Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1729/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndələri X2 və X18 qızının, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X4 qarşı «hüquqların qeydiyyata alınması haqqında reyestrdən çıxarışların ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X4 qarşı «hüquqların qeydiyyata alınması haqqında reyestrdən çıxarışların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin x xxx 2012-ci il tarixli MA seriyalı ******* saylı xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışları ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 642a saylı bağ sahəsi və 642 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında X4 verilmişdir. Lakin bu çıxarışlar digər şəxslərin hüquqlarının pozulması nəticəsində, qanunsuz olaraq verilmişdir. Belə ki, sözügedən torpaq sahəsi xx xxxxxx 1942-ci il tarixində vəfat etmiş Məmməd Nəbi oğluna məxsus olmuşdur. Bununla əlaqədar xx xxxxxxx 2017-ci il tarixli AR X16 arxiv arayışı da vardır. Həmin arayışda torpaq sahəsinin X13 və Məhəmməd Nəbi oğluna məxsus olması və hansı ölçüdə olması göstərilmişdir. xx xxxxx 2018-ci il tarixli arxiv arayışında isə torpaq sahəsinin dəqiq koordinatları göstərilmişdir. Məmməd Nəbi oğlunun vərəsəsi İddiaçıdır. O, xx xxxxxx 2017-ci il tarixdə vərəsəlik işinin açılması ilə əlaqədar Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna müraciət etmiş və həmin tarixdə də vərəsəlik işi açılmışdır. Göründüyü kimi, cavabdeh orqanın vəzifəli şəxsləri səlahiyyətlərini aşaraq və sənədləri saxtalaşdıraraq X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyata almış və onun qanunsuz şəkildə MA seriyalı ******* saylı və RX seriyalı ******* saylı reyestrdən çıxarışları vermişlər. İddiaçı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla verilmiş həmin çıxarışların ləğv olunmasını xahiş etmişdir. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi müvafiq məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Həmin imtina əsassız və qanunsuzdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, AR Mülki Məcəlləsinin 152.1ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 9, 11, 12.1-ci maddələrinə, İPM-in 2.1, 32.1-ci maddələrinə əsaslanaraq, X3 mülkiyyət hüququnun dövlət qeudiyyatına alınması haqqında MA seriyalı ******* saylı və RX seriyalı ******* saylı reyestrdən çıxarışların ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 14, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış x xxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddia etirazla qarşılanır. İddiaçı qeydiyyatın ləğvi ilə bağlı DƏDRX 1 saylı Bakın Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizədə qeyd edilən tələb (qeydiyyatın ləğvi) İdarənin səlahiyyəti xaricində olduğundan ərizənin icrası mümkün olmamışdır. İddia ərizəsində qeyd edilmiş əmlaklardan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642a saylı bağ sahəsi X1 və İstismarı Birliyi ilə X10 arasında bağlanmş 19636 saylı xx xxxxxxx 2003-cü il tarixli icarə müqaviləsi əsasında, 642 saylı bağ evi isə 22345 saylı xx xxxxxx 1988-ci il tarixli icarə müqaviləsi əsasında X5 adına ilkin qeydiyyatdan keçmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3, 2.4, 8.0.7, 23-cü maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İş üzrə üçüncü şəxs X9 məhkəməyə iddia ilə bağlı aşağıdakı məzmunda yazılı münasibət (etiraz) təqdim etmişdir: - İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 2012 və 2013-cü illərdə DƏDRX tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 642 saylı bağ evinə və 642a saylı bağ sahəsinə onun (X9) mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq reyestrdən çıxarışlar verilmişdir. x xxxxxx 2019-cu il tarixdə X11 və qeyriləri həmin ünvana gələrək onun evinə qanunsuz daxil olmaqla oranı zəbt etmiş, hazırda həmin mənzildə yaşayırlar və oradan çıxmaq istəmirlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qanuni əsaslı qətnaməsi ilə X11 və qeyrilərinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 642 saylı bağ evindən çıxarılması, evin boşaldılması və onun (N.Səfiyevanın) həmin evə köçürülməsi qət edilmiş, həmin qətnamə AR Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Sözügedən bağ sahəsi və bağ evi ilə bağlı hüquqların İddiaçı məxsus olması sonuncu tərəfindən sübuta yetirilməli və hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. X6 isə ümumiyyətlə həmin torpaq sahəsinə və bağ evinə heç bir aidiyyəti yoxdur. İddiaçı tərəfindən hansı əmlakın idarə edilməsi ilə bağlı Sərxan Musayevə baş etibarnamə verilməsi, sonuncunun bu məsələyə nə kimi aidiyyətinin və bağlılığının olması aydın deyil. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29, 33-cü maddələrinə, İPM-in 47.2-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddianın əsassız olduğunu bildirdi. Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iddianın əsassız olduğunu bildirdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı Əli Soltan qızı bağ sahə və bağ evinə dair üçüncü şəxs X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışları mübahisələndirir. Məhkəmə qeyd edir ki, əslində iddiaçının tələbi mahiyyətcə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin bağ sahəsinə və bağ evinə mülkiyyət hüquqlarının ləğv edilməsi barədədir. Lakin nəzərə alınmalıdır ki, inzibati orqan məktubuna əsasən mübahisə obyekti olan bağ sahəsinə və bağ evə hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı müvafiq müqavilələrlə aparılmışdır. Belə olan halda, reyestrdə qeydiyyatın ləğv edilməsi tələbinə müqavilələrin mübahisələndirilməsi ilə şərtləndirilir, hansı ki, iddiaaçının subyektiv hüququnun olub-olmamaasından asılı olmayaaraq, belə mübahisəyə inzibaati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1729/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1729/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver