Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1722/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “elmi dərəcənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elimləri doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elimləri doktoru elmi dərəcəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı İldir oğlu 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunu “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə bitirib Bakı “Radioquraşdırma” İstehsalat Birliyində gənc mütəxəssis statusu ilə istehsalat fəaliyyətinə başlamışdır. 1987-ci ildə isə “SUGEO” ÜETİ-nun Bakı filialında aspiranturaya daxil olub, istehsaldan ayrılmadan elmi fəaliyyətlə məşğul oldu. 1991-ci ildə isə “Разработка технологии очистки и повторного использования смазочноохлаждающих жидкостей и ее оптимизация” mövzusunda namizədlik dissertasiyasını tamamlayıb Azərbaycan Sənaye Universiteti nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış elmi şurada 05.14.14 - X5 (istilik hissəsi) ixtisası üzrə müdafiə edib SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasından X12 elmi dərəcəsinin diplomunu aldı. Bundan sonra elmi fəaliyyətini elə həmin mövzu ətrafında daha dərin elmi araşdırmalar aparmaqla müstəqil davam etdirdi. Bu dəfə təmizləmə prosesində tətbiq edilən Vibrasiyalı maşınlar və texnologiyaların işlənib hazırlanması və tətbiq olunmasına daha çox üstünlük vermişdir. Təbii ki, həmin vaxtlar mexanika elminin sırf bu sahəsi ilə Azərbaycanda məşğul olan nə bir alim, nə də bir kafedra yox idi. Bu səbəbdən bu sahədə yerinə yetirdiyi işi 1998-ci ildə Rusiya Federasiyasının Kursk şəhərində yerləşən X15 Universitetinin nəzdində fəaliyyət göstərən “Vibrotexnika” laboratoriyasına və həmin universitetin “Nəzəri mexanika və X6” kafedrasına göndərdi. İşlə tanış olan kafedranın müdiri t.e.d., professor S.F.Yatsun bu işin çox maraqlı və aktual bir mövzuya həsr olunduğunu və daha da dərindən araşdırılmasına ehtiyacın olduğunu bildirdi. İddiaçı elə həmin vaxtdan başlayaraq bu kafedra ilə birgə araşdırmalarını davam etdirdi. 1999-cu ildə artıq həmin kafedranın əməkdaşları ilə müştərək bir neçə məqaləsi və bir monoqrafiyası çap olundu. Sonra isə belə bir ortaq qərara gəldilər ki, onun təhsilini KDTU-nin “NM və MMN” kafedrasının doktoranturasında davam etdirsin. 2000-ci ildə doktoranturaya qəbul etdilər və konkret olaraq bu sahə üzrə “Динамика и синтез технологических вибромашин с электромагнитным виброприводом, применяемых для очистки сточных вод” adlı dissertasiya mövzsunu təsdiqlədilər. 2000-2004-cü illərdə doktoranturada təhsil alıb dissertasiya mövzusunu da tamamladı və dissertasiya işinin RF-da müdafıyə olunması məqsədilə mövcud tələblərə uyğun olaraq sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etdi və 2005-ci ilin iyun ayında razılıq məktubunu alıb KDTU-nə təqdim etdi. 2005-ci ilin noyabr ayında seminar təşkil olundu və seminarda çıxış edib əsas müdafiəyə buraxıldı. Qərar belə oldu ki, 2006-cı ilin yanvar ayında RF NK yanında AAKnın Bülletenində müdafiənin günü haqqında elan verməlidir. Həmin vaxt Azərbaycan Pedaqoji Universitetində 0,5 ştat vahidi müəllim vəzifəsində işləyirdi. 2005-ci ilin dekabr ayında onu çağırıb "xxxx" ASC-nin Sumqayıt İstehsalat Sahəsinə İstehsal direktoru vəzifəsinə göndərdilər. xx.xx.2005-ci il tarixində iddiaçı bu vəzifəni qəbul etdi və işin həddən artıq çox olması səbəbindən nə elan yerləşdirməyə, təbii ki, nə də müdafiəyə gedə bilmədi. Amma bütün bunlara baxmayaraq, elmi fəaliyyətini davam etdirdi. 2014-cü ildə X15 Universitetində yenidən dissertasiya işinin ilkin müzakirəsi keçirildi və müvafiq sənədləri yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etdi. 2015-ci ilin iyul ayında dessertasiya işinin müdafiəsinin təşkili üçün Milli Aviasiya Akademiyasına məktub göndərildi və çap olunmuş elmi əsərlərinin say və kateqoriyaca bütün tələblərə cavab verməsinə baxmayaraq məktubda qeyd etdilər ki, WoS indeksli jurnallarda 3 məqalə çap etdirdikdən sonra müdafiə təşkil olunsun. O bildirəndə ki, çap olunmuş əsərləri AAK-nın bütün tələblərini artıqlaması ilə ödəyir. Bu zaman yoldaşlardan bir neçəsi ona xəbərdarlıq etdi ki, bunlarla bir qədər ehtiyatlı ol, işini çətinə salarlar, onsuz da çətindədir, çünki, onu müdafıə edəcəyi ixtisas üzrə bir nəfər də mütəxəssisi olmayan Elmi Şuraya göndərmişdilər (sonradan həmin Şuraya kənardan 5 nəfər ixtisasçı dəvət edib birdəfəlik elmi şura yaratdılar, baxmayaraq ki, bu ixtisas üzrə respublikada bir neçə Elmi Şura mövcud idi). İşin əsas hissəsi bundan sonra başladı, belə ki, çağırıb xəbərdarlıq etdilər ki, üç məqalə hazırla və bu telefon nömrəsi ilə əlaqə saxlayıb, məqalələri verər. Üstündən 2,5 il keçdi, onu çağırıb həmin məqalələrin çap olunmuş versiyalarını ona verdilər. Verdikləri bu məqalələrdən birinin mənbəyi tapıldı, ikisi isə saxta çıxdı. Sonra Elmi şuranın elmi katibi ilə görüşüb, göstərilən ünvanda bəs qədər məqalənin çap olunduğunu ona söylədi və bu da hər şeyin əvvəldən qaydasında olduğunu gördükdən sonra onun müdafiəyə buraxılma məsələni gündəmə gətirdi və məsələ də belə həll olundu. O xx.xx.2018-ci il tarixində doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edib 2019-cu ilin fevral ayında bütün əlaqədar sənədləri toplayıb AAK-na təhvil verdi. 2019-cu ilin iyun ayında zəng gəldi ki, işi bu gün AAK-nın nəzdindəki Ekspert Şurasında müzakirə olundu və yekdil səslə Ekspert şurasından keçdi. 2020-ci il oktyabr ayının sonu noyabr ayının əvvəlləri idi ki, telefondan bir zəng gəldi və telefondakı xanım bildirdi kı, onun WoS-da bir məqaləsi çatmır. O da bildirdi ki, 2016-ci ildə Hindistanda çap olunmuş bir məqalə və bir də patent var. Həmin xanıma bir daha məsələyə diqqətlə yanaşmalarını xahiş etdi və 2000-2001-ci ildə İspaniya və Almaniyada WoS-da indekslənmiş məqalələrinin, Rusiya Federasiyasından aldığı daha 5 ədəd Beynəlxalq kateqoriyalı patentinin olduğunu bildirdi. Bu söhbətin üstündən təxminən bir ay keçmiş həmin nömrəyə zəng edib məsələnin nə yerdə olduğunu soruşdu. Xanım bildirdi ki, heç bir irəliləyiş yoxdur. Mümkünsə WoS-da indekslənmiş bir məqalə çap etdirsin, əgər istəsə Şöbə müdiri (hal hazırdasədrin birinci müavini) burdadır, onunla da danışa bilər. İddiaçı xahiş etmişdir ki, telefonu şöbə müdirinə versin, belə ki, pandemiya dövrü olduğu üçün qəbul keçirilmirdi. Müdirlə danışarkən o da eyni şeyləri bildirdi. İddiaçı bildirmişdir ki, onun daha 5 Patenti var, bunu niyə nəzərə almır. O iddiaçıya demişdir ki, onlar patent deyil, “svidetelstvo na polezniy Model”dir. Söhbət əsnasında iddiaçı bildirmişdir ki, 2003-cü ilə qədər “Svidetelstvo” verilirdi, 2003-cü ildən sonra patent verdilər. O da iddiaçıya bildirmişdir ki, əgər belə olsa onda qəbul edib kömək edəcək. İddiaçı da Moskvadakı müvafiq təşkilatla yazışma apardı və bütün yazışmaları da şöbəyə göndərdi. Yazışmanın cavabı da bu oldu ki, Patent na poleznıy model və Svidetelstvo na poleznıy model tam olaraq eyni şeydir. Bu cavabı onlara göndərəndən sonra onlar bu məsələyə bir daha baxmayacaqlarını bildirərək ya bir ədəd Patent, ya da WoS indeksi bir məqalə çap etdirməyini israrla tələb etdilər. Təbii ki, keçən bu vaxt ərzində əvvəlki axarla yeni məqalələr hazırlayıb xarici jurnallara, beynəlxalq konfranslara göndərirdi. Bunlarla yanaşı bir Patent üzərində də çalışıb Vibrotexnika laboratoriyasından olan əməkdaşlarla həmmüəllif olaraq RF-nın patent idarəsinə göndərdi. Təxminən 6 ay müddətində bir vaxt keçdikdən sonra Patentin qəbul olunması haqqında məktub aldı. Sonra Patentin özünü əldə edib yeni şöbə müdirinə göndərdi. Bundan sonra bir neçə həftə telefonlarına cavab vermədi, nəhayət uzun müddətdən sonra cavab verdi və acıqlı şəkildə ona bildirdi ki, bu patent deyil. Bu dəfə də əvvəlki cavabları verib, yenə də bu patentin patent olmadığını bildirdi. 2023-cü ilin iyun ayında AAK-nın sədri cənab qəbuluna yazılıb bütün bu məsələlərə aydınlıq gətirmək üçün AAK-nın ofisinə getdi. “Sənin namizədlik dissertasiyanın ixtisas şifri ilə doktorluq dissertasiyanın müvafiq şifri nə üçün fərqlidir?”. İddiaçı bildirmişdir ki, “hər dissertasiyanın öz pasportu var və işlər də bu pasportlara uyğun yerinə yetirilib - hər ikisi texnika sahəsinə aiddir”. İddiaçı işinin elmi yeniliklərini danışmışdır. Böyük bir cümləni təxminən yarıya qədər söyləmişdi ki, acıqla sözünü kəsib məhz iddiaçının rusca danışmalı olduğunu tələb etdi. 5 məqaləsi WoS-da, 9 məqaləsi SCOPUSda indekləşərək dünyanın nüfuzlu jurnallarında çap olundu və nəhayət yenidən onu xx.xx.2023-cü ildə Ekspert şurasında çıxış etmək üçün çağırdılar (bir gün əvvəl ona belə bir məlumat daxil oldu ki, rəyçini təkidlə israr edirlər ki, mənfi rəy yazsın və bu işdə plagiatlığın olduğunu göstərsin). İclas başladı və Ekspert Şurasının sədri professor Vaqif Qasımov dissertasiya işindəki Elmi yeniliklərdən danışmağını bildirdi və iddiaçı da elmi yenilikləri danışdı. Növbəti sualı bu oldu ki, “deyirsən bu mövzuda olan işi ilk dəfə sən yerinə yetirmisən?” Sonda prof. Qasımov bir daha soruşdu ki, “sən təsdiq edirsən ki, bu işi ilk dəfə sən işləmisən də?” İddiaçı belə bir xatırlatma etdi ki, bura AAK-dır və bütün dissertasiyalar burda ekspertizadan keçir. Bildirilmişdir ki, rəyçinin iradları var, mümkünsə, bu iradlara rus dilində cavab verilsin. İddiaçı bildirmişdir ki, burda azərbaycan vətəndaşı olaraq iştirak edir və AAK-nın tələbləri çərçivəsində də sualları cavablandıracaq. Bütün suallara da Azərbaycan dilində cavab verdi. Nəticəni nə ekspert surasının üzvlərinə və nə də ona elan etmədən iclası qapalı elan etdilər. Fevral ayında bir məktub aldı və bu məktubda onun işinə heç bir səbəb göstərmədən imtina yazılmışdır. Apellyasiya şikayəti yazıb, onun dissertasiya işinin Ekpertizasının yenidən keçirilməsini xahiş etdi və xahişi qəbul edildi. Onu xx.xx.2024-cü il tarixində AAK-ya dəvət etdilər. Kifayət qədər aktiv müzakirə getdi və rəyçi tərəfindən yazılan iradlar və digər verilən sualların hamısı müsbət cavablandırıldı. Dissertasiya işində 19 səhifədə plagiatlığın olduğunu bildirdi. İddiaçı bu məsələnin elə bu iclasdaca aydınlaşdırılmasını tələb etdi. Məhz Loktionova adlı bir müəllifin işindən istifadə edib. İddiaçı bildirmişdir ki, X2 ilə eyni kafedranın doktorantı olmuş və onunla 2 monoqrafiyada və 10-dan artıq məqalədə həmmüəllif olmuşdur. Burada heç bir plagiatdıqdan söhbət gedə bilməz. Digər bir tərəfdən, iddiaçının işi 2004-cü ildə müdafiəyə buraxılıb, Loktionova isə 2008-ci ildə müdafiə edib. Daha sonra isə qeyd etdi ki, plagiatlığın da konkret icazə verilən həddi var. Əgər dediyi 19 səhifənin hamısı başdanbaşa plagiatdırsa belə, cəmi 5,4% edər, amma iddiaçının işi son 6 ildir onlardadır və həmişə də soruşanda deyilib ki, hər şey qaydasındadır, ancaq bir məqaləsi çatmır. Bununla da görüşü başa çatdı və koridora çıxdıqdan sonra yenə də əvvəlki kimi səsvermə keçirilir və nəticəsi elan olunmadan bülletenlər götürülüb iclas otağından çıxarılır. Nəticədə isə, yenə də eyni sseniari - diplom gözlədiyi halda may ayının sonunda imtina aldı. Göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elimləri doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elimləri doktoru elmi dərəcəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2023-cü il tarixi 3-50/2-S-4-298/2023 nömrəli elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsinə dair məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Milli Aviasiya Akademiyası nəzdində fəaliyyət göstərmiş ED.06.001 Dissertasiya şurasının bazasında yaradılmış B/D.06.001 Birdəfəlik dissertasiya şurasının xx.xx.2019-cu il tarixli 92 nömrəli vəsatətinə baxılmışdır. Ali Attestasiya Komissiyasının X13 elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq 22.12 2023-cü il tarixli qərarı ilə ona 2004.01 - ''Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisasında texnika elmləri doktoru elmi dərəcəsi» verilməsindən imtina etmişdir. Nəzərinə çatdırılmışdır ki, Komissiya haqqında Əsasnamənin 4.8-ci bəndinə müvafiq olaraq, Rəyasət Heyətinin qərarları iclasda iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə açıq səsvermə yolu ilə qəbul edilir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə'nin 10.2-ci bəndinə müvafiq olaraq. Komissiyanın elmi dərəcələr verilməsi ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2024-cü il tarixi 3-50/2-S-120-4-332/2024 nömrəli elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsinə dair məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına ünvanladığı xx.xx.2024cü il tarixli müraciəti əsasında attestasiya sənədlərinə apellyasiya qaydasında baxılmışdır. Ali Attestasiya Komissiyasının X13 elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixli qərarı ilə ona texnika elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarını qüvvədə saxlamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq, şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı “Динамика и синтез технологических вибромашин с электромагнитным виброприводом, применяемых для очистки сточных вод (Çirkab suların təmizlənməsi üçün tədbiq edilən elektromaqnit vibroötürücülü texnoloji vibromaşınların dinamikası və sintezi”) mövzusunda dissertasiya işi və attestasiya sənədləri Milli Aviasiya Akademiyası nəzdindəki B/D.06.001 dissertasiya şurasının xx.xx.2019-cu il tarixli 92 nömrəli vəsatəti ilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına daxil olmuşdur. İddiaçının dissertasiya işi və attestasiya sənədlərinin Komissiyada ekspertizası zamanı müəyyən edilmişdir ki, Əsasnamənin tələblərinə uyğun olaraq, beynəlxalq xülasələndirmə və indekslənmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda iddiaçının məqaləsi mövcud deyil. Bununla bağlı iddiaçıya məlumat verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində iddiaçı yeni dərc olunmuş məqaləsini təqdim etmişdir. Həmin məqalələr 2023-cü ilin dekabr ayında beynəlxalq xülasələndirmə və indekslənmə sistemlərinə (bazalarına) daxil edilmişdir. X3 xx.xx.2023-cü il tarixli qərarı ilə dissertasiya işi və attestasiya sənədləri rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Texnika elmləri üzrə ekspert şurasına göndərilmişdir. Ekspert şurasının xx.xx.2023-cü il tarixli qərarı ilə 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında İddiaçı texnika elmləri doktoru elmi dərəcəsi verilməsi X7 tövsiyə edilməmişdir. İddiaçı ekspert şurasının iclasında şəxsən iştirak etmişdir. Texnika elmləri üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli apellyasiya ərizəsi ilə işinə yenidən baxılması xahişi ilə Komissiyaya müraciət etmiş və Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə dissertasiya işi və attestasiya sənədləri rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Texnika elmləri üzrə ekspert şurasına göndərilmişdir. Ekspert şurasının xx.xx.2024-cü il tarixli qərarı ilə 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında İddiaçı texnika elmləri doktoru elmi dərəcəsi verilməsi X7 tövsiyə edilməmişdir. İddiaçı ekspert şurasının iclasında şəxsən iştirak etmişdir. Texnika elmləri üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı qüvvədə saxlanılmışdır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İddiaçı elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən “diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi” kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 73.3.1-ci maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. 74-cü maddəsinə əsasən İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1rşı “qərarın ləğvi və elmlər doktoru elmi dərəcəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 23 iyun 2023-cü il tarixli iclasın protokolundan çıxarış: “Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti qərara alır: İddiaçı texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi və attestasiya sənədləri rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Texnika elmləri üzrə ekspert şurasına göndərilsin.”
7. AAK-ın Texnika Elmləri üzrə X10 xx.xx.2023-cü il tarxili 17 nömrəli protokola əsasən müzakirə keçirilmiş və səsvermə (3 lehinə, 10 əleyhinə, 0 etibarsız.) ilə İddiaçı “Динамика и синтез технологических вибромашин с электромагнитным виброприводом, применяемых для очистки сточных вод (Çirkab suların təmizlənməsi üçün tədbiq edilən elektromaqnit vibroötürücülü texnoloji vibromaşınların dinamikası və sintezi”) mövzusunda, ixtisas: 2004.01 – “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi tövsiyyə olunmur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi protokollarda “fəlsəfə doktoru” elmi dərəcəsinin qeyd edilməsini texniki səhv olduğunu, qərarlarda “elmlər doktoru” elmi dərəcəsi qeyd edilmişdir.
8. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının xx.xx.2023-cü il tarixli 17 saylı iclasında elmi dərəcənin verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurası tərəfindən X11 2004.01 – “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi Rəyasət Heyətinə tövsiyə olunmamışdır. Ekspert şurasının 13 üzvü səsvermədə iştirak etdi. Səsvermənin nəticələri: 3 lehinə, 10 əleyhinə, 0 etibarsız.
9. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 22 dekabr 2023-cü il tarixli iclasın protokolundan çıxarış: “Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti qərara alır: İddiaçı Texnika elmləri üzrə ekpert şurasının tövsiyəsi nəzərə alınaraq 2004.01 – “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilsin.”
10. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 15 mart 2024-cü il tarixli iclasın protokolundan çıxarış: “Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti qərara alır: İddiaçı texnika elməri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi və attestasiya sənədləri rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Texnika elmləri üzrə ekspert şurasına göndərilsin.”
11. AAK-ın Texnika Elmləri üzrə X10 xx.xx.2024-cü il tarxili 04 nömrəli protokola əsasən müzakirə keçirilmiş və səsvermə (7 lehinə, 9 əleyhinə, 1 etibarsız.) ilə İddiaçı “Динамика и синтез технологических вибромашин с электромагнитным виброприводом, применяемых для очистки сточных вод (Çirkab suların təmizlənməsi üçün tədbiq edilən elektromaqnit vibroötürücülü texnoloji vibromaşınların dinamikası və sintezi”) mövzusunda, ixtisas: 2004.01 – “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi tövsiyyə olunmur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi protokollarda “fəlsəfə doktoru” elmi dərəcəsinin qeyd edilməsini texniki səhv olduğunu, qərarlarda “elmlər doktoru” elmi dərəcəsi qeyd edilmişdir.
12. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının xx.xx.2024-cü il tarixli 04 saylı iclasında elmi dərəcənin verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurası tərəfindən X11 2004.01 – “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi Rəyasət Heyətinə tövsiyə olunmur. Ekspert şurasının 17 üzvü səsvermədə iştirak etdi. Səsvermənin nəticələri: 7 lehinə, 9 əleyhinə, 1 etibarsız.
13. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 24 may 2024-cü il tarixli iclasın protokolundan çıxarış: “Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti qərara alır: İddiaçı 2004.01 – “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı (protokol №3-50/3-2-1-15/2023) Texnika elmləri üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq qüvvədə saxlanılsın.”
14. İş materiallarına patentlər, məqalələr və digər sənədlər əlavə edilmişdir.
15. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elimləri doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elimləri doktoru elmi dərəcəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Buna görə də, məhkəməsinin icraatında e-2-1(112)-1722/2025 saylı mülki iş vardır. Hal-hazırda həmin iddia ərizəsinin dəqiqləşdirlməsi zərurəti yaranmışdır. Belə ki, “Ekspertlər Şurası haqqında əsasnamə”nin 1-ci bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, ekspert şuraları öz fəaliyyətlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında” Əsasnaməni, “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında” Əsasnaməni, həmçinin bu Əsasnaməni rəhbər tutur, qarşılarında duran vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 728 saylı Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.3-cü yarımbəndinə əsasən, Ali Attestasiya Komissiyası dissertasiya və sənədlərin əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı AAK-ya tövsiyələr vermək üçün öz nəzdində ekspert şuraları yaradır. Ekspert şuralarının fəaliyyəti isə AAK tərəfindən qəbul olunan “Ekspert şuraları haqqında Əsasnamə” ilə müəyyən olunur (bax, 6.6-cı yarımbənd). “Ekspert şuraları haqqında Əsasnamə” 6.6-cı yarımbənə əsasən ekspert şuralarının fəaliyyəti Komissiyanın təsdiq etdiyi “Ekspert şuraları haqqında Əsasnamə” ilə müəyyən edilir. Mübahisənin predmeti nəzərə alınaraq, yuxarıda qaldırılan məsələnin (boşluğun) həlli məqsədilə İMP və MPM-nin aidiyyəti müddəalarının qarşılıqlı təhlili labüdləşir. Belə ki, İPM-nin 1.2-ci maddəsinə əsasən, həmin məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati məhkəmə icraatında MPMnin müddəaları tətbiq oluna bilər. Eyni zamanda MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-nin 13.4-cü maddəsinin tələbi nəzərə alınmaqla hesab edirik ki, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normaları qismində “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5-ci – “dissertasiyaların müdafiəsi” bəndinin tələbini tətbiq etməlidir. Həmin – 5-ci bəndin 4-cü yarımbəndinə əsasən “dissertasiya işinin ilkin müzakirəsinin gedişinin videoçəkilişi aparılaraq elektron daşıyıcıda saxlanılır və dissertasiya işi ... iddiaçının digər sənədlərinə əlavə olunur.” Həmçinin adı çəkilən əsasnamənin 5.48-ci yarımbəndinə uyğun olaraq, dissertasiyanın müdafiəsi ... Azərbaycan dilində keçirilir. Müdafiənin digər dildə keçirilməsi iddiaçının müraciət ilə dissertasiya şurası üzvlərinin səs çoxluğu ilə təmin edilir. Göründüyü kimi, bu hüquq iddiaçıya məxsusdur. Dolayısilə ekspert şurasının iclasında iddiaçının öz dissertasiyasını fərqli dildə müdafiə etməsi tələbi şuranın prosedural olaraq öz vəzifələrindən kənarlaşmasından xəbər verməklə, şuranın iddiaçıya qarşı qərəzindən xəbər verir. Bundan əlavə, ekspert şuralarının AAK-nın veb-səhifəsindən yerləşdirilmiş əsasnaməsinin preambulasından (keçid: https://aak.gov.az/single/473) da göründüyü kimi, ekspert şuralarının öz fəaliyyətini “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” uyğun həyata keçirməli olması tələbi bu hissədə qənaətimizin doğruluğunu bir daha təsdiq edir. Yuxarıda qeyd olunanları (xüsusilə, ekspert şuralarının fəaliyyətinin prosedural tənzimləməsinin mövcud olmamasını və işinin təşkilinin analoji normalar əsasında qurulmadığı) nəzərə alaraq, hesab edilmişdir ki, 1. Ekspert şurasının xx.xx.2023-ci il tarixli, habelə xx.xx.2024-cü il tarixli iclasları “Ekspert şuraları haqqında əsasnamə”də qeyd olunan “qərəzsizlik, obyektivlik prinsiplərinin təmin edilməsi” testindən uğurla çıxmamışdır (obyektivlik və qərəzsizlik naminə ən azı xx.xx.2024- cü il tarixli şikayətə baxılma iclasının çəkilişinin təmin edilməsi şuranın marağında olmalı idi); 2. Bununla şuranın iclaslarında qəbul olunan qərarlar əsaslandırılmalı olduğu halda (bax “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.11-ci bəndi) sənədin nəticəvi hissəsində əsaslandırılmaması ekspert şurası tərəfindən buraxılan kobud prosedural pozuntular kimi qiymətləndirilməlidir. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.11-ci bəndinə əsasən dissertasiya şuraları dissertasiyaların qiymətləndirilməsi zamanı obyektivliyin təmin olunmasına, iddiaçının yüksəkixtisaslı elmi kadr səviyyəsinə uyğunluğuna və qəbul edilən qərarların əsaslandırılmasına görə cavabdehdirlər. AAK-n texniki elmlər üzrə eksert şurasının 01 noyabr 2023-cü il tarixli iclas zamanı obyektivlik təmin edilməmiş, onun hüquqları pozulmuşdur. Ona dissertasiya işində göstərdiklərim elmi yeniliklərlə bağlı əsaslandırılmamış suallar verilmişdir. Belə ki, heç bir əsas olmadan dissertasiya işinin plagiat olduğu bildirilmişdir. Amma, bununla bağlı tərəfimdən verilmiş əsaslandırılmış cavablar nəzərə alınmamışdır. Hətta onun dediyi sözlər təhrif olunmuşdur. Yuxarıda qeyd olunan səhvlərin düzəldilməsi və məsələyə obyektiv qiymət verilməsi məqsədilə, Ekspert Şurasının xx.xx.2023-cü il tarixli 17 saylı və xx.xx.2024-cü il tarixli 04 saylı qərarlarının ləğv edilməsi (İPM-nin 2.2.1-ci maddəsi ilə) və ən qısa müddətdə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.11 (yekun qərarı əsaslandırmaqla), 5.4 (videoçəkiliş təmin edilməklə) və 5.48-ci (Azərbaycan dilində keçirilməklə) yarımbəndlərinin tələbinə uyğun olaraq yeni iclasın keçirilməsi barədə (İPM-nin 2.2.3-cü maddəsi ilə) qərar qəbul edilməsi xahiş edilmişdir.
16. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin “Ekspert Şurasının xx.xx.2023-cü il tarixli 17 saylı və xx.xx.2024-cü il tarixli 04 saylı qərarlarının ləğv edilməsi (İPM-nin 2.2.1-ci maddəsi ilə) və ən qısa müddətdə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.11 (yekun qərarı əsaslandırmaqla), 5.4 (videoçəkiliş təmin edilməklə) və 5.48-ci (Azərbaycan dilində keçirilməklə) yarımbəndlərinin tələbinə uyğun olaraq yeni iclasın keçirilməsi barədə (İPM-nin 2.2.3-cü maddəsi ilə) qərar qəbul edilməsi” kimi dəyişdirilməsinin qəbulundan (iddiaçı ilə müzakirədən sonra) imtina edilmişdir.
17. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh inzibati icraat zamanı qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmuşdur. Həmçinin ekspert şurasında keçirilmiş iclasa çağırılmasının, iclas zamanı audio-video yazı aparılmamış, iddiaçıya rus dilində danışmaq təklif edilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının iclasında elmi dərəcənin verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının qərarında rəyçinin imzasının olmamasını və adıçəkilən qərarın əsaslandırılmamasını qeyd etmişdir.
18. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Ali Attestasiya Komissiyasının Qərarına əsasən ekspert şuraları müstəqil fəaliyyət göstərirlər, onlar Ali Attestasiya Komissiyasının əməkdaşları deyil, iddiaçının qeyd etdiyi məqalə məsələsinə münasibətdə bildirmişdir ki, iddiaçının beynəlxalq bazada dərc edilmiş məqaləsi mövcud deyildi, iddiaçıya bu barədə məlumat verilmiş, daha sonra iddiaçının məqalələri beynəlxalq bazalara daxil edilmişdir. Əslində beynəlxalq bazada məqalənin dərc edilməməsi prosedur pozuntusudur, imtinanın əsaslarından biridir, əgər Ali Attestasiya Komissiyası iddiaçıya qərəzli yanaşsa idi, bunun üçün iddiaçıya vaxt verilməzdi. İmtinanın əsası iddiaçının rus dilini bilməsi və ya bilməməsi, rus dilində müdafiə etməməsi deyil, ekspert şurasının tövsiyəsidir. Dissertasiya müdafiəsi dissertasiya şuraları tərəfindən universitetlərdə aparılır. Müdafiə zamanı dil tələbinə dair Fərmanın qeyd edilən bəndi müdafiəyə aiddir, Ali Attestasiya Komissiyasına aid deyil. Müdafiə proseduru işin Ali Attestasiya Komissiyasına daxil olmasından əvvəlki prosedurdur. İşlər müdafiə edildikdən sonra təsdiq üçün Ali Attestasiya Komissiyasına göndərilir. İş və sənədlər Ali Attestasiya Komissiyasına daxil olduqdan sonra bir neçə mərhələdən keçir. Ekspert şuralarının iclası da həmin mərhələlərdən biridir.
II. İddianın növü və mümkünlüyü
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
21. İddiaçı iddia tələbi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elimləri doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elmləri doktoru elmi dərəcəsi verilməsidir.
22. İddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu: 12.5. Ali təhsil müəssisəsində elmlər doktoru, fəlsəfə doktoru və magistratura üzrə kadr hazırlığı həyata keçirilir. Fəlsəfə doktoru və elmlər doktoru üzrə tamamlanmış müstəqil elmi tədqiqat işinin (dissertasiyanın) müdafiə olunmasına görə ali attestasiya orqanı tərəfindən elmi dərəcələr verilir. 17.3. Yüksəkixtisaslı elmi kadrların hazırlanması doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunktura) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada tamamlanmış elmi tədqiqat işi – dissertasiya yerinə yetirilməli və müdafiə edilməlidir. 19.1. Dissertasiya şurası vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün ali attestasiya orqanı tərəfindən yaradılır. 19.2. Dissertasiya şurasının yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. 20.1. Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin doktoranturasını (dissertantlığını, adyunkturasını) müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom verilir.
24. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.12. doktorant - doktoranturada təhsil alan şəxs; 22.8. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. 22.9. Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir. 22.10. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir: 22.10.1. fəlsəfə doktoru (elm sahələri göstərilməklə); 22.10.2. elmlər doktoru (elm sahələri göstərilməklə). 22.11. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 25.Ekspert şuralarının fəaliyyəti “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamə və “Ekspert şuraları haqqında” Əsasnamə ilə tənzimlənir. “Ekspert şuraları haqqında” Əsasnamə Azərbaycan Respublikasının X8 Komissiyasının Bülletenində (xüsusi buraxılış) dərc edilmiş və müvafiq elektron daşıyıcıda iş materiallarına əlavə edilmişdir.
26. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh inzibati icraat zamanı qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmuşdur. Belə ki, faktiki olaraq ekspert şurası tərəfindən müdafiə təşkil edilmişdir, habuki müdafiə dissertasiya şurasında həyata keçirilir. Həmçinin ekspert şurasında iclası zamanı audiovideo yazı aparılmamış, iddiaçıya rus dilində danışmaq təklif edilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının iclasında elmi dərəcənin verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının qərarında rəyçinin imzasının olmamış və adıçəkilən qərar əsaslandırılmamışdır.
27. Məhkəmə hesab edir ki, qeyd edilən hallar ayrı-ayrılıqda nəzərdən keçirilməlidir.
28. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasında keçirilən iclası zamanı şurada faktiki olaraq müdafiənin təşkilinə dair iddiaçının dəlilinə məhkəmənin mövqeyi: 29.Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamə: 6.5. Ekspert şurasına dəvət olunmuş iddiaçı üzrsüz səbəbə görə iki ay müddətində iclasa gəlmədikdə, Komissiya dissertasiya işinin ekspertizasını dayandırır və iddiaçıya elmi dərəcə verilməsindən imtina barədə qərar qəbul edir. “Ekspert şuraları haqqında” Əsasnamə:
4. Ekspert şuralarının aşağıdakı hüquqları var: X3, kollegiyasının və ya rəhbərinin qərarına əsasən zəruri hallarda iddiaçıları, dissertasiyanın müdafiəsini aparmış və ya əlavə rəy vermiş dissertasiya şuralarının rəhbərlərini, rəsmi opponentləri, elmi rəhbərləri (elmi məsləhətçiləri), həmçinin aparıcı təşkilatların nümayəndələrini öz iclaslarına dəvət etmək;
30. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən müddəalardan aydın olur ki, iddiaçı Ekspert şurasına çağırılır və Ekspert şurasına dəvət olunmuş iddiaçı üzrsüz səbəbə görə iki ay müddətində iclasa gəlmədikdə, Komissiya dissertasiya işinin ekspertizasını dayandırır və iddiaçıya elmi dərəcə verilməsindən imtina barədə qərar qəbul edə bilər. Odur ki, ekspert şurası iclas keçirməklə həmin iclasa iddiaçını dəvət etməkdə səlahiyyətli olmuşdur.
31. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasında iclası zamanı audio-video yazı aparılmamasına dair iddiaçının dəlilinə məhkəmənin mövqeyi: 32.Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamə: 5.4. Dissertasiya işinin ilkin müzakirəsinin gedişinin videoçəkilişi aparılaraq elektron daşıyıcıda saxlanılır və dissertasiya işi Komissiyaya təqdim edildikdə iddiaçının digər sənədlərinə əlavə olunur.
33. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnaməyə əsasən videoçəkilişi aparılaraq elektron daşıyıcıda saxlanılması tələbi dissertasiya şuralarında aparılan dissertasiya müdafiəsi zamanı imperativ xarakter daşıyır. Qeyd edilən normativ aktla Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasında iclası zamanı videoçəkilişin aparılması tələbi müəyyən edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inzibati binası videoçəkilişin aparılması üçün əlverişsiz şəraitdə olduğu üçün Komissiyada aparılan heç bir iclasda videoçəkiliş aparılması mümkün olmur. Odur ki, hazırkı vəzyyətdə iddiaçıya qərəzli münasibət və ya ayrı-seçkilik müşahidə olunmamaqla yanaşı, iclasın audio-video yazısının aparılmasına dair tələb mövcud deyildir. Digər tərəfdən cavabdeh tərəfindın iclasın protokolu təqdim edilməklə iclas zamanı verilən suallar və cavablar ətraflı şəkildə qeyd edilmiş və iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclası zamanı hansı halların protokolda əks olunmadığını aşkar şəkildə bildirməmişdir.
34. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasında iclası zamanı iddiaçıya rus dilində danışmaq təklif edilməsi iddiaçının dəlilinə məhkəmənin mövqeyi: 35.Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamə: 3.11. Dissertasiya Azərbaycan, ingilis və ya rus dillərində təqdim edilə bilər. 6.2. Elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilən dissertasiya və avtoreferat, bu Əsasnamənin 3-cü hissəsində dissertasiyaya və avtoreferata dair tələblər nəzərə alınmaqla, Azərbaycan, ingilis və ya rus dillərində, digər sənədlər Azərbaycan dilində, stenoqram isə müdafiənin keçirildiyi dildə olmalıdır. Xarici dildə dərc edilmiş elmi nəticələr, məqalələr, elmi tədbirlərin nəticələri üzrə dərc olunmuş məruzə və tezislər bu Əsasnamənin 2.16-cı bəndinin tələbləri nəzərə alınmaqla təqdim edilir.
36. Məhkəmə hesab edir ki, AAK-ın Texnika Elmləri üzrə X10 protokol (iclas zamanı aparılan müzakirələr qeyd edildiyinə görə stenoqram hesab etmək olar) faktiki olaraq Azərbaycan dilində tərtib olunduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, imtinanın səbəbi (cavabdehin də qeyd etdiyi kimi) iddiaçının Azərbayan dilində çıxış etməsi ilə bağlı deyildir. İddiaçıya AAK-ın Texnika Elmləri üzrə Ekspert Şurasının iclası zamanı rus dilində danışmaq elmi işi rus dilində olduğu üçün təklif edilmiş, iddiaçı isə Azərbaycan dilində danışmaq istədiyini bildirmişdir. İclas iddiaçının istəyinə uyğun olaraq (protokoldan göründüyü kimi) Azərbaycan dilində keçirilmişdir.
37. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının elmi dərəcənin verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının qərarında rəyçinin imzasının olmamasının və qərarın əsaslandırılmamasına dair iddiaçının dəlilinə məhkəmənin mövqeyi:
38. “Ekspert şuraları haqqında” Əsasnamə:
7. Ekspert şuralarının iclasları onun sədri tərəfindən, sədr olmadıqda isə sədr müavini tərəfindən aparılır. Ekspert şuralarının tövsiyələri və qərarları açıq səsvermə yolu ilə iclasda iştirak edən şura üzvlərinin üçdə ikisi səs verdikdə qəbul edilmiş hesab edilir. Zəruri hallarda, yaxud şuranın ən azı bir üzvünün təklifi ilə gizli səsvermə keçirilə bilər. Əlavə 1. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarının forması müəyyən edilmişdir. Ekspert şurasının sədri, Ekspert şurasının elmi katibi və rəyçi qəbul edilmiş qərarı imzalamalıdır.
39. Məhkəmə rəyçinin həmin tövsiyə ilə razı olmadığı üçün imzalamadığı qənaətindədir. Belə ki, məhkəməyə təqdim edilən protokolda rəyçinin rəyinin müsbət olduğu açıq şəkildə qeyd edilmişdir. Dissertasiya şurası tərəfindən qəbul edilmiş qərarlardan fərqli olaraq və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamədə, nə də “Ekspert şuraları haqqında” Əsasnamədə ekspert şurası tərəfindən AAK-ya təqdim edilən tövsiyənin əsaslandırılması tələbi isə yoxdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının tövsiyəsi elmin müvafiq sahələrində görkəmli alim və mütəxəssislərdən ibarət tərkibdə səsvermə yolu ilə iclasda iştirak edən şura üzvlərinin səsverməsi əsasında qəbul edildiyi üçün əsaslandırılması zərurəti də yoxdur. Belə ki, iclasın gedişatını özündə əks etdirən protokol tərtib edilir. Həmin protokol da iş materiallarına əlavə edilmişdir.
40. İnzibati Prosessual Məcəllədən: Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
41. Məhkəmə hesab edir ki, hazırkı iddia cavabdeh qurumun maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün diskresion səlahiyyət əsasında müəyyən olunması ilə bağlı olduğundan məhkəmə nəzarəti diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlamaqla məhdudlaşır.
42. Yəni məhkəmənin vəzifəsi prosedurun ədalətli və müəyyən edilmiş tələblərə uyğun keçirilməsini yoxlamaqdan ibarətdir.
43. Belə ki, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının elmi işi dissertasiya şurasında müdafiəsi müsbət olduğundan AAK-ya təqdim edilmiş, elmi iş AAK tərəfindən yaradılmış ekspert şurasında ekspertizadan keçirilmiş və şuranın iclaslarında iddiaçının iştirakı təmin edilmiş, müvafiq iclaslar keçirməkdə şura səlahiyyətli olmuş, iclas zamanı iddiaçıya məhz elmi işinə aid suallar elmin müvafiq sahəsində görkəmli akademik, elmlər doktoru və mütəxəssisləri tərəfindən verilmiş, səsvermənin nəticələrinə əsasən iddiaçının müvafiq apellyasiya hüququ təmin edilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının xx.xx.2024-cü il tarixli 04 saylı iclasında elmi dərəcənin verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurası tərəfindən X11 2004.01 – “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi Rəyasət Heyətinə tövsiyə olunmamışdır. Ekspert şurasının 17 üzvü səsvermədə iştirak etdi. Səsvermənin nəticələri: 7 lehinə, 9 əleyhinə, 1 etibarsız.
44. Ekspert şurasının iclaslarının audi-video yazısının həyata keçirilməsinə dair imperativ tələb yoxdur, iclas və onun nəticələri protokollaşdırılmış, iclas zamanı iddiaçıya elmi işi ilə bağlı olmayan sualların verilməsi halı mövcud olmamışdır.
45. Qeyd edilən tövsiyəyə uyğun olaraq Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti qərarına əsasən (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 24 may 2024-cü il tarixli iclasın protokolundan çıxarış) İddiaçı 2004.01 – “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texniki elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı (protokol №3-50/3-2-1-15/2023) Texnika elmləri üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq qüvvədə saxlanılmışdır.
46. Odur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən iddiaçıya texniki elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilən zaman nə “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamə, nə də “Ekspert şuraları haqqında” Əsasnaməyə əsasən iddiaçının hüquqlarına əhəmiyyətli dərəcədə təsir edən uyğunsuzluq olmamışdır.
47. Odur ki, məhkəmə AAK tərəfindən müvafiq qərarın qəbul edilməsi zamanı iddiaçının hüquqlarının əhəmiyyətli pozulması ilə nəticələnən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halını (yuxarıda qeyd edilənlərə əsasən) müəyyən etmir.
48. Bununla əlaqədar, məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
49. İddiaçının iddia ərizəində qeyd etdiyi xüsusatlar cavabdeh orqanın özünün qiymətləndirməsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlərinə aid olunduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
50. Odur ki, iddia təmin edilməməlidir.
51. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva