Məhkəmə qərarları › İş №2-1(112)-1729/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1729/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1729/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və bu günə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin qarşısında öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. xx.xx.1981-ci il tarixdə 388/k saylı əmrlə “Bakı Soyuducular Zavodu”nda rəngləmə sexində konveyr üzrə yardımçı-fəhlə işinə qəbul olunmuş, xx.xx.1987-ci il tarixdən 146/k saylı əmrlə xx.xx.1992-ci il tarixə kimi rəngləmə sexində soyuducuların daxili şkaflarının qızdırılma halda yandırılması və emal örtüyünün yandırılması, sobaların işlədiyi sahədə emal yandırıcısı işləmiş, xx.xx.1992-ci il tarixdən 16/k saylı əmrlə xx.xx.2002-ci il tarixədək penopoliuretan sexində (PPU) soyuducuların şkafını və qapılarını penopoliuretanla doldurma prosesində tökməçi peşəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh qurumdan imtina məktubu verilmişdir. İddiaçı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajını topladıgından hesab edir ki, cavabdehin etirazı əsassızdır. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiası ilə razı deyil. İddiaçı hesab edir ki, 25 il ümumi, 12,5 il güzəştli iş stajı toplamışdır. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Filial **********2 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciətin icrasından imtina edib, imtina onunla əsaslandırılıb ki, iddiaçının güzəştli iş stajı 12 ildən az (yəni 11 il 06 ay 02 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçıya görə, 1981-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya hüququ verən müxtəlif peşələrdə çalışmışdır. Onun çalışdığı peşə NK-nın 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının "Metal emalı" bölməsində öz əksini tapmışdır. İddiaçının təqdim etdiyi sənədlərdən (əmək kitabçası və s.) görünür ki, iddiaçı xx.xx.1981-ci ildən "Bakı Soyuducular Zavodu”nda rəngləmə sexinin qaynar mina sahəsinə konveyer üzrə yardımçı fəhlə peşəsinə işə qəbul edilmiş, 23,10.1981-xx.xx.1987ci illərdə yardımçı fəhlə, xx.xx.1987-xx.xx.1992-ci illərdə yandırıcı, xx.xx.1992-xx.xx.2002ci illərdə tökməçi vəzifələrində çalışmışdır. (xx.xx.1996-xx.xx.1999-cu ödənişsiz məzuniyyətdə olmuşdur). İddiaçı bu peşələrdən hansının NK-nın adı çəkilən qərarında nəzərdə tutulduğunu göstərməmişdir. Lakin iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı yuxarıda sadalanan peşələrin hamısını güzəştli iş stajı hüququ verən peşələr olaraq qəbul edir. NK-nın 320 saylı Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “Metal emalı” bölməsinin 7-ci alt-bölümü “Qaynar üsulla metalın üzlənməsi” (kod: ********) adlanır. Həmin alt-bölmədə “yardımçı fəhlə” peşəsi öz əksini tapmamışdır. Ona görə də, iddiaçının xx.xx.1981-xx.xx.1987-ci illəri əhatə edən iş stajını güzəştli iş stajına daxil etmək mümkün deyildir. İddiaçının xx.xx.1987-xx.xx.1992-ci illərdə (04 il 08 ay 23 gün) çalışdığı yandırıcı peşəsi 2150700a—15201 şifri (“emal yandırıcıları") altında nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1992-xx.xx.2002-ci illərdə (10 il 09 gün) çalışdığı tökməçi peşəsi “Ümumi peşələr” bölməsində 23200000—19598 kodu (“təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrini axıdılması və tökülməsi ilə məşğul olan axıdıcılar — tökücülər") altında öz əksini tapmışdır. Göründüyü kimi, bu dövr ümumilikdə, 14 il 09 ay 02 gün təşkil edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1996 - xx.xx.1999-cu illərdə (03 il 03 ay) ödənişsiz məzuniyyətdə olmuşdur. Deməli, iddiaçının güzəştli iş stajı cəmi, 11 il 06 ay 02 gün (yəni 14 il 09 ay 02 gün - 03 il 03 ay) təşkil edir. Pensiya kapitalı hissəsində imtinası ƏPQ-nin 9.1-ci maddəsinə əsaslanır. Fəzr edilsə ki, iddiaçı güzəştli iş stajını toplayıb. Bu ehtimalda belə, aşağıdakıları diqqətə almaq lazımdır. Həmin maddəyə görə, “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Filialın imtinası həm də ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasan formalaşan məbləği, habelə hu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir, ƏPQ-nin 6.3cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 40.080 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin müraciət tarixində iddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 21.284,49 manat təşkil edib. Göründüyü kimi, iddiaçı 12.5 il güzəştli iş stajına malik olduğunu və yetərli pensiya kapitalı topladığını təsdiq edjən sübutları təqdim edə bilmir. Qanunun 9.1-ci maddəsinin tələbinə görə, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün onun ümumi və güzəştli stajına malik olması və pensiya kapitalı toplaması şərtdir. Odur ki, filialın imtinası qanuni və əsaslı olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. - İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977xx.xx.1979-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 saylı xx.xx.2022ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdə “Bakı Soyuducular Zavodu”nun rəngləmə sexinin qaynar mina sahəsinə konveyer üzrə yardımçı fəhlə peşəsinə işə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixdə 8/k saylı əmrlə xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdən 388/k saylı əmrlə xx.xx.1987-ci il tarixədək rəngləmə sexinin qaynar mina sahəsində konveyerlə emalın tozlayıcı başlıqlarına normal verilməsini, soyuducuların daxili şkaf, qapı və kiçik metal hissələrini alkid və melominoformaldegil əsasında hazırlanan zəhərli piqmentləri olan MJİ-12 boyalarla pulverizator vasitəsilə xüsusi kameralarda rəngləməsində və zərərli maddələrin tətbiq olunduğu yerlərdə rəngləmə kamerasının və qarışdırma kamerasının təmizlənməsi işlərində 2-ci dərəcəli yardımçı fəhlə işləmişdir. xx.xx.1987-ci il tarixdən 146/k saylı əmrlə xx.xx.1992-ci il tarixədək rəngləmə sexinin qaynar mina sahəsində soyuducuların daxili şkaflarının qızdırılmış halda yandırılması və emal örtüyünün yandırılması, sobaların işlədiyi sahədə yandırıcı peşəsində işləmişdir. xx.xx.1992-ci il tarixdən 16/k saylı əmrlə xx.xx.1998-ci il, xx.xx.1999-cu il tarixdən 51/k saylı əmrlə xx.xx.2002-ci il tarixədək penopoliuretan sexində soyuducuların şkafını və qapılarını penopoliuretanla doldurulması işini yerinə yetirmiş, poliol, izosionat (bu maddələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrdir) qarışığının tökmə zamanı sağlamlığa təsir göstərən zərərli və zəhərli qazlar əmələ gəlir, xətlər qapalı şəraiti olan sexdə quraşdırılmışdır və həmin sahədə tökməçi vəzifəsində işləmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahı. Bölmə 11. Metal emalı; 11.8.Rəngləmə işləri istehsalı; 3-cü sinif təhlükədən aşağı olmayan və zərərli maddələrin tətbiq olunduğu yerlərdə rəngləmə kamerasının və qarışdırma kamerasının təmizlənməsi ilə məşğul olan təmizləyicilər. Bölmə İİ. Metal emalı; 11.9. Qaynar üsulla metalın üzlənməsi; a) fəhlələr: -emal yandırıcıları öz əksini tapmışdır. Bölmə 8. Kimya istehsalatı; izosianatlar, poliamidlər, poliuretanlar, Bölmə 35.Ümumi peşələr təhlükəlili 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin axıdılması və tökülməsi ilə məşğul olan axıdıcılar, tökücülər və s. öz əksini tapmışdır. İddiaçı işlədiyi müddət ərzində insan həyatı üçün təhlükəli olan maddələrlə 8 saatlıq iş günü olmaqla qapalı şəraitdə daima təmasda olmuşdur və müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Arayış İddiaçı forma T-2 şəxsi vərəqinə, əmr kitablarına və əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. - Məhkəmə sorgusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 48 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçının 1992,1993,1994,1995,1996-cı illər üzrə əmək haqqına dair məlumatları göndərilir, lakin onun 1997,1998,1999,2000,2001,2002-ci illər üzrə əmək haqqı cədvəllərində adı mövcud deyil.” - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 1992-1996-cı illərdə əmək haqqı almışdır. 1997-ci il tarixdə isə əmək haqqı almamışdır. - İddiçıya məxsus İT seriyalı ******* saylı xx.xx.1977-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-xx.xx.1977-ci illərdə atelyedə dərzi, xx.xx.1977-xx.xx.1979-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1980-xx.xx.1981-ci illərdə Keşlə maşınqayırma zavodunda mexaniki yıgma sexində tokar yardımçısı peşəsinə işə qəbul edilmiş, sonra tokar işləmiş, xx.xx.1981-ci ildən "Bakı Soyuducular Zavodu”nda rəngləmə sexinin qaynar mina sahəsinə konveyer üzrə yardımçı fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.1981-xx.xx.1987-ci illərdə yardımçı fəhlə, xx.xx.1987xx.xx.1992-ci illərdə yandırıcı, xx.xx.1992-xx.xx.2002-ci illərdə tökməçi vəzifələrində çalışmış, xx.xx.2004-xx.xx.2010-cu illərdə Balaxanı maşınqayırma zavodunda zavodun növbətçi qrupunda növbətçi, xx.xx.2011-xx.xx.2012-ci illərdə gözətçi işləmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 9 iyun 2022-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filiala təqdim etdiyi “Bakı Çinar Soyuducuları" ASC-nin 7 iyun 2022-ci il tarixli 16 nömrəli arayışında xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qeyd edilən dövr üzrə əmək haqqı ödənilmədiyindən və qanunvercilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğu müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 2 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il, xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21284,49 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir.

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu güzəştli iş stajının az (11 il 6 ay 2 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il, xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının az olmasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və güzəştli arayışdan görünür ki, iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajını xx.xx.2016-cı il tarixədək toplamamışdır. Belə ki, cavabdehin də qəbul etdiyi və mübahisə dogurmadıgı hal ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının “Metal emalı” bölməsinin 7-ci altbölümü “Qaynar üsulla metalın üzlənməsi” (kod: ********) adlanır. Həmin alt-bölmədə “yardımçı fəhlə” peşəsi öz əksini tapmamışdır. Ona görə də, iddiaçının xx.xx.1981xx.xx.1987-ci illəri əhatə edən iş stajını güzəştli iş stajına daxil etmək mümkün deyildir. İddiaçının xx.xx.1987-xx.xx.1992-ci illərdə (04 il 08 ay 23 gün) çalışdığı yandırıcı peşəsi 2150700a—15201 şifri (“emal yandırıcıları") altında nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1992-xx.xx.2002-ci illərdə (10 il 09 gün) çalışdığı tökməçi peşəsi “Ümumi peşələr” bölməsində 23200000—19598 kodu (“təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrini axıdılması və tökülməsi ilə məşğul olan axıdıcılar — tökücülər") altında öz əksini tapmışdır. Göründüyü kimi, bu dövr ümumilikdə, 14 il 09 ay 02 gün təşkil edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1996 - xx.xx.1999-cu illərdə (03 il 03 ay) ödənişsiz məzuniyyətdə olmuşdur. Deməli, iddiaçının güzəştli iş stajı cəmi 11 il 06 ay 02 gün (yəni 14 il 09 ay 02 gün - 03 il 03 ay = 11 il 06 ay 02 gün ) təşkil edir. Beləliklə, iddiaçı ümumilikdə, 11 il 06 ay 02 gün əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajını toplamışdır. Cavabdehin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının az olması barədə mülahizəsi əsassızdır. Belə ki, iddiaçıya tətbiq edilməli hüquq normasının dispozisiyasında həmin tələb nəzərdə tutulmadığı üçün iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar