Məhkəmə qərarları › İş №2-1(112)-1736/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1736/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1736/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Babazadə Qurban Nəcəf oğlunun (Abşeron rayonunda qeydiyyatdadır, mühəndis işləmir),cavabdehin nümayəndəsi Əzizov Raqil Nizami oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisas hüquqşünas, məhkəmə və inzibati işlər bölməsinin rəisi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Babazadə Qurban Nəcəf oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının adının qanuni təmsilçi qismində hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması barədə” iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Babazadə Qurban Nəcəf oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adının "xxxx" Fərdi Şirkətinin qanuni təmsilçisi kimi hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci ildə təsisçisi olduğu "xxxx" Fərdi Şirkətini X1. Həmin müqaviləyə əsasən müqavilə imzalandığı tarixdən şirkət üzrə ona məxsus olan bütün səlahiyyət və öhdəliklər, əmlak üzərində sərəncam vermək hüquqları X2. Müqaviləni rəsmiləşdirmək və qeydiyyatdan keçirmək xərcləri X4 həvalə olunmuşdur. Yusif Musayev qeydiyyat orqanına müraciət edərək təsisçi olaraq şirkətdə baş verən dəyişiklikləri qeydiyyatdan keçirməli idi. Lakun buna baxmayaraq cavabdeh baş verən dəyişiklikləri qeydiyyatdan keçirməmişdir. Vergi borcu ilə əlaqədar iddiaçı iki dəfə Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılmışdır. Orada o, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsini təqdim edərək bildirmişdir ki, "xxxx" Fərdi Şirkətinin rəhbəri deyildir və həmin vaxtdan şirkətlə heç bir əlaqəsi olmamışdır. Bununla əlaqədar X4 qarşı Nərimanov rayon məhkəməsində iddia qaldırmışdır. Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddiası təmin olunmuş və İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən X3 "xxxx" Fərdi Şirkətinin yeni təsisçisi kimi dövlət qeydiyyatına alınması, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra 40 gün ərzində "xxxx" Fərdi Şirkətinin təsis sənədlərində dəyişikliklərin edilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentininin X5 Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilməsi qət edilmişdir. 2007-ci ildə təsisçisi olduğu şirkəti rəsmi qaydada satdıqdan sonra onun "xxxx" Fərdi Şirkətində heç bir fəaliyyəti olmamış, direktor olmaq barədə ərizə yazmamış, onunla heç bir əmək müqaviləsi bağlanmamış, barəsində təsisçinin onun direktor təyin edilməyi barədə qərarı olmamışdır. Lakin bununla belə vergi orqanından ona bildirilmişdir ki, o hazırda "xxxx" Fərdi Şirkətinin direktorudur. Hətta Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X9 Departamenti Abşeron rayon məhkəməsində onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında iddia qaldırmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Abşeron rayon məhkəməsnin xx.xx.2017-ci il tarixli qətnaməsindən o, Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Məhkəmədən sonra o Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi X6 İdarəsinə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Fərdi Şirkətinin direktoru kimi dövlət reyestrindən çıxarılması barədə ərizə ilə müraciət etmiş, lakin həmin İdarənin xx.xx.2019-cu il tarixli məktubu ilə müraciətinin təmin ediməsindən imtina olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyin qeydiyyata alınması müvafiq qanunvericiliyə əsasən həyata keçirilir. Baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. İddiaçının ərizəsində qeyd olunan xx.xx.2007-ci il tarixli müəssisədəki təsis payının alqı-satqı müqaviləsinə əsasən şirkətin yeni təsisçisi kimi müqavilədə adı göstərilən şəxsə elə həmin tarixdə reyestrə daxil edilmiş və reyestr məlumatında müvafiq dəyişikliklər edilmişdir. Həmçinin Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ilə "xxxx" Fərdi Şirkətinin təsis sənədlərində dəyişikliklər edilməsi öhdəliyi cavabdeh X3 üzərinə qoyulmuşdur. Qanunvericiliyin tələbinə əsasən rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və rəhbərliyin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi X6 İdarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Q.Babazədə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi R.Əzizov iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Fərdi Şirkətinin təsisçisi kimi Musayev Yusif Süleyman oğlu, qanuni təmsilçi kimi isə Babazadə Qurban Nəcəf oğlu göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının "xxxx" Fərdi Şirkətinin direktoru kimi adının dövlət reyestrindən çıxarılması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən xx.xx.2007-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən şirkətin yeni təsisçisi kimi müqavilədə adı göstərilən şəxs qeydiyyata alınmış və şirkətin reyestr məlumatlarında yeni təsisçi ilə bağlı müvafiq dəyişikliklər edilmişdir. Müraciətdə qeyd edilən Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ilə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 idarəsinin üzərinə tələbin icrası vəzifəsi qoyulmamışdır. xx.xx.2007-ci il tarixdə "xxxx" Fərdi Şirkətinin təsisçisi Babazadə Qurban Nəcəf oğlu ilə Musayev Yusif Süleyman oğlu arasında bağlanmış, notariat qaydasında təsdiq edilmiş “Müqavilədəki payın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı, "xxxx" Fərdi Şirkətinin nizamnamə kapitalında ona məxsus olan 100% payı Musayev Yusif Süleyman oğluna satmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddiaçı Babazadə Qurban Nəcəf oğlu ilə cavabdeh Musayev Yusif Süleyman oğlu arasında bağlanmış 23 yanvar 2007-ci il tarixli müəssisədəki payın alqısatqı müqaviləsinə əsasən Musayev Yusif Süleyman oğlunun "xxxx" Fərdi Şirkətinin yeni təsisçisi kimi dövlət qeydiyyatına alınması, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra 40 gün ərzində "xxxx" Fərdi Şirkətinin təsis sənədlərində dəyişikliklərin edilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin X5 dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi həmin şirkətin yeni təsisçisi Musayev Yusif Süleyman oğluna həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3508/2019 nömrəli qətnaməsinə əsasən müəyyən olundu ki, Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" Fərdi Şirkətinin rəhbəri Babazadə Qurban Nəcəf oğlunun şirkətin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3508/2019 nömrəli qətnaməsi ilə Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir, həmin işə baxan zaman Sumqayıt Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı artıq "xxxx" Fərdi Şirkətinin qanuni təmsilçisi deyildir və onun şirkətdə hər hansı vəzifə tutmasına dair vergi orqanı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən "xxxx" Fərdi Şirkətinin nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən şirkətin təsisçisi kimi Musayev Yusif Süleyman oğlu göstərilmişdir, “Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışa əsasən həmin müəssisənin əvvəlki təsisçisi iddiaçı, hazırki təsisçisi isə Musayev Yusif Süleyman oğlu göstərilmişdir, dəyişikliyin tarixi xx.xx.2007-ci il qeyd edilmişdir, Musayev Yusif Süleyman oğlunun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəsinə əsasən qeyd edilən şəxs "xxxx" Fərdi Şirkətinin nizamnamə kapitalında 100% payı xx.xx.2007-ci ildə təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən əldə edərək Şirkətə təsisçilik hüququ əldə etdiyini bildirmiş və cəmiyyətin təsisçisinin dəyişməsi ilə əlaqədar onun yenidən reyestrdə qeydiyyata alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı "xxxx" Fərdi Şirkətinin təsisçisi olmuşdur, xx.xx.2007-ci ildə notariat qaydasında təsdiq edilməklə bağlanmış “Müqavilədəki payın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı, "xxxx" Fərdi Şirkətinin nizamnamə kapitalında ona məxsus olan 100% payı Musayev Yusif Süleyman oğluna satmışdır.Alqı-satqı müqaviləsi bağlandıqdan sonra sonuncu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək "xxxx" Fərdi Şirkətinin nizamnamə kapitalında 100% payı xx.xx.2007-ci ildə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini və Şirkətə təsisçilik hüququ əldə etdiyini bildirmiş və cəmiyyətin təsisçisinin dəyişməsi ilə əlaqədar onun yenidən reyestrdə qeydiyyata alınmasını xahiş etmişdir, hazırda hüquqi şəxslərin dövlət reyestrində "xxxx" Fərdi Şirkətinin təsisçisinin Musayev Yusif Süleyman oğlu kimi qeydiyyata alınmasına baxmayaraq qanuni təmsilçi kimi iddiaçı göstərilməkdə davam edir ki, bu da iddiaçının bəzi hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir, belə ki, vergi orqanının tələbi ilə 2017-ci ildə iddiaçının həmin müəssisənin qanuni təmsilçisi qismində ölkədən çıxışına məhdudiyyət qoyulmuş, iddiaçı yalnız məhkəmə qaydasında həmin məhdudiyyətin aradan qaldırılmasına nail olmuşdur.İddiaçı adının "xxxx" Fərdi Şirkətinin qanuni təmsilçisi kimi hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Hüquqi X6 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir, 5.3-cü maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilir:5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;...5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar;5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. Həmin Qanunun 5.4-cü bəndinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən ... təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); Həmin Qanunun 5.4.6-cı maddəsinin xx.xx.2018-ci il tarixə qədər qüvvədə olan redaksiyasında həmçinin ərizəyə əlavə edilən sənədlər sırasında qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surətinin əlavə edilməli olması göstərilirdi. İşin faktiki hallarına əsasən "xxxx" Fərdi Şirkəti hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınan zaman həmin şirkətin payının 100%-nin sahibi olmuşdur və bu səbəbdən də iddiaçı özü şirkətin hüquqi şəxs kimi qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən şirkətin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır, sonradan o, 2007-ci ildə həmin şirkətdə ona məxsus olan 100% payı Musayev Yusif Süleyman oğluna satmışdır.Alqı-saqı müqaviləsi bağlandıqdan sonra Musayev Yusif Süleyman oğlu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək "xxxx" Fərdi Şirkətinin nizamnamə kapitalında 100% payı xx.xx.2007-ci ildə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini və bununla da Şirkətə təsisçilik hüququ əldə etdiyini bildirmiş və şirkətin təsisçisinin dəyişməsi ilə əlaqədar şirkətin yenidən reyestrdə qeydiyyata alınmasını xahiş etmişdir, hazırda hüquqi şəxslərin dövlət reyestrində "xxxx" fərdi şirkətinin təsisçisinin Musayev Yusif Süleyman oğlu kimi qeydiyyata alınmasına baxmayaraq qanuni təmsilçi kimi iddiaçı göstərilməkdə davam etmişdir. “Hüquqi X6 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; Lakin iddiaçı tərəfindən "xxxx" Fərdi Şirkətindəki payı tam satıldıqdan və şirkətin təsisçiliyi Musayev Yusif Süleyman oğluna keçdikdən sonra iddiaçının həmin şirkəti təmsil etmək səlahiyyətlərinin olmasına dair sübutları – iddiaçının qanuni təmsilçi təyin edilməsi barədə əmri, bu barədə bağlanmış əmək müqaviləsi, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmış müqaviləni və s. sübutları cavabdeh təqdim etməmişdir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 3508/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı artıq "xxxx" Fərdi Şirkətinin qanuni təmsilçisi deyildir və o, şirkətdə hər hansı bir vəzifə tutmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiin82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən qeyd edilən normalarla onun üzərinə qoyulmuş vəzifələr icra edilməmiş, iddiaçı "xxxx" Fərdi Şirkətinin təsisçiliyindən çıxdıqdan sonra iddiaçının qanuni təmsilçi olması barədə sənədlərin təqdim edilməməsinə baxmayaraq iddiaçının adının qanuni təmsilçi qismində hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasını təmin etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı adının "xxxx" Fərdi Şirkətinin qanuni təmsilçisi kimi hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı adının "xxxx" Fərdi Şirkətinin qanuni təmsilçisi kimi hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar