Məhkəmə qərarları › İş №2-1(112)-17251/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17251/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17251/2025 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 506 nömrəli qərarı ilə fərdi ev tikmək məqsədi ilə Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudları daxilində ayrılmış 0,05 ha ölçülü torpaq sahəsi üzərində və həmin torpaq sahəsində tikilmiş bir mərtəbəli və mansardlı ev tikilisi üzərində-tikintialtı sahəsi 300,9 kv.m, ümumi sahəsi 383 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının adına qeydyyatının aparılaraq buna dair vahid əmlak şəklində iddiaçıya müvafiq çıxarışın və texniki sənədin (plan-ölçü sənədi və ya texniki pasportun) verilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisəni predmeti: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 506 nömrəli qərarı ilə fərdi ev tikmək məqsədi ilə Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudları daxilində ayrılmış 0,05 ha ölçülü torpaq sahəsi üzərində və həmin torpaq sahəsində tikilmiş bir mərtəbəli və mansardlı ev tikilisi üzərində-tikintialtı sahəsi 300,9 kv.m, ümumi sahəsi 383 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının adına qeydyyatının aparılaraq buna dair vahid əmlak şəklində iddiaçıya müvafiq çıxarışın və texniki sənədin (plan-ölçü sənədi və ya texniki pasportun) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli 506 nömrəli qərarı ilə iddiaçıya fərdi ev tikmək məqsədi ilə Binəqədi qəsəbəsinin ərazi hüdudlarında 0.05 ha ölçüdə torpaq sahəsi ayrılmışdır, torpaq sahiblik və istifadəsinə verilmişdir. Həmin qərarın arxiv çıxarışına da malikdir. Həmin torpaq sahəsi iddiaçıdan öncə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi olub. Daha sonra həmin şəxsin və iddiaçının qarşılıqlı razılaşması əsasında sözügedən torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli 506 nömrəli qərarı ilə onun adına sənədləşdirilmişdir. Bunu təsdiq edən arxiv sənədləri də vardır. Binəqədi RİH başçısının Binəqədi qəsəbə bələdiyyəsinin sədrinə ünvanlanmış xx.xx.2003cü il tarixli 15-25/822 nömrəli məktubunda qeyd edilmişdir ki, "fərdi yaşayış evinin tikintisi üçün X2 500kv.m. torpaq sahəsi satılması barədə"RİH-nə daxil olmuş 156 saylı, xx.xx.2003-cü il tarixli məktubunuza baxılmışdır. Rayon İcra Hakimiyyəti məsələnin səlahiyyətləriniz dairəsində və qanunauyğun həllinə etiraz etmir”. Göründüyü kimi, torpaq sahəsi iddiaçıdan öncəki hüquq sahibinə bələdiyyə tərəfindən satılarkən və müvafiq qaydada sənədləşdirilərkən, bu ərazi icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və həmin orqanın razılığı alınmışdır. Daha sonra, müvafiq sənədləşdirilmə ilə torpaq sahəsi onun mülkiyyətinə (sahiblik və istifadəsinə) verilərkən tərtib olunmuş evin yerləşmə sxemi də Binəqədi RİH-nin aidiyyəti şöbəsinin möhürü və memarının imzası ilə təsdiqlənmişdir. Bu sənəd arxiv çıxarışı ilə də təsdiq olunur. Ona torpaq sahəsinin ayrılması, həmçinin,ödəniş qəbzi, eləcə də evin icra hakimiyyəti orqanında razılaşdırılmış layihəsinin müvafiq vərəqələrinin surətləri ilə də təsdiq olunur. Yerləşmə yeri cizgisinin və layihə sənədinin müvafiq vərəqələrinin surətlərindən görünür ki, ayrılmış torpaq sahəsinin eni 20metr,uzunluğu 25 metr ölçüsündədir. İddiaçı həmin torpaq sahəsini aldıqdan sonra müvafiq bələdiyyə sənədləşmələri və razılaşdırılma sənədlərinə uyğun olaraq iki ədəd (“A”və “B” literli) bir mərtəbəli tikilini tamamlayıb orada yaşamağa başladı. Artıq 20 ildir ki, torpaq sahəsi faktiki sahibliyində və qanuni istifadəsindədir. Torpaq sahəsi hasar daxilindədir və istifadə edirlər. 2007-ci ilin aprel tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 0,05 ha torpaq sahəsinin alınmasına görə Binəqədi bələdiyyəsinə o zaman kursu/məzənnəsi ilə 400 manat pul da ödəmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməklə, sahədən 33, 52 və 69 metr məsafədə ləğv edilmiş neft quyularının baza məlumatı mövcuddur. Eləcə də, təqdim olunan cigidə dəqiq istinad və məsafələr qeyd olunmayıb. Qeyd olunanlarla yanaşı, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehin etirazına ərizə (münasibət) təqdim edərək bildirmişdir ki, etirazda, imtina bildirişində olmayan əlavə dəlillərin qeyd edilməsi,inzibati icraatın tam və obyektiv aparılmamasını ifadə edir.Belə ki,vətəndaş inzibati və məhkəmə icraatları zamanı iddia və tələblərinə qarşı cavabdeh tərəfindən ortaya qoyulmuş fərqli münasibətlə,fərqli yanaşma ilə,fərqli imtina və etiraz dəlilləri ilə qarşılaşmışdır. Əslində, bu,vətəndaşın inzibati icraata olan etimadının pozulmasıdır,belə ki,mövcud inzibati praktikada imtina dəlilləri ilə etirazın dəlilləri əksər hallarda eyni olur AR Ali Məhkəməsinin 2(102)-809/2025 nömrəli iş üzrə oxşar iş üzrə xx.xx.2025-ci il tarixli qərarında apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyini təsdiq edərək və qətnaməni qüvvədə saxlayaraq bildirmişdir ki, .61˝ Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 423 nömrəli sərəncamı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. İddiaçı tərəf bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir.˝. Hazırki işin hallarından da görünür ki,İddiaçı artıq 20 ildən çoxdur ki,əmlaka sahiblik və buradan istifadə edir. Müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən, eləcə də cavabdehin işə cəlb edilməsini istədiyi 3-cü şəxs tərəfindən İddiaçı özünə və ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. 3-cü şəxsi təmsil edən təşkilat/tərəf bu illər ərzində iddiaçınınn və onun ailə üzvlərinin orada yaşamasına heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir. Baxmayaraq ki,həmin oxşar işdə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Ş irkəti olmuşdur və iddia tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə istinad etmişdir,bununla belə,apellyasiya instansiyası məhkəməsi DNŞ-nin iddia tələbini təmin etməmiş,vətəndaşın mülkiyyət hüququnu qoruyan qərar qəbul etmişdir, Ali Məhkəmə də bunu qanuni hesab edərək qüvvədə saxlamışdır. Ali Məhkəmə 2(102)-809/2025 nömrəli iş üzrə oxşar iş üzrə xx.xx.2025-ci il tarixli həmin qərarında bildirmişdir ki, .75˝ İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ”ışr2X“ işi üzrə qərarında qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsində ”təyyiklüm“ anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, təyyiklüm“ hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın ”quqüh“ kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın təyyiklüm“ hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda təyyiklüm“ hesab edilməsinin qarşısını almır. 58. Həmçinin İ nasṅ Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” şikayət iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləsi” (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. Bu baxımdan onun (Akimovanın) mənzilə dair olan iddiaları “İ nasṅ hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş nin”təyyiklüm“ təşkil olunması üçün kifayət qədər əsaslıdır. 59. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada olduğundan, habelə onun əmlak və digər əlaqəli hüquqları ilə şərtləndiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır. 3) Cavabdehin etirazında bildirilir ki, nımacnərəS˝ icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmin sahə Azərbaycan Respublikası Dövlət Neft Ş irkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməklə, sahədən 33, 52 və 69 metr məsafədə ləğv edilmiş neft quyularının baza məlumatı mövcuddur.˝. Əvvəla, qeyd etməliyəm ki,elektron kadastr məlumatları 2016-cı ildən sonra formalaşmışdır.İddiaçının adına torpaq sahəsi isə 2005-ci ildə sənədləşdirilmişdir. Belə ki, işin hallarından göründüyü kimi, torpaq sahəsi İddiaçı öncəki hüquq sahibinə bələdiyyə tərəfindən satılarkən və müvafiq qaydada sənədləşdirilərkən,bu,ərazi icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və həmin orqanın razılığı alınmışdır. İddiaçı həmin torpaq sahəsini aldıqdan sonra müvafiq bələdiyyə sənədləşmələri və razılaşdırılma sənədlərinə uyğun olaraq iki ədəd(˝A˝və (ilretil˝B˝ bir mərtəbəli tikilini tamamlayıb orada yaşamağa başlamışdır. Həmin zamandan,yəni artıq 20 ildir ki, torpaq sahəsi iddiaçının faktiki sahibliyində və qanuni istifadəsindədir. Torpaq sahəsi hasar daxilindədir. İddiaçı ailə ilə birlikdə burada yaşayır,buradan istifadə edir. Yerləşmə yeri cizgisindən və layihə sənədlərindən görünür ki, göstərilən ünvanda fərdi yaşayış tikintisi Binəqədi RİH-nin Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmış, sxem və layihə sənədi müvafiq imzalarla və möhürlərlə təsdiqlənmişdir. Bundan əlavə, İddiaçı rəsmiləşdirmək istədiyi evinin yaxınlığında özəlləşdirilmiş olan,xüsusi mülkiyyətdə olan tikili və hətta,torpaq sahələri vardır. Belə sənədlərdən birini iddiaçı ərizəsinə də əlavə etmişdir. Əgər, bura həqiqətən də kontrakt ərazisindirsə,bu şəxslərin mülkiyyət hüquqları necə tanınmışdır,necə olmuşdur ki,bu hüquqlar indiyə kimi ləğv edilməmişdir.Demək ki,cavabdehin dəlilləri əsassız və qanunsuzdur. Eyni ərazidə yaşayan bəzi şəxslərə çıxarış verilib digərlərinə verilməməsi bərabərlik hüququnun pozulmasıdır.Bu isə,həm Konstitusiyaya,həm mülki qanunvericiliyə,həm də inzibati icraat haqqında qanunun normalarına,qanunvericiliklə müəyyən edilmiş bərabərlik prinsipinə ziddir. Belə ki, ARnın“İnzibati icraat haqqında” Qanunu eyni məsələyə fərqli yanaşmanı istisna edir.Bu üzdən iddiaçının hüquqları qeydiyyata alınmalıdır. Oxşar sənədlərə malik şəxslərin hüquqlarının qeydiyyatı ilə bağlı aparılmış inzibati icraat iddiaçı V.Allahverdiyevin də hüquqlarımın qeydiyyatı üçün əsasdır. Eyni ərazidə oxşar vəziyyətdə olan şəxslərin hüquqlarının qeydiyyatı ilə bağlı indiyə qədər aparılmış inzibati icraat şəxsin hüquqlarının qeydiyyatı üçün də əsasdır. Cavabdeh daha sonra bildirir ki, niməH˝ sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməklə, sahədən 33, 52 və 69 metr məsafədə ləğv edilmiş neft quyularının baza məlumatı mövcuddur. Göründüyü kimi,cavabdeh etirazında bildirir ki,bu ərazilər Azərbaycan Respublikası DNŞnin istifadəsinə verilmiş ərazilərə aiddir,yəni guya iddiaçının torpaq sahəsi təlvöD˝ Neft Ş irkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşir. Əvvəla, “istifadəyə verilmiş”ifadəsi təsdiq edir ki,iddiaçının faktiki sahibliyində olan torpaq sahəsi sonradan ŞND˝-ə verilmişdir˝,əks halda, belə bir ifadə işlənməzdi,çünki “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar islahat zamanı dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Sual yaranır ki, əgər bu torpaqlar torpaq islahatından bu yana dövlətin mülkiyyətində saxlanılmışdırsa,onda bunlar bələdiyyələr tərəfindən paralel olaraq yerli icra hakimiyyəti orqanının və əlaqədar təşkilatların məlumatlandırılması şəraitində vətəndaşlara necə satılmışdır və necə olmuşdur ki, DNŞnin 20 il ərzində bundan xəbərləri olmamışdır? Birdəki,əgər həmin torpaq sahələri dövlətin təşkilatının istifadəsində olmuşdursa,onda,yenidən istifadəyə verilməsinə nə ehtiyac olmuşdur? Göründüyü kimi, cavabdehin yazılı etirazının məzmununda istifadə olunan ifadələrin özü belə təsdiq edir ki,bu ərazi DNŞ-nin deyil,fiziki şəxslərin istifadəsində olmuşdur. O ki qaldı, “sahədən 33, 52 və 69 metr məsafədə ləğv edilmiş neft quyularının baza məlumatı mövcuddur” dəilinə, məhəllə və qəsəbə tamamilə məskunlaşmış bir ərazidir,buradan yaşayış təyinatı ilə yaşayış məqsədləri üçün istifadə olunur və bu artıq, 20-25 ildir ki,bu cür davam etməkdədir. məskunlaşmış sözügedən ərazidə işlək vəziyyətdə olan hər hansı qaz quyusu mövcud deyildir.Cavabdeh tərəfindən burada, ləğv olunmuş,istifadə olunmayan quyularun mövcudluğu qeyd edilsə də, cavabdeh bununla bağlı məhkəməyə heç bir dəlil təqdim etməmişdir.Nə quyunun yerləşmə yeri göstərilmiş,nə məsafə göstərilmiş,nədəki müvafiq xəritə-sxem təqdim edilmişdir. 4)Cavabdehin, “Torpaq islahatı haqqında” AR Qanununun 6.2-ci maddəsi və AR Torpaq Məcəlləsinin 46-cı maddəsinə istinad etməsi,bununla bağlı DNŞ-nin 3-cü şəxs qismində cəlb edilməsinə dair vəsatəti ilə bağlı bildirmək istəyirəm ki, cavabdehin qeyd etdikləri Ali Məhkəmənin son illərdə oxşar işlər üzrə formalaşdırdığı vahid məhkəmə təcrübəsi qərarlarına və bu qərarlardakı hüquqi yanaşmalarına və mövqelərinə ziddir. Belə ki, cavabdehin prosesə 3cü şəxs qismində cəlb edilməsini istədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiaçı qismində olduğu oxşar iş üzrə - cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbi ilə bağlı 2- 1(102)-1278/2023 nömrəli iş üzrə Ali Məhkəmənin 14.06.23- cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, nacyabrəzA˝ Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011- ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.˝. Qərardan görünür ki, .11˝ İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı iddianın tanınma haqqında iddia növünə deyil mübahisələndirmə haqqında iddia növünə aid edilməsi əsassızdır. 12. Belə ki, iş materiallarında olan DƏDRX-nin 1 saylı Ərazi İ ninisəraḋ xx.xx.2020-ci il tarixli məktubundan göründüyü kimi, X1ma ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Başqa sözlə, Biləcəri Bələdiyyəsinin səlahiyyəti olmadığı halda, yəni ona ayrılmış torpaq sahələrinə aid olmayan, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsinə S.A.Cəbrayılovaya fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etmişdir. 13.Biləcəri Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Neft Ş irkətinin istifadəsinə verilmiş ərazilərə dair sərəncam vermə səlahiyyəti olmadığından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Bakı şəhər Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 199 nömrəli qərarının etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi,oxşar işdə Ali Məhkəmə, DNŞ-nin iddiasını mümkünsüzlük səbəbi ilə qəbul etməyən aşağı instansiyası məhkəməsinin qərararını qanuni və əsaslı hesab etmişdir. Tərəflərin iştirakı və izahatları: Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə cavabdehin və üçüncü şəxsin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərdiyindən, hazırkı iş üzrə əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdir Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 506 nömrəli 28 noyabr 2005-ci il tarixli “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” Sərəncamı ilə Binəqədi Qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X1 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 500 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsini cizgisi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilmişdir. AİT seriyalı 677398 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpağın dəyəri 400 manat ödənilmişdir. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanladığı 19 sentyabr 2025-ci il tarixli 3-48-2F/2-B-6107-8-5953/2025 nömrəli məktubu ilə İddiaçı barəsində Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 506 saylı sərəncamı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcud olduğu bildirilmiş və təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə bələdiyyəsinə ünvanladığı xx.xx.2003-cü il tarixli 15-25/822 nömrəli məktubunda bildirilmişdir ki, «fərdi yaşayış evinin tikintisi üçün X2 500 kv.m. torpaq sahəsi satılması barədə» RİH-nə daxil olmuş 156 saylı, xx.xx.2003-cü il tarixli məktubunuza baxılmışdır. Bildirilir ki, rayon İcra Hakimiyyəti məsələnin səlahiyyətləriniz dairəsində və qanunauyğun həllinə etiraz etmir. xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirənmüayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsi hər tərəfdən mişar daşı ilə sərhədlənmişdir, iki tərəfdən yol, iki tərəfdən qonşu fərdi yaşayış evləri ilə əhatələnmişdir, torpaq sahəsinin daxilində 200.0 kv.m tikintialtı sahəsi olan A fərdi yaşayış evi və tikintialtı sahəsi 133.0 kv.m olan B fərdi yaşayış evi, köməkçi tikililər mövcuddur. Hər iki f/y/e vətəndaş tərəfindən təqdim olunmuş layihəyə uyğundur. ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 43, ev 489 (yeni qaydalarla: AZ 1053, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi Nağı Tağı oğlunun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: - maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - maddə 55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - maddə 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - maddə 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - maddə152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3 . Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9 . Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.2-1. Hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Maddə 1 2 . Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;.” İddiaçının hüquqi tələbi konkret və aydındır, yəni iddiaçı bələdiyyənin qərarı ilə fərdi ev tikmək məqsədi ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqları əmələ gəldiyi üçün, sözügedən torpaq sahəsinə və evə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində alınmasına nail olmaqdır İşin faktiki hallarına əsasən iddiaçıya torpaq sahəsinin satılması barədə Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin qərarı mövcuddur. Göründüyü kimi iddiaçıya torpaq sahəsi bələdiyyənin aktı ilə verilmişdir. İnzibati orqanı olan Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Cavabdeh imtinada və iddiaya dair etirazında qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməklə, sahədən 33, 52 və 69 metr məsafədə ləğv edilmiş neft quyularının baza məlumatı mövcuddur. Eləcə də, təqdim olunan cizgidə dəqiq istinad və məsafələr qeyd olunmayıb. Qeyd olunanlarla yanaşı, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi halları iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyətində olmasını qeyd etsə də, torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyətində olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasına dair müvafiq inzibati akt (qərar) qəbul edilmişdir. Həmin inzibati akt qüvvədə olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş və ya dəyişdirilməmişdir. Cavabdeh tərəfindən sözügedən inzibati aktın etibarsızlığına (mötəbərsizliyinə) dair hər hansı hüquqi əsas və mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarından göründüyü kimi, cavabdeh dövlət torpaq kadastrında müvafiq dəyişikliklərin və düzəlişlərin aparılması ilə bağlı üzərinə düşən vəzifəni icra etməli olduğu halda, həmin vəzifəni yerinə yetirməmişdir. Halbuki, qanun normasına görə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır; araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. İddiaçının mübahisəli torpaq sahəsi üzərində ilkin hüquq əldə etdiyi, lakin qazandığı hüququ dövlət qeydiyyatına almaması, onun həmin hüquqdan məhrum olmasına gətirib çıxarmır. İnzibati orqan tərəfindən şəxsin müraciətindən imtinası hüquqi əsaslara və müvafiq qanunvericiliyə uyğun olmalıdır. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Bundan başqa hazırkı mübahisəyə münasibətdə onu da nəzərə almaq lazımdır ki, qeyd edilən torpaq sahəsi heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. Odur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçıların qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən

52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi təmin edilməli, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 506 nömrəli qərarı ilə fərdi ev tikmək məqsədi ilə Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudları daxilində ayrılmış 0,05 ha ölçülü torpaq sahəsi üzərində və həmin torpaq sahəsində tikilmiş bir mərtəbəli və mansardlı ev tikilisi üzərində-tikintialtı sahəsi 300,9 kv.m, ümumi sahəsi 383 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının adına qeydyyatının aparılaraq buna dair vahid əmlak şəklində iddiaçıya müvafiq çıxarışın və texniki sənədin (plan-ölçü sənədi və ya texniki pasportun) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 506 nömrəli qərarı ilə fərdi ev tikmək məqsədi ilə Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudları daxilində ayrılmış 0,05 ha ölçülü torpaq sahəsi üzərində və həmin torpaq sahəsində tikilmiş bir mərtəbəli və mansardlı ev tikilisi üzərində-tikintialtı sahəsi 300,9 kv.m, ümumi sahəsi 383 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının adına qeydyyatının aparılaraq buna dair vahid əmlak şəklində İddiaçı reyestrdən çıxarış və müvafiq texniki sənədlərin (plan-ölçü sənədi və texniki pasportun) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar