Məhkəmə qərarları › İş №2-1(112)-1745/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1745/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1745/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin 25.04.2021-ci il tarixdən təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona İİ qrup əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və buraxılmış dövr ərzində əlilliyə görə əmək pensiyasının birdəfəlik olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25.04.2016-cı il tarixdən Sol ağ ciyərin fibroz kavernoz vərəmi, BK (+). Xroniki TÇ İİ dərəcə, ağır fiziki işlər əks göstərişdir diaqnozu ilə İİ qrup əlil olmuşdur. Lakin cavabdeh və onun tabe qurumları əsassız olaraq onun pensiyasını 5 il müddətində vermədikləri üçün 2016-cı il tarixdən 2021-ci il tarixədək olan müddətdə məhkəmələrdə olmuşdur. Nəhayət, yekun qərarla öz hüququna nail olmuşdur. 5 il müddətin tamamında yenidən təkrar müayinədə olarkən ona əlillik dərəcəsi verilməkdən əsassız olaraq imtina edilmiş, lakin imtina barəsində ona qərar təqdim edilməmişdir. Kompüter vasitəsi ilə imtina barədə məlumat çap etdirib götürə bilmişdir. İmtinanın səbəbi kimi onun guya əlavə müayinəyə ehtiyacı olduğu göstərilib. Halbuki, o, 2000-ci il tarixdən bu xəstəliyə düçar olmuşdur. Heç bir müayinənin xeyiri olmadığından da ona əlillik dərəcəsi verilmişdir. Sonuncu müayinənin nəticəsi olaraq da görünür ki, onun səhhətində əsaslı şəkildə geriləmə getmiş, nəfəs darlığından ürəyində və başqa orqanlarında əlavə xəstəliklər baş vermişdir. Belə ki, hazırda ona qoyulan diaqnoz - Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağ ciyərin fibroz-kavernoz vərəmi TDM (-). Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya. Xroniki respirator çatmamazlıq, İİ dərəcə dəqiqləşdirilməmiş ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı, İİİ dərəcə F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya. Belə bir vəziyyətdə 5 ildə onun pensiyasını əsirgəyən inzibati orqan əlavə müalicə etdirməyi tövsiyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili 15.04.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı İİ qrup əllliyin 25.04.2021-ci il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 1 nömrəli X6 21.12.2015-ci il tarixli 0031003AAA50 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Sağ ağ ciyər vərəmi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin Dispanserin 25.04.2016-cı il tarixli 0031003AAA69 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - l Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sol ağ ciyərin fibroz kavernoz vərəmi BK(+). Xroniki TÇ İİ dər; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin Dispanserin 27.05.2021-ci il tarixli 0031003AABB2 saylı göndərişi əsasında baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sol ağ ciyərin fibrozkavernoz vərəmi TDM(-). Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya. Xroniki respirator çatmamazlıq, İİ dərəcə. Dəqiqləşdirilməmiş ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİİ F.S NYHA Ritm pozğunluğu. Ekstrasistolik aritmiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdi və izahatında bildirdi ki, iddiaçıya təyin edilmiş əlillik müddəti 2021-ci ilin aprel ayından bitdikdən sonra 2021-ci ilin may ayında tibb müəssisəsi tərəfindən tibbi göndərişlər göndərilsə də cavabdeh orqan müxtəlif səbəblər ilə əlillik təyinatından imtina etmişdir. Tibbi-Sosial Ekspert Komissiyası 2022-ci ilin yanvar aynda təqdim edilmiş tibbi göndərişlə ona əlillik dərəcəsi təyin etmişdir. Əlillik təyinatının vaxtında aparılmaması cavabdehin təqsiridir. Odur ki, iddiaçının əlillik dərəcəsi elə əlillik müddətinin bitdiyi 25.04.2021-ci il tarixdən təyin edilməlidir. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçı barəsində məhkəmə icraatı gedişində yeni tibbi göndəriş tərtib edilərək cavabdehə təqdim edilmişdir. Komissiyanın 17.01.2022-ci il tarixli qərarı ilə yeni tibbi göndərişə əsasən həmin tarixdən 05 il müddətinə İİ dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliklə əlilliyin təyin olunma tarixi məhz TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə Bakı 1 nömrəli X6 02.12.2015-ci il tarixli 0031003AAA50 saylı göndərişi əsasında 21.12.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Sağ ağ ciyər vərəmi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli X6 09.04.2016-cı il tarixli 0031003AAA69 saylı göndərişi əsasında 25.04.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: l Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sol ağ ciyərin fibroz kavernoz vərəmi BK(+). Xroniki TÇ İİ dər.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli X6 17.05.2021-ci il tarixli 0031003AABB2 saylı göndərişi əsasında 27.05.2021-ci il tarixldə baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sol ağ ciyərin fibroz-kavernoz vərəmi TDM(-). Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya. Xroniki respirator çatmamazlıq, İİ dərəcə. Dəqiqləşdirilməmiş ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli X6 13.01.2022-ci il tarixli 0031003AABDR saylı göndərişi əsasında 17.01.2022-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Sol ağ ciyərin fibroz-kavernoz vərəmi TDM(-). Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçıya Bakı 1 nömrəli X6 09.04.2016-cı il tarixli 0031003AAA69 saylı göndərişi əsasında 25.04.2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlillik təyinatı müddəti bitdikdən sonra Bakı 1 nömrəli X6 17.05.2021-ci il tarixli 0031003AABB2 saylı göndərişi əsasında 27.05.2021-ci il tarixdə yenidən əlillik qiymətləndirməsi zamanı cavabdeh orqan əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatından imtina etmişdir. Bundan sonra iddiaçı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı gedişində iddiaçının əyani müayinə olunaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh orqana müraciət edilmiş, lakin əyani müayinənin nəticəsi barədə ekspert komissiyasının qərarı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı gedişində iddiaçı barəsində Bakı 1 nömrəli X6 13.01.2022-ci il tarixli 0031003AABDR saylı göndərişi tərtib olunaraq qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh orqan tərəfindən 17.01.2022-ci il tarixdə iddiaçının əlillik vəziyyəti sonuncu göndəriş əsasında qiymətləndirilərək ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırkı iddiasında iddiaçı ona sonuncu dəfə əlillik dərəcəsinin bitdiyi vaxtdan, yəni 25.04.2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsini xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. İ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. -3.1-ci maddəsinə görə şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Qanunla edilmiş 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən verilir. -1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İİİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İV Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.2-ci bəndinə görə əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.3-cü bəndinə görə tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının təhlilindən görünür ki, əlillik dərəcəsinin təyini yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Eyni zamanda qeyd edilməlidir ki, 2 iyul 2021-ci il tarixli Qanunla edilmiş dəyişikliklə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddətinin bitdiyi tarixdən rəsmiləşir. Yəni şəxsin əlillik müddəti bitidiyi tarixdən 06 ay keçənədək əlillik təyin olunarsa, ortada ötürülmüş müddət üçün də şəxs əlil hesab edilir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı barəsində 25.04.2016-cı il tarixdə təyin edilmiş əlillik müddəti 25.04.2021-ci il tarixdə bitmişdir. İddiaçı barəsində növbəti dəfə Bakı 1 nömrəli X6 13.01.2022-ci il tarixli 0031003AABDR saylı yeni forma 88 göndərişi tərtib olunaraq Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilmiş, TSEK tərəfindən 17.01.2022-ci il tarixdən növbəti 5 il müddətinə əlillik təyin edilmişdir. Göründüyü kimi TSEK-in əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı qərarı 17.01.2022-ci il, əlillik dərəcəsi təyin etdiyi tarix 17.01.2022-ci ildir. Yuxarıda da qeyd edildiyi kimi əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından iddiaçının əlillik təyinatının həmin qərardan əvvəlki tarixə təyin edilməsi qanuni hesab edilə bilməz. Eyni zamanda iddiaçının əlillik müddəti 25.04.2021-ci il tarixdə bitmiş, növbəti dəfə əlillik dərəcəsinin təyini isə 17.01.2022-ci il tarixdən təyin edilmişdir. Beləliklə, iddiaçının növbəti əlillik dərəcəsinin təyini müddəti əvvəlki əlillik müddəti bitdikdən 06 ay ərzində deyil, 08 aydan çox müddət keçdikdən sonra təyin edildiyindən təkrar təyin olunan əlillik dərəcəsi əvvəlki müddətin bitdiyi aprel 2021-ci il tarixdən müəyyən edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin 25.04.2021-ci il tarixdən təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar