Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1725/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokuroluğuna qarşı “yeni məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmanova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokuroluğuna qarşı “yeni məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokuroluğuna qarşı məhkəməyə müraciət edərək, 1996-2011-ci illərdə hərbi vəzifədə işlədiyi mülki stajının hərbi xidmət kimi hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə pensiya təyinatı idarəsinə göndərilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. 1971-1981-ci illərdə orta təhsil almışdır. xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğun katibəmakinaçı vəzifələrində qulluq etmişdir. Eyni zamanda xx.xx.2011-ci il tarixdə hərbi prokurorluq orqanlarında hərbi xidmətə qəbul olunmuş və xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad olunmaqla həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı qeyd edir ki, hərbi xidmətə qəbul edilməsindən əvvəl Respublikası Hərbi Prokurorluğunda xidmət etdiyi illəri hərbi qulluqçu kmi nəzərə alınaraq məlumat vərəqəsinin tərtib olunması üçün Respublika Hərbi Prokurorluğuna müraciət etmişdir. Respublika Hərbi Prokurorluğu iddiaçının müraciətinə baxaraq bildirmişdir ki, iddiaçının həmin dövrdə tutduğu vəzifədən asılı olmayaraq hərbi xidmətə qəbul olunmadığı üçün qeyd olunan dövr hərbi xidmət illərinə daxil edilə bilməz. İddiaçı qeyd edir ki, o, hərbi xidmətə 2011-ci ildə daxil olsa da, 1996-cı il tarixdən başlayaraq hərbi xidmətdən tərxis olunanadək eyni vəzifə tutmaqla eyni işlər görmüşdür. İddiaçının 1996-cı ildən 2021-ci ilədək eyni vəzifə tutmağına baxmayaraq iddiaçının hərbi qulluqçu kimi xidmət illəri yalnız 2011-ci ildən sonraki dövr üçün hesablanmışdır ki, bu da onun pensiya əldə etmək hüququnu pozur. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının 1996-cı ildən 2011-ci ilədə və hərbi xidmətə daxil olduqdan sonra, yəni 2011-2021-ci ilədək eyni vəzifə tutmağı və hərbi rütbədə olmağından asılı olmayaraq eyni işləri görməyi, həmçinin xidmətdə olduğu qurum hərbi qurum olduğundan, onun 1996-cı ildən 2011-ci ilədək xidməti hərbi xidmət kimi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə ona ilkin gizir hərbi rütbəs verilməklə könüllülük əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə 5 il müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə ona növbəti “baş gizir” hərbi rütbəsi verilmiş, xx.xx.2021ci il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub həqiqi hərbi xidmətdən istefaya buraxılmış, xx.xx.2021-ci il tarixdə onunla əmək müqaviləsi bağlanaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hərbi xidmət hesab edilməyən dövrlərdəki iş stajı xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək olan müddətdə 15 il 03 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə 2 il 03 ay 22 gün təşkil edir. Onunla hərbi xidmət hesab edilən dövrdəki iş stajı xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 9 il 9 ay 20 gün təşkil edir. Beləliklə, İddiaçı ümumi iş stajı 27 il 01 ay 15 gün təşkil edir. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək olan müddətdə tutduğu vəzifənin hərbi rütbə nəzərdə tutulmuş hərbi vəzifə hesab edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yarandığı dövrdən hazırki dövrə qədər vəzifə və rütbə hədləri barədə müvafiq əmrlərin surətlərinin alınması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar İdarəsinə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinə, Azərbaycan Respubliası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə müvafiq sorğular göndərilmiş, lakin İddiaçı qeyd olunan dövrdə tutduğu vəzifəsinin hərbi rütbə nəzərdə tutulmuş hərbi vəzifə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin bildirilir ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsin məlumat vərəqəsi təqdim olunmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Rspublikası vətəndaşının AZE seriyalı ********4 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx xxxxxxx 1963-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
8. Azərbaycan Respublikasının Hərbi Prokuroluğunun 3-3-10/2-535/23 nömrəli 30 may 2023-cü il tarixli imtina məktubuna əsasən İddiaçı ərizəsində qeyd etdiyi xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək olan hərbi xidmət illərinin hərbi xidmət illəri kimi hesablanması mümkün deyildir.
9. X5 məxsus ИТ-İ№1040251 nömrəli əmək kitabçasından görünür ki: -xx.xx.1983-cü ildə M.A.Əliyev adına AzDİİ tədris hissəsinin katibi vəzifəsinə qəbul edilmişdir; -xx.xx.1986-cı ildə Azərbaycan Respublikası ƏQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir; -xx.xx.1987-ci ildə Azərbaycan SSR Dövlət Planı nəzdində normativ-tədqiqat bürosuna inzibati-təsərrüfat şöbəsində kargüzar vəzifəsinə qəbul edilmişdir; -xx.xx.1989-cu ildə Azərbaycan Respublikası ƏQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir; -xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarına işə qəbul edilib, katibə makinaçı vəzifəsinə təyin edilmişdir; -xx.xx.2000-ci ildə Azərbaycan Respublikası 70 maddəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilmişdir; -xx.xx.2000-ci ildə AR Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən Respublika Hərbi Prokuroluğunun Analitik-İnformatika Şöbəsinin mütəxəssisi (kompyuter üzrə) vəzifəsinə təyin edilmişdir; -xx.xx.2001- ci ildə Azərbaycan Respublikası 70 maddəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilmişdir; -xx.xx.2001-ci ildə Respublika Hərbi Prokurluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin 0.5 ştat vahidi üzrə mütəxəssisi (kompyuter üzrə) vəzifəsinə müvəqqəti təyin edilmişdir; -xx.xx.2005-ci ildə Respublika Hərbi Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 5 ştat vahidi üzrə mütəxəssisi (kompyuter üzrə) İddiaçı tutduğu vəzifədən azad olunub Respublika hərbi prokurorluğunun rəhbərliyi yanında mütəxəssis vəzifəsinə təyin edilmişdir; -xx.xx.2009-cu ildə Respublika Hərbi Prokurorluğunun rəhbərliyi yanında mütəxəssis (kompyuter üzrə) vəzifəsindən azad edilmişdir; -xx.xx.2009-cu ildə Respublika Hərbi Prokurorluğunun rəhbərliyi yanında mütəxəssis (kompyuter üzrə) vəzifəsindən azad edilmişdir; -xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorunun müvafiq əmri ilə qizir hərbi rütbəsi verilməsi ilə həqiqi hərbi xidmətə qəbul edilmişdir; -28 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Hərbi Prokuroluq orqanlarında hərbi qulluqçu vəzifəsi ləğv edilməsi ilə əlaqədar rutduğu vəzifədən azad edilmişdir; -28 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanları strukturunda bəzi dəyişiklik edilməsi nəticəsində Respublika Hərbi Prokuroluğun rəhbərliyi yanında icraçı vəzifəsinə təyin edilmişdir; -xx.xx.2018-ci ildə Respublika Hərbi Prokurorluğunun rəhbərliyi yanında icraçı vəzifəsindən azad edilib,Bakı HP-nun icraçı (kargüzar) vəzifəinə təyin edilmişdir; -xx.xx.2019-cu ildə Hərbi Prokuroluğunun icraçısı (kargüzar) vəzifəsindən azad edilib, Azərbaycan Respublikası Hərbi Prokuroluğunun Hərbi prokurorluqda istintaqa nəzarət şöbəsinin icraçısı (operator) vəzifəsinə təyin edilmişdir; -xx.xx.2020-ci ildə AR HP-da struktur dəyişikliyi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir; -xx.xx.2020-ci ildə AR HP-nun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinə icraçı (operator) vəzifəsinə təyin edilmişdir; -xx.xx.2021-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” ARQ-nun 42.0.1-ci, 44.2-ci maddələrinə, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə və 164-cü maddəsinə əsasən ehtiyyatda olmağın son yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır; -xx.xx.2021-ci ildə AR-nın “Prokuroluq haqqında” Qanununun 12-ci maddəsini “Əmək Məcəlləsinin” 2-ci, 5-ci, 81-ci maddələrini, 47-ci maddəsinin “Ğ” bəndini və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 72-ci maddəsini rəhbər tutaraq, RHP-nun “Hərbi prokurorluqlarla istintaqa nəzarət şöbəsinin icraçı (operator) vəzifəsinə təyin edilmişdir; -xx.xx.2023-cü ildə “Prokuroluq haqqında” ARQ-nun 12-ci maddəsini rəhbər tutaraq xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci mddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsinə müəyyən etdiyi hallar) əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən 3-3-100/02-84/24 nömrəli 05 fevral 2024-cü il tarixli məktubla İddiaçı məxsus əmrlər təqdim edilmişdir. -Azərbaycan Respublikası Hərbi Prokuroluğunun 228 nömrəli 26 mart 1996-cı il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası prokurorluq orqanlarına işə qəbul edilib, katibə-makinaçı vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğunun 176 nömrəli 05 sentyabr 2000-cı il tarixli əmrinə əsasən İddiaçı tutduğu vəzifədən azad edimişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğunun 177 nömrəli 05 sentyabr 2000-cı il tarixli əmrinə əsasən Qasımova X3 Hərbi Prokuroluğunun Analitik-İnformasiya şöbəsinin mütəxəssisi (kompyuter üzrə) vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə xx.xx.2001-ci il tarixli 74 saylı əmrdən çıxarışışna əsasən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. -Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 83 nömrəli 27 aprel 2001-ci il tarixli əmrinə əsasən analiq məzuniyyətində olan X1 vəzifəsində müvəqqəti işləyən Azərbaycan Respublikası Hərbi Prokurorluğu ağlır cinayətlərə dair işlər zrə istintaq idarəsinin mütəxəssisi (kompyuter üzrə) X6 öz xahişinə əsasən tutduğu vəzifənin 0.5 ştat vahidinə keçirilsin. X2 analıq məzuniyyətində olduğu müddətə İddiaçı Respublika Hərbi Prokuroluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 0.5 ştat vahidi üzrə mütəxəssisi vəzifəsinə müvəqqəti təyin edilsin. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə 16 iyul 2001-ci il tarixli 169 saylı əmrdən çıxarışına əsasən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə xx.xx.2001-ci il tarixli 170 saylı əmrdən çıxarışına əsasən İddiaçı Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə mütəxəssis (kompyuter üzrə) ( 0.5 ştat vahidi üzrə) vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə 30 mart 2009-cu il tarixli 24 saylı əmrdən çıxarışına əsasən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə 30 mart 2009-cu il tarixli 25 saylı əmrdən çıxarışına əsasən İddiaçı mütəxəssis (kompyuter üzrə) vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə 29 mart 2011-cu il tarixli 36 saylı əmrdən çıxarışına əsasən İddiaçı “Gizir” hərbi rütbəsi verilməklə Azərvbaycan Respublikası Silahlı Qüvvələrinə 5 il müddətinə həqiqi hərbi xidmətə qəbul edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə 28 dekabr 2015-cu il tarixli 174 saylı əmrdən çıxarışına əsasən prokurorluq işçisi olmayan gizir İddiaçı tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə 28 dekabr 2015-ci il tarixli 174 saylı əmrdən çıxarışına əsasən İddiaçı icraçı (operator) vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə 12 fevral 2018-ci il tarixli 20 saylı əmrinə əsasən baş gizir İddiaçı tutduğu vəzifədən azad edilib, Bakı hərbi prokurorluğunun icraçısı (kargüzar) vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə xx.xx.2019-ci il tarixli 232 saylı əmrinə əsasən baş gizir İddiaçı tutduğu vəzifədən azad edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin icraçısı (operator ) vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 09 iyul 2020-ci il tarixli 119 nömrəli əmrinə əsasən baş gizir X8 tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokuroluğu üzrə 13 iyul 2020-ci il tarixli 141 saylı əmrdən çıxarışına əsasən baş gizir İddiaçı icraçı (operator) vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 22 yanvar 2021-ci il tarixli 27 nömrəli əmrinə əsasən X8 Azərbaycan Respublikası Hərbi Prokuroluğuna işə qəbul edilib Respublika Hərbi Prokuroluğunun Hərbi Prokurorluqlarla İstintaqa nəzarət şöbəsinin icraçısı (operator) vəzifəsinə təyin edilmişdir.` -Azərbaycan Respublikasının Hərbi Prokuroluğunun 16 may 2023-cü il tarixli 10/76-k nömrəli əmrdən çıxarışına əsasən Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin icraçısı (operator) İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
17. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı qanunvericiliyin aşağıda qeyd edilən normalarına istinad etməyi zəruri sayır
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
20. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; v) kursantların həqiqi hərbi xidmətində: çağırışçılar, hərbi vəzifəlilər (zabitlərdən başqa) və qadınlar üçün — hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün; q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində: müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan gizirlər və miçmanlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; d) zabitlərin həqiqi hərbi xidmətində: hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur.
21. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, hərbi qulluqçu, dövlətin silahlı qüvvələrində və ya hərbi strukturlarda xidmət edən şəxslərdir. Onlar Vətənin müdafiəsi, təhlükəsizliyinin təmin edilməsi və digər hərbi tapşırıqları yerinə yetirməkdə məsul olan şəxslərdir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.
22. Qeyd olunmalıdır ki, hərbi qulluqçuların xidmət ilinin başlandığı müddətin əhatə dairəsi Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsində sadalanmışdır ki, ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün bu müddət hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gündən başlayır.
23. Hazırki işdən isə görünür ki, iddiaçı 1996-2011-ci illərdə hərbi vəzifədə işlədiyi mülki stajının hərbi xidmət kimi hesablanmaqla məlumat vərəqəsinin tərtib olunmasına nail olmaq istəyir. Halbki, onun nail olmaq istədiyi nəticə, daha dəqiq desək həmin dövrlərin hərbi xidmətə daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
24. Belə ki, iddiçı İddiaçı xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə ona ilkin gizir hərbi rütbəsi verilməklə könüllülük əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə 5 il müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə ona növbəti “baş gizir” hərbi rütbəsi verilmiş, xx.xx.2021-ci il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub həqiqi hərbi xidmətdən istefaya buraxılmış, xx.xx.2021-ci il tarixdə onunla əmək müqaviləsi bağlanaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hərbi xidmət hesab edilməyən dövrlərdəki iş stajı xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək olan müddətdə 15 il 03 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə 2 il 03 ay 22 gün təşkil edir. Onunla hərbi xidmət hesab edilən dövrdəki iş stajı xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 9 il 9 ay 20 gün təşkil edir.
25. Məhkəmə hesab edir ki, iddiaçı ilkin gizir hərbi rütbəsini xx.xx.2011-ci il tarixdə əldə etdiyindən, onun ondan əvvəlki dövrlərdə icra etdiyi funksiyalarınını eyniliyindən asılı olmayaraq, xidmət ilinin başlanğıcı məhz xx.xx.2011-ci il tarixdən götürülür. Bu səbəbdən ondan əvvəlki illərin hərbi xidmət illərinə daxil edilməsi mümkün deyil.
26. Beləliklə Məhkəmənin formalaşdırdığı mövqeyə görə cavabdeh iddiaçının tələbinin təmin etməməkdə haqlı olmuşdur.
27. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
28. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
29. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
30. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
32. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
33. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
35. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
36. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 37.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
38. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva