Məhkəmə qərarları › İş №2-1(112)-1745/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1745/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1745/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində, plan və ölçüdə düzəlişin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində, plan və ölçüdə düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəliş edilməklə uyğunsuzluğun aradan qaldırılması və dövlət qeydiyyatında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** nömrəli, RX № 1069460, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Belə ki, qanuni mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə lazim olan sənədləri toplayıb məlumatlandırma icraatı qaydasında münasibət bildirilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Beləliklə, müraciətinə baxan Suraxanı Rayon İcra Hakimiyyəti iddiaçıya ünvanladığı məktubunda bildirmişdir ki, ona məxsus torpaq sahəsinə dair DƏDRX-nin xx.xx.2017-ci il tarixli çıxarışa və xx.xx.2017-ci il tarixli (A № 166008) torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən göstərilən torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına əsas olan ilkin torpaqayırma sənədlərin qanuniliyinə şübhə yarandığından məsələnin araşdırılması üçün aidiyyəti üzrə cavabdehə - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və Suraxanı RİH-a təqdim olunan ilkin hüquqmüəyyənedici sənədlərdə (sərəncam və cizgi aktında) göstərilən torpaq sahəsinin yerleşdiyi yer və torpaq sahəsinin konfiqurasiyası ilə təqdim olunan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi yer və torpaq sahəsinin konfiqurasiyası arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla bağlı araşdırma aparılması məqsədi ilə Suraxanı RİH tərəfindən müvafiq məktubla aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, alınmış xx.xx.2022-ci il tarixli **********16 nömrəli cavab məktubunda məsələ yerində (naturada) təkrar araşdırılarkən ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən təqribən 10-14 metr qərb istiqamətdə yerləşməli olduğunun müəyyən edildiyi və ilkin yerləşmə cizgisinə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəlişlərin aparılması üçün hüquq sahibinin cavabdeh idarəyə müraciət etməsi məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Bundan sonra, iddiaçı qanuni mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədində cari dəyişiklik edilməklə uyğusuzluğun aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan müraciətinə imtina məktubunda bildirmişdir ki, sözügedən ünvana texniki baxış keçirilmiş, arxiv məlumatlarına əsasən Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə X7 Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-30087 saylı şəhadətnamənin elektron baza məlumatı ilə sərəncama əlavə edilmiş ilkin yerləşmə cizgisində işarələnmiş sahə arasında ciddi uyğunsuzluq olması səbəbindən planı və ölçüsü tərtibi zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi döngə nöqtələrinin koordinatlanına istinad olunmuşdur. Məsələ yerində (naturada) təkrar araşdırılarkən məlum olmuşdur ki, ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən qərb istiqamətdə yerləşməlidir. Bununla bağlı olaraq bildirilmişdir ki, həmin cizgidə olan sahə və bu sahədən bölünmüş torpaqlarla notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafıq qaydada baxılacaqdır. Cavabdeh orqanın imtina məktubunu qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sözügedən ünvana İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilmişdir. Arxiv məlumatlarına əsasən Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə X7 Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-30087 saylı şəhadətnamənin elektron baza məlumatı ilə sərəncama əlavə edilmiş ilkin yerləşmə cizgisində işarələnmiş sahə arasında ciddi uyğunsuzluq olması səbəbindən planı və ölçüsünün tərtibi zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi döngə nöqtələrinin koordinatlarına istinad olunmuşdur. Məsələ yerində (naturada) təkrar araşdırılarkən məlum olmuşdur ki, ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən qərb istiqamətdə yerləşməlidir. Bununla bağlı olaraq bildirilmişdir ki, həmin hissədə mövcud hasar və yaşayış evi nəzərə alınmaqla cizgidə olan sahə və bu sahədən bölünmüş torpaqlarla notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacağı ilə bağlı **********61 nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********61 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin texniki pasportunda cari dəyişiklik edilməsi barədə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən ünvana tərəfimizdən texniki baxış keçirilmişdir. Arxiv məlumatlarına əsasən Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə X7 Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN- 30087 saylı şəhadətnamənin elektron baza məlumatı ilə sərəncama əlavə edilmiş ilkin yerləşmə cizgisində işarələnmiş sahə arasında ciddi uyğunsuzluq olması səbəbindən planı və ölçüsü tərtibi zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi döngə nöqtələrinin koordinatlarına istinad olunmuşdur. Məsələ yerində (naturada) təkrar araşdırılarkən məlum olmuşdur ki, ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən qərb istiqamətdə yerləşməlidir. Bununla bağlı olaraq bildiririk ki, həmin cizgidə olan sahə və bu sahədən bölünmüş torpaqlarla notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır.” - Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli B-2/2-151/2t/1 saylı məktubundan görünür ki, “Nəzərinizə çatdırırıq ki, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə münasibət bildirilməsi haqqında müraciətinizlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə torpaq sahəsinə dair surətini təqdim etdiyiniz Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışa və xx.xx.2017-ci il tarixli (A № 166008) torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən göstərilən torpaq sahəsi RİH və Bələdiyyə tərəfindən vətəndaşlara ayrılmayan ərazidə yerləşdiyindən həmin sahənin hüquqi qeydiyyata alınmasına əsas olan ilkin torpaqayırma sənədlərin qanuniliyinə şübhə yarandığından məsələnin araşdırılması üçün RİH-in aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə ünvanlandığı müraciətinə cavab olaraq arxiv əsaslarında aşkar edilən ilkin hüquqmüəyyənedici sənədlərin surəti idarə tərəfindən RİH-ə təqdim olunmuşdur. Arxiv əsaslarında aşkar edilərək surətləri RİH-ə təqdim olunan ilkin hüquqmüəyyənedici sənədlərdə (sərəncam və cizgi aktında) göstərilən torpaq sahəsinin yerləşdiyi yer və torpaq sahəsinin konfiqurasiyası ilə tərəfinizdən təqdim olunan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi yer və torpaq sahəsinin konfiqurasiyası arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bildiririk ki, qeyd olunan uyğunsuzluqla bağlı araşdırma aparılması məqsədi ilə RİH tərəfindən müvafiq məktubla aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 1 saylı Bakı Ərazi idarəsinə müraciət olunmuş, alınmış xx.xx.2022-ci il tarixli **********16 nömrəli cavab məktubunda məsələ yerində (naturada) təkrar araşdırılarkən ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən təqribən 10-14 metr qərb istiqamətdə yerləşməli olduğunun müəyyən edildiyi və ilkin yerləşmə cizgisinə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəlişlərin aparılması üçün hüquq sahibinin idarəyə müraciət etməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən sözügedən uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəlişlərin aparılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməyiniz Sizə tövsiyə olunur.” - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş A№166008 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sənəd xx.xx.2017-ci il tarixli 4Ə-153 saylı alqı-satqı müqaviləsi əsasında tərtib edilərək torpaq sahəsinin koordinatları işlənmişdir. - Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1/1562 saylı məktubu ilə təqdim edilmiş sənədlərə görə: - Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamından görünür ki, X7 Zığ qəsəbəsinin qərb hissəsində 0,04 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2005-ci il tarixli aktdan görünür ki, Zığ qəsəbə İHB-nın nümayəndəsi B.Abbasovanın iştirakı ilə Suraxanı İHB-nın xx.xx.2000-ci il tarixli, 1065 saylı sərəncamı əsasında, Zığ qəsəbəsinin qərb hissəsində 400,00 (dörd yüz) kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü aparmışlar. Torpaq sahəsi X7 təhvil verilmişdir. - AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsini X2 almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsini X1 Xuraman Əlibala qızına bağışlamışdır. - AN-İ № ******* saylı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsini X6 almışdır. - DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 30087D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamına əsasən X7 Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsi adına dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli **********43 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı adına verilmiş A№-166008 saylı plan və ölçü sənədi Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə X7 ayrılmış 0.04 ha torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-30087 saylı şəhadətnaməsi əsasında verilmişdir. Şəhadətnamənin elketron baza məlumatları ilə sərəncama əlavə edilmiş yerləşmə cizgisindəki sahə arasında ciddi uyğunsuzluq olması səbəbindən plan və ölçü tərtibi zamanı keçmiş DTXK-nın təqdir, etdiyi döngə nöqtələrinin koordinatlarına istinad olunmuşdur, ilkin cizgidə göstərilən torpaq sahəsi plan və ölçü sənədində qeyd olunan sahədən təqribən 10-14 metr qərb istiqamətdə yerləşməlidir. X7 ayrılmış torpaq sahəsinə dair ilkin cizgidəki sahə xx.xx.2006-cı ildə tərtib edilmiş JN-30087 saylı şəhadətnamənin elektron baza məlumatı arasında 200 metr fərq mövcuddur. Şərti sərhədlərlə göstərilmiş torpaq sahəsi faktiki olaraq 200,0 kv.m təşkil edir. Torpaq sahəsinin fiziki sərhədləri olmadığından sənəd üzrə faktiki sahə arasında olan uyğunsuzluğun araşdırılması mümkün olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının hazırki iddia tələbi ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəliş edilməklə uyğunsuzluğun aradan qaldırılması və dövlət qeydiyyatında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinasında göstərilmişdir ki, arxiv məlumatlarına əsasən Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə X7 Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-30087 saylı şəhadətnamənin elektron baza məlumatı ilə sərəncama əlavə edilmiş ilkin yerləşmə cizgisində işarələnmiş sahə arasında ciddi uyğunsuzluq olması səbəbindən planı və ölçüsü tərtibi zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi döngə nöqtələrinin koordinatlarına istinad olunmuşdur. Məsələ yerində (naturada) təkrar araşdırılarkən məlum olmuşdur ki, ilkin cizgidə göstərilən torpaq sahəsi planı və ölçü sənədində qeyd olunan sahədən qərb istiqamətdə yerləşməlidir. Bununla bağlı olaraq bildirilmişdir ki, həmin cizgidə olan sahə və bu sahədən bölünmüş torpaqlarla notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 630 saylı Fərmanı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri”nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Beləliklə də torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir. Həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi qanunun tələbinə görə əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Hazırki iş üzrə iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin koordinatlarının dəyişdirilməsini tələb edərək, onun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ilkin yerləşmə cizgisinə uyğunlaşdırmasını xahiş etmişdir. Məhkəmə tərəfindən uyğunsuzluğun olub-olmaması və nədən ibarət olmasının müəyyən etmək üçün mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli **********43 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı adına verilmiş A№-166008 saylı plan və ölçü sənədi Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə X7 ayrılmış 0.04 ha torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-30087 saylı şəhadətnaməsi əsasında verilmişdir. Şəhadətnamənin eleketron baza məlumatları ilə sərəncama əlavə edilmiş yerləşmə cizgisindəki sahə arasında ciddi uyğunsuzluq olması səbəbindən plan və ölçü tərtibi zamanı keçmiş DTXK-nın təqdir, etdiyi döngə nöqtələrinin koordinatlarına istinad olunmuşdur, ilkin cizgidə göstərilən torpaq sahəsi plan və ölçü sənədində qeyd olunan sahədən təqribən 10-14 metr qərb istiqamətdə yerləşməlidir. X7 ayrılmış torpaq sahəsinə dair ilkin cizgidəki sahə xx.xx.2006-cı ildə tərtib edilmiş JN-30087 saylı şəhadətnamənin elektron baza məlumatı arasında 200 metr fərq mövcuddur. Şərti sərhədlərlə göstərilmiş torpaq sahəsi faktiki olaraq 200,0 kv.m təşkil edir. Torpaq sahəsinin fiziki sərhədləri olmadığından sənəd üzrə faktiki sahə arasında olan uyğunsuzluğun araşdırılması mümkün olmamışdır. Bununla yanaşı, işdə olan ilkin hüquq sahibi olmuş X7 aid sənədlərdən göründüyü kimi Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamı ilə ona Zığ qəsəbəsinin qərb hissəsində 0,04 ha torpaq sahəsi ayrılmışdır. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı müavini C.İsmayılovun təsdiq etdiyi xx.xx.2005-ci il tarixli aktla Zığ qəsəbə İHB-nın nümayəndəsi B.Abbasovanın iştirakı ilə torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü aparmışlar və torpaq sahəsi X7 təhvil verilmişdir. Daha sonra DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 30087D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 1065 nömrəli sərəncamına əsasən Mirzəyeva (Quliyeva) Məhbubə Fazil qızına Zığ qəsəbəsi ərazisində ayrılmış 0,04 ha torpaq sahəsi adına dövlət qeydiyyatına alınmışdır. Sonradan həmin torpaq sahəsi müxtəlif şəxslərə satılmış və nəticə etibarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Lakin DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 30087D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırda etibarlı və mötəbər sənəd sənəd olmaqla nə ilkin hüquq sahibi, nədə ki, sonrakı mülkiyyətçilər, o cümlədən iddiaçı tərəfindən mübahisləndirilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları qeydiyyata alınaraq, koordinatlarının müəyyən edilməsi zamanı heç bir səhvə yol verilməmiş, torpaq sahəsinin plan və ölçüsü mötəbər sənəd olan həmin dövrdə səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-30087 saylı şəhadətnaməsi əsasında tərtib edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.02 ha torpaq sahəsinin planı və ölçüsü sənədində cari düzəliş edilməklə uyğunsuzluğun aradan qaldırılması və dövlət qeydiyyatında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar