Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1743/2020 28.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X5 Eminzadənin katibliyi İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi”tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onların və X8, X2 yaşadıqları yer üzrə Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzilə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər, sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onların, həmçinin, X8 və X3 yaşadıqları yer üzrə Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzilə qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2, İddiaçı1, İddiaçı3, X8 və X3 hazırda yaşadığı Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzil “Azərneftyağ” İB tərəfindən İddiaçı1 yaşayış sahəsi kimi ayrılmışdır. Sözügedən mənzildən istifadə edilməsi ilə əlaqədar kommunal xidmət haqları mütəmadi olaraq ödənilir. İddiaçı1 uzun müddətdir ki, ailəsi ilə birlikdə faktiki olaraq yaşadığı mənzilə özünün və ailə üzvlərinin qeydiyyata alınması ilə əlaqədar cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, sonuncunun cavab məktubu ilə ona imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş, mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı İddiaçı2və İddiaçı3 hər biri ayrıayrılıqda dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Digər İddiaçı1 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.1992-ci ildən “Azərneftyağ” BNZ-də işləməyə başlamış, xx.xx.1994-cü il tarixli 106 saylı əmrlə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1994-cü il tarixli 50 saylı Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1994-cü il tarixli 13 saylı əmrinə əsasən Neft Emalı Baş İdarəsi ləğv edilərək, “Azərneftyağ” BNZ-nin adı “Azərneftyağ” İB adlandırılmış, xx.xx.2003-cü il tarixli əmrlə “Azərneftyağ” İB-nin adı “Azərneftyağ” X20 adlandırılmış, daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq əmrinə əsasən “Azərneftyağ” X20 xx.xx.2015-ci il tarixdən Heydər Əliyev adına Bakı X20na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Bundan sonra Heydər Əliyev adına Bakı Neft Emalı X16 adına X20 adlandırılmışdır. Hal-hazırda da öz əmək fəaliyyətini Heydər Əliyev adına X17 davam etdirməkdədir. Qanuni əsaslarla yaşayış üçün ona və ailə üzvlərinə ayrılmış Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzilə qeydiyyata alınmaları ilə bağlı ərizəsinin cavabdeh orqan tərəfindən təmin edilməməsi qanunsuzdur və onun bir çox konstitusion hüquqlarını pozur. İddiaçı sonda qeyd edilənlərin nəzərə alınaraq, dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Cavabdeh nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” İB-nin xx.xx.2001-ci il tarixli məktubundan görünür ki, “Azərneftyağ” İB-nin müdiriyyəti tərəfindən 8 saylı sexin işçisi İddiaçı1 ərizəsi, ağır mənzil şəraiti nəzərə alınaraq, ona 3 (üç) nəfər ailə üzvü ilə (özü, arvadı, uşağı) İ.Həbibov küçəsi, 42 saylı ünvanda yerləşən binada yaşayış sahəsi 45 kv.metr olan 3 otaqlı, 11 saylı mənzilin müvəqqəti yaşayış sahəsi kimi ayrılması qərara alınmışdır. Həmçinin, göstərilmişdir ki, işçinin əmək münasibəti kəsildikdə (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) mənzil boşaldılıb birliyə təhvil verilməlidir; - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 08/12271 saylı müqavilədən aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzilə dair istehlakçı İddiaçı1dur; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli sorğusuna əsasən Bakı şəhəri Cavabdehndən həmin məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 101-41917-1291 saylı məktubda göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda keç kim müəyyən edilməmişdir; - ünvan 4 MKİS tərəfindən verilmiş 127 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı1 həqiqətən Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzildə “Azərneftyağ” İB-nin xx.xx.2001-ci il tarixli, 14/2511 saylı məktubuna əsasən qeydiyyatsız yaşayır. Həmin ünvanda aşağıda adları qeyd edilmiş və İddiaçı1 ilə qohumluq münasibətləri göstərilmiş şəxslər də qeydiyyatsız yaşayırlar: arvadı - 1963-cü il təvəllüdlü İddiaçı2, qızı – 1984-cü il təvəllüdlü İddiaçı3, nəvəsi – 2003-cü il təvəllüdlü X12 və nəvəsi – 2011-ci təvəllüdlü X9; - Bakı şəhəri XTMKTB 141 saylı MKİS tərəfindən verilmiş 175 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 Elnur Təhməz oğlu həqiqətən yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadırlar,hal-hazırda bina sahibkar tərəfindən sökülmüşdür; - xx.xx.2011-ci il tarixdə Bakı şəh. Nizami RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1961-ci təvəllüdlü İddiaçı1 yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadır; - xx.xx.2013-cü il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1963-cü təvəllüdlü İddiaçı2 yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadır; - AA0840495 saylı, 7MSQJX6 fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron Məhkəmə Sistemi”nin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan müəyyən edilir ki, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş X12 yaşayış yeri üzrə ünvan 7 ünvanında qeydiyyatdadır; - xx.xx.2014-cü il tarixdə ASAN-2 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1984-cü təvəllüdlü İddiaçı3 yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadır; - xx.xx.2017-ci il tarixdə ASAN-2 tərəfindən verilmiş AZE seriyalı, 11512107 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.2011-cü təvəllüdlü Elnur Təhməzov yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadır, atası Təhməzov Təhməz, anası İddiaçı3dır; - "xxxx" MMC –nin xx.xx.2020-ci il tarixli, Sat/45 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzildə işləyən ***- **-** nömrəli telefon xx.xx.2017-ci il tarixdən İddiaçı1 adına sənədləşdirilmişdir; - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” tərəfindən verilmiş 12 mart 2019cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı1 xx.xx.1992-ci ildən (işə qəbul əmri 206ş/h. xx.xx.1992-ci il) xx.xx.1997-ci ilə qədər “Azərneftyağ” adına Bakı X18 8 saylı sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmiş, xx.xx.1997-ci ildən (işə qəbul əmri 146ş/h. xx.xx.1997-ci il) xx.xx.2015-ci ilə qədər “Azərneftyağ” İstehsalat Birliyinin 8 saylı sexində təmizləyici peşəsində işləmiş, xx.xx.2015-ci ildə (işdənçıxma əmri SOCAR /15-1600/xx-xx-000397, xx.xx.2015-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir; - Məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, “Azərneftyağ” İB-nin bazasında yaradılmış və hüquqi varisi olmuş “Azərneftyağ” X18 fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ARDNŞ/14-1000/01/SM-04-000135 nömrəli əmrinə əsasən “Azərneftyağ” X20 xx.xx.2015-ci il tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X20na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Əmrə əsasən “Azərneftyağ” NEZ-in hüquq və vəzifələri 29 yanvar 2015-ci il tarixli Təhvil aktına uyğun olaraq hüquqi varis kimi Heydər Əliyev adına Bakı X20na ötürülmüş və Zavodun strukturu yenidən yaradılmışdır. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı X20, Heydər Əliyev adına X20 adlandırılmışdır. Həmçinin bildirilmişdir ki, keçmiş “Azərneftyağ” İB-in 4 saylı MİS-i və balansında olmuş evlər, o cümlədən Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi 42 saylı ev 26 dekabr 2002-ci il tarixli aktla Bakı şəhəri Xətai rayonu MKTB-yə təhvil verilmişdir; - Cavabdeh xx.xx.2019-cu il tarixli, 101-36834İ-3219 saylı məktubundan müəyyən olunur ki, İddiaçı1 ailə üzvləri - İddiaçı2, İddiaçı3, X12 və X9 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzilə qeydiyyata alınması barədə ərizəsinə idarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd edilən sənədlər təqdim edilməlidir. Sonda yuxarıda qeyd edilmiş sənədlər təqdim ediləcəyi halda göstərilən ünvana qeydiyyata alınma məsələsinin öz müsbət həllini tapacağı göstərilmiş və məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etmə hüququnun olduğu bildirilmişdir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, İddiaçı1 ailə üzvləri (arvadı - İddiaçı2, qızı - İddiaçı3, nəvələri - X12 və X9) ilə birlikdə faktiki olaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzilə - qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə ona imtina edilmişdir. Avropa Məhkəməsinin presedent hüququnda "mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X6rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X4rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə,yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, yaşayış yeri üzrə qeydiyyata alınma ilə bağlı mübahisənin mövcud olduğu Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42 ünvanında yerləşən 11 nömrəli mənzil “Azərneftyağ” İB-nin xx.xx.2001-ci il tarixli, 14/2511 saylı məktubuna əsasən İddiaçı1, onun arvadına və uşağına müvəqqəti yaşayış sahəsi kimi ayrılmışdır ki, İddiaçı1 da 5 (beş) nəfər ailə tərkibi ilə (özü, arvadı - İddiaçı2, qızı - İddiaçı3, yetkinlik yaşına çatmayan nəvələri - X12 və X9) həmin mənzildə hal-hazırda faktiki olaraq yaşamağı və sözügedən ünvanda hər hansı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmadığı, həmçinin hazırda qeydiyyatda olduqları ünvandakı evin də söküldüyü iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan əlavə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı2, İddiaçı1, İddiaçı3, X8 və X3 yaşadıqları yer üzrə ünvan 3 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı2, İddiaçı1, İddiaçı3, X8 və X3 yaşadıqları yer üzrə ünvan 3 ünvanına qeydiyyata alınmaları vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10ƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1743/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1743/2020
28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver