Məhkəmə qərarları › İş №2-1(112)-1735/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1735/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1735/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (mütəxəssis vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab edərək, ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdə adına açılmış MT-İ № ******* nömrəli əmək kitabçası əsasında xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamaqla xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti barədə qeydlər öz əksini tapmışdır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçasına əsasən 27 ildən yuxarı ümumi iş stajı var. Hal-hazırda 65 yaşı var. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququm yarandığı üçün sənədlərini “ASAN” Xidmət vasitəsilə ƏƏSMN-nin nəzdində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərmişdir. Cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli **********3 №-li məktubla ərizəsinə aşağıdakı şəkildə əsassız cavab vermişdir: Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər işləmiş olduğu ‘‘Azərnəqliyyatyol Tikinti” ATSC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün, həmin dövrlərin sosial sığorta stajını araşdırmaq imkan xaricindədir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyini mümkün hesab olunmur”. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə görə, hər kəsin qanuna əsasən sosial təminat hüququ vardır. Sosial təminat hüququnun bir hissəsi kimi, əmək pensiyası hüququnun yaranması əsasları yuxarıda adı çəkilən qanunun 7- ci maddəsində açıq şəkildə ifadə olunur. 65 yaşma çatmış kişilər azı 25 il sığorta stajına və fərdi hesabın sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı toplanıldıqda, yaşa görə əmək pensiyası hüququna malik olurlar. Əsas sənəd olan əmək kitabçasında 25 ildən çox ümumi iş stajı olmasına baxmayaraq, cavabdeh tərəf heç bir qanuni əsas olmadan ona əmək pensiyası təyin etməkdən yuxarıda göstərilən əsassız səbəbdən imtina etmişdir. Hesab edir ki, bu onun konstitusion hüququnun pozulmasıdır. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2020-ci il tarixində Asan Xidmət vasitəsilə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli qədər sosial sığorta stajına malik olmaması və xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində xx.xx.1977-ci il tarixdən xx.xx.2002-cı il tarixədək müxtəlif müəssisələrdə çalışdığı göstərilmişdir. Belə ki, əmək kitabçası araşdırılarkən müəyyən edilmişdir ki, onun xx.xx.1993-ci il tarixində işə qəbul olunduğu “Azəryolnəqliyyat tikinti” ATSC 1998-ci il tarixdə Azərbaycan Respublikasımın Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 nömrəli sərəncamına əsasən Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçının xx.xx.1998-xx.xx.2002-ci ilə qədər işləmiş olduğu “Azəryolnəqliyyat tikinti” ATSC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajını araşdırmaq imkan xaricindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 29 yanvar 2021-ci il tarixli 4/119 nömrəli məktubuna əsasən “Azərnəqliyyatyoltikinti" ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Bas idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 yanvar 2021-ci il tarixli, **********61100 nömrəli məktubunda göstərilir ki, idarədə olan reyestrə əsasən “Azərnəqliyyatyoltikinti’' X6 Cəmiyyəti ( VÖEN: **********) xx.xx.2000-ci il tarixdə D-1366 nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, yenidən təşkili və ləğvinə dair kommersiya hüquqi şəxslərin dövlət reyestrində məlumat aşkar edilməmişdir. Beləliklə iddiaçının müəssisə qeydiyyata alındığından 7 il əvvəl həmin müəssisədə başlaması ilə bağlı Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən göndərilən arayış əmək kitabçasının mötəbərliyinə şübhə yaradır. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1. Pensiya kapitalının mövcudluğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəxsə yaşa görə pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X4 (PAS) əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. X5 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin sosial sığorta stajı kifayət etsə belə yetərli pensiya kapitalı yoxdur. 2. Məcburi dövlət sosial sığorta haqqı iddiaçının Fonda müraciəti zamanı, habelə onun məcburi dövlət sosial sığorta haqqlarını ödəyib-ödəməməsi yoxlanılmışdır. Belə ki, X4 (PAS) əsasən iddiaçı tərəfindən məcburi dövlət sosial siğorta haqları ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunamn hüquqları, sığortaolunamn məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sıqortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sıqortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin bas verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli, 598 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı, xx.xx.1978-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə “Azərnəqliyyatyol Tikinti” trestinin avtomobil bazasına sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdən 2-ci dərəcəli sürücü vəzifəsinə keçirilmiş, SSRİ MTS xx.xx.1988-ci il tarixli əmrinə əsasən xx.xx.1988-ci ildən etibarən “Azərnəqliyyatyol Tikinti” trestinin avtomobil bazasının adı “Azərnəqliyyatyol Tikinti” PPSO avtomobil bazası olaraq dəyişdirilmişdir. xx.xx.1990-cı il tarixdən tutuduğu vəzifədən azad edilmişdir. xx.xx.1990-cı il tarixdən Ağdam NTK “Mikropribor” birliyinə 2-ci dərəcəli çilingər, xx.xx.1992-ci ildən avtonəqliyyat sahəsinə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixdən "xxxx" Dövlət Şirkətinin avtomobil bazasına 3-cü kateqoriyası sürücü qəbul edilmiş, xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət şirkəti "xxxx" X6 Cəmiyyətinə çevrilmişdir. xx.xx.2002ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş 06 avqust 2020-ci il tarixli, **********3 saylı pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubdan görünür ki, iddiaçının pensiya təyin edilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər işləmiş olduğu “Azərnəqliyyatyol Tikinti” ATSCnin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajını araşdırmaq imkan xaricindədir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyini mümkün hesab olunmur. Yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq rayon şöbəsinə müraciət etməyi tövsiyə olunur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və iddiaçının əmək kitabçasında qeyd edilmiş bütün dövrlər sosial sığorta stajına hesablanmaqla, pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Hazırki halda iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək "xxxx" X6 Cəmiyyətində (16 iyul 1998ci il tarixədək "xxxx" Dövlət şirkəti adlandırılmışdır) xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək sürücü vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına hesablanması ilə bağlı mübahisə yaranmışdır. Belə ki, cavabdeh iddiaçının işləmiş olduğu həmin dövrün faktiki və arxiv sənədlərinin saxlanıldığı məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının imkan xaricində olmasını göstərmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin dövrün sosial sığorta stajına hesablanmasından imtina edilməsi barədə cavabdehin mövqeyi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X4 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı, xx.xx.1978-ci il tarixli əmək kitabçası əsasında onun xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək "xxxx" X6 Cəmiyyətində sürücü vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Cavabdeh həmçinin öz etirazında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Bas idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 yanvar 2021-ci il tarixli, **********61100 nömrəli məktubunda idarədə olan reyestrə əsasən “Azərnəqliyyatyoltikinti’' X6 Cəmiyyəti (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə D-1366 nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, yenidən təşkili və ləğvinə dair kommersiya hüquqi şəxslərin dövlət reyestrində məlumat aşkar edilmədiyinin göstərildiyini, beləliklə iddiaçının müəssisə qeydiyyata alındığından 7 il əvvəl həmin müəssisədə başlaması ilə bağlı Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən göndərilən arayış əmək kitabçasının mötəbərliyinə şübhə yarandığını göstərmişdir. Bununla bağlı məhkəmə tərəfindən cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə araşdırma aparılmış və məhkəmə araşdırması dövründə iddiaçının “Azərnəqliyyatyol Tikinti” ATSC-də işləyib-işləməməsi, işlədiyi təqdirdə buna dair sənədlərin (əmrlər, əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin) təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialından tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, 5/1519 saylı məktubdan görünür ki, “Azərnəqliyyatyol Tikinti” ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə araşdırması dövründə “Azərnəqliyyatyol Tikinti” ATSC-nin fəaliyyətinin olub-olmaması, eləcə də hazırda fəaliyyətinin olub-olmaması, olduğu təqdirdə hüquqi ünvanı barədə məlumat, fəaliyyətinin olmadığı təqdirdə isə hansı tarixdən fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi, yenidən təşkil edildiyi halda hüquqi varisi barədə məlumat sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş 24 fevral 2021-ci il tarixli, **********448500 saylı məktubdan görünür ki, "xxxx" X6 Cəmiyyətinin (VÖEN **********) fəaliyyəti barədə məlumatın verilməsinə dair müraciətinə Bakı şəhəri X2 üzrə Baş idarəsində baxılmışdır. xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən "xxxx" X6 Cəmiyyətinin (VÖEN **********) xx.xx.1997-ci il tarixdən vergi uçotunda olması, fəaliyyətinin xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və 01.01 2020-ci il tarixdən 01.01 2025-ci il tarixədək dayandırılması, hüquqi ünvanının “AZ1025, Bakı şəhəri Xətai rayonu, Nobel Pr. ev.4” olması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məhkəmə araşdırması dövründə "xxxx" X6 Cəmiyyətinin hansı tarixdən fəaliyyətinin qeydiyyatdan keçməsi, hansı illərdə fəaliyyət göstərməsi barədə məlumat sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli, **********966700 saylı məktubdan görünür ki, İdarədə olan reyestrə əsasən "xxxx" X6 Cəmiyyəti xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyət göstərməsi barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində olan reyestrə əsasən "xxxx" X6 Cəmiyyəti xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınsa da, lakin xx.xx.1997-ci il tarixdən ********** saylı VÖEN nömrəsi ilə vergi uçotuna alınmışdır. Bu da həmin müəssisənin həmin tarixdə fəaliyyətdə olması qənaətinə gəlmək üçün əsas hesab edilir. Həmçinin xx.xx.1998-ci il tarixədək "xxxx" X6 Cəmiyyəti "xxxx" Dövlət şirkəti kimi fəaliyyətdə olmuş və Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət şirkəti "xxxx" X6 Cəmiyyətinə çevrilmişdir. Belə olan halda göstərilən dövlər üzrə iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin iyul ayının 1-dən 2020-ci ilin iyul ayının 1-dək kişilərin yaş həddi 64 yaş 6 ay olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, pensiya yaşı (64 yaşı 6 ay) xx.xx.2020-ci ildə tamam olmuşdur. İddiaçının xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər “Azərnəqliyyatyol Tikinti” ATSCdə sürücü vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı 25 ildən artıq müddəti təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum 25 il sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin İddiaçı “Azərnəqliyyatyol Tikinti” ATSC-də sürücü vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaş 6 ayı tam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “Azərnəqliyyatyol Tikinti” ATSC-də sürücü vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaş 6 ayı tam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar