Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1729/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenrliyinə qarşı ““Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli, 3-17-4/3- 3-3947/2024 saylı qərarının ləğv edilməsi və iddiaçıya əlilliyinin dayandırıldığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenrliyinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və hərbi xidmətlə bağlı əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli, 3-17-4/3-3-3947/2024 saylı qərarının ləğv edilməsi və iddiaçıya əlilliyinin dayandırıldığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
3. Məhkəmənin 04 aprel 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. Azərbaycan Respbulikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, hərbi əməliyyatlar nəticəsində “kəllədaxili travmaların nəticələri, baş beynin silkələnməsi, tez-tez təkrarlanan tonika-kloniki qıcolmalarla ayda 7-8 dəfə üzvi mənşəli emosional astenik pozuntu, kəskin asteno-nevrotik sindrom.ürək çatışmazlığı 11 dərəcə, travmatik subaraxnoidal qansızma, sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, əsasən ürəyin zədələnməsi ilə hipertensivxəstəlik 111 dərəcə” xəstəliklərindən əziyyət çəkir. İddiaçını müayinə etmiş Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 158 nömrəli qərarında “Qapalı kəllə -beyin travması. Baş beyin silkələnməsi” diaqnozu təsdiq olunmaqla göstərilir ki, - hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır”. 10.2018-ci ildə iddiaçıya qeyd edilən səbəblərə görə xx.xx.2023-cü ilədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. 2022-2023-cü illərdə Sabunçu tibb mərkəzində, Ege Hospitalda Respublikası Klinik Uroloji xəstəxanasında, Bakı 3 nönmrəli şəhər klinik xəstəxanasında, Respublikası Klinik Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının əlilliyi bərpa edilmir. İddiaçı cavabdehə tibbi sənədləri təqdim etsə də, xx.xx.2023-cü il tarixli qərarında sənədlərə hüquqi qiymət vermədən, əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina edir. Cavabdeh Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı nəzərə almır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının ilkin əlillik vəziyyətinə 26 saylı Birləşmiş Xəstəxananın xx.xx.2010-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX stabil gerginlik stenokardiyasi f.s İİ m.Hipertoniya xes. İİ m; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci- üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 26 saylı Birləşmiş Xəstəxananın xx.xx.2014-cü il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX stabil gerginlik stenokardiyasi f.s İİ m.Hipertoniya xes. İİ m; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı.;” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 26 saylı Birləşmiş Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.8 - Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyasi İİ f.s. Hipertoniya xəstəliyi İİ m.,tez- tez tutmalarla.ÜÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə əlillik dərəcəsi 5 il müddətinə eyni diaqnoza uyğun olaraq uzadılmışdır. Lakin vətəndaş əlillik müddəti bitməzdən əvvəl müraciət etmiş və Bakı 32 saylı Birləşmiş Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travması. Baş beynin silkələnməsi. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan toniko-kloniki qıcolmalarla ayda 7-8 dəfə. Üzvi mənşəli emosional labil [astenik] pozuntu, kəskin asteno-nevrotik sindrom. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya İİİ f/s. Durğunluq ürək çatmamazlığı İİ dərəcə. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hiperteniv xəstəlik İİİ dərəcə.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin ildə növbəti dəfə Bakı 32 saylı Birləşmiş Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Baş beynin silkələnməsi.Kəllədaxili travmaların nəticələri, tez-tez təkrarlanan toniko-kloniki qıcolmalarla ayda 7-8 dəfə.Üzvi mənşəli emosional labil [astenik] pozuntu, kəskin astenonevrotik sindrom.Durğunluq ürək çatmamazlığı, İİ dərəcə.Travmatik subaraxnoidal qansızma,Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, İİİ f.s.ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ dərəcə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar yenidən daxil olmuş Bakı Baş Səhiyyə İdarəsinin 04.11,2023-ci il tarixli göndərişinə vətəndaşın əlavə əyani müayinəsi həyata keçirilməklə baxılmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 158 nömrəli Qərar verilmişdir. Həmin qərarda ‘‘Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, təngnəfəslik, ürək nahiyəsində göynəmə hissi, yüksək arterial təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşdiyi zaman ətrafdakı əşyalara zərər yetirdiyini, qıcolma tutmaları nəticəsində dişlərinin sındığını, alın və qaş nahiyəsindən xəsarət aldığını, tutmalarının —1,5-2 dəqiqə davam etdiyini, bəzən 2- 3 gündən bir, bəzən isə bir neçə həftə ara ilə baş verdiyini bildirmiş, qəbul etdiyi çoxsaylı qutularını nümayiş etdirmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm cv. st. müəyyənləşdirilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Qeyd olunan şikayətlər daha çox vegetativ kriz əlamətlərinə uyğun olmuş, klinikianamnestik və instrumental müayinə nəticələrinə əsasən epilepsiya xəstəliyi təsdiqlənməmişdir. X6 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1597 nömrəli Çıxarışında diaqnoz ‘‘Keçirilmiş (1994) QKBT-nın qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. Qabarıq nəticə çarpan astenonevrotik sindromla. Hipertoniya xəstəliyi, İİİ mərhələ. ÜİX. Gərginlik stenokardiyası. OUPresbiopiya” kimi qeyd olunmuşdur. X6 xx.xx.2023-cü il tarixli Beynin EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı diensefal orta strukturların disfunksiyası qeyd olunur"’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ege Hospitalın xx.xx.2022-xx.xx.2023-cü il tarixli ******* nömrəli Epikrizində diaqnoz “Saq böyrəyin mərcan daşı" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3730 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması, beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, qıcolma sindromu ilə” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=64%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR-110)" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin dezorqanizasiyası, aşaqı amplitudla hipersinxron tip, beta ritmin dominantlıq/ hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar dəyişikliksiz. Epileptiform aktivlik qeyd edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiqolaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEKin sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin iştirakı və izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçının hüquqi marağı - əlilliyin müəyyən edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsindən ibarətdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və arzuladığı inzibati aktın qəbul edilməsindən yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 158 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarına əsasən, Bakı şəhəri, Yasamal RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2017-ci il tarixli 350 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 161 nömrəli arayışı, Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. X6 xx.xx.2023-cü il tarixli İddiaçı barəsində EEQ müayinəsinin nəticəsi olaraq EEG müayinə zamanı diensefal orta strukturların disfunksiyasının qeyd edilməsi göstərilmişdir. C.Cavadzadə adına Respublikası Klinik Uroloji Xəstəxanasının İddiaçı barəsində X3 nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdirBöyrək: yerləşməsi normal, hüdudları hamar, ölçüləri 102-60 mm. Parenximanın qalınlığı 5-15 mm, exoqenliyi artıb, kortikomedullar fərq təyin olunmur, ləyən genişlənməyib, bütün qrup kasacıqlar genişlənib max 21 mm, aşağı kasacıqda və ləyəndə çoxsaylı konkremetnlər izlənilir 14 mm, 9 mm, 9 mm, 10 mm, 8 mm və.s çoxsaylı. Sol böyrək: yerləşməsi normal, hüdudları normal, ölçülərii 103-60 mm, parenximanın qalınlığı 4-16 mm, exoqenliyi normal, kortikomedullar fərq təyin olunur, kasacıq-ləyən sistemi genişlənməyib, orta seqmentdə d=11 kista görünür. Böyrək üsdü vəzilər böyüməmişdir. Sidik kisəsi: hüdudları hamardır, həcmi 108 ml, divarın qalınlığı 3 mm, selikli qişanın relyefi dəyişməyib, mənsəblər normal görünür. Prostat vəzi: hüdudlar hamardır, ölçüləri 48-39 mm, həcmi 40 kub sm, paylar simmetrikdir, dtrukturu homoqen, exoqenliyi artıb, mərkəz zonada hyperplaziya qeyd olunur, adenomanın həcmi 18 kub sm, mərkəz və periferik zonalar arasında kapsul zəif təyin edilir. Toxum kisəciklər – N, Qalıq sidik: yoxdur. Ege Hospitalın ******* nömrəli, İddiaçı barəsində epikrizində aşağıdakılar qeyd edilmişdir – xəstə klinikaya sağ böyrək nahiyyəsində ağrılar şikayəti ilə müraciət edib. Xəstə klinikaya sağ böyrək nahiyyəsində ağrılar şikayəti yə müraciət edib. Anamnesis morbi: Uzun müddətdir şikayətləri mövcuddur.Xəstə “Sağ böyrəyin daşı diaqnozu ilə klinikamiza müraciət etmişdir Anamnesis vitae: Normal doğulub inkişaf etmişdir. Dərmanlara qarşı allergik reaksiyası yoxdur. Statuspraesens: Xəstə normal bədən quruluşuna malikdir. Dəri və görünən selikli qişaları təbii rəngdədir. Dəri altı piy qatı normal inkişaf etmişdir. A/T 130/80 mmHg. Ps ritmikidir, 1 dəq-də 70 vurğudur. Ağciyərlər üzərində auskultasiya zamanı vezikulyar tənəffüs eşidilir. Ürək tonlan aydındır. Dili nəmdir, ərpsizdir. Qamı palpasiya zamanı ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Fizioloji aktlar sərbəstdir. Dayaq hərəkət sistemində gözlə görünən patologiya aşkar edilmir. Periferik limfa düyünləri əllənmir. KT: Hər iki böyrəyin ölçüləri və parenxima qahnlığ’-N. Sağ böyrək ləyənində yuxarı,orta və aşağı kasacıqlara 31x39 mm ölçüdə rnərcanvari daş qeyd edildi.Pelvikaliksial sistemdə dilatasiyaqeyd edilir. EKQ: Sinus taxikardiyası. Analizlər: WBC-6.96 10v3/mkl, RBC-4.36 10v3/mkl, HGB-136 g/dll, PLT321 10v3/mkl. Anti-HCV neqativ, HbsAg- neqativ, Anti HİV- neqativ, RWtest- neqativ. İNR1.06. Kreatinin -0.77 mg/dl, şəkər-99.0 mg/dl. Sidiyin ümumi analizi: pH-5.0, zülal - 25, xüsusi çəki-1015, şəkərneqativ, nitrit-neqativ, leykosit 6-12 g/s, eritrosit -15-20, bakteriya- az. Xəstəliyin gedişatı: xx.xx.2022 tarixində xəstəyə “Sağtərəfli perkutan nefrolitotripsiya.” əməliyyatı apafrıldı. Xəstə kafi vəziyyətdə evə yazılır. X8 Mərkəzinin İddiaçı barədə Elektroensefaloqrafiyanın nəticəsi olaraq qeyd edilmişdir ki, Müayinə zamanı beyin qabığının bioelektrik aktivliyinin dəyişikliyi qeydə alındı. Alfa ritmlər aritmik,beta ritmlər ən sə nah-də dominantlıq təşkil ediir. Keçirilən sınaqlar zamanı beynin sol parieoto-oksipital nah-də iti-yavaş dalğa sıçrayışlar şəklində paroksizmal aktivlik, vertebro-bazilyar qan dövranın pozulması süpəlidir. 6 aydan sonra təkrar müayinə məsləhətdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli 3-17-4/3-3-1947/2024 nömrəli Qərarında qeyd edilmişdir- Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017ci il tarixli 158 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kə İlə-beyin travması. Baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, təngnəfəslik, ürək nahiyəsində göynəmə hissi, yüksək arterial təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşdiyi zaman ətrafdakı əşyalara zərər yetirdiyini, qıcolma tutmaları nəticəsində dişlərinin sındığını, alın və qaş nahiyəsindən xəsarət aldığını, tutmalarının ~1,5-2 dəqiqə davam etdiyini, bəzən 2-3 gündən bir, bəzən isə bir neçə həftə ara ilə baş verdiyini bildirmiş, qəbul etdiyi çoxsaylı qutularını nümayiş etdirmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm cv. st. müəyyənləşdirilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Qeyd olunan şikayətlər daha çox vegetativ kriz əlamətlərinə uyğun olmuş, kliniki-anamnestik və instrumental müayinə nəticələrinə əsasən epilepsiya xəstəliyi təsdiqlənməmişdir. X6 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1597 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş (1994) QKBT-nın qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. Qabarıq nəticə çarpan asteno-nevrotik sindromla. Hipertoniya xəstəliyi, İİİ mərhələ. ÜİX. Gərginlik stenokardiyası. OU-Presbiopiya” kimi qeyd olunmuşdur. X6 xx.xx.2023- cü il tarixli Beynin EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı diensefal orta strukturların disfunksiyası qeyd olunub' kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ege Hospitalın xx.xx.2022-xx.xx.2023-cü il tarixli ******* nömrəli Epikrizində diaqnoz “Saq böyrəyin mərcan daşı" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3730 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması, beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, qıcolma sindromu ilə” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (Lvef=64%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR-110)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin dezorqanizasiyası, aşağı amplitudla hipersinxron tip, beta ritmin dominantlıq/ hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar dəyişikliksiz. Epileptiform aktivlik qeyd edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 087738 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2012-ci ilədək ikinci dərəcə əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 306476 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2013-cü ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində əlilik alt sistemindən çıxarışlarından görünür ki: - İddiaçı əlilliyi ilkin olaraq xx.xx.2010-cu ildə qiymətləndirilmiş və 1 il müddətinə “UİX stabil gərginlik stenokardiyası f.s İım.Hipertoniya xes. İİ m” diaqnozu əsasında əlilliyi müəyyən edilmiş, daha sonra xx.xx.2014-cü ildə eyni diaqnoz əsasında 1 il müddətinə əlilliyi müəyyən edilmiş, sonradan xx.xx.2015-ci ildə “ÜİX gərginlik stenokardiyası İİ f.s Hipertoniya xəstəliyi İİ m. tez-tez tutmalarla. ÜÇ İİ dər.” Diaqnozu əsasında 1 il müddətinə, əlilliy müddəti bitdikdən sonra xx.xx.2016-cı ildə eyni diaqnoz əsasında 5 il müddətinə təyin edilmiş, daha sonra xx.xx.2018-ci ildə diaqnoz “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travması, baş beynin silkələnməsi, kəllədaxili travmarların nəticələri, postravmatik emsefalopatiya, tez-tez təkrarlanan toniko-kloniki qıcolmalarla ayda 7-8 dəfə. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin astesno-nevrotik sindrom. Sənədlərlə təsdiqlənmiş spzam ilə müşayiət olunan stenokardiya İİİ f/s-durğunluq ürək çatmamazlığı İİ dərəcə. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniyua) xəstəlik (-yi) hiperteniv xəstəlik İİİ dərəcə”. qeyd edilməklə 5 il müddətinə əlilliyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının əlillik vəziyyəti müayinə olunmuş və diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina edilimişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qəraradadı ilə aşağıdakı sullar göstərilməklə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir : - xx.xx.1972-ci il təvəllüdlü İddiaçı diaqnoz- Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları təsdiq olunurmu? - xx.xx.1972-ci il təvəllüdlü İddiaçı olan diaqnozunun hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə hansı xəstəlikdir (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti)? “Məhkəmə-tibbi Ekpsertiza və X5” publik hüquqi şəxsin T 143/2025 saylı ekspertiza rəyində məhkəmənin qoyduğu suallar cavablandırılmamış, sualların cavablandırılmasından imtina edilmişdir.
Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
10. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir.
11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2 Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası: 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
13. Qeyd edilmiş qanunvericiliyin normasından göründüyü kimi, əlilliyin qiymətləndirilməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir.
14. Nəzərə alınmalıdır ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən:
1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1. Başın travmalar (S02-S09); Başın travmalarının nəticələri (T90).
İşin faktiki hallarına əsasən İddiaçı əlilliyi ilkin olaraq xx.xx.2010-cu ildə qiymətləndirilmiş və 1 il müddətinə “UİX stabil gərginlik stenokardiyası f.s İım.Hipertoniya xes. İİ m” diaqnozu əsasında əlilliyi müəyyən edilmiş, müddət bitdikdən sonra xx.xx.2012-ci ilədək yenidən 1 il müddətinə müəyyən edilmiş, daha sonra yenidən xx.xx.2013-cü ilədək müəyyən edilmiş, daha sonra xx.xx.2014-cü ildə eyni diaqnoz əsasında 1 il müddətinə əlilliyi müəyyən edilmiş, sonradan xx.xx.2015-ci ildə “ÜİX gərginlik stenokardiyası İİ f.s Hipertoniya xəstəliyi İİ m. tez-tez tutmalarla. ÜÇ İİ dər.” Diaqnozu əsasında 1 il müddətinə, əlilliy müddəti bitdikdən sonra xx.xx.2016-cı ildə eyni diaqnoz əsasında 5 il müddətinə təyin edilmiş, daha sonra xx.xx.2018-ci ildə diaqnoz “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travması, baş beynin silkələnməsi, kəllədaxili travmarların nəticələri, postravmatik emsefalopatiya, tez-tez təkrarlanan toniko-kloniki qıcolmalarla ayda 7-8 dəfə. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin astesno-nevrotik sindrom. Sənədlərlə təsdiqlənmiş spzam ilə müşayiət olunan stenokardiya İİİ f/s-durğunluq ürək çatmamazlığı İİ dərəcə. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniyua) xəstəlik (-yi) hiperteniv xəstəlik İİİ dərəcə”. qeyd edilməklə 5 il müddətinə əlilliyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının əlillik vəziyyəti müayinə olunmuş və diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina edilimişdir. İddiaçının xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət əsasında cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası əyani müayinəsini həyata keçirmiş və “ Diaqnoz əlillik əlaməti təyin etmir “ barədə 30 may 2024-cü il tarixli 3-17-4/3- 3-1947/2024 nömrəli Qərarı qəbul etmişdir. İddiaçı həmin qərarın qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməsini və əlilliyin dayandırdığı vaxtdan müəyyən edilməsini tələb edir. İşn məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının fasiləsiz 10 ildən çox müddət ərzində əlil olması aşkardır. İddiaçının tibbi diaqnozu hal-hazırda da təsdiq olunur. Lakin cavabdehin mövqeyinə görə “diaqnoz əlillik əlaməti təyin etmir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barədə əlverişsiz inzibati aktının qəbul edilməsi qanunvericiliyin pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçıya əlillik müəyyən edilən zaman onun diaqnozu “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travması, baş beynin silkələnməsi, kəllədaxili travmarların nəticələri, postravmatik emsefalopatiya, tez-tez təkrarlanan toniko-kloniki qıcolmalarla ayda 7-8 dəfə. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin astesno-nevrotik sindrom. Sənədlərlə təsdiqlənmiş spzam ilə müşayiət olunan stenokardiya İİİ f/s-durğunluq ürək çatmamazlığı İİ dərəcə. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniyua) xəstəlik (-yi) hiperteniv xəstəlik İİİ dərəcə” qeyd edilmişdir. Qeyd olunmalıdır ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əlavə edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavədə iddiaçıda olan xəstəliyinin diaqnozu ümumi siyahıda nəzərdə tutulmuşdur. Bu diaqnoz 6-cı bəndində göstərilmişdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmamış, iddiaçının xeyrinə olan halları nəzərə almamış və nəticədə əliliyin müəyyən edilməsindən imtina barədə səhv nəticəyə gələrək qanunsuz qərarları qəbul etmişdir. Məhkəmə 30 may 2024-cü il tarixli 3-17-4/3-3-1947/2024 nömrəli Qərarın ləğv edilməsi barədə iddiaçının tələbini əsaslı hesab edir.
17. Azərbaycan Respublikasının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
18. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli, 3- 17-4/3-3-3947/2024 saylı qərarı ləğv edilməli və iddiaçıya əlilliyinin dayandırıldığı tarixdən (xx.xx.2023-cü il tarixdən) müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
19. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq
NƏTİCƏVİ HİSSƏ
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 30 may 2024-cü il tarixli, 3-17-4/3-3-3947/2024 saylı qərarı ləğv edilsin. İddiaçı əlilliyinin dayandırıldığı tarixdən (xx.xx.2023-cü il tarixdən) müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər
Hakim Miminat Hacıbəyova