Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1725/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni ünvanın verilməklə mülkiyyət hüququnun qeyri-yaşayış sahəsi kimi qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus ümumi sahəsi 64.55 kv.metr olan yaşayış sahəsi üzərindəki mülkiyyət hüququnun qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçı ərizəsinə əsasən iddia tələbi “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus ümumi sahəsi 64.55 kv.metr olan yaşayış sahəsi üzərində ayrıca ünvan verməklə mülkiyyət hüququnun qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evi DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışına və 04/1167 saylı, xx.xx.2022-ci il tarixli Texniki Pasportuna əsasən paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmaqla evin ümumi sahəsi 134,70 kv.m-dən ibarətdir. Həmin evin “A” tikili 4 otaq -64.5 kv.m və “B” tikili -1/4 hissə və “A” tikili 2 otaq-48.7 kv.m-dən ibarət hissəsi iddiaçıya, yəni İddiaçı məxsusdur. Sözügedən evin İddiaçı məxsus olan hissəsinin faktiki ümumi sahəsi 64.55 kv.m təşkil edir və həmin sahədən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Nəsimi RİH nəzdində X6 komissiyanın xx.xx.2022-ci il tarixli 151 nömrəli rəyi və qəbul aktından görünür ki, komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A" tikilisinin ümumi sahəsinin 64.55 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Sərəncama qeyri-yaşayış sahəsinin faktiki sxemi əlavə edilmişdir. Nəsimi RİHB-nin xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı əsasında Nəsimi Rayon İcra Hakimiyyətinin nəzdində idarələrarası komissiyanın rəyi təsdiq edilərək, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evinin İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsi 64.55 kv.m hesab edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Fövqəladə Hallar Nazirliyi X12 Xidmətinin YTNƏŞ- 0690 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı müraciəti ilə əlaqədar Baki şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72B ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi baxımından razılaşdırılmasına dair rəydən görünür ki, tərtib olunmuş layihə sənədləri Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN, 2.08.02-89* “İctimai bina və qurğular" Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yarığın avtomatikası” Tikinti Norma və Qaydalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun hesab edilmişdir. Fövqəladə Hallar Nazirliyi X12 Xidmətinin YTNƏŞ-1067 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı müraciəti ilə əlaqədar Baki şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72B ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair yanğın təhlükəsizliyinə cavab verməsi haqqında aktdan görünür ki, Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi" Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi barədə müraciət etmişdir. Cavabdeh inzibati orqan bu müraciətə, bölgüsü nəzərdə tutulan fərdi yaşayış evinin bir dam altında yerləşməsi əsası ilə bölgü sxeminin verilməsindən imtina edilmişdir. Halbuki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 04/1167 nömrəli texniki pasportdan görünür ki, A və В tikililəri ümumi olaraq paylı mülkiyyətdə olsa da, müstəqil təcrid edilə bilən və bölgü ilə ayrıla bilən tikililərdir. Həmçinin, hazırda İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunan ümumi sahəsi 64.55 kv.m olan hissə də digər payçıların yaşayış sahələrindən müstəqil təcrid edilə bilir. Digər payçılar Qafarova Cəmilə və Hüseynova Gülçöhrə notarial qaydada ərizə verərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış kimi qeyd edilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçı hüquqmüəyyənedici sənədlərlə birlikdə paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus ümumi sahəsi 64.55 kv.m olan hissəsinin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmasına dair cavabdeh inzibati orqana müraciət etmiş, lakin 1 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də müraciətinə cavab verilməmiş, hər hansı hərəkət edilməmişdir. Daha sonra yenidən eyni əsaslarla müraciət etmiş və eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınmaqla mülkiyyət hüquqlarını pozur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən yuxarıda istinad olunan normalara uyğun qaydada sərəncam verildiyi və həmin sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair cavabdehə təqdim etdiyi həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır...”
4. Cavabdeh öz imtinasında qeyd etmişdir ki, “bölgüsü nəzərdə tutulan fərdi yaşayış evi bir dam altında yerləşir. Nəzərinizə çatdırırıq ki, yaşayış evi vahid konstruktiv yük götürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır.”
5. Cavabdehin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırımışdır ki, iddiaçı müvafiq iddia ilə bağlı deyil, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli 3-Ə-199 nömrəli məktubunda qeyd edilmişdir ki, “Nəsimi Rayon İcra Hakimiyyəti, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı evin sizə məxsus “A” tikilisinin ümumi sahəsinin 64.55 kv.m qeyri-yaşayış sahəsi kimi istifadə olunması məqsədi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 332 saylı sərəncam qəbul etmişdir.”
7. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 332 saylı sərəncamında qeyd edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyətinin nəzdində İdarələr arası komissiyanın rəyi təsdiq edilərək Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsi 64.55 kv.m hesab edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi, keçirilmiş sahədən istifadə edərkən yanğın təhlükəsizliyi, sanitar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunması vətəndaş İddiaçı tərəfindən təmin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 200 saylı Qərarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə İddiaçı bildiriş verilməsinə dair sərəncam verilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində X6 Komissiyanın xx.xx.2022-ci il tarixli 151 nömrəli rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evinin ona məxsus hissəsinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evi DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışına və 04/1167 saylı, xx.xx.2022-ci il tarixli Texniki Pasportuna əsasən paylı mülkiyyət hüququ ilə ümumi sahəsi 134,70 kv.m-dən ibarətdir. Həmin evin “A”tikili 4 otaq - 64.5 kv.m və “B” tikili -1/4 hissə və “A” tikili 2 otaq-48.7 kv.m-dən ibarət hissəsi vətəndaş İddiaçı məxsusdur. Ünvana baxış zamanı müəyyən edildi ki, sözügedən evin vətəndaş İddiaçı məxsus olan hissəsinin faktiki ümumi sahəsi 64.55 kv.m təşkil edir və həmin sahədən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. (Bu barədə 59 saylı MKİS-in xx.xx.2022-ci il tarixli Aktı və cizgisi əlavə olunur). Nəsimi Rayonu İcra Hakimiyyəti nəzdində X2 Texniki Komissiya keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsinin 64.55 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edilməsi qərara alınmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində X6 Komissiyanın xx.xx.2022-ci il tarixli 151 nömrəli qəbul aktında qeyd edilmişdir ki, vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evinin ona məxsus hissəsinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evi DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışına və 04/1167 saylı, xx.xx.2022-ci il tarixli Texniki Pasportuna əsasən paylı mülkiyyət hüququ ilə ümumi sahəsi 134,70 kv.m-dən ibarətdir. Həmin evin “A” tikili. 4 otaq -64.5 kv.m və “B” tikili -1/4 hissə və “A" tikili.2 otaq-48.7 kv.m- dən ibarət hissəsi vətəndaş İddiaçı məxsusdur. Ünvana baxış zamanı müəyyən edildi ki, sözügedən evin vətəndaş İddiaçı məxsus olan hissəsinin faktiki ümumi sahəsi 64.55 kv.m təşkil edir və həmin sahədən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. (Bu barədə 59 saylı MKİS-in xx.xx.2022-ci il tarixli Aktı və cizgisi əlavə olunur). Nəsimi Rayonu İcra Hakimiyyəti nəzdində X2 X4 keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsinin 64.55 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edilməsi qərara alınmışdır.
10. Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin İddiaçı müraciəti ilə əlaqədar ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi baxımından razılaşdınlmasına dair xx.xx.2023-cü il tarixli 0690 nömrəli rəyində qeyd edilmişdir ki, tərtib olunmuş layihə sənədləri Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur.
11. Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin İddiaçı müraciəti ilə əlaqədar ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair yanğın təhlükəsizliyinə cavab verməsi haqqında xx.xx.2023-cü il tarixli 1067 nömrəli aktında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89* “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04-09- 84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydalan”nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir.
12. Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 134.70, torpaq sahəsinin sahəsi 0.0240 ha, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Həmin fərdi yaşayış evi "A" tik. 4 otaq - 64.5 kv.m və "B" tik.-1/4 hissədə X1, "A" tik. 4 otaq- 64.5 kv.m və "B" tik,- 2/4 hissədə X3 və "A" tik. 4 otaq- 64.5 kv.m və "B" tik.-1/4 hissə və "A" tik. 2 otaq- 48.7 kv.m hissədə İddiaçı xüsusi mülkiyyət kimi Dövlət reyestrində **********05-10301 nömrə ilə qeydə alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli texniki pasportundan görünür ki, ünvan 2 fərdi yaşayış evi kimi texniki pasportu tərtib edilmişdir.
14. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, ünvan 7 ünvandan yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, lakin bir dam altında olduğunda bölgü sxemi tərtib etmək mümkün olmamışdır.
15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
26. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
27. Azərbaycan Respublikası Mülki Məcəllləsinin: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
28. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;
29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 134.70, torpaq sahəsinin -0 .0240 ha-dır, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Həmin fərdi yaşayış evi "A" tikilisi 4 otaq - 64.5 kv.m və "B" tikilisi -1/4 hissədə X1, "A" tikilisi 4 otaq- 64.5 kv.m və "B" tikilisi - 2/4 hissədə X3 və "A" tikilisi 4 otaq- 64.5 kv.m və "B" tikilisi-1/4 hissə və "A" tikilisi 2 otaq- 48.7 kv.m hissədə İddiaçı xüsusi mülkiyyət hüququ üzrə Dövlət reyestrində **********05-10301 nömrə ilə qeydə alınmışdır.
30. Sözügedən fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsinin 64.55 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edilməsi Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində X2 Texniki Komissiyası tərəfindən qərara alınmışdır.
31. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 332 saylı sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin nəzdində İdarələr arası komissiyanın rəyi təsdiq edilərək, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsi 64.55 kv.m hesab edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.
32. Paylı mülkiyyətçilər X10 (X3 əvəzinə) və X1 notariat qaydasında təsdiq olunmuş ərizələrinə əsasən Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72 ünvanda yerləşən fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin qeyri-yaşayış kimi qeyd edilməsinə etiraz edilmədikləri bildirilmişdir.
33. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72 ünvanda yerləşən evin İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsi 64.55 kv.m hesab edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 332 saylı sərəncamı, paylı mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş ərizələri iddiaçının əmlak üzərində olan payına uyğun mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair icra hakimiyyətinin sərəncamı mövcud olmuş, həmçinin payçıların razılığı ilə təsdiq edilmiş fərdi yaşayış evinin İddiaçı məxsus “A” tikilisinin qeyri-yaşayış sahəsinə münasibətdə payçıya (iddiaçıya) öz payına uyğun ayrı ünvan verilməklə çıxarışın tərtib edilməməsinin ağlabatan əsaslandırılması yoxdur. Cavabdeh tərəfindən iddiaçıya bildirilən dəlil həmin sənədin tərtibindən imtina üçün əsas ola bilməz.
35. Cavabdehin etirazda qeyd edilən dəlili isə ondan ibarətdir ki, iddiaçı müvafiq iddia ilə bağlı deyil, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.
36. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının sözügedən tələbi ilə cavabdeh quruma müraciət ərizəsi iş materiallarında mövcuddur.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
39. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
40. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus ümumi sahəsi 64.55 kv.metr olan yaşayış sahəsi üzərində ayrı ünvan verməklə mülkiyyət hüququnun qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi cavabdehə həvalə edilməlidir.
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus ümumi sahəsi 64.55 kv.metr olan yaşayış sahəsi üzərində ayrı ünvan verməklə mülkiyyət hüququnun qeyriyaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva