Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1732/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə Niyazlı Gülay Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2, 3-cü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X5 üçüncü şəxs olduğu) sərəncamın etibarsız hesab edilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (X5 üçüncü şəxs olduğu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbini dəyişərək, Cavabdeh 23.12.2013-cü il tarixli 816 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin 15.12.2008-ci il tarixli 1427 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30.04.2009-cu il tarixli, 22/MQ-287 saylı və Xüsusi Mühaifə Xidmətinin 03.04.2009-cu il tarixli, 43/401 saylı razılıq məktublarını nəzərə alaraq Əzizbəyov rayonu, Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində Əzizbəyov rayon Polis İdarəsinin Dövlət X15 yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün 0,4 ha torpaq sahəsinin daimi istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 184 nömrəli 20.05.2009-cu il tarixli sərəncam qəbul edilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Daha sonra İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək qeyd olunan sərəncamla ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə 0,2 ha torpaq sahəsinin cərimə meydançasına genişləndirilməsi məqsədi ilə ona icarəyə verilməsini və orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Xəzər RİHB-nin 175 nömrəli 19.03.2015-ci il tarixli sərəncamı ilə 0,4 ha torpaq sahəsindən əlavə 0,2 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsi, həmçinin orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Xəzər RİH-nin Rayon Təsərrüfat Şöbəsi və Qala qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Sərəncama uyğun olaraq İddiaçı ilə Xəzər RİH arasında həmin torpaq sahəsinin 99 illik müddətinə icarəyə verilməsi ilə bağlı 19.03.2015-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Hazırda həmin ərazi iddiaçı tərəfindən təyinatına uyğun istifadə olunmaqdadır. Sonradan məlum olmuşdur ki, Xəzər RİHB-nın 816 nömrəli 23.12.2013-cü il tarixli sərəncamı ilə X6 Qala qəsəbəsi, Xəzər rayon DYPİ-nin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir. F.Həsənov iddia ərizəsi ilə cavabdeh Xəzər RİH-ə qarşı məhkəməyə müraciət edərək, İddiaçı verilmiş sərəncamı mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı təyin olunmuş ekspertiza ilə qeyd olunan sərəncamlarla verilmiş torpaq sahələrinin qismən üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahisə predmeti olan sərəncamdan görünür ki, F.Həsənova hər hansı torpaq sahəsi ayrılmamış, ona yalnız mövcud tikilinin rekonstruksiyasına icazə verilmişdir. Lakin həmin sərəncamda tikilinin mövcud olması qeyd edilsə də, belə bir tikili ümumiyyətlə mövcud deyildir. Bu əsasdan F.Həsənov tərəfindən sərəncam üzrə hər hansı bir rekonstruksiya işləri aparıla bilməzdi. F.Həsənov yalnız ərazinin elektrik və su təchizatının təminatı üçün “xxxx” ASC və “xxxx” ASC-dən texniki şərt almışdır. Beləliklə, F.Həsənova heç bir torpaq sahəsi və ya tikili ayrılmamışdır. F.Həsənovun atası Sabir Həsənov bir müddət Xəzər RPİ-nin DYPŞ-nin rəis müavini vəzifəsində işləmişdir və həmin sərəncamı da həmin dövrdə oğlu F.Həsənovun adına rəsmiləşdirməyə nail olmuşdur. Qeyd olunan sərəncam faktiki hallara əsasən qəbul edilməmişdir və bu əsasdan həmin inzibati akt etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə üçüncü şəxs F.Həsənovun 30.10.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş müddətin tətbiq edilməsi barədə ərizəsində bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-1(82)-799/2019 saylı işə baxılarkən İddiaçı vəkillə təmsil olunmuşdur. F.Həsənov İPM-in 38.1-ci maddəsinə istinad edib, hazırkı iddianın iddia müddəti ötürülməklə verildiyini hesab edərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Cаvаbdеh Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş 05.03.2021-ci il tarixli EQ- 76 nömrəli məktubda iş üzrə məhkəmə araşdırmasının nətcəsindən asılı olaraq qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclаsındа iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi X1 Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə daxil olmuş 05.03.2021-ci il tarixli EQ-76 nömrəli məktuba uyğun olaraq iş üzrə məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs F.Həsənovun nümayəndəsi X8 və nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu, Cavabdeh 816 nömrəli 23.12.2013-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş hər hansı əsasın olmadığını qeyd edib, məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında görünür ki: Bakı Şəhər İcra Hakimiyyətinin 20.05.2009-cu il tarixli 184 nömrəli sərəncamı ilə Əzizbəyov rayonu, Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində Əzizbəyov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün 0,4 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamı ilə X6 Qala qəsəbəsi, Xəzər Rayonu DYP İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamı ilə Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində RPİ-nin DYP Şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə cərimə meydançasının genişləndirilməsi məqsədilə meydançanın istifadəsində 0,2 ha torpaq sahəsi İddiaçı icarəyə verilmiş və orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında Xəzər RİH ilə İddiaçı arasında 19.03.2015-ci il tarixli icarə müqaviləsi bağlanmış, icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı təsdiqlənmişdir. X2 Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı üçüncü şəxs olduğu iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan işə baxılması ilə əlaqədar təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 avqust 2019-cu il tarixli 8645 nömrəli ekspert rəyində bildirilmişdir ki, Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 saylı sərəncamı ilə rekonstruksiya olunaraq avtotəmir məntəqəsi kimi X5 istifadəsinə icazə verilmiş obyektin yerləşdiyi torpaq sahəsinin (32,8 x 49,2) metr hissəsinin 19 mart 2015-ci il tarixli 175 saylı sərəncamla İddiaçı orada müvafiq tikililərin aparılması üçün icarəyə verilmiş 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşür. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.12.2019-cu il tarixli 2-1(82)-799/2019 saylı qərarı ilə Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının “iddiaçı X5 istifadəsində olan 1.613,76 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayətinə baxılması ilə əlaqədar iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən, inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində inzibati aktların etibarsız sayılması əsasları göstərilmişdir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4-cü maddəsinə əsasən maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6-cı maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt. Cavabdeh 23.12.2013-cü il tarixli 816 nömrəli sərəncamı məhkəmə tərəfindən tədqiq edilərkən, inzibati aktların etibarsız sayılmasının əsaslarından hər hansı birinə uyğunluğun olması aşkar olunmadı. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, etibarsızlığı tələb olunan sərəncam iddiaçının maraqlarına toxunsa da, onun etibarsızlığı üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində, nə də digər qanunvericilik aktlarında əsas olmadığından, iddia rədd edilməlidir. Məhkəmə 3-cü şəxsin iddia müddətinin ötürülməsinə dair arqumentinə münasibət bildirərək qeyd edir ki, 3-cü şəxsin iddia müddətinin tətbiqinə dair ərizəsi verildikdən sonra iddiaçı sərəncamın ləğv edilməsi tələbini dəyişdirərək, sərəncamın etibarlılığını mübahisələndirildiyindən və İnzibati Prosessual Məcəllədə inzibati aktın etibarsızlığına dair iddia növü üzrə iddia müddətinin ötürülməsi ilə bağlı müddətin tətbiqinə dair müddəa olmadığından, hazırkı tələbə münasibətdə iddia müddəti tətbiq edilə bilməz. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı 23.12.2013-cü il tarixli 816 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1732/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1732/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver