Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1733/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs “xxxx” ASC işə cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı onunla “xxxx” ASC-nin Kürdəmir filialı arasında bağlanmış 23.09.2014-cü il tarilxi, KRFS-1076 nömrəli baş kredit müqaviləsi ilə müəyyən edilərək, 8 ay müddətində manatın ABŞ dolları qarşısında qiymətdən düşməsi ilə əlaqədar artıq ödədiyi məbləğin Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması barədə, həmçinin tərəfindən ödənilən 10 manat dövlət rüsumunun və məhkəmə sənədlərinin hazırlanmasına xərc etdiyi 50 manat, cəmi 60 manat məbləğin “xxxx” ASC-dən tutularaq ona ödənilməsi öhdəliyinin “xxxx” ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona “xxxx” ASC ilə aralarında bağlanmış 23.09.2014-cü il tarixli, KRFS-1076 saylı kredit müqaviləsi üzrə kompensasiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, KRFS-10796 nömrəli, 23.09.2014-cü il tarixli mikro-kredit müqaviləsi üzrə sentyabr 2014-cü ildə “xxxx”ın Kürdəmir Filialından 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürdüyü krediti dollarla ödəmək şərti ilə iyul 2015-ci ildə başa çatdırmışdır. Ödəmə müddətində 8 ay manatın dollar qarşısında qiymətdən düşməsi ilə həyata keçirilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı ilə dolların qalxması nəticəsində 8 aylıq artıq ödədiyi məbləğ ona qaytarılmalı idi. Lakin, keçən müddətdə “Rabiəbank”ın Kürdəmir Filialına və onun Mərkəzi Ofisinə müraciətlər etməsinə baxmayaraq artıq ödədiyi pulu hesablanıb ona verilməsi təmin edilməmişdir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətləri də, nəticəsiz qalmışdır. Hər iki aparatın ona cavabı ondan ibarət olmuşdur ki, məhkəməyə müraciət etsin. Qeyd olunanları nəzərə alaraq, artıq ödədiyi pulun ona geri qaytarılmasının səbəbi göstərilməklə, ona rəsmi cavab verilməsini “xxxx” ASC-nin Müşahidə Şurasından xahiş etmişdir. Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət X3 tabeliyinə verilməsindən sonra Mərkəzi Bankın rəhbərliyinə yaranmış problemin aradan qaldırılmasına ona yardımçı olması barədə tərəfindən rəsmi müraciət olunmuşdur. Bundan sonra Mərkəzi Bankın baş direktoru tərəfindən imzalanmış 29.03.2020-ci il tarixli cavab məktubu almışdır. Cavab məktubu araşdırılmadan və əsaslandırılmadan hazırlanmış və müqavilənin həqiqiliyinə məhkəmə ekspertizası tərəfinədn qərar verilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxx” ASC ilə bağlanmış 23.09.2014-cü il tarixli, KRFS-10796 saylı kredidt müqaviləsi ilə bağlı hər-hansı məlumatlar daxil edilmədiyindən vətəndaşın adı Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Hazırda “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də, 23.09.2014-cü il tarixində kredit müqaviləsi bağlanılmış və 27.07.2015-ci il tarixdə öhdəlik borclu tərəfindən tam şəkildə icra edilmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci devalvasiya gününə (21.02.2015-ci il tarixə) iddiaçının həmin müqavilə üzrə 1389.66 ABŞ dolları ödənilməmiş əsas kredit borcu qalmışdır. Beləliklə, X2 ilə “xxxx” ASC arasında bağlanmış 23.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 1389.66 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu, nəzərə alınarsa, Fərmanın 1.1-ci bəndinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona həmin müqavilə üzrə cəmi 347.41 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 23.09.2014-cü il tarixli, KRFS-10796 nömrəli mikro-kredit müqaviləsindən görünür ki, İddiaçı ilə ““xxxx” ASC arasında bağlanmış sözügedən kredit müqaviləsinə əsasən illik 26 % dərəcəsi ilə 12 (on iki) ay müddətinə İddiaçı 2000 (iki min ABŞ dolları) USD məbləğində kredit verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 29 mart 2020-ci il tarixli, 26-054955-2020 nömrəli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğlərii və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsi Mərkəzi “Kredit Reyestri Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının “xxxx” ASC-dən götürdüyü kredit məbləği işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında kredit müqaviləsi mövcuddur. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının 23.09.2014-cü il tarixli, KRFS-10796 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən dollar krediti götürməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmçinin İddiaçı götürdüyü kredit məbləği Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində X1 adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına əlavə edilməsi və ona “xxxx” ASC ilə aralarında bağlanmış 23.09.2014-cü il tarixli, KRFS-10796 nömrəli kredit müqaviləsi üzrə 347.41 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1733/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1733/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver