Məhkəmə qərarları › İş №2-1(112)-1742/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1742/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1742/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçılar İddiaçı və X5 iştirakı ilə, iddiaçılar İddiaçı və X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsininHüquqi X13 İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" İctimai Birliyi, X14, X16 olmaqla) “müvafiq vəzifənin cavabdehlərin üzərinə qoyulması haqqında” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə YYƏN ETDİ: İddiaçılar İddiaçı və X11 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X13 İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" İctimai Birliyi, X14, X16 olmaqla) “müvafiq vəzifənin cavabdehlərin üzərinə qoyulması haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 "xxxx" 1 saylı Müəssisəsinin direktoru olması faktı barədə məlumatların etibarsız hesab edilərək, həmin məlumatların X18 reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını xahiş etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehin X18 reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarışının və 30 may 2017-ci il tarixli “rəhbər barədə” arayışının sürətlərindən iddiaçılara məlum olmuşdur ki, X6 "xxxx" 1 saylı Müəssisəsinin direktoru olması faktı kommersiya X18 reyestrinə daxil edilmişdir. Həmçinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2018-ci il tarixli məktubundan və Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmündən iddiaçılara məlum olmuşdur ki, X12 AR CM-nin 221.3-cü və 228.1 -ci maddələri ilə təqsirli bilinərək, beş il altı ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli xx.xx.2012-ci il, cəzasının sonu xx.xx.2017-ci il olmaqla, barəsində amnistiya tətbiq edildiyindən 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən xx.xx.2016-cı il tarixdə azad edilmişdir. Həbs edilənədək 1 saylı Müəssisəsinin direktoru vəzifəsində işləyən Ayaz Məmmədov cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra, özünü məhkəmə qətnaməsinə əsasən səlahiyyətsiz şəxs tərəfindən qanunsuz olaraq direktor vəzifəsindən azad edilmiş şəxs kimi təqdim edərək, 1 Müəssisəsinin direktoru qismində kommersiya X18 reyestrinə daxil edilməsinə nail olaraq, barəsində çıxarılmış Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmünü və azadlıqdan məhrum edilməsini cavabdehdən gizlədərək, cavabdehi aldatmışdır. İddiaçılar X6 1 saylı Müəssisəsinin direktoru olması faktının kommersiya X18 reyestrinə daxil edilməsinin qanunsuz və əsassız olduğunu hesab edərək, xx.xx.2019-cu il tarixli ərizəylə və xx.xx.2019-cu il tarixli arayışla cavabdehə müraciət edərək xahiş etmişlər ki, AR Qanunvericiliyinin, o cümlədən də Əmək Məcəlləsinin tələblərinə riayət edilməsini təmin etmək məqsədi ilə Ayaz Məmmədovun 1 saylı Müəssisəsinin direktoru olması faktının X18 reyestrindən çıxarılması təmin edilməlidir. Belə ki, azadlıqdan məhrum edildiyinə görə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən “işçi” hesab edilən X12 ilə “işəgötürən” "xxxx" İctimai Birliyi arasında olan əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayaraq xitam verilmiş hesab edilir. AR X8 keçmiş prezidentinə təqdim edilmiş rəsmi sənəddən iddiaçılara məlum olur ki, “Elektron hökümət” informasiya sistemində işəgötürən "xxxx" İctimai Birliyi tərəfindən daxil edilmiş məlumatlarda “işçi” Ayaz Məmmədovla bağlanmış əmək müqaviləsi bildirişi barədə məlumat mövcud deyil. Cavabdeh 07 fevral 2019-cu il tarixli cavab məktubu ilə 1 saylı Müəssisədə aparılmış dəyişikliklərin xronologiyası barədə məlumatı təqdim edərək, iddiaçıların ərizələrini təmin etməmişdir. Bununla bağlı iddiaçılar cavabdehin rəhbəri olan Vergilər Nazirliyinə müraciət edərək, X6 1 saylı Müəssisəsinin direktoru olması faktının X18 reyestrindən çıxarılması təmin edilməsini xahiş etmişlər. Vergilər Nazirliyi 06 mart 2019-cu il tarixli cavab məktubu ilə 1 saylı Müəssisədə aparılmış dəyişikliklərin xronologiyası barədə məlumatı təqdim edərək, bildirmişdir ki, “X6 "xxxx" 1 saylı Müəssisəsinin qanuni təmsilçi olması faktı dövlət reyesti məlumatlarına daxil edilməsi müvafiq məhkəmə qətnaməsinin icrasının hüquqi nəticəsi olmuşdur. “Azərbaycan Karlar Cəmiyyəti2 1 saylı Müəssisəsinin qanuni təmsilçisi olmuş X4 sonra qanuni təmsilçi kimi təyin edilən şəxslər barədə olan qərarlar ləğv edildiyindən sonuncunun 1 saylı Müəssisəsinin qanuni təmsilçisi olması faktı dövlət reyestr məlumatlarına daxil edilmişdir və pozulmuş hüquq və azadlıqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışlar ki, 1 saylı Müəssisə "xxxx" İB-nin X24 Rəyasət Heyyətinin 5/1 saylı, 21 iyun 1995-ci il tarixli qərarı ilə 29 sentyabr 1995-ci il tarixdə yaradılmışdır, müəssisənin Nizamnaməsinin 7-ci bəndinin tələbinə əsasən “müəssisəni Mərkəzi İdarə tərəfindən təyin olunmuş direktor idarə edir”. Ədliyyə Nazirliyi tərəfindən 31 may 2005-ci il tarixdə təsdiq edilmiş "xxxx" X2 6.16.11-ci bəndinin tələbinə əsasən Birliyin prezidenti “Təsərrüfat subyektlərinin və tədris-istehsalat müəssisələrinin rəhbərlərini əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi əsasında işə qəbul və işdən azad edir. Göründüyü kimi 1 saylı Müəssisənin direktorunu üçüncü şəxs "xxxx" İctimai Birliyinin prezidenti vəzifəyə təyin etməlidir, lakin Ayaz Məmmədov cəza çəkmə müəsisəsindən xx.xx.2016-cı il tarixdə azad edildikdən sonra, onun barəsində 1 saylı Müəssisənin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı üçüncü şəxs "xxxx" İctimai Birliyinin prezidenti tərəfindən heç bir əmr verilməmişdir. İddiaçı tələbini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42, 49, 74-cü maddələrinə istinad etməklə əsaslandırmışlar. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. 02 iyun 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib əlavə olaraq bildirmişlər ki, üçüncü şəxs "xxxx" İctimai Birliyinin 1 saylı Müəssisəsi ilə onların hüquqi baglılıgı aralarında baglanmış mülki müqavilələrdən irəli gəlir ki, müəssisə ilə gördüyü işlər nəticəsində onlara maddi ziyan dəymiş, ziyan tələbini irəli sürmək üçün X6 "xxxx" 1 saylı Müəssisəsinin direktoru olması faktı onlara süni maneələr yaradır, bu da onlara subyektiv hüquq verir ki, məsələni məhkəmə müstəvisində həll etsinlər. İzahatın sonunda işə mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan cavabdehin iddiaçılara ünvanladıgı 07 fevral 2019-cu il tarixli **********926100 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X13 üzrə Bakı Bölgə Şöbəsinin xx.xx.2005-ci il tarixli 01/G-916 nömrəli X3 Reyestrindən çıxarışında X9 Müəssisənin xx.xx.1993-cü il tarixli 25-L saylı Sərəncamla direktoru təyin olunması öz əksini tapmışdır. Həmçinin Azərbaycan Karlar Cəmiyyətinin ümumi yığıncağının 2 nömrəli xx.xx.2003-cü il tarixli iclas protokolunda Məmmədov Ayaz Həsənağa oğlu Müəssisənin qanuni təmsilçisi seçilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2011-ci il tarixli, 2-(103)- 87/2011 saylı qüvvəyə minmiş qətnaməsi ilə” Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin 12 yanvar 2010-cu il tarixdə keçirilmiş XVİ Qurultayının nəticələri etibarsız hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq X1 direktoru kimi əvvəlki vəzifəsinə bərpa edilmiş və dövlət reyestr məlumatlarına daxil edilmişdir. Beləliklə, Müəssisənin hazırkı direktoru (qanuni təmsilçisi) Məmmədov Ayaz Həsənağa oğlunun azad edilməsi və onun yerinə yeni direktorunun(qanuni təmsilçisinin) təyin edilməsi faktının dövlət qeydiyyatına alınması üçün kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında ərizəyə "xxxx" İB-nin səlahiyyətli orqanının direktorunun (qanuni təmsilçisinin) təyini barədə qərarının əsli və ya müvafiq qaydada təsdiq edilmiş surəti, rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməklə Hüquqi X13 idarəsinə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır....subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağıdakılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Məhkəmə qeyd edir ki, iddiaçılar hazırkı tələb üzrə müvafiq subyektiv hüquqa malik deyillər. Belə ki, iddiaçılar X6 "xxxx" 1 saylı Müəssisəsinin direktoru olması faktı barədə məlumatların etibarsız hesab edilərək, həmin məlumatların X18 reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Bununla baglı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X18 reyestrinin hüquqi əsaslarını “Hüquqi X13 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin “Hüquqi X13 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin hüquqi X13 ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2004-cü il 2 dekabr tarixli 149 nömrəli və “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli, 70 nömrəli qərarı ilə təsdiq edilmiş “X18 reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydalari” təşkil edir. Qaydaların 1.3.2. bəndinin tələblərinə müvafiq olaraq kommersiya hüquqi şəxslərinin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin və publik hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə həmin Nazirliyə bilavasitə tabe olan vergi orqanlarının, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin bu Qaydalara uyğun tərtib etdikləri reyestrlərin məlumatları əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib edilir. 3.1.- 3.1.7. bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 130.1-ci maddəsinə və “Hüquqi X13 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1.-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. İş materiallarına iddiaçılar tərəfindən işə əlavə edilmiş "xxxx" X24 Rəyasət Heyyətinin 29 iyun 1995-ci il tarixli iclasında qəbul olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29 sentyabr 1995-ci il tarixdə qeydə alınmış "xxxx"nin 1 saylı Müəssisəsinin Nizamnaməsinin 7-ci bəndinin və "xxxx" 29 iyun 1995-ci il tarixli XV növbədənkənar qurultayında qəbul olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 31 may 2005-ci il tarixdə qeydə alınmış "xxxx" X2 6.16-6.16.11-ci bəndlərinin tələbinə əsasən "xxxx"nin prezidenti Mərkəzi İdarə və Rəyasət Heyyətinin idarələrarası dövründə cəmiyyətə operativ rəhbərliyi və icraedici-sərəncamverici fəaliyyəti həyata keçirərək həmçinin təsərrüfat subyektlərinin və tədris-istehsalat müəssisələrinin rəhbərini (hazırki halda 1 saylı Müəssisəsinin ) əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi əsasında işə qəbul və işdən azad edir. Belə olan halda, iddiaçıların X6 "xxxx" 1 saylı Müəssisəsinin direktoru olması faktı barədə məlumatların etibarsız hesab edilərək, həmin məlumatların X18 reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi bu subyektiv hüquq iddiaçılara deyil, "xxxx"nin prezidentinə məxsusdur. “Hüquqi X13 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda məhkəmə iddiaçılara izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir (49.2, 49.3, 49.5 m). 49-1.3. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. 49-1.4. Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. 49-1.5. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) rəhbəri və ya üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər. Beləliklə də, qeyd olunan qanunvericilik normalarından irəli gələrək iddiaçıların işgüzar münasibətlər zəminində (yaxud mülki müqaviləyə, qanuna əsasən yaranmış münasibətlər nəticəsində) hüquqi şəxsin təmsil olunan hər hansı şəxsinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi, habelə mülki məhkəmə qaydasında dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icaatına cəlbetmə ilə əlaqədar məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar