Məhkəmə qərarları › İş №2-1(112)-1743/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1743/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1743/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi cavabdehin nümayəndəsi X8 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2, Bakı şəhəri Cavabdehə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “Nərimanov rayonunun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə sökülməsinin və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirmə işlərinin aparılmasının “Araz”-2011 A” MMC-yə həvalə edilməsinə dair Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 65 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanda yerləşən 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında - X2, X5, X3 – hər birinə 1 otaq məxsus olmaqla daşınmaz əmlak üzərində hüquqları qeydiyyata alınmışdır. Hazırda iddiaçılara məlum olmuşdur ki, 15 oktyabr 2016-cı il tarixdə X4 ilə "xxxx" MMC arasında T42 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti ondan ibarət olmuşdur ki, "xxxx" MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29.9 kv.m mənzilin Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15- 25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Eləcə də həmin müqavilənin İİ bəndinin 2.1.2-ci hissəsinə əsasən "xxxx"nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kiravə almaq hüququ vardır. Bundan əlavə, həmin müqavilənin İİ bəndinin 2.2.4-cü hissəsinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən "xxxx"yə mənzili təmir edib təhvil vermək MMC-nin vəzifəsi olaraq müəyyən edilmişdir. İlk olaraq qeyd edilməlidir ki, sözügedən mənzil İddiaçı1 ilə X1 birgə nikahı dövründə əldə edilməsinə baxmayaraq, həmin müqavilə iddiaçının xəbəri və razılığı olmadan bağlanmışdır. Eləcə iddiaçılar İddiaçı2 və İddiaçı3 həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşadıqlarına baxmayaraq həmin müqavilə onların xəbəri və razılığı olmadan bağlanmışdır. Bundan əlavə hazırda onlara məlum olmuşdur ki, iddiaçılara məxsus olan mənzilə dair müqavilə "xxxx" MMC ilə bağlamış olsa da, hazırda Bakı şəhəri Nərimanov Rayon İHB-nın xx.xx.2017-ci il tarixli 181 saylı Sərancamını əldə eldikdən sonra "xxxx" MMC xx.xx.2017-ci il tarixli 03 nömrəli məktubla Cavabdehə müraciət edərək Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 65 nömrəli Sərancamını dəyişdirilərək "xxxx" MMC-nin adına keçirilməsini xahiş etmişdir. Bu Sərəncamda "xxxx" MMC-yə rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hüdürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərancamın "xxxx" MMC-nin adına sənədləşdirilməsi üçün "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 78 nömrəli məktubu ilə öz razılığı bildirmişdir. X6 RİH başçısının xx.xx.2016-cı il tarixli 65 nömrəli Sərancamı qüvvəsindən düşmüş hesab edilmiş, rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0.45 ha torpaq sahəsi "xxxx" MMCnin daimi istifadəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq ictaatına başlanmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 29 oktyabr 2020-ci il tarixə ərizə ilə məhkəməyə müraciət edərək, X1 cavabdehlər sırasından çıxarılmasını, "xxxx" MMC-nin və "xxxx" MMC-nin üçüncü şəxslər qismində işə cəlb edilməsi, iddia ərizəsinin “Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 181 saylı sərancamının ləgv edilməsi” tələbi ilə dəqiqləşdirilmiş variantda icraata qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 30 dekabr 2020-ci il tarixli 2-1(112)-6490/2020 saylı qərardadı ilə X1 işdə cavabdeh kimi prosessual iştirakına xitam verilmiş, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, vəsatət "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində rədd edilmişdir. Eyni zamanda iddia ərizəsi dəqiqləşdirilmiş variantda “Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 181 saylı sərancamının ləgv edilməsi” tələbi ilə icraata qəbul edilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil oglu məhkəməyə ərizə ünvanlayaraq Gəncə Ağır Cinayətlər Məhkəməsində əvvəlcədən təyin edilmiş cinayət işinin olduğu nəzərə alaraq 11 mart 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasını başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçıların və nümayəndənin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi yazılı vəsatətdə göstərilənlərə uygun olaraq izahat verib bildirdi ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 65 №-li sərəncamı ilə rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi və həmin ərazidə 0,45 ha torpaq sahəsinin "xxxx" MMC-nın daimi istifadəsinə verilməsi qərara alınmışdır. Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 181 №-li sərəncamı ilə '‘ARAZ-2011'’ və "xxxx" MMClərin qarşılıqlı razılıqları nəzərə alınaraq Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 65 №-li sərəncamı hüquqi qüvvəsindən düşmüş hesab edilmiş, sərəncamın tələblərindən irəli gələn bütün hərəkətlərin davam etdirilməsi (icrası) "xxxx" MMC-ə həvalə edilmiş, istər mübahisə predmeti olan Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 65 №-li sərəncamının, istərsə də Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 181 №-li sərəncamının bütün bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müddəalarını təkrarlayır və hər iki inzibati akt yalnız ilkin olaraq layihələndirmənin aparılması üçün əsasdır. Bu məsələlərlə əlaqədar, "xxxx" MMC ilə ərazidən köçürülən bütün daşınmaz əmlak mülkiyyətçiləri arasında müqavilələr imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğində kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə bütün işlər görülmüş, tikinti işləri başa çatdırılmış, mənzil mülkiyyətçiləri ailələri ilə birlikdə yeni mənzillərə köçürülmüşlər. İddia tələbinə münasibətə gəldikdə isə, bildirmək istəyir ki, Nərimanov RİH-nin xx.xx.2016-cı il tarixli 65 №-li sərəncamı Nazirlər Kabinetinin sözügedən qərarının və qanunvericiliyin tələbləri qaydasında qəbul edilmiş, Dövlət Proqramının həyata keçirilməsi ilə yanaşı, vətəndaşların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş əlverişli aktdır. Sərəncamla iddiaçıların hüquqlarının pozulmasına dair istinad etdiyi dəlillərin heç bir hüquqi əsası yoxdur və yalnız subyektiv mülahizələrdir. Belə ki, iş üzrə iddiaçının həyat yoldaşı tikinti şirkəti tərəfindən müqavilə öhdəliyinə əsasən yaşayış sahəsi ilə təmin edilmiş və onun həmin sahəyə köçməsinə MMC tərəfindən hər hansı məhdudiyyətlər yoxdur. 2016-cı ildən tikinti işlərinin başlanması və iddiaçılarla danışıqlar aparılması faktı onların qeyd olunan sərəncamdan həmin vaxtdan məlumatlı olduqlarını göstərir. Bununla bağlı olaraq AR İPM-nin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və mübahisə ilə baglı çoxsaylı qüvvədə olan məhkəmə aktlarının olmasını, yəni iddiaçıların müddəti ötürməklə iddia verdiklərini nəzərə alaraq iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə hazırki iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı Bakı şəhəri Cavabdeh başçısının “Sərəncamın "xxxx" MMC-nin adına sənədləşdirilməsi haqqında” 181 saylı, xx.xx.2017-ci il tarixli sərəncamını mübahisələndirir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, 15 oktyabr 2016-cı il tarixdə "xxxx" MMC X4 ilə aralarında müqavilə baglanaraq "xxxx" MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, 1 otaqlı, 38 kv.m mənzilin mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçılar həmin müqavilənin onların xəbəri və razılığı olmadan bağlandıgını göstərmişlər. İddia etdiklərinə görə hazırda isə onlara məlum olmuşdur ki, mənzilə dair müqavilə "xxxx" MMC ilə bağlamış olsa da, Bakı şəhəri Nərimanov Rayon İHB-nın xx.xx.2017-ci il tarixli 181 saylı sərancamı ilə xx.xx.2016-cı il tarixli 65 nömrəli sərancam qüvvəsindən düşmüş hesab edilmiş, yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçıların nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı şəhəri Nərimanov Rayon İHB-nın sərancamı isə xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 3 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı cavabdehin nümayəndəsi mübahisələndirilən sərəncam əsasında tikinti işlərinin sərəncamın verildiyi vaxtdan başlanıldığını bildirmiş və bununla əlaqədar hələ 2016-cı ildən mülkiyyətçilərlə danışıqlar aparıldığını bildirmişdir. İşdən görünür ki, iddiaçılar mübahisə edilən inzibati aktın mövcudluğu barədə nə vaxtdan məlumatlı olmaları ilə bağlı konkret mövqe göstərməmişlər. Lakin mübahisə ilə baglı qüvvədə olan məhkəmə aktları var. Məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçılar mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 3 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4KİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar