Məhkəmə qərarları › İş №2-1(112)-1728/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1728/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1728/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 22 nömrəli Şəhər Poliklinikasına qarşı “Forma 88 arayışın tərtib edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7rşı məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən cavabdehin üzərinə onun əlilliyinin bərpası üçün yenidən həkim komissiyasına salmaq öhdəliyi qoyulması və yazılan rəyin müstəqil komissiya tərəfindən yoxlanılmasının təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 əsl cavabdeh 22 nömrəli Şəhər Poliklinikası ilə əvəz edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə yuxarı ətraf qurşağı və bazunun acıq yarası, sol çiyin qurşağının kor güllə yarasından sonra mərkəzi hərbi həkim komissiyasının hospitalın, 179 nömrəli xx.xx.2005ci tarixli sənədinə əsasən, 2016-cı il 23 noyabr ayından ona 2-ci qrup əlillik təyin olunub. Bu müddət ərzində dəfələrlə əlilliyi ilə bağlı xəstəxanalarda müalicə almışdır. Lakin 2021-ci ildən onun əlilliyi ləğv olunub. Müəyyən obyektiv və subyektiv səbəblərdən elə həmin vaxt əlilliyinin bərpası üçün müraciət edə bilməsə də, 2024-cü ildə əlilliyinin bərpası üçün travmatologiya institutundan müayinə aktı gətirərək yenidən komissiyaya düşmək arzusunda olanda 23 saylı poliklinikaya müraciət edərkən poliklinika rəhbərliyi nazirlər kabinetinin qərarına istinad edərək ona forma 88 almaq üçün komissiyaya salmaqdan imtina etmişdir.

4. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 18-1/2-H-5469/4-31-13984/2024 nömrəli məktubunda qeyd edilmidşir ki, “əlillik dərəcəsinin təyin edilməsi üçün tibbi sənədləriniz Poliklinika tərəfindən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol çiyin qurşağının güllə yaralanmasından sonrakı vəziyyət sol çiyin qurşağı bazunun açıq yaralanmasından sonrakı vəziyyət.” diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) yerləşdirilmiş və xx.xx.2021-ci il tarixində qiymətləndirilərək “İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” imtina cavabı verilmişdir (əlavə olunur). Eyni zamanda məlumatda əlillik dərəcəsinin bərpası üçün dəfələrlə poliklinikaya müraciət etdiyiniz, ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunmağınızın vacib olduğu üçün “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə müayinə olunduğunuz, xx.xx.2023-cü il tarixdə Poliklinikanın HMK-sı tərəfindən müayinə olunduğunuz, təyin olunmuş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olmaması səbəbindən Forma 088 tərtib olunması imtina edildiyi və bununla əlaqədar “Akt” tərtib edilərək təqdim edildiyi bildirilmişdir (əlavə olunur). Həmçinin məlumatda təkidinizlə xx.xx.2023-cü il tarixdə təkrar Forma 088 tərtib edilərək 11 nömrəli Şəhər Poliklinikasında əyani müayinə olunduğunuz, diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmadığı üçün TSEK-ə göndəriş verilməsindən imtina edilmişdir. Müraciətinizlə əlaqədar Poliklinikaya dəvət olunduğunuz, xx.xx.2023-cü il tarixdə Poliklinikanın HMK-nın qərarı ilə yekun diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması səbəbindən Forma 088 tərtib olunmasından imtina edilmiş, “Akt” təqdim edilmişdir (əlavə olunur). Nəzərinizə çatdırırıq ki, vətəndaşlar əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair TSEK tərəfindən qəbul edilmiş qərarlarla razılaşmadığı təqdirdə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidirlər.”

5. Cavabdeh iddia tələbinə dair etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X10n (VÖEN **********) strukturuna daxil olan 22 nömrəli Şəhər Poliknikasında xx.xx.1994-cü il tarixdən qeydiyyatda olmuş, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Yuxarı ətraf qurşağı və bazunun açıq yarası. Sol çiyin qurşağının kor güllə yaralanması. Digər oynaqların post travmatik artrozu. Sol bazu oynağının güllə yaralanmasından sonra posttravmatik artrozu, hərəkətin pozulması ilə. Sümük sınığının pis bitişməsi. Sol baldır sümüklərinin qeyri-düzgün bitişən sınığı, ağrı sindromu ilə” diaqnozu ilə ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin təyin edilməsi üçün tibbi sənədlər Poliklinika tərəfindən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol çiyin qurşağının güllə yaralanmasından sonrakı vəziyyət. Sol çiyin qurşağı bazunun açıq yaralanmasından sonrakı vəziyyət diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) yerləşdirilmiş və xx.xx.2021-ci il tarixində qiymətləndirilərək “İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” imtina cavabı verilmişdir. Qeyd edək ki, iddiaçı əlillik dərəcəsinin bərpası üçün dəfələrlə poliklinikaya müraciət etmiş, ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunması vacib olduğu üçün “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə müayinə olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə X3 Komissiyası (HMK) tərəfindən müayinə olunmuş, təyin olunmuş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olmaması səbəbindən Forma 088 tərtib olunması imtina edilmiş və bununla əlaqədar “Akt” tərtib edilmişdir. İddiaçının təkidi ilə xx.xx.2023-cü il tarixdə təkrar Forma 088 tərtib edilərək o, 11 nömrəli Şəhər Poliklinikasında əyani müayinə olunmuşdur. Diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmadığı üçün TSEK-ə göndəriş verilməsindən imtina edilmişdir. İddiaçı müraciəti ilə əlaqədar Poliklinikaya dəvət olunmuş, xx.xx.2023-cü il tarixində Poliklinikanın HMK-nın qərarı ilə yekun diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması səbəbindən Forma 088 tərtib olunmasından imtina edilmiş və bu haqda ona “Akt” təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə TƏBİB-ə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müraciət etmiş, müraciətə TƏBİB tərəfindən aidiyyəti üzrə baxılaraq xx.xx.2024-cü il tarixində iddiaçıya imtinanın səbəbləri barədə 18-1/2-H-5469/4-31-13984/2024 saylı cavab məktubu göndərilmişdir. Bundan sonra iddiaçı məhkəməyə TƏBİB-ə qarşı iddia ərizəsi ilə müraciət etmişdir. Aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi əsl olmayan cavabdehə qarşı verilməklə əsassızdır. İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X10n strukturuna daxil olan 22 nömrəli Şəhər Poliknikasında xx.xx.1994-cü il tarixdən qeydiyyatda olmuş, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Yuxarı ətraf qurşağı və bazunun açıq yarası. Sol çiyin qurşağının kor güllə yaralanması. Digər oynaqların posttravmatik artrozu. Sol bazu oynağının güllə yaralanmasından sonra posttravmatik artrozu, hərəkətin pozulması ilə. Sümük sınığının pis bitişməsi. Sol baldır sümüklərinin qeyri-düzgün bitişən sınığı, ağrı sindromu ilə” diaqnozu ilə ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin təyin edilməsi üçün tibbi sənədlər Poliklinika tərəfindən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol çiyin qurşağının güllə yaralanmasından sonrakı vəziyyət. Sol çiyin qurşağı bazunun açıq yaralanmasından sonrakı vəziyyət diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) yerləşdirilmiş və xx.xx.2021-ci il tarixində qiymətləndirilərək “İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” imtina cavabı verilmişdir. Qeyd edək ki, iddiaçı əlillik dərəcəsinin bərpası üçün dəfələrlə poliklinikaya müraciət etmiş, ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunması vacib olduğu üçün “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə müayinə olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə X3 Komissiyası tərəfindən müayinə olunmuş, təyin olunmuş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması səbəbindən Forma 088 tərtib olunmasından imtina edilmiş və bununla əlaqədar Akt tərtib edilmişdir. İddiaçı imtinanı qanunsuz hesab etdiyindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xx.xx.2024-cü il tarixdə TƏBİB-ə müraciət etmişdir. TƏBİB qanun çərçivəsində müraciətə aidiyyəti üzrə baxaraq xx.xx.2024-cü il tarixdə iddiaçıya 18-1/2-H-5469/4-31-13984/2024 saylı cavab məktubu göndərmişdir. Lakin işin hallarından göründüyü kimi TƏBİB iddia tələbi üzrə əsl cavabdeh deyil. Belə ki, iddiaçının iddia ərizəsinə nəzər yetirdikdə aydın olur ki, iddiaçının əsas tələbi ona əlillik dərəcəsinin təyin olunması üçün göndərişin (Forma 88) tərtib edilərək altsistemə daxil edilməsidir. Qeyd edirik ki, “əlilliyin altsisteminə forma 088-in yerləşdirilməsi” TƏBİB-in birbaşa səlahiyyətinə aid deyil. Bu vəzifə tibb müəssisələrində mövcud olan X4 tərəfindən icra edilməkdədir. Eyni zamanda qeyd edirik ki, X2 qəbul etdiyi qərarlar barədə inzibati icraat çərçivəsində şikayət instansiyası qanunvericilikdə müəyyən edilməmişdir. Qeyd olunana əsasən iddiaçının iddia tələbi üzrə cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X10n strukturuna daxil olan 22 nömrəli Şəhər Poliklinikası ola bilərdi. Yuxarında qeyd olunanlardan aydın olduğu kimi iddiaçı tərəfindən iddia tələbi əsl olmayan cavabdehə qarşı verilmişdir. İddiaçının diaqnozunun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlməməsi barədə: İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Yuxarı ətraf qurşağı və bazunun açıq yarası. Sol çiyin qurşağının kor güllə yaralanması. Digər oynaqların posttravmatik artrozu. Sol bazu oynağının güllə yaralanmasından sonra posttravmatik artrozu, hərəkətin pozulması ilə. Sümük sınığının pis bitişməsi. Sol baldır sümüklərinin qeyri-düzgün bitişən sınığı, ağrı sindromu ilə” diaqnozu ilə ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin təyin edilməsi üçün tibbi sənədlər Poliklinika tərəfindən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol çiyin qurşağının güllə yaralanmasından sonrakı vəziyyət. Sol çiyin qurşağı bazunun açıq yaralanmasından sonrakı vəziyyət diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi- Sosial Ekspertiza və X6 (TSERAS) yerləşdirilmiş və xx.xx.2021-ci il tarixində qiymətləndirilərək “İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” imtina cavabı verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Poliklinikanın HMK-sı tərəfindən müayinə olunmuş, təyin olunmuş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olmaması səbəbindən Forma 088 tərtib olunmasından imtina edilmiş və bununla əlaqədar “Akt” tərtib edilmişdir. Bu səbəbdən, iddia təmin edilə bilməz. Verilmiş iddia tələbi üzrə TƏBİB-in əsl olmayan cavabdeh hesab edilməsi və İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə üzrə mütəxəssis rəyinin alınması təyin edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mütəxəssisinə qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx.xx.1975-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin. İddiaçıda müəyyən edilmiş xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? İddiaçıda müəyyən edilmiş xəstəliklərin müalicə olunmaqla reabilitasiyası mümkündürmü? Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə ehtiyacı mövcuddurmu? Mövcud olduğu təqdirdə, iddiaçıda müəyyən edilmiş həmin xəstəliklərin XBT-10 kodu qeyd olunmaqla, orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti dəqiq göstərilsin.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-2870/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir: Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0062003AAC2Y nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş 3-17-4/1-9907/2025 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1728/2025 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı hərbi Qərar/Şəhadətnamə təqdim etməmişdir. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində xx.xx.2005-ci il tarixli 179 nömrəli Hərbi Qərar aşkarlansa da, qüvvədə olmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafından kürəyinə irradiasiya edən ağrılardan şikyətlənmişdir. Baxış zamanı sol çiyin və sol kürək nahiyələrində çapıq, sol baldırın aşağı 1/3-də boylama istiqamətdə təxminən 10 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Əllərin ovuc səthlərində aktiv əmək qabarları izlənilmişdir. X5 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol bazu oynağının üst səthində, sol kürək sümüyünün üzərində kobud dartıcı-ağrılı çapıq toxuması, sol bazu oynağının açıcı-bükücü-yaxınlaşdırıcı kontrakturası (bükmə 10 dərəcə, aşma 20 dərəcə, uzaqlaşma 70 dərəcə), hər iki diz oynağının qonatrozu, sağ diz qapağının osteofitləri, oynağın qeyri-stabilliyi, sol baldır sümüyünün distal 1/3-nin bitişmiş sınıqları, sklerotik, osteoparotik dəyişiklikləri, sol aşıq-baldır oynağının artrozu, açıcıbükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), sol aşıq-qayığabənzər oynağının İİİ dərəcəli artrozu, sağ aşıq-qayığabənzər oynağının artrozu, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏMAS-da xx.xx.2019-cu il tarixdən “Köməkçi fəhlə, mağaza” kimi aktiv əmək müqaviləsi olmuşdur. Aparılan anamnestik, obyektiv müayinələrin nəticələrinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkarlanmamışdır. Məhkəmənin Qərarına əsasən iş üzrə müəxəssis rəyinin alınması Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmiş və mütəxəssisin qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: 1) Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixində ƏƏSMN tabeliyində DTSERA-da əyani müayinəyə dəvət edilmiş, müayinədə iştirak etmişdir. 2) Aparılan müayinələrin nəticələrinə əsasən vətəndaş İddiaçı hazırki sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may 187 saylı Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının əhatə dairəsinə düşməmiş, müvafiq olaraq hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir patologiya aşkarlanmamışdır. 3) İddiaçı Əlilliyin müəyyən olunması meyarlarına uyğun her bir xəstəlik aşkarlanmadığından ixtisaslaşmış tibb müəssisələrində əlavə müalicə və reabilitasiya müalicələrinə zərurət yaranmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi əlillik dərəcəsinin təyin edilməsi üçün Forma 88 göndərişin tərtib edilməsidir.

11. İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

16. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Yuxarı ətraf qurşağı və bazunun açıq yarası. Sol çiyin qurşağının kor güllə yaralanması. Digər oynaqların post travmatik artrozu. Sol bazu oynağının güllə yaralanmasından sonra posttravmatik artrozu, hərəkətin pozulması ilə. Sümük sınığının pis bitişməsi. Sol baldır sümüklərinin qeyri-düzgün bitişən sınığı, ağrı sindromu ilə” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin təyin edilməsi üçün tibbi sənədlər Poliklinika tərəfindən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol çiyin qurşağının güllə yaralanmasından sonrakı vəziyyət. Sol çiyin qurşağı bazunun açıq yaralanmasından sonrakı vəziyyət” diaqnozu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) yerləşdirilmiş və xx.xx.2021-ci il tarixində qiymətləndirilərək “İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” imtina cavabı verilmişdir.

17. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

18. Belə ki, həmin xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində mütəxəssis rəyinin alınması təyin edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-2870/2025 nömrəli qərarında qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixində ƏƏSMN tabeliyində DTSERA-da əyani müayinəyə dəvət edilmiş, müayinədə iştirak etmişdir. Aparılan müayinələrin nəticələrinə əsasən vətəndaş İddiaçı hazırki sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may 187 saylı Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının əhatə dairəsinə düşməmiş, müvafiq olaraq hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir patologiya aşkarlanmamışdır. İddiaçı əlilliyin müəyyən olunması meyarlarına uyğun heç bir xəstəlik aşkarlanmadığından ixtisaslaşmış tibb müəssisələrində əlavə müalicə və reabilitasiya müalicələrinə zərurət yaranmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

20. Beləliklə, məhkəmənin qərardadı ilə təyin olunmuş mütəxəsis rəyi nəticəsində verilən mütəxəsis rəyi ilə təsdiq edilir ki, İddiaçı hazırda əlillik təyinatına əsas verə biləcək heç bir patologiya aşkarlanmamışdır.

21. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

22. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunidir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı kimi qiymətləndirilməlidir.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar