 07.01.2020-ci ildən 07.02.2020-ci ilə kimi X3 müalicə müayinə olmuşdur. DİN-nin Hospitalında, 125.1, “Ürəyi aterosklerotik xəstəliyi” ilə təkrar 19.02.2019-cu ildə müalicə almışdır. Xəstəliyinin gedişi “Xroniki” qeyd olunaraq Forma 88 TSEK-in “Avtomobil növbəsinə dayanmaqdan ötrü sisteminə N-li 4399003AAAHG” göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı 25.10.2017-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və diaqnoz “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyət” olmaqla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, İİ dünya müharibəsi əlillərin və onlara bərabər tutulanlar tibbi göstəriş olduğu halda pulsuz minik avtomobili ilə təmin olunurlar. İddiaçı avtomobilə tibbi-göstəriş vəziyyəti səhiyyə müəssisəsinin 4399003AAABE nömrəli göndərişi əsasında 22.04.2019-cu il tarixdə qiymətləndirilmiş və imtina qərarı verilmişdir. Belə ki, İddiaçı “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyət” diaqnozu ilə əlillik təyin edilmişdir. Avtomobilə tibbi-göstəriş vəziyyəti ilə bağlı yazılmış göndərişdə isə başqa diaqnoz “125.1 Ürəyin aterosklerotik xəstəliyi ÜİX.Aterosklerotik kardioskleroz.Durğunluq ürək çatmamazlığı.Gərginlik stenokardiyası FS-lll.” qeyd olunmuşdur. Yəni iddiaçının əlilliyi avtomobilə tibbi-göstəriş vəziyyəti ilə bağlı tərtib edilmiş göndərişdə yazılan diaqnozla bağlı deyil. İddiaçının mövcud əlillik diaqnozu olan “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyət” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3. yarımbəndində nəzərdə tutulmadığından avtomobilə tibbi göstərişin təyininə əsas vermir. İş üzrə şifahi məhkəmə baxış iclası 18 iyun 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərinə qiymət verir. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh iddiaya cavab verməli orqandır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən əlilliyi olan şəxslərin sosial müdafiə tədbirlərinə (protez-ortopedik məmulatlarının, eşitmə aparatlarının, kreslo-veloarabalar və digər reabilitasiya vasitələrinin verilməsi, nəqliyyat və hərəkət vasitələri ilə təmin olunma, xüsusi təhsil alma, evdə sosial-məişət xidməti göstərilmə və s.) ehtiyacları barədə tibbisosial ekspert komissiyaları tərəfindən tibbi göstərişlər verilməsini təmin etmək Xidmətin vəzifəsinə aiddir. İddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətə imtina cavabı verilmişdir. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddianın mahiyyəti: İddia mümkün olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən verilmiş № 006417 saylı 24.10.2017-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 25.10.2017-ci il tarixdən müddətsiz Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında 25.10.2017-ci il tarixdə təkrar müayinəyə dair xxxxxxx0010 nömrəli aktdan görünür ki, İddiaçı diaqnozu: baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyəti, Əlillik səbəbi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olduğu, əlilliyin müddəti: müddətsiz 2-ci dərəcəli əlillik qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiya № 4399003AAAHG saylı göndərişinin (maşın almaq üçün) surətindən görünür ki, İddiaçı xəstəliyinin adı qrafasında a) əsas diaqnozu 125.1 ürəyin aterosklerotik xəstəliyi ÜİX.Aterosklerotik kardioskleroz. Durğunluq ürək çatmamazlığı. Gərginlik stenokardiyası FS-İİİ. Ağırlaşma 120.8, stenokardiyanın digər formaları. Gərginlik stenokardiyası FS- İİİ.150.0 Durğunluq ürək çatmamazlığı. Ürək çatmamazlığı 3-cü dərəcə. İİ0 Essensial (birincili) hipertenziya Hipertoniya xəstəliyi 2 mərhələ qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiya № 4399003AAAL2 saylı göndərişinin (maşın almaq üçün) surətindən görünür ki, İddiaçı xəstəliyinin adı qrafasında a) əsas diaqnozu periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri Hər iki aşağı ətraflarda varikoz genəlmə İİ dərəcə. Ağırlaşma aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi. Hər iki aşağı ətraflarda varikoz genəlmə İİ dərəcə qeyd edilmişdir. Həkim Məsləhət Komissiyasının 04.03.2021-ci il tarixli № 4399003AAAL2 saylı bildirişinin surətindən görünür ki, İddiaçı (xxxxxxx **********) Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe Olan 1 nömrəli Poliklinikası-nın Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. a) əsas diaqnozu 173.8, periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri. Hər iki aşağı ətraflarda varikoz genəlmə İİ dərəcəsinin olması b) ağırlaşma 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Hər iki aşağı ətraflarda varikoz genəlmə İİ dərəcə qeyd edilmişdir. Avtomobil müayinəsinin nəticəsinə dair xxxxxxx0011 nömrəli aktdan görünür ki, müayinə 22.04.2019-cu ildə aparılmışdır. Göndərişdə diaqnozun mətni İ25.1 Ürəyin aterosklerotik xəstəliyi ÜİX.Aterosklerotik kardioskleroz.Durğunluq ürək çatmamazlığı. Gərginlik stenokardiyası FS-İİİ. TSEK-in əlavə diaqnozu: Ürəyin aterosklerotik xəstəliyi ÜİX Aterosklerotik kardioskleroz. Durğunluq ürək çatmamazlığı. Gərginlik stenokardiyası FS-İİİ. Əlavə müayinələrin nəticələri: Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Aterosklerotik kardioskleroz. Durğunluq ürək çatmamazlığı. Gərginlik stenokardiyası FS İİİ. 413 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə dair tibbi göstərişdən əks göstərişin olmaması əsası ilə imtina edilmişdir. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı tərəfindən verilmiş epikrizlərin surətindən görünür ki, İddiaçı qoyulan əsas diaqnoz 125.1 ürəyin aterosklerotik xəstəliyidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X1 Pansionatının direktor müavini vəzifəsində çalışan X5 mütəxəssis qismində izahat verərək bildirmişdir ki, iddiaçının əlilliyi avtomobilə tibbigöstəriş vəziyyəti ilə bağlı tərtib edilmiş göndərişdə yazılan diaqnozla bağlı deyil. Belə ki, iddiaçı 25.10.2017-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və diaqnoz “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyət” olmaqla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilən göndərişlərdə isə əsas diaqnoz kimi “125.1 Ürəyin aterosklerotik xəstəliyi ÜİX.Aterosklerotik kardioskleroz. Durğunluq ürək çatmamazlığı.Gərginlik stenokardiyası FS-lll.” qeyd olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil olduğundan ona minik avtomobilinin verilməsi üçün tibbi göstərişin verilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, bir neçə dəfə müayinə olunmuş əsas diaqnozu ürəyin aterosklerotik xəstəliyi olduğundan səhiyyə müəssisəsi tərəfindən dəfələrlə göndərişlər getmiş, lakin cavabdeh inzibati orqan əsassız olaraq əks göstərişin olmadığı barədə imtina cavabı vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 25.10.2017-ci il tarixdə İddiaçı təkrar müayinədən keçərək müddətsiz ikinci dərəcə əlilliyinin təyini barədə qərar qəbul edilmişdir. Diaqnoz: baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyəti; Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu qeyd edilmişdir. İddiaçı barəsində avtomobilə tibbi-göstəriş vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında cavabdeh orqan tərəfindən qiymətləndirilmiş, imtina qərarı verilmişdir. Səbəb kimi İddiaçı əlillik təyininə əsas verən diaqnozla, avtomobilə tibbi-göstəriş vəziyyəti ilə bağlı yazılmış göndərişdəki diaqnozun fərqli olmasıdır. Həmçinin, cavabdehin imtina əsası iddiaçının mövcud əlillik diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3. yarımbəndində nəzərdə tutulmaması ilə bağlıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İlk növbədə Məhkəmə qeyd edir ki, cavabdehin etiraz dəlili kimi istinad etdiyi norma-“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5-ci hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2021ci il tarixli 163 nömrəli Qərarı ilə ləğv edilmişdir. Hazırki halda iddia tələbinin qanuni əsasını “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3-cü bəndinə əsasən: 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. 3.5. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. 3.6. Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. 3.7. Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. 3.8. Tibbi göstəriş olduğu halda, Şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. 3.9. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. 3.12. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir. 3.13. Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. 3.15. Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. 3.16. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.17. Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi ümumi və xüsusi səbəblərdən müəyyən edilir. Həmin Qaydaların 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblərə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar aiddir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Lakin bu zaman həmin şəxslər barəsində səhiyyə müəssisəsi tərəfindən göndərişlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən qiymətləndirilir. Bu da o deməkdir ki, əlilliyə əsas olan diaqnozla səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdəki diaqnoz eyni olmalıdır. Lakin hazırki halda isə iddiaçının 2-ci dərəcəli əlilliyinə əsas olan diaqnoz- baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyəti, minik avtomobili üçün göndərişdəki diaqnozu isə 125.1 ürəyin aterosklerotik xəstəliyi ÜİX.Aterosklerotik kardioskleroz. Durğunluq ürək çatmamazlığı. Gərginlik stenokardiyası FS-İİİ-dır. Yəni iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi avtomobilə tibbi-göstəriş vəziyyəti ilə bağlı yazılmış göndərişdəki diaqnozla bağlı deyil. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir və iddiaçının iddası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM- 73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1721/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1721/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver