Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1742/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 25 ildən artıq bir müddətdə pensiya stajı vardır. İşləmişdir. Əlil olduğu üçün İİ qrup əlilliyə görə pensiya alırdı. Artıq yaşı 68-in içindədir. O, yaşa görə pensiya almaq istədiyindən ərizə ilə müraciət etmişdir. Əmək kitabçasını bu idarəyə təqdim etmişdir. Ona rəsmi olaraq cavab göndərilmişdir ki, təqdim etdiyi xx.xx.1977-ci il tarixdə tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçasını HЗ № ******* nömrəli hərbi biletin və dövlət arxivinin xx.xx.2021-ci il tarixli 101 nömrəli arayışına əsasən onun xx.xx.2006-cı il tarixinə kimi sığorta stajı 21 il 9 ay olmuşdur. Nəzərdə tutulan 25 ildən az olduğu qənaətinə gəlinərək, o, yaşa görə pensiyaya çıxa bilmir. Halbuki, onun əmək kitabçası əlindədir. Bununla əlaqədar olaraq adiyyəti orqan hesablamanı düz aparmamışdır. Onun hərbi biletindəki əmək stajı və əmək kitabçasındakı əmək stajı aşağıdakı şəkildədir: xx.xx.1973-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.1975-ci il tarixindən hərbi xidmətdən təxris olmuşdur. Bundan başqa onun ИT-İ № ******* saylı əmək kitabçasının içində olan qeydləri, əmək stajı aşağıdakı kimidir: xx.xx.1975-ci ildə Yevlax Azərbaycan Kənd X2 ikinci dərəcəli traktorist vəzifəsinə daxil olmuşdur. xx.xx.1980-ci il tarixində Yevlax Rayonlararası Kənd Kimya Birliyinə keçirilmişdir. xx.xx.1980-ci il tarixindən X16 Birliyinə birinci dərəcəli traktorist təyin edilmişdir. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995-ci il tarixli 456 saylı və Azərkəndkimya PİEB-nin xx.xx.1995-ci il tarixli 82 saylı əmrinə əsasən birliyin strukturu ləğv edildiyi üçün 2 saylı əmrlə xx.xx.1996-cı il tarixdən etibarən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixli Yevlax rayon X14 Birliyinin strukturu xx.xx.1996-cı il tarixdən 510 saylı əmrlə təsdiq edildiyi üçün xx.xx.1996-cı il tarixdən etibarən birinci dərəcəli traktorçu təyin edilmişdir. xx.xx.1999-cu il tarixdən etibarən işdən azad edilmişdir. Yuxarıda qeyd etdiyi hallar onun əmək stajıdır. Bu barədə rəsmi qeydlər möhürlə təsdiqlənib. Hər iki əmək stajı yerindədir. Verilmiş məktubdan da görünür kı. inzibati orqan imtinanın səbəbi kimi əmək kitabçasındakı əmək stajının kitabçada olan qeydlərə münasibətdə mübahisələndirməyib. Məktubdan da görünür ki, əmək stajının hərbi bilet və əmək kitabçasına münasibətdə 21 il 9 ay olduğunu qeyd edir. İddiaçı yaşa görə pensiyaya çıxmalıdır. Sığorta stajı 25 ildən artıqdır. Bu səbəbdən də inzibati orqanın yuxarıda qeyd etdiyi səbəbdən də imtinası qanunsuzdur. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi və öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1030/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inibati iş baxılması üçün Bakı izniabti Məhkəməsinə göndərilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı öz iddia ərizəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Yevlax rayon X9 Birliyi və Kimya Birliyində işlədiyini, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğunu və sosial sığorta stajının 25 ildən artıq təşkil etdiyini bildirmişdir. 28 yanvar 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmiş, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan və 25 il sosial sığorta stajı tamam olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, xx.xx.1977-ci il tarixli ******* nömrəli əmək kitabçası, ******* nömrəli hərbi bileti və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və X11 rayon filialının xx.xx.2021-ci il tarixli 101 nömrəli arayışına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı 21 il 9 ay təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdiq edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Bundan başqa, işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının X11 filialına İddiaçı qeyd olunan müəssisələrdə əmək fəaliyyətini təsdiq edən sənədlərin (əməkhaqqı cədvəllərinin, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrlərinin) təsdiq olunmuş surətlərinin mümkün qədər qısa müddət ərzində təqdim edilməsinə dair sorğu göndərilmiş və həmin sorğuya xx.xx.2021-ci il tarixli, 47/10 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Yevlax rayon X9 Birliyi və Kimya Birliyinin əmr və əmək haqqı sənədləri X15 təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi İddiaçı əmək kitabçasında əks olunmuş 2702 saylı X6 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzrəinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı oğlu xx.xx.1953-cü il tarixdə doğulmuş, ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1973-cü il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Yevlax rayon Azərbaycan X7nda traktor briqadasına 2-ci dərəcəli traktorçu təyin edilmiş, xx.xx.1980-ci ildə 17 nömrəli əmrlə yenidən yaradılan Rayon X14 birliyinə keçirilmişdir. xx.xx.1980-ci ildə Yevlax rayon X1 1-ci dərəcəli traktorist təyin edilmiş, xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995-ci il tarixli 436 saylı və Azərkəndkimya RİEB-nin xx.xx.1995-ci il tarixli 82 nömrəli əmrinə əsasən birliyin strukturu ləğv edildiyi üçün xx.xx.1996-cı il tarixdən etibarən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdə Yevlax rayon X14 birliyinin strukturu xx.xx.1996-cı il tarixli 510 saylı əmri ilə təsdiq edildiyi üçün xx.xx.1996-cı il tarixdən etibarən 1-ci dərəcəli traktorçu qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2021-ci il tarixli, 05/10-xx-xx-2133 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin arxivində aparılan araşdırmaya əsasən müəyyən olunmuşdur ki, sorğuda adıçəkilən Birliyin sənədləri mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilsə də Birliyin regional bölmələrinin sənədləri Nazirliyin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən müraciətdə qeyd olunan məlumatların təqdim edilməsi imkan xaricindədir. Eyni zamanda bildirilir ki, Kənd Təsərrüfatı nazirinin 1997-ci il 17 may tarixli 4 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi ləğv edilmişdir. Ləğv edilmiş Birliyin tabeliyində olan müəssisə və obyektlər özəlləşdirmək məqsədilə Dövlət Əmlak Komitəsinin Sərəncamına verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 246 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş ünvan 2 ünvanında yerləşən Yevlax “Kəndkimya” Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 70 faizi özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Bu baxımdan, İddiaçı əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası X11 filialının xx.xx.2022-ci il tarixli, 08/10 nömrəli məktubunda bildirilmişdir ki, Yevlax rayon X9 və Kimya Birliyinin əmr və əmək haqqı sənədləri X12 mühafizəsinə verilmədiyindən İddiaçı iş stajını müəyyən etmək mümkün olmadı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********00 nömrəli İddiaçı əmək fəaliyyəti barədə məktubunda bildirilmişdir ki, işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı inzibati iş ilə əlaqədar X4 özəlləşdirilərək səhmdar cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) işçilərin siyahısında xx.xx.1953-cü il təvəllüdlü İddiaçı adının qeyd edilib-edilməməsi, vətəndaşın həmin müəssisədə əmək fəaliyyəti barədə (işlədiyi vəzifə, işə qəbul və işdən çıxma tarixi, iş stajı və s.) məlumatın təqdim edilməsi barədə müraciətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) işçilərin siyahısında İddiaçı barədə iş stajı 17 il, vəzifəsi traktorçu olmasına dair məlumat qeyd olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 9 fevral 1998-ci il tarixli 246 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Yevlax rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 70%-i özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Göstərilənləri və Yevlax rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin özəlləşdirmə planında (emissiya prospekti) işçilərin əmək stajı barədə tarixlərin qeyd olunmadığını nəzərə alaraq, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunması məqsədəuyğun hesab edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli, **********869000 nömrəli məktubunda bildirilmişdir ki, məlumat-uçot bazasına əsasən "xxxx" ASC-nin qeydiyyat məlumatları (qeydiyyata alınma tarixi, ünvanı, fəaliyyət vəziyyəti və s.) təqdim olunur. Həmin məktuba əlavə edilmiş məlumatdan görünür ki, “X8” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət növü xüsusi mülkiyyətdir. Əsas fəaliyyət növü kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyətidir. VÖEN: **********. VÖEN xx.xx.2016-cı il tarixində verilmişdir. Yevlax rayonunda qeydiyyatdadır. 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Fəaliyyəti dayandırılmışdır. Ünvan: AZ6600, Yevlax rayonu, Yevlax şəhəri, S.Vurğun, ev 3, Rəhbərin adı: X10. İş materiallarına əlavə edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki: - İddiaçı DSMF Yevlax şəhər şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. - Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktının surətinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixi göstərilmişdir. - Pensiya alt sistemindən çıxarışa əsasən İddiaçı sonuncu dəfə əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə ödənilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 17 saylı Regional ərazi filialına təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədə qocalıq yaşı tamam olduğuna görə pensiyanın yaşa görə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialından xx.xx.2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçanızın, H3 № ******* nömrəli hərbi biletinizin surətinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X11 rayon filialının xx.xx.2021-ci il tarixli 101 nömrəli arayışına əsasən xx.xx.2006-cı il tarixinə kimi sığorta stajınız 21 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən bildirilir ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz var. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının tələb olunan ümumi iş stajının 25 ildən az olmasına, eləcə də xx.xx.2006-cı il tarixdən fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci ildən başlayaraq kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1953-cü il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2016xx.xx.2021-ci ilədək 2-ci dərəcə əlil olmuş və onun seçiminə uyğun olaraq həmin dövr üzrə əliliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçıya növbəti müddət üçün əlillik dərəcəsi təyin edilməmiş və o, əlillik dərəcəsinin bitidiyi vaxtdan - xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi müddəti müraciət etdiyi tarixdən - xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, əmək kitabçasına əsasən xx.xx.1973-xx.xx.1975-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay 15 gün, əmək fəaliyyəti dövrü xx.xx.1975-xx.xx.1996-cı il tarixədək 20 il 01 ay 25 gün, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək 03 il 01 ay 25 gün olmaqla ümumilikdə 25 il 05 ay 05 gün təşkil edir. Cavabdeh imtinasında və iddiaya etirazında Yevlax X9 Birliyi və Kimya Birliyiinin əmr və əmək haqqı sənədlərinin dövlət arxvinə təhvil verilmədiyindən iddiaçının həmin müəssisədəki iş stajını qəbul etməmiş, iddiaçının ümumən 21 il 09 ay iş stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Hazırkı iş üzrə iddiaçıya aid xx.xx.1977-ci il tarixdə açılmış ИT-İ ******* nömrəli əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasındakı əmək fəaliyyəti qeydlərinin mötəbərlilyini şübhə altına alan hər hansı hal hazırkı icraat zamanı müəyyən olunmamışdır. Belə olan halda əmək kitabçası ilə təsdiq edilən əmək fəaliyyəti dövrünün əlavə olaraq arxiv arayışı ilə də təsdiq olunmasına zərurət yoxdur. Təqdim edilmiş əmək kitabçası qeydlərindən, eləcə də Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Vergi Xidmətindən məhkəmə sorğuları vasitəsilə əldə edilmiş yuxarıda sadalanan sübutlardan müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə Yevlax rayon X3muş, həmin müəssisədə iddiaçı xx.xx.1975-xx.xx.1980-ci illərdə çalışmışdır. Sonradan xx.xx.1980-ci ildə müəssisə yeni yaradılan Dövlət Aqrarsənaye Komitəsi rayon X14 birliyinə keçirilmiş, adıçəkilən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Yevlax “Kəndkimya” Birliyi Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 246 nömrəli sərəncamı ilə özəlləşdirilərək bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Özəlləşmə zamanı müsəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşmə planında (emissiya prospektində) müəssisənin işçilərinin siyahısı tərtib olunmuş və həmin siyahıda traktorçu vəzifəsində işləyən İddiaçı adı əmək kollektivinin üzvü kimi qeyd edilmiş, müəssisənin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildiyi xx.xx.1980-ci il tarixdən müəssisənin özəlləşdirməyə açıq elan edildiyi xx.xx.1998ci il tarixədək olan dövr nəzərə alındıqda həmin tarixdə İddiaçı müəssisədəki ümumi iş stajı 17 il olaraq emisssiya prospektində göstərilmişdir. Qeyd edilməlidir ki, müəssisənin özəlləşməsi xx.xx.1998-ci il tarixli, 246 nömrəli sərəncamı ilə başlamış, özəlləşmə prosesinin təşkili, eləcə də birliyin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar təhvil-təslim işlərinin aparılması ilə bağlı proseslərin ləngiməsinin nəticəsidir ki, iddiaçı Yevlax “Kəndkimya” Birliyində işləməkdə davam etmiş və onun işdən azad edilməsi barədə əmri xx.xx.1999-cu ildə verilmişdir. Başqa sözlə, iddiaçı məhz xx.xx.1999-cu ilədək həmin birlikdə çalışmışdır. Bunun əksini sübut edən hal müəyyən olunmamışdır. X4 bazasında yaradılmış "xxxx" ASC-nin məlum olan hüquqi ünvanlarına X5 iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatların əldə edilməsi ilə bağlı müvafiq sorğular göndərilsə də həmin müəssisədən sorğulara cavab əldə edilməsi mümkün olmamışdır. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, İddiaçı Yevlax “Kəndkimya” Birliyində işlədiyi dövr ona aid əmək kitabçası, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətindən həmin müəssisə ilə bağlı əldə edilmiş sorğuya cavab məktubları ilə də öz təsdiqini tapmışdır. Bu halda əlavə olaraq hüquqi varis olan "xxxx" ASC-dən arxiv məlumatlarının əldə edilməsinə zərurət yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1742/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1742/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver