Məhkəmə qərarları › İş №2-1(112)-1737/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1737/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1737/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialından verilmiş 17 iyun 2022-ci il tarixli **********7 nömrəli məktubunun ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə ona 100% miqdarında pensiya təyin edilməsi vəzifəsini qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2015-ci ilin dekabr ayında xidmətdən buraxılmadan Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla yaşa görə əmək pensiyası hüququ vardır) 25 il təqvim xidmət stajına görə 80% miqdarında pensiya təyin edilmiş və işləməkdə davam etdiyi üçün 2020-ci ilin dekabr ayınadək (işdən çıxanadək) təyin olunan məbləğin yarısı miqdarında pensiya ödənilmişdir. Halbuki həmin vaxt onun 40 ildən yuxarı güzəştli xidmət stajı var idi və barəsində Qanunun 9.5.1 -ci maddəsi (hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular) və 20.14.1-ci maddəsi (hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara is-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə-3 faizi) miqdarında əlavə olunmaqla) tələbləri tətbiq olunsaydı ona 100% pensiya hesablanmalı idi. Həmin vaxt onun xidməti işdən çıxmağı barədə əmr verilməmişdir. X3 Nazirliyində xidmət keçməyinə Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirinin 23 dekabr 2020ci il tarixli əmri ilə xitam verilmiş və yeni məlumat vərəqəsi tərtib olunaraq işələdiyi nazirlik tərəfindən məlumat vərəqəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. Məlumat vərəqəsinə əsasən xidmət müddəti 45 il 10 ay 12 gün (təqvimi xidmət illəri 40 il 5 ay 12 gün, güzəştli xidmət illəri 5 il 5 ay) hesablanmasına baxmayaraq barəsində əsassız olaraq qanunun 9.6-cı maddəsi tətbiq edilməklə ona 80% miqdarında pensiya təyin edilmişdir. Halbuki qanunun 9.6-cı maddəsində nəzərdə tutulan və sonuncu təminat xərcliyinə görə pensiyanın yenidən hesablanmadığı barədə məhdudiyyət həmin maddənin tələblərinə görə xidmətdən buraxılmaqla pensiya təyin olunan və yenidən eyni vəzifəyə təyin edilməklə xidmətini davam etdirən şəxslərə aiddir. Yuxarıda qeyd etdiyi kimi ona 2015-ci ilin dekabr ayında xidmətdən buraxılmadan “Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.7.2-ci maddəsi ilə 25 il təqvim xidmət stajına görə 80 % miqdarında pensiya təyin edilmiş və işləməkdə davam etdiyi üçün 2020-ci ilin dekabr ayınadək (işdən çixanadək) təyin olunan məbləğin yarısı miqdarında pensiya ödənilmişdir. O, xüsusi rütbəli şəxs olduğundan və xidmət müddəti 45 il 10 ay 12 gün olduğu üçün Qanunun 9.7.2-ci maddəsi tətbiq edilməklə ona 100% miqdarında pensiya təyin edilməli oıduğu halda əsassız və qanunsuz olaraq Qanunun hərbi qulluqçulara tərbiq edilən 9.6-cı maddəsi tətbiq edilməklə 80 % miqdarında pensiya təyin edilmişdir. Ona 100% miqdarında pensiya təyin edilməsi barədə 08 iyun 2022-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialından verilmiş 17 iyun 2022-ci il tarixli **********7 nömrəli məktubu ilə onun tələbinə imtina edilmişdir. Hesab edir ki, inzibati orqan düzgün imtina etməmişdir. Bu barədə verilmiş imtina Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasi Konstitusiyasının normalarına uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda 12/12/xr-4572 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun əvvəlki redaksiyasının 9.6-cı maddəsinə əsasən Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin qanunun 20.1.20-ci maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyalarına əlavələr təyin edilir. Həmin qanunun 20.28-ci maddəsinə əsasən bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin qanunun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21 -ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Belə ki, İddiaçı 1 dekabr 2015-ci il tarixdə işləyən əmək pensiyaçısı kimi pensiya təyin edilmişdir. Hal-hazırda İddiaçı 24 dekabr 2020-ci il tarixdə xidmətdən təxris olunması ilə əlaqədar əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla təminat xərcliyinin 80 faizi məbləğində əmək pensiyası hesablanaraq ödənilir. İddiaçı ona xidmət illərin nəzərə alaraq orta aylıq əməkhaqqının 80 faiz yox, 100 faiz məbləğində əmək pensiyası təyin edilməsini, eyni zamanda əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmətini davam etdirməsi ona sonuncu təminat xərciiyi əsasında pensiya təyin edilməsini tələb etmək hüququ vermir və bu səbəbdən pensiyanın yenidən hesablanması qanunamüvafiq deyildir. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Flallar Naziliyinin xx.xx.2015-ci il tarixli 12/xx-xx/05512 nömrəli məktubundan da aydın olur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.7-2-ci maddəsinə uyğun olaraq xüsusi rütbəli şəxs kimi pensiya hüququ əldə etmişdir. Bu səbəbdən həmin qanunun 9.5.1-ci və 20.14.1-ci maddələrinə istinad edərək, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyasının hesablanması qanunamüvafiq deyildir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədaiətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı əmək pensiyasının sonuncu təminat xərcliyinə əsasən yenidən hesablanması, ona xidmət illərin nəzərə alaraq orta aylıq əməkhaqqının 100 faiz məbləğində əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə elektron informasiya sistemi vasitəsilə əldə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə göndərilmiş pensiya işinə dair sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna təqdim olunan xr80/15-567 nömrəli, xx.xx.2015-ci il tarixli məlumat vərəqinə əsasən xidmətdə olan İddiaçı Azərbaycan Respublikası fövqəladə hallar orqanlarında 25 ildən artıq xidmət etməsi ilə əlaqədar olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmiş şəxs kimi təqvim üzrə xidmət illəri 35 il 04 ay 13 gün, güzəştli xidmət illəri 05 il 05 ay, cəmi iş stajı 40 il 09 ay 13 gün olmaqla, xidmət illərinə görə əlavə haqq 50%, məharət dərəcəsinə görə əlavə haqq 35% təşkil edir. -Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 15/4022 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna təqdim olunan 12/12 xr80/4572 nömrəli, xx.xx.2021-ci il tarixli məlumat vərəqinə əsasən xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmış İddiaçı Əsasnamənin 33.1.11-ci maddəsinə uyğun olaraq (son yaş həddi) təqvim üzrə xidmət illəri 40 il 05 ay 12 gün, güzəştli xidmət illəri 05 il 05 ay, cəmi iş stajı 45 il 10 ay 12 gün olmaqla, xidmət illərinə görə əlavə haqq 50%, məharət dərəcəsinə görə əlavə haqq 35% təşkil edir. -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2021-ci il tarixli **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən təminat xərcliyi vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə 50%, ərzaq payı, məharət dərəcəsinə görə 35%, təminat xərcliyi 1251,45 manat, yenidən hesablanmış pensiya məbləği 1001,16 manat təşkil edir. -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının pensiya məbləğinin hesablanması haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən daxil olmuş müvafiq sənədlərə əsasən Mərkəzi Filial tərəfindən əmək pensiyanız 1 dekabr 2015-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28-ci maddəsinə uyğun olaraq hesablanmışdır. Həmin Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun olaraq işləyən əmək pensiyaçısı olduğunuza görə hesablanmış 685,60 manat pensiya məbləğinin 50 faizi-342,80 manat məbləğində sizə əmək pensiyası müəyyən edilmişdir. Xidmətdən tərxis olunmağınızla əlaqədar 24 dekabr 2020-ci il tarixindən əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla sizə “Əmək pensiyaları haqqında” Qanunun 20.28-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 80 faizi-1001,16 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilir. Həmin Qanunun 9.6-cı maddəsinin ikinci cümləsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən sizə dair Mərkəzi Filiala daxil olmuş 12/12/xr-4572 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyanızın yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-100,12 manat maddi yardım ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən daxil olmuş müvafiq sənədlərə əsasən Mərkəzi Filial tərəfindən əmək pensiyanız 1 dekabr 2015-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28-ci maddəsinə uyğun olaraq hesablanmışdır. Həmin Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun olaraq işləyən əmək pensiyaçısı olduğunuza görə hesablanmış 685,60 manat pensiya məbləğinin 50 faizi-342,80 manat məbləğində sizə əmək pensiyası müəyyən edilmişdir. Xidmətdən tərxis olunmağınızla əlaqədar 24 dekabr 2020-ci il tarixindən əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla sizə “Əmək pensiyaları haqqında” Qanunun 20.28-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 80 faizi-1001,16 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilir. Həmin Qanunun 9.6-cı maddəsinin ikinci cümləsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən sizə dair Mərkəzi Filiala daxil olmuş 12/12/xr-4572 nömrəli yeni məlumat vərəqəsi əsasında əmək pensiyanızın yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-100,12 manat maddi yardım ödənilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiyanın yenidən hesablanması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanun ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun: -9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. -37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.10-cu və 20.1.14-cü- 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 10 mart 2017-ci il tarixli Qanunla edilmiş dəyişiklikdən sonra qüvvəyə minmiş və hazırda da qüvvədə olan 20.28-ci maddəsinə əsasən bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: -20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; -20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Hazırkı iş üzrə pensiya işinin surətindən müəyyən olunur ki, 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən əmək pensiyaçısıdır Belə ki iddiaçı fövqəladə hallar nazirliyinin əməkaşı olaraq qurumun xx.xx.2015-ci il tarixli məlumat vərəqinə əsasən xx.xx.2015-ci il tarixdə xidmətdə olarkən 40 il 09 ay 13 gün xidmət illəri nəzərə alınmaqla xüsusi rütbəli şəxs üçün ƏPQ-nun 9.7-2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçıya işləyən əmək pensiyaçısı kimi təminat xərcliyinin 50%-i məbləğində pensiya ödənilmişdir. Daha sonra iddiaçı son yaş həddinə çatması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xidmətdən ehtiyata buraxılmış, bu zaman onun barəsində xx.xx.2021-ci il tarixli yeni məlumat vərəqi tərtib edilərək cavabdehə göndərilmiş, məlumat vərəqinə əsasən iddiaçının 45 il 10 ay 12 gün xidmət ilinə görə təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Bundan sonra iddiaçıya təminat xərcliyinin 80%-i nəzərə alınmaqla pensiya hesablanmış, hazırda da həmin məbləğdə pensiya ödənilir. Hazırkı iddiasında iddiaçı tərxis olunduğu vaxtdan əmək pensiyasının yenidən hesablanaraq ona təminat xərcliyinin 80 faizi yox, 9.7-2-ci maddəsinin tələbinə uyğun olaraq 100 faiz olmaqla yenidən hesablanmasını və ödənilməsini mübahisələndirir. İddianın əsasında duran işin mübahisələndirilən hallar aşağıdakılardır: -İddiaçıya ƏPQ-nun 9.5.1 və 20.14.1-ci maddəsi tətbiq olunsa idi ona 100 % pensiya hesablanmalı idi; -ƏPQ-nun 9.6-cı maddəsindəki məhdudiyyət xidmətdən buraxılmaqla pensiya təyin olunan və yenidən vəzifəyə təyin edilməklə xidmətini davam etdirən şəxslərə aiddir. İddiaçı isə 2015-ci ildə xidmətdən buraxılmadan pensiya təyin edilmiş, işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. Yeni məlumat vərəqinə əsasən ona ƏPQ-nun 9.7.2-ci maddəsinin tələbi əsasında 100 % həcmində pensiya təyin edilməlidir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının mövqeyi ilə razılaşmır. Yuxarıda da qeyd edildiyi kimi pensiya işindən, eləcə də iddiaçı barəsində 2015-ci ildə tərtib edilmiş məlumat vərəqindən də müəyyən olunur ki, iddiaçıya ƏPQ-nun 9.7-2-ci maddəsinin (həmin vaxt qüvvədə olan redaksiyasında) tələbinə müvafiq olaraq fövqəladə xidmət orqanında 25 il xidmət edən xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmişdir. Bu əsasdan iddiaçının hərbi qulluqçuların pensiya təyinatını tənzimləyən 9.5 və əlavələrlə bağlı 20.14.1-ci maddələrinin tələblərinə müvafiq olaraq pensiya faizinin hesablanmasını tələb etməkdə haqlı sayıla bilməz. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışanların pensiya təminatını tənzimləyən ƏPQ-nun 9.7-2 və 20.28-ci maddələri mövcuddur ki, iddiaçıya da məhz həmin normalar nəzərə alınmaqla pensiya hesablanmışdır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş redaksiyada ƏPQ-nun 9.7- 2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərin 25 il xidmət stajı olduqda əmək pensiyası hüququ yaranır. Eyni zamanda xidmətini davam edən işləyən əmək pensiyaçısı xidməti üzrə müvafiq əmək haqqı ilə yanaşı (rütbə maaşı, vəzifə maaşı, məharət dərəcəsinə görə əlavə, ərzaq payı, xidmət illərinə görə əlavə) həm də təminat xərcliyinin 50%-i həcmində pensiya ilə təmin olunur. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinə istinad edilməklə təminat xərcliyinin 100%-i məbləğində pensiyanın təyin edilməsi xidmətdən buraxılmış və xidmətini davam etdirməyən əmək pensiyaçılarına aiddir. ƏPQ-nun 9.6-cı maddəsinin ikinci cümləsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır və xidmətdən tərxis olunduqdan sonra əmək pensiyasında sonrakı artımlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.28-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin yuxarı həddi 80 faizi olmaqla əmək pensiyası hesablanaraq ödənilir. Belə ki, Qanunun 9.6-cı maddəsinə görə hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: -9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; -9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; -9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; -9.6.4. ali zabit heyətinə aid şəxslər. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki: “(....)“Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu hissəsinə də əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Dövlət Sosial Müdafiə Fonduna ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunverici həmin şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qeyd olunanlarla əlaqədar vurğulayır ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Qeyd edilən Qərarında Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.(....)” Hazıkı iş üzrə iddiaçıya ƏPQ-nun 9.7-2-ci maddəsinə əsasən 2015-ci ildə işləyən əmək pensiyaçısı kimi işlədiyi vəzifə üzrə müvafiq əmək haqqı ilə yanaşı, eyni zamanda təminat xərcliyinin 50%-i məbləğində pensiya ödənilmişdir. Xidmətdən buraxıldıqdan sonra ona ƏPQ-nun 20.28-ci maddəsinin tələbinə uyğun olaraq 15 ildən yuxarı xidmət keçmiş şəxs kimi 50%+ qalan hər il üçün orta aylıq əməkhaqqının 3 %-i miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının yuxarı həddi 80% olmaqla əmək pensiyasına əlavələr hesablanaraq ödənilir. Beləliklə, iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra xidmətini davam etdirən əmək pensiyaçısı olaraq pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasının hüquqi əsası yoxdur. İddiaçının pensiyasının xidmətdən tərxis olunduqdan sonra sonrakı artımlar nəzərə almaqla təminat xərcliyinin 80% həcmində hesablanaraq ödənilməsi qanunvericiliyin tələbinə uyğundur. Belə olan halda cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar