Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17390/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində sökülən mənzilə görə mənə dəymiş 170000 (yüz yetmiş min) manat maddi və 20000 manat mənəvi zərərin müştərək olmaqla cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2009-2010-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 73 kv.m olan müasir təmirli mənzili öz vəsaiti hesabına tikmiş, övladları ilə birlikdə həmin mənzildə yaşamışdır. Həmin mənzilə xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB tərəfindən qaz sayğacının və qaz xəttinin qoşulması təmin edilərək müvafiq müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Baktelekom-la müqavilə bağlayaraq həmin mənzilə telefon və internet xidməti qoşulmuşdur. İddiaçı 2013cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqavilə əsasında hər il üçün məişət tullantılarının daşınması üçün ödənişlər etmiş, 2012-ci il tarixdən “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti ilə bağladığı müqavilə əsasında mənzilə verilmiş abonent kodu ilə hər ay üçün elektrik enerjisindən istifadə etdiyi üçün ödənişlər etmişdir. 2013-cü il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı müqavilə əsasında mənziliə verilmiş abonent kodu ilə hər ay üçün sudan istifadə etdiyi üçün ödənişlər etmişdir. Həmin ünvanda yaşayan hər kəs 2009-2010-cu ildə torpaq alıb mənzil tikən zaman dövlətin müvafiq qurumları tərəfindən hansısa etiraz bildirilməmişdir. Dövlətin müvafiq qurumları tərəfindən həmin mənzilə mülkiyyət hüququ defakto tanınmış və rəsmi olaraq mülkiyyət hüququnun tanınması üçün gözləntilər vardır. 1 avqustdan başlamaqla sentyabra qədər cavabdehlər tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən öz vəsaiti hesabına tikdiyi 3 otaqdan ibarət ümumi sahəsi 73 kv.m olan müasir təmirli mənzil hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan qanunsuz olaraq vəhşicəsinə iddiaçının və ailə üzvlərinin gözü qarşısında sökülərək yerlə yeksan edilmiş və həmin vaxtdan iddiaçı mənəvi və fiziki stress keçirmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində sökülən mənzilimə görə dəymiş 170000 (yüz yetmiş min) manat maddi və 20000 manat mənəvi zərərin müştərək olmaqla tutularaq iddiaçıya verilməsinə zərurət var. Cavabdehlər iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirak təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırkı tələbi ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 73 kv.m olan yaşayış evinin sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə təmin edilməsi ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13 və 14-cü bəndinə əsasən:
13. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar.
14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, Plenum Qərarına əsasən təbii inhisar subyektlərinə qarşı deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddialara inzibati mühakimə icraatı qaydasında baxılması üçün onun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunması və ya bu fəaliyyətinin publik səlahiyyətin icrası qaydasında həyata keçirilməsi tələb olunur. Əgər həmin mübahisə mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisədirsə, həmin işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. İşin hazırkı halında iddiaçı tərəfindən onun sahibliyində olan yaşayış sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsi iddia olunsa da, QSC-nin bu fəaliyyətini publik səlahiyyətin icrası qaydasında həyata keçirməsi müəyyən edilmir. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-3748/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC cavabdeh İddiaçı və digərlərinə qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı yol sahəsinin xidməti ərazisində Nərimanov Böyükşor mənzili və Bakı sərnişin- Keşlə mənzili dəmir yolu xətlərinin kəsişmələri arasında yerləşən ərazidə İddiaçı, X1 və X2 tərəfindən dəmir yolunun təhkim zonasında ünvan 2 ünvanında inşa edilmiş qanunsuz tikili cavabdehlərin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmаsı, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" QSCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, “İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İnfrаstruktur dеpаrtаmеntinin 4 nömrəli Bаkı yоl sаhəsinin tехniki bölməsinin rəisi Еlşən Səmədоvun, İ məntəqənin yоl ustаsı Gülməmməd Cəbrаyılоvun tərtib еtdikləri xx.xx.2025-ci il tаriхli аktdаn görünür ki, Bаkı yоl sаhəsinin хidməti ərаzisində Nərimаnоv Böyükşоr mənzili və Bаkı sərnişin Kеşlə mənzilli dəmir yоl хətlərinin kəsişmələri аrаsındа yеrləşən ərаzidə İddiaçı аid tikiliyə bахış kеçirilmiş, məlum оlmuşdur ki, sözügеdən еv dəmir yоlunun mühаfizə zоlаğındа qаnunsuz inşа еdilmişdir. Hаl-hаzırdа еvin tаm şəkildə tikilib istifаdədə оlduğu müəyyən оlundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı və xx.xx.2024-cü il tаriхli 231 №li qərаrlаrının tələblərinə uyğun оlаrаq tərtib еdilmiş аktuаl qrаfik təsvirə əsаsən qеyd оlunаn ərаzi dəmir yоlunun mühаfizə zоnаsındа yеrləşir. ... Məhkəmə tərəfindən müəyyən еdilmişdir ki, sökülməsi iddiа еdilən еvin dəmir yоlunun mühаfizə zоlаğındа qаnunsuz inşа еdilməsinə dаir xx.xx.2025-ci il tаriхli аkt tərtib еdilsə də, xx.xx.2025-ci il tаriхə həmin еvin sökülməsi ilə bаğlı məhkəməyə iddiа qаldırıldıqа həmin еv fаktiki оlаrаq mövcud оlmаmışdır. Həmin hal xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən aparılan yerli müayinə zamanıda müəyyən edilmişdir. İddiаçı tərəf həmin еvin sökülməsini təsdiq еtsə də, kim tərəfindən sökülməsi bаrədə məlumаtlı оlmаmаsını, cаvаbdеh tərəf bunun iddiаçı tərəfində həyаtа kеçirilməsini bildirmişdir. Göründüyü kimi, işə bахılаrkən mübаhisə prеdmеti mövcud оlmаmışdır. Lаkin bunа bахmаyаrаq iddiаçı iddiа tələbinə hüquqi qiymət vеrilməsini, cаvаbdеh tərəf isə еvlərinin sökülməsinə bахmаyаrаq qаldırılmış iddiаnın əsаssız оlduğu üçün rədd еdilməsini xahiş etmişlər. Bununla da, hər iki tərəf iddiaya mahiyyəti üzrə baxaq qətnamə qəbul edilməsini istəmişlər.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı- dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Həmin Qaydanın 23-cü bəndinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariyamühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar. İstinad olunan qətnamədən və maddi hüquq normalarından müəyyən olunur ki, QSC iddiaçının sahibliyində olan tikilinin dəmir yоlunun mühаfizə zоlаğındа inşa edilməsinə istinad edərək, onun sökülməsini xahiş etmiş, bu zaman torpaqların geri alınması ilə bağlı ona hər hansı bir səlahiyyət verilməmiş, mülki dövriyyənin iştirakıçısı kimi fəaliyyətini təmin etmək məqsədilə balansında olan dəmir yolunun mühafizə zolağına məxsus torpaqlardan qanunsuz tikililərin kənarlaşdırılması, ona məxsus torpaqların boşaldılması məqsədini güdmüşdür. Belə olan halda aydındır ki, onunla iddiaçı arasında yaranmış tikilinin sökülməsi ilə kompensasiya ödənilməsi barədə hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranmadığından inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Digər cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə gəldikdə, iş materiallarında onun hazırkı tələbə cavab verməli orqan olması müəyyən edilmir. Belə ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən onun hüququnun pozulması ilə bağlı hər hansı hərəkət etməsinə dair sübut təqdim etməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-3748/2025 saylı qətnaməsinə əsasən N.Murradova mübahisəli tikilinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən söküldüyünü bildirmişdir. Həmçinin iddiaçının hazırkı tələbi ilə bağlı məhkəməyə qədər həmin inzibati orqana müraciət etməsi də müəyyən edilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı iddiaçıya izah edir ki, onun hazırkı tələblə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Qənbərova