Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1747/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Cambulatov adına X10 Universiteti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 100505 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Federal Dövlət büdcəli təhsil müəssisəsi olan Cambulatov adına X10 Universitetində 2012-2017-ci illərdə iqtisadiyyat fakültəsində iqtisadiyyat ixtisası üzrə qiyabi əsaslarla ali təhsil almışdır və diplom əldə etmişdir. Həmin vaxt İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi X1 İnstitutunda işləmişdir. Həmin İnstitut və Universitet arasında olan müqavilə əsasında imtahansız Universitetə qəbul edilmişdir. Tədris müddətində ona fərdi qrafik təyin edilmişdir. Tədris dili rus dili olmuşdur. O, təhsil müddətində Bakı şəhərində yaşamışdır, fərdi qrafikə uyğun olaraq Mahaçqala şəhərinə gedərək dərs və imtanlarda iştirak etmişdir. Təhsil müddətində vəzifəsində ali təhsili ilə əlaqədar yüksəlmə olmuşdur. Cambulatov adına X10 Universiteti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş bakalavr diplomundan görünür ki, İddiaçı “iqtisadiyyat” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə iqtisadçı ixtisası verilmişdir. Diploma olan əlavədən görünür ki, tədris müddətində yaxşı, kafi və məqbul qiymətləri almışdır. Respublikamızda öz peşəsi üzrə fəaliyyət göstərmək niyyətindədir. Diplomunun tanınması və ona müvafiq şəhadətnamə verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında siz həmin ölkədən qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməmisiz.” Təkrarən 2024-cü ildə kifayət qədər yeni sənəd və sübutlar təqdim etməsinə baxmayaraq yenə də həmin məzmunlu cavab verilmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Ona görə də, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, iddia tələbində haqlıdır. O öz peşəsi üzrə fəaliyyət göstərmək üçün zəruri bilik və qabiliyyətlərə malikdir. Ona görə də, məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı vəsatətdə bildirilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müvafiq xarici kvalifikasiyanın tanınması üçün inzibati orqana müraciət etmişdir. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən inzibati icraat aparılmış və həmin qaydaların 3.7-ci bəndinə əsasən, A78B**********2 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməyərək xx.xx.2019-cu il tarixdə Qərar qəbul edilmişdir. Qeyd olunan qərar barəsində iddiaçıya məxsus, iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına, həmçinin iddiaçı tərəfindən qeyd olunmuş +**********78 mobil nömrəyə qəbul edilmiş Qərar barəsində sms məlumat verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli Qərardan ən gec xx.xx.2020-ci il tarixədək məhkəmədə iddia tələbi qaldıra bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunmuş iddiaçının 2024-cü il tarixdə inzibati orqana yeni sənədərlə yenidən müraciət etməsi halı araşdırılmış ve iddiaçı tərəfindən ona məxsus elektron kabinetə hər hansı yeni sənəd əlavə olunmadığı aşkarlanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin mümkün hesab edilməməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10928/2024 saylı qərardadı ilə İddiaçı Cambulatov adına X10 Universiteti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 100505 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi tələbi ilə bağlı müraciəti üzrə yenidən inzibati icraatın aparılması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı X8 Şəxsə 30 (on) gün müddət təyin edilmişdir. Məhkəmə hesab etmişdir ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı yeni Qaydalar qəbul edildiyindən, iddiaçının müraciəti üzrə yenidən inzibati icraat aparılmalı, onun müraciətinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” tələbləri baxımından əsaslı olub-olmaması istiqamətində araşdırma aparılmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda (etirazda) bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10928/2024 nömrəli qərardadı əsasında İddiaçı Cambulatov adına X10 Universiteti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 100505 ******* nömrəli bakalavr diplomunun tanınması üzrə yenidən inzibati icraat aparılmışdır. İddiaçının xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir. İ il-10 gün İİ il-3 gün İİİ il-8 gün İV il-6 gün V il-1 ay 7 gün. İddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Yekun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci yarımbəndində əsasən 4.1-ci bənddə əks olunmuş tələblər üzrə uyğunsuzluqlar müəyyən edilmiş və 19 mart 2025-ci il tarixli qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə iddia tələbinin mümkünlüyünə münasibətdə qeyd edir ki, iş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh Təhsildə Keyfiyyətə Təminat Agentliyinə təkrar müraciət etmiş, cavabdeh tərəfindən verilmiş imtinada hər hansı inzibati icraat aparılmadan iddiaçıya inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı iddia tələbi ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir, iddia düzgün cavabdehə qarşı yönəldilmiş, iddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malikdir. Odur ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkədə olmadığına görə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Rusiya Federasiyası Ali İxtisas Təhsilinin Federal X11 Müəssisəsi “M.M.Cambulatov adına X10 Universiteti”nin xx.xx.2017-ci il tarixli, 100505 ******* nömrəli diplomun tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 38.03.01-İqtisadiyyat ixtisası üzrə proqramı mənimsəmiş və yekun dövlət attestasiyasını müvəffəqiyyətlə bitirmişdir. -Rusiya Federasiyası Ali İxtisas Təhsilinin Federal X11 Müəssisəsi “M.M.Cambulatov adına X10 Universiteti” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 100505 ******* №-li diploma əlavənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Dövlət attestasiya komissiyasının qərarı ilə bakalavr təhsili üzrə 38.03.01- İqtisadiyyat ixtisası verilmişdir. Bakalavr proqramının normativ müddəti əyani forma üzrə 4 ildir. -Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə X7 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə verilmiş, **********851 nömrəli diploma əsasən 2012-2017-ci illər ərzində “M.M.Cambulatov adına X10 Universiteti”ndə “İqtisadiyyat” ixtisası üzrə, qiyabi təhsil formasında bakalavr təhsili almışdır. -Azərbaycan X2 İqtisadiyyatı və Təşkili İnstitutunun xx.xx.2014-cü il tarixli, 09 nömrəli əmrinin surətindən görünür ki, “Ərzaq təhlükəsizliyi” şöbəsinin aparıcı iqtisadçısı – İİ kurs qiyabiçi tələbəyə - İddiaçı və digər adı göstərilən əməkdaşa X10 Universitetinin xx.xx.2014-cü il tarixli, 933 №-li çağırış məktubu əsasında AR ƏM-in 124.3-cü maddəsinə uyğun olaraq mövsümi sessiyada tədris-təlimdə iştirak etmək, labaratoriya işlərini yerinə yetirmək, yoxlama və imtahanları vermək üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 40 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyətinin verilməsi əmr edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 2012-2017-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2012 –Çıxış Rusiya, xx.xx.2012 –Giriş Rusiya, xx.xx.2013 - Çıxış Rusiya, xx.xx.2013 –Giriş Rusiya, xx.xx.2013 – Çıxış Rusiya, xx.xx.2013- Giriş Rusiya, xx.xx.2014 –Çıxış Rusiya, xx.xx.2014 –Giriş Rusiya, xx.xx.2014 –Çıxış Rusiya, xx.xx.2014 - Giriş Rusiya, xx.xx.2014 - Çıxış Rusiya, xx.xx.2014- Giriş Rusiya, xx.xx.2015- Çıxış Rusiya, xx.xx.2015- Giriş Rusiya, xx.xx.2016- Çıxış Rusiya, xx.xx.2016- Giriş Rusiya, xx.xx.2016- Çıxış Rusiya, xx.xx.2016- Giriş Rusiya, xx.xx.2016 – Çıxış Rusiya, xx.xx.2016- Giriş Rusiya, xx.xx.2016 – Çıxış Rusiya, xx.xx.2016 – Giriş Rusiya, xx.xx.2017- Çıxış Rusiya, xx.xx.2017 – Giriş Rusiya, xx.xx.2017- Çıxış Rusiya, xx.xx.2017- Giriş Rusiya, xx.xx.2017- Çıxış Rusiya, xx.xx.2017 – Giriş Rusiya. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən). 13.1.4. sərbəst (eksternat). -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29. Təhsil sahəsində dövlətin vəzifələri: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək. -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.5.9-cu bəndinə əsasən, tanınma dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydalardan: -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”ndan: -1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. -2.8. Qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”ndan: -5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı 2012-2017-ci illərdə Rusiya Federasiyası Ali İxtisas Təhsilinin Federal X11 Müəssisəsi “M.M.Cambulatov adına X10 Universiteti”ndə “iqtisadiyyat” ixtisası üzrə, qiyabi formada təhsil almış və ona Universitet tərəfindən xx.xx.2017-ci il tarixli diplom verilmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işdə də qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də, tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri, təhsil alınan ölkədə faktiki olunan müddətləri də özündə ehtiva edir. İş materiallarında olan iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o, təhsil aldığı ölkənin – Rusiya Federasiyasının ərazisində 2012-2013-cü tədris ili ərzində 10 gün, 2013-2014-cü tədris ili ərzində 3 gün, 2014-2015-ci tədris ili ərzində 8 gün, 2015-2016-cı tədris ili ərzində 6 gün, 2016-2017-ci tədris ili ərzində isə 1 ay 7 gün müddətində olmuşdur. Göründüyü kimi iddiaçı müvafiq ixtisas üzrə qiyabi təhsil alsa da, onun İ, İİ, İİİ və İV tədris illəri ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər (21 gün) təhsil aldığı ölkənin ərazisində olması tələbinin ödənilmədiyi müəyyən edilmişdir. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Belə olan halda, məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı isə İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə normativ müddətin azı yarısı qədər (21 gün) getməmiş, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Habelə, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlarında bu hüquqi mövqedən çıxış edilmişdir (Bax: 2-1(102)-2762/2023, xx.xx.2023 tarixli, 2-(102)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2377/2023 nömrəli qərarları). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi 2-1(102)-1319/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında kassasiya şikayəti mümkün sayılmayaraq qeyd edilmişdir ki, “...ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyası, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.” Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilməməli, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1747/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1747/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver