Məhkəmə qərarları › İş №2-1(112)-1741/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1741/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1741/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məcburi köçkünlük vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəqə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdeh məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə iclası iddiaçının qanuni nümayəndəsi cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə üzrsüz səbəblərdən məhkəmə icraatından yayınmış və bu səbəbdən də iş üzrə yekun məhkəmə qərarının çıxarılması mümkün olmamışdır. Odur ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. İşdən göründüyü kimi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra ilk hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş və tərəflərə məhkəmə iclası barədə qanunauyğun formada məlumat verilmişdir. Lakin, iddiaçının qanuni nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün iclas xx.xx.2024-cü il tarixinə təxirə salınmışdır. İddiaçının qanuni nümayəndəsinə məhkəmə iclası barədə bildiriş və iclasda iştirak etməyəcəyi təqdirdə iddianın geri götürülmüş hesab edilməsi məsələsinə münasibət bildilicəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin sənədlər poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada alınmışdır. Lakin, iddiaçının qanuni nümayəndəsi həmin məhkəmə iclasında iştirak etməmiş və iclas xx.xx.2025-ci il tarixinı təxirə salınmışdır. Lakin, iddiaçının qanuni nümayəndəsi həmin məhkəmə iclası barədə məlumatlandırılsa da, iclasda iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Göründüyü kimi iddiaçının qanuni nümayəndəsi ardıcıl olaraq 30 gündən artıq məhkəmə iclaslarından yayınmış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən iddia geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” barədə iddiası geri götürülmüş hesab edilsin və bu əsasla iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar