Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1721/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiаçı İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********0745 nömrəli, xx.xx.2023-cü il tarixli, **********6424 nömrəli, xx.xx.2023-cü il tarixli, **********6926 nömrəli, xx.xx.2023-cü il tarixli, **********5563 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə, elektron qaydada məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi ilə əvəz edilsin. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 19 oktyabr 2023-cü il tarixli **********0745 nömrəli qərarının, 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli qərarının, 27 dekabr 2023-cü il tarixli **********5563 qərarının ləğv edilməsini və xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 27 fevral 2024-cü il tarixli **********7466200 nömrəli qərarına əsasən dəyişdirilmiş hissəyə uyğun ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin X14 üzrə Baş İdarəsinin 000852 saylı, 11 oktyabr tarixli akta münasibətdə qeyd edilməlidir ki, X12 Üzrə Baş İdarənin əməkdaşları ünvan 1 ünvanında yerləşən “İN Studio” gözəllik salonuna baxış keçirən zaman iddiaçının işçilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinin rəsmiləşdirildiyi müəyyən olunduqdan sonra qanunsuz və əsassız olaraq Şahid1 əməkdaşlarını iddiaçının işçisi kimi qeyd edərək əmək müqaviləsiz fəaliyyət göstərən şəxslər kimi göstərmişdilər. İzahatı alınmış şəxslər də açıq-aşkar bildirmişlər ki, onlar Şahid1 işçiləri qismində gəlmişlər. Sınaq müddəti kimi Şahid1 ilə birlikdə obyektə baxış keçirməyə gəlmişlər. Vergi Xidmətinin əməkdaşları satış mağazasında olan iddiaçının qohumunu, hansı ki, daşıma zaman əşyalara kömək edən şəxsi onun işçisi kimi əmək müqaviləsi olmadan fəaliyyət göstərən şəxslər kimi yuxarıda qeyd olunan aktda göstərmişlər. Habelə qeyd edilməlidir ki, ünvan 1 ünvanında yerləşən “İN Studio” gözəllik salonu hazırda “Badamxanım” adı altında fəaliyyət göstərir. Yuxarıda adları çəkilən işçilər Şahid1 işçisi kimi rəsmiləşdirilmiş və orada fəaliyyət göstərirlər. Dövlət Vergi Xidmətinin X14 üzrə Baş İdarəsinin 000697 saylı, 11 oktyabr tarixli aktına münasibətdə qeyd olunmalıdır ki, akta əlavə edilmiş fotolardan da aşkar şəkildə görünür ki, ünvan 1 ünvanında yerləşən “İN Studio” gözəllik salonunda olan lazerkosmetoloji aparat müvafiq otaqda saxlanc qismində göstərilmişdir. Belə ki, hər hansı müştəriyə xidmət göstərilməmiş, ümumiyyətlə həmin aparatlar işlək vəziyyət olmamışdır. Sadəcə olaraq gözəllik salonunda lazer aparatı olduğudan vergi xidmətinin əməkdaşları öz şəxsi mülahizələrinə uyğun olaraq qeyd olunan obyektdə lazer xidmətlərinin göstərilməsi qənaətinə gəlmişlər. Dövlət Vergi Xidmətinin X14 Üzrə Baş İdarəsinin 001658 saylı, 07 noyabr tarixli aktına münasibətdə qeyd edilməlidir ki, guya Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 63/21 yeləşən təmirdə olan “Kryolan” gözəllik salonunda ümumi dəyəri 141.825,06manat sənədsiz mal, həmçinin 4134,67 manat dəyərində sənədsiz mallar aşkar edilmişdir. Ümumi obyektdə 115.801,77 manat dəyərində sənədsiz mallar, həmçinin 26.023,29 manat dəyərində sənədli mallar aşkar edilmişdir. Halbuki, ekspertiza rəyi həqiqətə uyğun deyildir. X12 Üzrə Baş İdarə malların real bazar qiymətinə (satış qiymətinə) münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsini təklif etmişdir. Halbuki malların satış qiyməti deyil maya dəyərinə münasibətdə vergi orqanı maliyyə sanksiyasının tətbiq edilməsini təklif edə bilərdi. Həmçinin vergi orqanına təqdim olunmuş sənədlər üzrə malların hamısı “Kryolan” Türkiyə Respublikasında olan nümayəndəliyindən əvəzi tam ödənilməklə alınmamışdır. Belə ki, iddiaçı “Kryolan” firması ilə tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Kryolan” firmasının Azərbaycan Respublikasında rəsmi distrübütorudur, 01 yanvar 2023cü il tarixədək həmin müqavilə qüvvədə olmuşdur. Habelə qeyd olunmalıdır ki, İddiaçı tərəfindən yük gömrük bəyannamələri vergi orqanına təqdim olunsa da vergi orqanı tərəfində göstərilən hallar obyektiv araşdırılmamışdır. Belə ki, təqdim edilmiş yük gömrük bəyannamələrində qeyd olunan malların alıcı qismində İddiaçı olması öz əksini tapsa da vergi orqanı qeyd olunan xüsusatlara qiymət verməmişdir. Sanksiya tətbiq olunacaq mallar qeyd olunan ünvandan aşkar edilməmişdir. Belə ki, bütün malların rəsmi alış və ölkəyə gətirilmə sənədləri vergi orqanına təqdim edilmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, İddiaçı barəsində X8 tədbiri Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində göstərilmiş əsaslara görə (vergi orqanları tərəfindən mənbəyi bəlli məlumatlar) təyin edilmişdir. Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8894 nömrəli “X8nin həyata keçirilməsi haqqında” Qərarına əsasən sahibkarın fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən "KRYOLAN" kosmetoloq və kosmetika salonu adlı obyektində X8 tədbiri zamanı 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə qəbul edilməsi faktı aşkar edilərək, nəticəsi 11,10.2023-cü il tarixli DVX seriyalı 000851 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi X8 tədbiri həyata keçirilən zaman Qərar və çıxarışla tanış edilərək tərtib olunmuş aktı imzalayaraq bir nüsxəsini qəbul etmişdir. Fiziki şəxs Şahid10 X8 tədbiri zamanı yazılı izahat verərək, təxminən 15 gündür ki, İddiaçı məxsus obyektə malların sayımı ilə bağlı köməyə gəldiyini, işəgötürənlə arasında əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmadığını, obyektdə işləyən digər şəxslərdən administrator İlhamə xanımı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Eyni zamanda İddiaçı da X8 tədbiri zamanı yazılı izahat verərək, ünvan 2 ünvanında yerləşən "KRYOLAN" adlı obyekti işlətdiyini, ona məxsus obyektdə fəaliyyət göstərən işçi Şahid10 15 gündür ki, obyektdə malların sayımına köməklik etdiyini, bu müddət ərzində Şahid10 ilə əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadığını, əmək haqqı vermədiyini, bundan sonra onunla işləyəcəyi təqdirdə Şahid10 ilə əmək müqaviləsi bağlayacağına söz verdiyini bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Həmçinin X8 tədbiri zamanı obyektdə keçirilmiş ekspertizanın nəticələrinə görə 141.825,06 manat dəyərində malların mövcud olduğu, vergi orqanı tərəfindən həmin mallardan 115.801,77 manat dəyərində malların alışını təsdiq edən sənədlərinin mövcud olmadığı aşkar edilərək nəticəsi 07.11,2023-cü il tarixli DVX seriyalı 001658 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı aktı imza etməkdən imtina etdiyi və bu barədə aktda müvafiq qeydlərin edildiyi müəyyən edilmişdir. Eyni zamanda İddiaçı onun iştirakı ilə sayılmış malların siyahılarındakı hər səhifədə imza edərək “Tanış oldum, razıyam“ qeyd etməklə imza etdiyi, bundan əlavə yazılı iltizam verərək obyektdə olan malların onun iştirakı ilə siyahıya alındığını, malların alış qiymətlərinin onun tərəfindən bildirildiyini və bunu imza etməklə təsdiq etdiyini bildirdiyi, xx.xx.2023-cü il tarixdə mal qalığı ilə əlaqədar ekspert rəyinin tanış edilməsi ilə bağlı İddiaçı ilə telefon əlaqəsi saxlanıldığı, sonuncunun obyektə gəlməkdən və ekspert rəyi ilə tanış olmaqdan imtina etdiyi, bu faktın vergi orqanı əməkdaşları tərəfindən sərbəst aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. İddiaçı nəzarət tədbiri zamanı xx.xx.2023-cü il tarixdə izahat verərək obyektdə olan malların ona məxsus olduğunu, malların alış qiyməti ilə dəyərinin 42.514,0 manat olduğunu, malları “X9” şirkətindən aldığını, həmin malların Türkiyə Respublikasından idxal edildiyini, malların üzərinə 23 faiz ticarət əlavəsi qoyulduğunu, bütün malların yük gömrük bəyannamələrinin və invoyslarının mövcud olduğunu, malların alış və satış qiymətlərinin onun tərəfindən deyildiyini bildirmişdir. Tərtib edilmiş aktlar əsasında Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********0745 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 2000 (iki min) manat məbləğində və xx.xx.2023-cü il tarixli **********5563 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4083.99 (dörd min səksən üç manat doxsan doqquz qəpik) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr xx.xx.2023-cü il tarixli **********957900 nömrəli və xx.xx.2023-cü il tarixli **********685800 nömrəli məktublarla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8886 nömrəli “X8nin həyata keçirilməsi haqqında" Qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonunda xx.xx.2023-cü il tarixdə keçirilmiş X8 tədbiri zamanı saç baxımına və lazer xidmətinə görə ödənilmiş 115,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edilmədiyi və müştəriyə nəzarət-kassa aparatı çekinin təqdim edilmədiyi aşkar edilərək nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 032313 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. İddiaçı obyektdə olmadığı üçün aktın və əlavə edilmiş sənədlərin ona təqdim edilməsinin mümkün olmamış və bu barədə aktda müvafiq qeydlər edilmişdir. Eləcə də, X8 tədbiri zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi aşkar edilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000852 nömrəli aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş aktlar əsasında Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində və xx.xx.2023-cü il tarixli **********6926 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr 20.11,2023-cü il tarixli **********539800 nömrəli və 21.11,2023-cü il tarixli **********008400 nömrəli məktublarla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən ünvanlanmış müraciətlərə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən baxılaraq, xx.xx.2024-cü il tarixli **********746200 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərar qəbul edilərək, xx.xx.2023-cü il tarixli **********6424 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 18.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılaraq, 2000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 19 oktyabr 2023-cü il tarixli **********0745 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 27 dekabr 2023-cü il tarixli **********5563 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyənnamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emalavə saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 4083,99 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 20 noyabr 2023-cü il tarixli **********6424 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 fevral 2024-cü il tarixli **********746200 nömrəli qərarı ilə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 21 noyabr 2023-cü il tarixli **********6926 nömrəli, 19 oktyabr 2023-cü il tarixli **********0745 nömrəli və 27 dekabr 2023-cü il tarixli **********5563 nömrəli qərarları dəyişdirilmədən saxlanılmış, 20 noyabr 2023-cü il tarixli **********6424 nömrəli qərarı 18.000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılaraq, 2.000 manat maliyyə saxnksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. ... Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. ... Maddə 44. Əmək müqaviləsinin forması
1. Əmək müqaviləsi yazılı formada bağlanır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50. X8 50.1. X8 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; ... 50.2. X8nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X8 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X8 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X8nin müddəti və X8ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X8 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X8ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. ... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.8. Səyyar vergi yoxlaması və X8 zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvilqəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; ... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8894 nömrəli “X8nin həyata keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən "KRYOLAN" kosmetoloq və kosmetika salonu adlı obyektində X8 tədbiri zamanı 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə qəbul edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000851 nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8886 nömrəli “X8nin həyata keçirilməsi haqqında" Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonunda xx.xx.2023-cü il tarixdə keçirilmiş X8 tədbiri zamanı saç baxımına və lazer xidmətinə görə ödənilmiş 115,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edilmədiyi və müştəriyə nəzarət-kassa aparatı çekinin təqdim edilmədiyi aşkar edilərək nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 032313 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Eləcə də, X8 tədbiri zamanı 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi aşkar edilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000852 nömrəli aktla rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, fiziki şəxslərin hansı müddətdə həmin obyektdə işlədiyinin müəyyən edilməsi hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Fiziki şəxs Şahid2 X8 tədbiri zamanı yazılı izahat verərək, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna Badamxanım tərəfindən sınaq müddətinə cəlb olunduğunu, əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildiririşinin surətinin ona təqdim olunmadığını, obyektdə işləyən digər şəxslərdən Solmaz və Ayseli tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid3 X8 tədbiri zamanı yazılı izahat verərək, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna Badamxanım tərəfindən saç ustası vəzifəsinə sınaq müddətinə cəlb olunduğunu, sınaq müddətində olduğu üçün onunla əmək müqaviləsinin bağlamımadığını, obyektdə işləyən digər şəxslərdən Badamxanım, Aysel, Solmaz, Nəzrin və Sonanı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid4 X8 tədbiri zamanı yazılı izahat verərək, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna Badamxanım tərəfindən sınaq müddətinə cəlb olunduğunu, əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildiririşinin surətinin ona təqdim olunmadığını, obyektdə işləyən digər şəxslərdən Solmaz və Nəzrini tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid5 X8 tədbiri zamanı yazılı izahat verərək, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna Badamxanım tərəfindən sınaq müddətinə cəlb olunduğunu, əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildiririşinin surətinin ona təqdim olunmadığını, obyektdə işləyən digər şəxslərdən Aysel və Nəzrini tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid6 X8 tədbiri zamanı yazılı izahat verərək, sınaq müddətinə cəlb olunduğunu, sınaq müddətində model olaraq işlədiyini, ayın 10-u və11-i obyektdə olduğunu, sınaq müddətində olduğu üçün onunla əmək müqaviləsinin bağlanılmadığını, obyektdə işləyən digər şəxslərdən Badamxanımı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Fiziki şəxs Şahid1 İman qızı X8 tədbiri zamanı yazılı izahat verərək, ünvan 3 ünvanında yerləşən “İN studio” gözəllik salonuna 2 gündür ki, saç ustası kimi sınaq müddətinə gəldiyini, əgər işləyəsi olsa İddiaçı ilə əmək müqaviləsi bağlayacağını, Tünzalə, Aysel, Solmaz, Nəzrin və Fatiməni işi öyrənsələr işə götürəcəyini bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Digər 4 nəfər fiziki şəxs Şahid8, X5, Şahid9 və X4 isə izahat verməkdən imtina etmişlər. Məhkəmə icraatı zamanı şahid qismində dindirilən Şahid1 İman qızı ifadəsində, Aysel, Solmaz, Nəzrin, Fidanə və Fatimə adlı şəxslərin əl işlərinə baxdığını bildirmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dindirlən Şahid6, Şahid4, Şahid5, Şahid3 ifadəsində, Şahid1 elanına əsasən həmin obyektə gəldiyini bildirmişdir. Məhkəmə iclasında 5 nəfərin əl işinə baxdığını bildirsə də, Şahid1 İman qızı araşdırmaya təqdim etdiyi 25.01,2024-cü il və xx.xx.2023-cü il tarixli izahatlarında 6 nəfər fiziki şəxsin onun tərəfindən işlərin görülməsinə cəlb edildiyini bildirmiş, İddiaçı şikayətlərində isə 5-6 nəfər deyil, 10 nəfər fiziki şəxsin Şahid1 iman qızı tərəfindən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi bildirilməklə, bir-birinə ziddiyyət təşkil edən ifadələr verilmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dindirilən Şahid10 İddiaçı 2 gün kömək üçün gəldiyini bildirmişdir. Halbuki, iddiaçı X8 tədbiri zamanı yazılı izahat verərək, işçi Şahid10 15 gündür ki, obyektdə malların sayımına köməklik etdiyini bildirmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dindirilən Şahid8 ifadəsində Şahid1 elanına əsasən həmin obyektə gəldiyini bildirsə də, Şahid1 məhkəmə iclasında Aytac adlı şəxsi tanımadığını bildirmişdir. Bundan əlavə İddiaçı şikayətində və xx.xx.2023-cü il tarixli izahatında fiziki şəxs Şahid8 Şahid1 İman qızının komandasında olduğunu bildirdiyi halda, Şahid8 ilə İddiaçı arasında X8 tədbirindən sonra, yəni xx.xx.2023-cü il tarixdə Kosmetikaçı, makiyaj - studiya vəzifəsində əmək müqaviləsi bağlandığı müəyyən edilmişdir. Eyni zamanda Şahid1 İman qızının xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə təqdim etdiyi izahatında və araşdırmaya təqdim etdiyi 25.01,2024-cü il və xx.xx.2023-cü il tarixli izahatlarında fiziki şəxs X1 və digər 5 nəfərin onun komandasında olduğunu və həmin fiziki şəxsin İddiaçı işçisi olmadığını bildirdiyi halda X8 tədbirindən sonra İddiaçı ilə X5 arasında xx.xx.2023-cü il tarixdə saat 10:08-də əmək müqaviləsinin bağlandığı və xx.xx.2023-cü il tarixdə saat 14:04-də ləğv edildiyi müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dindirilən X13 ifadəsində bildimişdir ki, 10 nəfər fiziki şəxsin əmək müqaviləsi olmadan həmin obyektdə çalışdığı müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dindirilən X3 ifadəsində bildimişdir ki, Şahid1 onun saçlarına baxım etmiş, sonra 100 manat nəğd qaydada ödəniş etmiş lakin qəbz verilməmişdir. İkinci xidmətə görə post terminal vasitəsilə ödəniş etmək istədiyini bildirdikdə, “card to card” etməyini xahiş etmişlər. Ödənişi digər xanımın kartına köçürmüşdür. Göründüyü kimi X8 və aparılan araşdırma zamanı İddiaçı vergi üstünlüyü əldə etməsi və vergi qanunvericiliyinin pozuntusuna görə məsuliyyətdən kənarda qalmasına şərait yaratmaq məqsədi ilə İddiaçı və Şahid1 İman qızı tərəfindən bir-birinə uyğun olmayan, ziddiyyətli ifadələr verilmişdir. Bundan əlavə, məhkəmə iclasında baxış keçirilmiş operatv vergi nəzarətinin videoaudio yazısında iddiaçıya məxsus obyektdə yoxlama zamanı həmin şəxslərin bilavasitə əmək fəaliyyəti ilə məşğul olduğu müşahidə olunmuşdır. Qeyd edilməlidir ki, izahatı alınan şəxslər izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, iş qrafikini, onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin obyektdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Məhkəmə dindirilmiş şahidlərin ziddiyyətli ifadələrinə və iddiaçı tərəfin izahat yazmağa məcbur edilmə barədə bildirdiklərinə tənqidi yanaşır və onların ifadələrini iddiaçını məsuliyyətindən yayındırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə həmçinin vurğulayır ki, adları çəkilən şəxslərin bəzilərinin həmin obyektə Şahid1 İman qızı tərəfindən çağırılması (və ya onun elanına əsasən gəlməsi) barədə bildirdikləri iddiaçı barəsində məsuliyyət qərarının ləğvinə əsas verə bilməz. Bir halda ki, həmin şəxslər iddiaçıya məxsus obyektdə əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olmuşdur. Digər tərəfdən, X8 tədbiri zamanı obyektdə iddiaçının iştirakı ilə sayılmış malların siyahılarındakı hər səhifədə imza edərək “Tanış oldum, razıyam“ qeyd etməklə imza etdiyi, malların alış qiymətlərinin onun tərəfindən bildirildiyi müəyyən edilmişdir. Lakin həmin malların alışını təsdiq edən yük gömrük bəyənnamələri və vergi hesab fakturalarının mövcud olmadığı müəyyən edilmiş, həmin sənədlər məhkəməyə də təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov