Məhkəmə qərarları › İş №2-1(112)-1744/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1744/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1744/2020 12.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X49 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçıCavabdeh İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçıCavabdeh İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,qeydiyyata alınma barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sornadaniddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun, yoldaşının qeydiyyatda olduğu ünvan 1 ünvanınaqeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildən bu ünvana köçmüşdür. 3 yaşında oğlu vardır. Burada qaynanası, qaynatası və yoldaşı ilə birlikdə yaşayır. Heç kim bu ünvana qeydiyyata düşməsinə etiraz etmir. Xahiş edir ki, onun qeydiyyata düşməsinə köməklik edilsin. O, Saatlı rayonu, Gomuşçu kəndində qeydiyyatdadır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edəniddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsinixahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçınınizahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Saatlı rayonu, Gomuşçu kəndində anadan olmuşdur. Yaşayış yeri Saatlı rayonu, Gomuşçu kəndi qeyd edilmişdir. İşdə olan AZ-İİ seriyalı, 100669 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X13 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Şahbazova” soyadı verilmişdir. İşdə olan AZE seriyalı, 16350087 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İşdə olan iddiaçının müraciətinə cavab olaraq verilmiş 19 oktyabr 2019-cu il tarixli, 087- 27064Ş-3219 nömrəli imtina məktubundan görünür ki, iddiaçının mübahisəli ünvana qeydiyyata alınmasına dair müraciətinə cavab olaraq bildirilmişdir ki, göstərilən ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən ərizəsini X3 təqdim etməlidir. Qeyd olunan sənədlərin hər hansı birini X3 təqdim edə bilmədiyi təqdirdə isə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edə bilər. İşdə olan 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron informasiya sistemindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 322410 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X5, X1, X31, X11, X17, X18, X12, X19, X20, X23, X14, X6, X2, X16, X24, X4, X32, X25, X7 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 465 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X5, X1, X31, X11, X17, X18, X12, X19, X20, X23, X14, X6, X2, X16, X24, X4, X32, X25, X7 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan notarial qaydada təsdiq edilmiş **********904, **********868, **********487 və **********648 nömrəli ərizələrdən görünür ki, X8, X16, X1, X17, X5, X7, X25, X21, X12, X6, X11, X32, X26ünvan 3 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmirlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Şahbazova (Şükürova) Zərifə Nemət qızı xx.xx.2016-cı il tarixdə X16 ilə rəsmi nikaha daxil olaraq ünvan 1 ünvanında yaşamağa başlamışdır. Hazırda iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməsinə evdə qeydiyyatda olanlar etiraz etmirlər. İddiaçıhəminevə yaşayış yeri üzrə qeydiyyatadüşməküçüncavabdehəmüraciət etmiş, lakin, cavabdeh onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçınınünvan 1ünvanınaqeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanınaqeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nizamirayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar