Məhkəmə qərarları › İş №2-1(112)-1731/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1731/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1731/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2015-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbləğin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Məhkəməyə təqdim etdiyi MT-1 № ******* nömrəli 15 avqust 1982-ci il tarixli əmək kitabçasına əsasən müvafiq əmək stajı var: xx.xx.1978 - xx.xx.1982-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda təhsil almışdır - 3 il 9 ay 29 gün, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Zaqafqaziya Lahiyə-Quraşdırma İşləri İdarəsində radio-aparatura təmirçisi işləmişdir - 0 il 2 ay 9 gün, xx.xx.1982 - xx.xx.1983-ci illər hərbi xidmət - 0 il 10 ay 26 gün, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək “Xəzərdənizneftqaz” Birliyinin Serebrovski adına Neft-Qazçıxarma İdarəsinin 4 saylı sexində 4-cü dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işləmişdir. xx.xx.1985-ci ildə 5-ci dərəcə verilmişdir - 1 il 11 ay 19 gün, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək Serebrovski adına Neft-Qazçıxarma İdarəsinin 4 saylı sexində Nəzarət-ölçü cihazları və avtomatika üzrə usta vəzifəsində işləmişdır - 1 il 2 ay 0 gün, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Serebrovski adına NQÇİ-nin Nəzarət- ölçü cihazları və avtomatika vasitələrinin əsaslı təmiri sexində Nəzarət-ölçü cihazları və avtomatikanın xidməti və təmiri üzrə böyük usta vəzifəsində işləmişdir - 1 il 5 ay 19 gün, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək həmin sexdə aparıcı mühəndis vəzifəsində işləmişdir - 4 il 1 ay 11 gün, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneftqaz” İB-nin xx.xx.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ “Qum adası" NQÇİ adlandırılımışdır. xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək “Qum adası” NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması sexində aparıcı mühəndis vəzifəsində işləmişdir - 2 il 7 ay 13 gün, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək həmin sexdə 11-ci dərəcəli usta vəzifəsində işləmişdir - 0 il 6 ay 24 gün, xx.xx.1995-ci ildə “Qum adası” NQÇİ-də İstehsalat proseslərinin avtomatlaşdırılması sexində mədəndə Nəzarət-ölçü cihazları və avtomatlaşdırma ilə məşğul olan 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. (xx.xx.1995 xx.xx.2006) - 10 il 3 ay 25 gün. xx.xx.2008-ci ildə həmin sexin 1 saylı briqadasında 2 saylı (1 saylı NQÇS, QKS, LTSS-ə xidmət edən) birqadasına Nəzarət-ölçü cihazları və avtomatika üzrə 6-cı dərəcəli çilingər keçirilmişdir. xx.xx.2010-cu ildə “Bahar Enerji” şirkəti ilə müqavilə bağlanması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində Əməliyyat departamentinin İstehsalat proseslərinin avtomatlaşdırılması sexində Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək Əməliyyat departamentinin Proseslərinin avtomatlaşdırılması və Nəzarət-ölçü cihazları xidmətində kompressor stansiyaları və qazın təmizlənməsi, hazırlanması və nəqli üzrə operator işləmişdir. xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək Əməliyyat departamentinin Proseslərinin avtomatlaşdırılması və Nəzarət-ölçü cihazları xidmətində çilingər işləmişdir. xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək Əməliyyat departamentinin hasilat şöbəsinin proseslərin avtomatlaşdırılması sahəsinə çilingər keçirilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Əməliyyat departamentinin hasilat şöbəsinin X1 Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər işləmişdir. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin xx.xx.2021 -ci il tarixli, 369 saylı əmrinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi “Xəzərdənizneftqaz” Birliyinin Serebrovski adına Neft-Qazçıxarma İdarəsinin 4 saylı sexində 4-cü dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində (1 il 11 ay 19 gün) işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixə kimi “Qum adası” NQÇİ-də İstehsalat proseslərinin avtomatlaşdırılması sexində mədəndə 5-ci dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində (10 il 3 ay 25 gün) işləmişdir. Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işlədiyi müddətdə əmək haqqına əlavə 8 % zərərli iş əmsalı ödənilmişdir. Eyni zamanda, zərərli işə görə əlavə olaraq 6 gün zərərlilik məzuniyyəti verilmişdir. İşlədiyi Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi xüsusi zərərli iş şəraitində olduğu üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin Siyahısına uyğundur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu xx.xx.2015-ci il tarixdə qazanmış və buna görə də ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Nəzarət ölçü cihazları və avtomatlaşdırma ilə məşğul olan çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsində nəzərdə tutulmuş “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər” bəndinə uyğundur. Beləliklə, 2006-cı il tarixə kimi 28 il 7 ay 11 gün ümumi stajı və 12 il 3 ay 15 gün zərərli iş sahəsində xüsusi stajı var. Ona görə də onun həmin dövrdə qüvvədə olan pensiya qanunvericiliyinə görə 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ var. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Axırıncı iş yeri olan "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən birinci dəfə ona güzəştli arayışı verilmişdir. Lakin həmin arayışda onun güzəşli şərtlərlə pensiya hüququnun yaranması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edilmişdir. Dəfələrlə 52 yaşdan 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin həmin orqan tərəfindən ərizə təmin edilməmiş və imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılır ki, təqdim edilən arxiv arayışında qeyd edilən vəzifələrin 1 nömrəli siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə hər hansı bir məlumat göstərilməmişdir. Dəfələrlə işlədiyi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə müraciət edərək mövcud pensiya qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə cavab verən güzəştli arayışın verilməsini xahiş etmişdir. Lakin iş yeri həmin arayışın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın ərizəni təmin etməməsi əsassızdır və onun hüquqları pozulmuşdur. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan iki element vardır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: 1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün tələb olunan 20 il ümumi və 10 il xüsusi stajı olduğu üçün ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Lakin cavabdeh inzibati orqan tərəfindən konstitusion hüquqları pozulmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ məhdudlaşdırılmışdır. Ona görə də 52 yaşının tamam olan vaxtdan pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1357/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi “nəzarət ölçü cihazları və avtomatika üzrə 4-cü dərəcəli çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərəli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər” peşəsinə uyğundur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməyərək “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı hesab edir ki, 20 il ümumi, 10 il güzəştli iş stajı toplamışdır. Buna görə də ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Filial **********4 saylı, xx.xx.2021-ci il tarixli məktubla müraciətin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajını təsdiq edən iş yerindən arayış inzibati orqana təqdim edilməyib. İddiaçıya görə, onun çalışdığı peşə NK-nın 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda (nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər) nəzərdə tutulmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənədlərdə, xüsusilə də iş yerindən aldığı arayışlarda məlum siyahıdakı hər hansı konkret koda/peşəyə istinad yoxdur, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları bu sənədlərin dairəsini müəyyənləşdirir. Şəxs müvafiq müraciətinə/ərizəsinə Qaydalarda nəzərdə tutulmuş sənədləri əlavə etməlidir: şəxsiyyətini təsdiq edən sənədin surəti; ümumi iş stajını təsdiq edən sənədlər; ƏPQ-nin 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Baş ofis Mərkəzi Arxiv tərəfindən iddiaçıya ünvanlanmış SOCAR **********80020123X00074 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1986-cı ildə (əmr № 731/k, xx.xx.1986-cı il) Serebrovski adına NQÇİ-nin Nəzarət ölçü cihazları və avtomatika vasitələrinin əsaslı təmiri sexinə nəzarət ölçü cihazları və avtomatikanın xidməti və təmiri üzrə böyük usta vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə (əmr № 746/k, xx.xx.1987-ci il) böyük usta vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci ildə (əmr № 318/k, xx.xx.1988-ci il) aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneftqaz” İB-nin xx.xx.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ “Qum adası” NQÇİ adlandırılmışdır. xx.xx.1992-ci ildə (əmr № 450/k, xx.xx.1992-ci il) İstehsalat proseslərinin avtomatlaşdırılması sexinə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə (əmr № 420/k, xx.xx.1994-cü il) 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci ildə (əmr № 45/k, xx.xx.1995-ci il) 11-ci dərəcəli usta vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci ildə (əmr № 289/k, xx.xx.1995-ci il) mədəndə NÖC və avtomatlaşdırma ilə məşğul olan 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1999-cu ildə (əmr № 206/ş, xx.xx.1999-cu il) 1 saylı briqadaya NÖC və avtomatlaşdırma üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 246/k, xx.xx.2008-ci il) həmin sexin 1 saylı briqadasından 2 saylı (1 saylı NQÇS, QKS.LTSS-ə xidmət edən) briqadasına NÖC və A üzrə 6-cı dərəcəli çilingər keçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 1285/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Göstərilənləri nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğundur. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 369 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı ilə Nümayəndəlik arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi Hüquq və İnsan Resursları departamenti tərəfindən təqdim edilmiş arayışa əsasən 1963cü ildə anadan olmuş İddiaçı ona görə ki, o həqiqətən "xxxx" şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən (Əmr 01. xx.xx.2010) xx.xx.2014-cü il tarixinə kimi İstehsal proseslərinin avtomatlaşdırılması sexində NÖC və A üzrə çilingər, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi Əməliyyat departamentinin PA və NÖC xidmətində kompressor stansiyaları və qazın təmizlənməsi, hazırlanması və nəqli üzrə operator, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi Əməliyyat departamentinin PA və NÖC xidmətində çilingər və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin X1 çilingər və xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi Əməliyyat departamentinin hasilat şöbəsinin X1 nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işləyir. İddiaçı tam iş günü ərzində bu peşədə dəniz şəraitində işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş 10.2 bəndinin "a" yarımbəndinə əsasən onun güzəştli iş stajı xx.xx.2021-ci il tarixə kimi 11 il 00 ay 20 gün təşkil edir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan, güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğun hesab edir. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışa əsasən 1963-cü ildə anadan olmuş İddiaçı həqiqətən "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi İstehsal proseslərinin avtomatlaşdırılması sexində NÖC və A üzrə çilingər, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi Əməliyyat departamentinin PA və NÖC xidmətində kompressor stansiyaları və qazın təmizlənməsi, hazırlanması və nəqli üzrə operator, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi Əməliyyat departamentinin PA və NÖC xidmətində çilingər və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin X1 çilingər və xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi Əməliyyat departamentinin hasilat şöbəsinin X1 nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işləyir. İddiaçı tam iş günü ərzində bu peşədə dəniz şəraitində işlədiyi üçün Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən onun güzəştli iş stajı xx.xx.2021-ci il tarixə kimi 10 il 9 ay 27 gün təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğundur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu bəndinin 10.2-ci yarımbəndində mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1.5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilən 15 avqust 1982-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1995-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi çilingər peşəsi qeyd olunan sahəyə aid edilmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixdə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Təqdim edilən sənədlərdən göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən və güzəştli iş stajı 10 ildən az təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 30 mart 2021-ci il tarixdə daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) - mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1.5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər; - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar; - quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri; - mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 15 avqust 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin ona dair 19 mart 2021-ci il tarixli SOCAR**********80020123X00074 nömrəli arxiv arayışında xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Serebrovski adına” NQÇİ-nin nəzarət ölçü cihazları və avtomatika vasitələrinin əsaslı təmiri sexində nəzarət ölçü cihazları və avtomatikanın xidməti və təmiri üzrə böyük usta, istehsalat proseslərinin avtomatlaşdırılması sexində aparıcı mühəndis və usta, mədəndə NÖC və avtomatlaşdırılma ilə məşğul olan çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi "X4 Company Limited" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində Əməliyyat Departamentinin X1 Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işləmişdir və 8% zərərli iş əmsalı və 6 gün zərərlilik məzuniyyəti ödənilmişdir. xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. H3 seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli hərbi biletdən görünür ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. DT-İ seriyalı 771447 saylı xx.xx.1982-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1978ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olmuş və 1982-ci ildə Radiorabitə və radioyayım ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona radiotexnik ixtisası verilmişdir. İddiaçı dair İT seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, ZLMİİ daxil olanadək əmək stajı olmamışdır. Bakı Rabitə Elektrotexnikumda 1978-ci ildən 1982-ci ilədək təhsil almışdır. (Zaqafqaziya Layihə-Montaj İşləri İdarəsi). xx.xx.1982ci il tarixdə 488/k saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən 4-cü dərəcəli radioapparaturanın tənzimçisi kimi qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdə 684/k saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən Sovet Ordusu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə 176 saylı əmrə əsasən Zaqafqaziya Layihə-Montaj İşləri İdarəsi Zaqafqaziya Montaj-Texnoloji İdarəsi “Xəzri” kimi adlandırılmışdır. (Avtomatlaşdırma vasitələrinin və sistemlərinin təmiri və sazlanması üzrə idarəsi APT “Kaspmomeftqazprom”). xx.xx.1983-cü il tarixdə 84/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən 4 saylı sexə 4-cü dərəcəli çilingər kimi qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə 6/k saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən Çilingərə 5-ci dərəcə təyin edilmişdir. xx.xx.1985-ci il tarixdə 92/k saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən 4 saylı sexə usta vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə 75/k saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən 82 saylı, xx.xx.1986 il tarixli APT “Kaspmorneftqazprom” əmrinə əsasən təşkilat strukturunun dəyişdirilməsi ilə əlaqədar olaraq Serebrovski adına NQÇİ keçirilmişdir. 83/k saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən 9 saylı qeyd ləğv edilmişdir. xx.xx.1986-cı il tarixdə 127/k saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən APT “Kaspmomeftqazprom” təşkilat strukturu dəyişdirilməsi və 82 saylı xx.xx.1986 il tarixli və 450 saylı xx.xx.1986 il tarixli əmrlərə əsasən Serebrovski adma NQÇİ keçirilmişdir. (Serebrovski adına Neft-Qaz Çıxarma İdarəsi). xx.xx.1986-cı il tarixdə 731/k saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən APT “Kaspmomeftqazprom”-dan avtomatlaşdırma vasitələrinin əsaslı təmiri sexinə və avtomatlaşdırma vasitələrinin əsaslı təmiri üzrə baş usta kimi qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdə 746/k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən həmin sexdən NQÇİ-nə keçirilməsi və əmək ödənişinin yeni şərtləri ilə bağlı yeni ixtisas kateqoriyası - baş usta təyin edilmişdir. xx.xx.1988-ci il tarixdə 318/k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən həmin sexə aparıcı mühəndis kimi keçirilmişdir. xx.xx.1989-cu il tarixdə 163 saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən 28 fevral 1789 il il tarixli APT “Kaspmomeftqazprom” təsdiq edilmiş struktur vahidi və idarəetmənin yeni təşkilat strukturunun tətbiqi haqqında əsasnaməyə uyğun olaraq avtomatlaşdırma vasitələrinin əsaslı təmiri sexi istehsalatın avtomatlaşdırılması kimi adlandırılmışdır. xx.xx.1991-ci il tarixdə 194 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 106 saylı xx.xx.1991 il tarixli və 106 saylı xx.xx.1991 il tarixli APT “Kaspmomeftqazprom” qərarı və 110 saylı xx.xx.1991 il tarixli qərarına əsasən Serebrovski adına Neft-Qaz Çıxarma İdarəsi X5 İdarəsi “Qum adası” adlandırılmışdır. xx.xx.1992-ci il tarixdə 450/k saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən İstehsalat proseslərinin avtomatlaşdırılması sexinə aparıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1995-ci il tarixdə 45/k saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən həmin sexdə 11-ci dərəcəli usta vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci il tarixdə 289/k saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən həmin sexdə mədəndə NÖÇ və avtomatlaşdırma ilə məşğul olan 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixdə 206/m saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən həmin sexdə 6-cı dərəcə təyin edilmişdir. xx.xx.2008-ci il tarixdə 246/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən İPAS-nin 25-li briqadasının 6-cı dərəcəli NÖC və A üzrə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə 1285/k saylı xx.xx.2010-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" Şirkəti ilə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2010-cu il tarixdə 01 saylı xx.xx.2010-cu il tarixli əmrə əsasən “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi İstehsalat proseslərinin avtomatlaşdırılması sexində NÖC və A üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə 01/076 saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən Əməliyyat departamentinin proseslərin avtomatlaşdırılması və qazın təmizlənməsi və hazırlanması və nəqli üzrə operator peşəsinə keçirilmişdir (PA və NÖC xidmətinin kompressor stansiyaları və QTHN). xx.xx.2015-ci il tarixdə 539 saylı xx.xx.2015ci il tarixli əmrə əsasən həmin departamentin proseslərin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmətinə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə 236 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən həmin departamentin hasilat şöbəsinin proseslərin avtomatlaşdırılması sahəsinə çilingər peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq SOCAR**********30020123X00108 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilə kimi “Qum adası” Neft və Qazçıxarma İdarəsində çalışmamış, qeyd olunan illər üzrə “Xəzərdənizneftqazsənaye” X3 Avtomatlaşdırma Sistemləri və Vasitələrinin Təmiri və Sazlanması İdarəsində (sonrakı adı: "Şelfnefqazavtomatika” Mərkəzi) çalışmışdır. Həmin idarənin arxiv sənədləri Mərkəzi Arxivdə saxlanılmadığından, tələb olunan illər üzrə vətəndaşın işləyib-işləməməsi barədə məlumatın təqdim edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Prezidentinin “Yanacaq energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2001-ci il tarixli 651 saylı Sərəncamı ilə ARDNŞ-nin xx.xx.2001-ci il tarixli 154 nömrəli əmrinə əsasən Dənizdə Neft və X2 Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, Əbilov küçəsində yerləşən “Şelfnefqazavtomatika” mərkəzi DƏN-in xx.xx.2001-ci il tarixli 249 saylı Sərəncamı ilə "xxxx" ASC-yə çevrilmiş, Dənizdə Neft və X2 tabeçiliyindən çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq SOCAR**********30490075X00408 saylı xx.xx.2022ci il tarixli məktubla bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 19 mart 2021ci il tarixli SOCAR**********80020123X00074 nömrəli arxiv arayışındakı qeydlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Qum adası Neft və Qazçıxarma idarəsinin (əvvəlki Serebrovski adına NQÇİ) Nəzarət ölçü cihazları və avtomatika vasitələrinin əsaslı təmiri sexində xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək nəzarət ölçü cihazları və avtomatikanın xidməti və təmiri uzrə böyük usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək böyük usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü ıl tarixədək aparıcı mühəndis, xx.xx.1994-cü il tarixdən 13.02 1995-cı il tarixədək mühəndis, xx.xx.1995-cı il tarixdən xx.xx.1995-ci il tarixədək usta, xx.xx.1995-cı il tarixdən xx.xx.1999-cu il tarixədək NÖC və avtomatlaşdırma ilə məşğul olan çilingər, 01 09.1999-cu il tarixdən xx.xx.2010-cu il tarixədək nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində (vəzifəsində) işləmişdir. “Qum adası” NQÇİ-nin xx.xx.2010-ci il tarixdən ləğv edilməsi ilə əlaqədar olaraq NQÇİ-nin sənədləri qorunub-saxlanması üçün SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinə təhvil verilmişdir. Lakin, Qum adası NQÇİ-nin iş yerlərinin attestasiyasının nəticələrinə aid olan sənədlər Mərkəzi arxivə təhvil verilməmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan “Qum adası” NQÇİ-nin işçilərinin əmək haqqı cədvəllərinə əsasən İddiaçı nəzarət ölçü cihazları və avtomatika vasitələrinin əsaslı təmiri sexində nəzarət-ölçü cihazları və avtomatika uzrə çilingər peşəsində işlədiyi müddətdə onun tarif (vəzifə) maaşına ağır və zərərli əmək şəraitinə görə 1,08 artım əmsalı tətbiq edilmişdir. Yəni, İddiaçıın tarif (vəzifə) maaşına “xüsusilə ağır və xüsusilə zərərli əmək şəraiti”nə görə deyil, “ağır və zərərli əmək şəraıti”nə görə artım əmsalı tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 №-li qərarı ilə təsdiq edilmiş iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikasının 7-ci bəndinə əsasən əmək şəraitinə görə tarif (vəzifə) maaşına 1.04, 1.08 və 1.12 artım əmsalı tətbiq edilən iş yerləri “ağır və zərərli əmək şəraiti" olan iş yerləri, əmək şəraitinə görə tarif (vəzifə) maaşına 1.16, 1.20 və 1.24 artım əmsalı tətbiq edilən iş yerləri isə “xüsusilə ağır və xüsusilə zərərli əmək şəraiti" olan ış yerlərinə aid edilir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi qeyd edilən peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı»nın 10-cu (X) «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində və 23-cü (XXİİİ) «Ümumi peşələr» bölməsində nəzərdə tutulmuş peşələrlə (vəzifələrlə) eynilik təşkil etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və gös kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər üçün yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 06 ayını ili əmək şəraiti xüsusilə zərərli və ağır olan olmalıdır); xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçının ümumi əmək stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixə ümumi əmək stajl ən azı 20 ildir. İddiaçının güzəştli stajı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının iş yerindən verilən arayışa əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq SOCAR**********30490075X00408 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 19 mart 2021-ci il tarixli SOCAR**********80020123X00074 nömrəli arxiv arayışındakı qeydlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Qum adası Neft və Qazçıxarma idarəsinin (əvvəlki Serebrovski adına NQÇİ) Nəzarət ölçü cihazları və avtomatika vasitələrinin əsaslı təmiri sexində xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək nəzarət ölçü cihazları və avtomatikanın xidməti və təmiri uzrə böyük usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək böyük usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü ıl tarixədək aparıcı mühəndis, xx.xx.1994-cü il tarixdən 13.02 1995-cı il tarixədək mühəndis, xx.xx.1995-cı il tarixdən xx.xx.1995-ci il tarixədək usta, xx.xx.1995-cı il tarixdən xx.xx.1999cu il tarixədək NÖC və avtomatlaşdırma ilə məşğul olan çilingər, 01 09.1999-cu il tarixdən xx.xx.2010-cu il tarixədək nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində (vəzifəsində) işləmişdir. “Qum adası” NQÇİ-nin xx.xx.2010-ci il tarixdən ləğv edilməsi ilə əlaqədar olaraq NQÇİ-nin sənədləri qorunub-saxlanması üçün SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinə təhvil verilmişdir. Lakin, Qum adası NQÇİ-nin iş yerlərinin attestasiyasının nəticələrinə aid olan sənədlər Mərkəzi arxivə təhvil verilməmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan “Qum adası” NQÇİ-nin işçilərinin əmək haqqı cədvəllərinə əsasən İddiaçı nəzarət ölçü cihazları və avtomatika vasitələrinin əsaslı təmiri sexində nəzarət-ölçü cihazları və avtomatika uzrə çilingər peşəsində işlədiyi müddətdə onun tarif (vəzifə) maaşına ağır və zərərli əmək şəraitinə görə 1,08 artım əmsalı tətbiq edilmişdir. Yəni, İddiaçıın tarif (vəzifə) maaşına “xüsusilə ağır və xüsusilə zərərli əmək şəraiti”nə görə deyil, “ağır və zərərli əmək şəraıti”nə görə artım əmsalı tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 №-li qərarı ilə təsdiq edilmiş iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikasının 7ci bəndinə əsasən əmək şəraitinə görə tarif (vəzifə) maaşına 1.04, 1.08 və 1.12 artım əmsalı tətbiq edilən iş yerləri “ağır və zərərli əmək şəraiti" olan iş yerləri, əmək şəraitinə görə tarif (vəzifə) maaşına 1.16, 1.20 və 1.24 artım əmsalı tətbiq edilən iş yerləri isə “xüsusilə ağır və xüsusilə zərərli əmək şəraiti" olan ış yerlərinə aid edilir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi qeyd edilən peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı»nın 10-cu (X) «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində və 23-cü (XXİİİ) «Ümumi peşələr» bölməsində nəzərdə tutulmuş peşələrlə (vəzifələrlə) eynilik təşkil etmir. Odur ki, iddiaçının 1 nömrəli siyahı üzrə (əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə güzəştli-10il) və 2 nömrəli siyahı üzrə (əmək şəraiti zərərli və ağır olan işlərdə isə xx.xx.2006-cı ilədək ümumi 25 il) stajı mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar