Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-17271/2025 26.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1975-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. O, ##.##.1993-cü il tarixdə N №- li hərbi hissədə hərbi xidmətə başlamışdır. O, hərbi xidmətdə olan zaman mütəmadi olaraq döyüş bölgələrində xidmət etmişdir. Belə ki, 1994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə Tərtər, Bərdə, Ağcabədi rayonunun Harami düzü istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şəxsə “Müharibə veteranı” adının (X6) verilməsi üçün ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi şərtdir (döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət etməsi, ora ezam olunması). ##.##.1994-cü il tarixindən sonra isə bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara “Müharibə veteranı” adı verilir. Mərkəzi Arxivin ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli arayışına əsasən iddiaçı ##.##.1994-cü il və ##.##.1994-cü il tarixlərdə Tərtər şəhərinə ezamiyyətə getmiş hesab olunmuşdur. Həmin dövr isə atəşkəsdən (##.##.1994) sonrakı vaxta təsadüf edib. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək həmçinin bildirdi ki, N saylı hərbi hissə Bakı şəhərinin Zirə qəsəbəsində yerləşirdi. Lakin, hərbi hissənin şəxsi heyəti X6 dövründə döyüş aparılan zonalara hissə-hissə ezam olunurdu. O, 1994-cü ilin əvvəllərindən döyüş aparılan zonaya ezam edilib və iddia ərizəsində göstərilən bölgələrdə döyüş əməliyyatlarında iştirak edib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdirr. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə H3 № ******* saylı hərbi biletin surəti əlavə edilmişdir. Tərtər Hərbi Prokurorluğunun məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, 1993-94-cü illərdə N saylı hərbi hissədə hərbi xidmət keçmiş, ##.##.1975-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə Tərtər Hərbi Prokurorluğunda hərbi xidmət əleyhinə cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Cavabdehin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin ##.##.1993-cıı il tarixli, ** №-li əmrində (əsas: §-1, səh- 103, sıra-5, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı 505-ci yarımqrupda hesab nömrəsi vəzifəsinə təyin edilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, ** №-li əmrində (əsas: §-9, səh-40, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) sıravi İddiaçı ##.##.1994-cü il tarixdən döyüş tapşırığını yerinə yetirmək üçün 30 (otuz) günlük Tərtər şəhərinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-9, səh-53, sıra-2, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) sıravi İddiaçı ##.##.1994-cü il tarixdən Tərtər şəhərinə ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. 5-ci yarımqrupun V, sıravi İddiaçı həqiqi hərbi xidmət müddəti başa çatdığına görə, N №-li hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli, ** №-li əmrilə (əsas: §- 3, sıra-10, səh-18) ##.##.1997-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan, ##.##.1997-ci il tarixdən pul təminatından çıxarılaraq qeydiyyata düşmək üçün Bakı şəhəri Nərimanov RHK-na göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin yanvar 1993-cü il tarixdən ## #### 1993-cü il tarixədək, ## #### 1993-cü il tarixdən ## #### 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində sıravi İddiaçı xidməti, döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə əlavə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 981 (5,9-cu ZRD-in) №-li hərbi hissənin ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o N saylı hərbi hissədə iddiaçı ilə birlikdə xidmət edib. Hərbi hissə Zirə qəsəbəsində yerləşsdə də, hərbi hissənin şəxsi heyəti hissə-hissə döyüş zonalarına ezam olunurdu. O, 1992-96-cı illərdə həmin hərbi hissədə xidmət edib. Həmçinin döyüş zonalarına ezam edilərək Tərtər, Bərdə və Ağcabədidə döyüş əməliyyatlarında iştirak edib. Ona “müharibə veteranı” adı və vəsiqəsi verilib. İddiaçı ilə birlikdə Tərtər və Ağcabədi rayonlarında xidmət edib. Xatırladığına görə iddiaçı 1993-cü ilin yay aylarında iddiaçı həmin ərazilərə ezam edilmişdi. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o N saylı hərbi hissədə iddiaçı ilə birlikdə xidmət edib. Hərbi hissə Zirə qəsəbəsində yerləşsdə də, hərbi hissənin şəxsi heyəti hissə-hissə döyüş zonalarına ezam olunurdu. O, 1992-96-cı illərdə həmin hərbi hissədə xidmət edib. Həmçinin döyüş zonalarına ezam edilərək döyüş əməliyyatlarında iştirak edib. Ona “müharibə veteranı” adı və vəsiqəsi verilib. İddiaçı ilə birlikdə Tərtər rayonunda xidmət edib. O, 1994-cü ilin yanvar ayında həmin bölgəyə ezam edilmişdi. Xatırladığına görə iddiaçı da həmin vaxtlar ezam edilmişdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İşdən görünür ki, iddiaçının nümayəndəsi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X8 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (2.0.2.). Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar (40.2). İşdən görünür ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı öz tələbinin sübutu kimi şahid ifadələrinə əsaslanmışdır. Qeyd etmək lazımdır ki, cavabdehin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, ** №-li əmrində sıravi İddiaçı 505-ci yarımqrupda hesab nömrəsi vəzifəsinə təyin edilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, ** №-li əmrində sıravi İddiaçı ##.##.1994-cü il tarixdən döyüş tapşırığını yerinə yetirmək üçün, 30 günlük, Tərtər şəhərinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, ** №-li əmrində sıravi İddiaçı ##.##.1994-cü il tarixdən Tərtər şəhərinə ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. 5-ci yarımqrupun V, sıravi İddiaçı həqiqi hərbi xidmət müddəti başa çatdığına görə, N №-li hərbi hissə komandirinin ##.##.1997ci il tarixli, ** №-li əmrilə ##.##.1997-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan, ##.##.1997-ci il tarixdən pul təminatından çıxarılaraq qeydiyyata düşmək üçün Bakı şəhəri Nərimanov RHK-na göndərilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin yanvar 1993-cü il tarixdən ## #### 1993-cü il tarixədək, ## #### 1993-cü il tarixdən ## #### 1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində sıravi İddiaçı xidməti, döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə əlavə məlumat aşkar edilməmişdir. İddiaçının məhkəmə iclaslarında bildirdiklərinə, həmçinin şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə X6 dövründə Bakı şəhərinin Zirə qəsəbəsində yerləşmiş, lakin onun şəxsi heyəti hissə-hissə döyüş əməliyyatları aparılan zonalara ezam edilmişdir. Cavabdeh tərəfindən verilmiş arxiv məlumatlarından görünür ki, iddiaçı 1993-cü ilin iyun ayında N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır. Onun döyüş zonası sayılan Tərtər rayonuna ezamı isə 1994-cü ilin avqust ayında baş vermişdir. Yəni, X6ndə tərəflər arasında atəşkəs ##.##.1994-cü ildə elan edilmişdir. Yəni, iddiaçının Tərtər rayonuna ezamı atəşkəs dövründən sonraya təsadüf etmişdir. Göründüyü kimi iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının əsaslandığı şahid ifadələrinə gəldikdə isə qeyd edilməlidir ki, məhkəmə iclasında ifadə verən şahidlər iddiaçının həqiqətən onlarla birlikdə döyüş zonalarına ezam edildiyini bildirsələr və iddiaçının həmin zonada xidmət etdiyi dövrü tam dəqiqliyinə qədər yadda saxlaya bilməzdilər. Belə ki, X3 ifadəsində xatırladığına görə iddiaçının 1993-cü ilin yay aylarında, X1 isə 1994-cü ilin əvvəllərində həmin zonaya ezam edildiyini bildirmişlər. Şahid ifadələrində olan ziddiyyətlər isə qeyd edilən dövrdən xeyli zaman keçməsi, bu səbəbdən şahidlərin iddiaçının ezam edildiyi dövrü tam təfərrüatı ilə xatırlamalarının çətin olması ilə izah edilməlidir. Qeyd edilməlidir ki, “Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-17271/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17271/2025
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver