Məhkəmə qərarları › İş №2-1(112)-1748/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1748/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1748/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Məmmədov Babək Fərrux oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin hüquqi varisi "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “yeni bəyannamənin rəsmiləşdirilməsi və gömrük ödənişinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin hüquqi varisi "xxxx" QSC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin verdiyi 18.09.2019-cu il tarixli **********7841 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış gömrük rəsmiləşməsi zamanı cavabdeh Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkətləri nəticəsində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən əsassız olaraq gömrük rüsumu kimi tutulmuş 5.191,46 manatın və ƏDV kimi tutulmuş 934,46 manatın, cəmi 6.125,92 manat gömrük ödənişinin cəmiyyətə qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilməsinə, həmçinin, vəkilə ödənilmiş 100 manat hüquqi yardıma görə haqqın və 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 130 manatın pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" MMC-nin 18.09.2019-cu il tarixli **********7841 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış rəsmiləşdirilməsi zamanı iddiaçının idxal etdiyi “Gore Bit HQ3 F9” nişanlı işlək hissəsi almazdan olan yer qazma alətinin XİF MN üzrə koduna düzəliş edərək XİF MN-ə görə ********** alt yarım bəndinə aid edilməklə yeni bəyannamənin rəsmiləşdirilməsi, "xxxx" MMC-dən əsassız olaraq gömrük rüsumu kimi tutulmuş 5191,46 manat və ƏDV kimi 934,46 manat, cəmi 6125,92 manat pulun gömrük ödənişinin qaytarılması barədə rəyin verilməsi, həmçinin vəkilə ödənilmiş 100 manat hüquqi yardıma görə haqqın və 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 130 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi vəzifəsi cavabdeh Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11 fevral 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlət orqanları və hüquqi şəxslər, həmçinin, fiziki şəxslərlə münasibətlərdə qanunvericilikdən və tərəfdaşı olduğu müqavilələrdən irəli gələn vəzifələrini və öhdəliklərini tamamilə və vaxtlı-vaxtında yerinə yetirmişdir. Həmçinin, iddiaçı gömrük orqanları ilə münasibətlərdə də vəzifə və öhdəliklərini yerinə yetirmiş, gömrük ödənişlərinin hesablanması və ödənilməsində pozuntulara yol verilməmişdir. İddiaçı MMC ilə “Forsun X7 Co. Ltd” şirkəti arasında bağlanmış 10.05.2019-cu il tarixli №WR-2019-05- 02 saylı müqaviləyə əsasən İddiaçı MMC “Forsun X7 Co. Ltd” şirkətindən “Core Bit HQ3 F9” nişanlı işlək hissəsi almazdan olan yer qazma aləti satın almışdır. Satın alınmış həmin malın gömrük rəsmiləşdirilməsi üçün 18.09.2019-cu ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə iddiaçı tərəfindən **********7841 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Gömrük orqanı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) idxal edilmiş bu qeyd edilən malın tarif dərəcəsini (gömrük dəyərinə görə %) düzgün müəyyən etmədən 15%-lə hesablamışdır. Bununla əlaqədar cəmiyyətin tələbi ilə keçirilmiş ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, idxal edilmiş “Core Bit HQ3 F9” nişanlı işlək hissəsi almazdan olan yer qazma aləti XİF MN görə ********** alt yarım bəndinə aiddir və həmin malın tarif dərəcəsi cəmi 5% təşkil edir. Bu xüsusat X11 İdarəsinin 03.10.2019-cu il tarixli məktubu (rəyi) ilə təsdiq olunur. Malın gömrükdə yubandığı təqdirdə külli miqdarda dəyəcək ziyanın qarşısını almaq məqsədilə cəmiyyətin gömrük orqanı tərəfindən düzgün müəyyən edilməmiş 15-%-lik tarifə əsasən hesablanmış 7.787,19 manat gömrük rüsumunu və 10.782,32 manat ƏDVni, cəmi 18.569,51 manat ödəməyə məcbur olmuşdur. 15%-lik tarifə əsasən gömrük ödənişi hesablamanın açıqlaması:

1. 51.914,60 manat malın invoys dəyəri x 15% malın tarif dərəcəsi = 7.787,19 manat gömrük rüsumu,

2. 51.914,60 manat malın invoys dəyəri + 200 manat gömrük yığımı = 52.114,60 manat x 18 % ƏDV + 7.787,19 manat gömrük rüsumu x 18 % ƏDV = 10.782,32 manat ƏDV,

3. 7.787,19 manat gömrük rüsumu + 10.782,32 manat ƏDV = 18.569,51 manat gömrük ödənişləri. 5%-lik tarifə əsasən gömrük ödənişi hesablamanın açıqlaması:

1. 51.914,60 manat malın invoys dəyəri x 5% malın tarif dərəcəsi = 2.595,73 manat gömrük rüsumu,

2. 51.914,60 manat malın invoys dəyəri + 200 manat gömrük yığımı = 52.114,60 manat x 18 % ƏDV + 2.595,73 manat gömrük rüsumu x 18 % ƏDV = 9.847,86 manat ƏDV,

3. 2.595,73 manat gömrük rüsumu + 9.847,86 manat ƏDV = 12.443,59 manat gömrük ödənişləri. Artıq gömrük ödənişinin hesablamanın açıqlaması:

1. 15-%-lik tarif dərəcəsinə əsasən hesablanmış 7.787,19 manat gömrük rüsumu - 5-%- lik tarif dərəcəsinə hesablanmış 2.595,73 manat gömrük rüsumu = 5.191,46 manat gömrük rüsumu,

2. 15-%-lik tarif dərəcəsinə əsasən hesablanmış 10.782,32 manat ƏDV - 5%-lik tarif dərəcəsinə hesablanmış 9.847,86 manat ƏDV = 934,46 manat ƏDV

3. 5.191,46 manat gömrük rüsumu + 934,46 manat ƏDV = 6.125,92 manat gömrük ödənişi. Cavabdehə ünvanladığı “gömrük ödənişi kimi ödənilmiş 6.125,92 manatın cəmiyyətə qaytarılması barədə rəyin cavabdeh tərəfindən verilməsi” barədə 14.08.2020-ci il tarixli müraciətə cavabdeh 26.08.2020-ci il tarixli cavab məktubu ilə imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iddiaya dair yazılı etirazında bildirilmişdir ki, hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ÇXR-in “Forsun X7 Co.LTD” şirkəti ilə imzaladığı 10.05.2019-cu il tarixli №WR-2019-05-02 saylı müqaviləyə əsasən alınan 247 ədəd deşmə alətləri (Core bit, rod shoe, landing ring) gömrük rəsmiləşdirilməsi üçün 18.09.2019-cu il tarixdə **********7841 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Həmin gün qeyd olunan bəyannamə 33-cü qrafada bəyan olunun malın təsnifat koduna düzəliş etmək üçün gömrük əməkdaşı tərəfindən bəyannaməçiyə qaytarılmışdır. 18.09.2019-cu il tarixdə **********7841 sorğu nömrəli gömrük bəyannaməsi yenidən rəsmiləşdirmək üçün təqdim olunmuş, malın əmtəə kodu 820750 5000 qeyd olunmuş, 15 % tarif dərəcəsi ilə 7.787,19 manat gömrük rüsumu və 10.782,32 manat ƏDV hesablanaraq ödənilmişdir. Rəsmiləşdirmə başa çatdıqdan sonra yükə gömrük nəzarəti tətbiq olunmuş, fiziki baxış keçirildikdən mallar sərbəst dövriyyə üçün buraxılmış və gömrük nəzarətindən çıxmışdır. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən malın XİF MN üzrə təsnifat kodu mübahisələndirilməmiş, təsnifat kodunda şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. Lakin, “Resource Planning" MMC vaxtında həmin hüququndan istifadə etməmiş, **********7841 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi malların gömrük rəsmiləşdirilməsini 19.09.2019-cu il tarixdə başa çatdırmış və yük onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. İddia ərizəsindən göründüyü kimi, gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi bitdikdən sonra hüquqi şəxsin müraciəti əsasında Azərbaycan Respublikası Gömrük Məcəllənin 322.5-ci maddəsinin tələblərinə zidd olaraq keçirilmişdir. Həmçinin, laboratoriyaya təqdim olunan nümunələr gömrük nəzarəti altında olan maldan götürülməmişdir, malın invoysu da fərqlidir. Bu səbəbdən də gömrük ekspertizasının 03.10.2019-cu il tarixli rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. **********7841 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi “Azərbaycan Respublikasının X12 mal nomenklaturası, X19 dərəcələri və X20 dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarının tələblərinə uyğun şəkildə həyata keçirilmiş, malın XİF MN üzrə tarif dərəcəsinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Sonda iddianın rədd edilməsi barədə məhkəmədən qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı Qapalı Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti) ********** VÖEN ilə 28.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. - İddiaçı MMC ilə “Forsun X7 Co.LTD” şirkəti arasında bağlanmış 10.05.2019-cu il tarixli WR-2019-05-02 saylı müqavilədən görünür ki, iddiaçı 36.370 dollar dəyərində mal almışdır. - 18.09.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 51.914,60 manat - 30.538 ABŞ dolları məbləğində 247 ədəd metalkeramikadan qaya süxurlarının qazılması üçün alətlərdən başqa deşmə alətləri bəyan etmişdir. Malın gömrük dəyəri, yəni 51.914,60 manat məbləğ əsasında iddiaçıya 15% tarif dərəcəsi ilə 7,787.19 manat məbləğində gömrük ödənişi, 59.901,79 manat məbləğ əsasında 18% əlavə dəyər vergisi ilə əlaqədar 10.782,32 manat məbləğində vergi hesablanmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X11 İdarəsinin 03.10.2019cuil tarixli 2***-*******-24/00544 saylı ekspertiza rəyindən nəticə hissəsindən görünür ki, ekspertizanin aparılması nəticəsində müəyyən olunmuşdur ki, “Resource Planning" MMCnin ünvanına tərəfindən ZAM1905 nömrəli invoysun 4-cü mövqeyi üzrə idxal olunan “Core Bit HQ3 F9” nişanlı işlək hissəsi almazdan olan yer qazma aləti XİF MN göra 8207 19 900 0 alt yarımmövqeyində sinifləşdirilir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış 14.08.2020-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı QSC-nin verdiyi **********7841 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış gömrük rəsmiləşməsi zamanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkətləri nəticəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən əsassız olaraq gömrük rüsumu kimi tutulmuş 5.191,46 manatın və ƏDV kimi tutulmuş 934,46 manatın, cəmi 6.125,92 manatın cəmiyyətə qaytarılması barədə rəyin verilməsini xahiş edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 26 avqust 2020-ci il tarixli 1900-012/002-24/002127 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Resource Planning" MMC-nin **********7841 sorğu nömrəli gömrük bəyannaməsinə dair müraciətlərinə Hava Nəqliyyatında Baş Gömrük idarəsində baxılmış və 06.11.2019-cu il tarixli, 012/004- 24/004003 nömrəli məktubla cavablandırılaraq şirkətin ünvan 2 ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.2.3-cü maddəsinə əsasən, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsinə icazə verilmir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 06 noyabr 2019-ci il tarixli 1900-012/004-24/004 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, İddiaçı MMC tərəfindən qeyd edilən gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunan mallar üzrə laboratoriya rəyi malların buraxılışından sonra alınmışdır. **********7841 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi “Azərbaycan Respublikasının xarici iqtisadı fəaliyyətin mal nomenklaturası, X19 dərəcələri və X20 dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2017-ci il tarixli, 500 nömrəli Qərarının tələblərinə uyğun şəkildə həyata keçirilmiş, malın XİFMN üzrə tarif dərəcəsinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.2 3-cü maddəsinə əsasən, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gomruk bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsinə icazə verilmir. - İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X11 İdarəsinə ünvanladığı müraciətdən görünür ki, iddiaçı “ZAM 1905” nömrəli invoysun idxal proseduru altında bəyan edilməsi nəzərdə tutulan və ya təqdim edilmiş mallara dair malların XİF MN-na uyğun aidiyyatını, təsnifat kodunun ekspertizası keçirilməsini xahiş etmişdir. - Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 02.10.2019-cu il tarixli aktdan (malın şəkili əlavə olunur) görünür ki, “ZAM 1905” nömrəli invoys ilə əlaqədar “X27 F9” adlı qaya süxurlarının və ya torpağın qazılması üçün işlək hissəsi almazdan olan qara metaldan alətlər ekspertiza keçirilməsi üçün təhvil verilmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaya dair yazılı etirazında qeyd edilmiş iddianın rədd edilməsinə dair mövqeyi ilə razılaşmır və hesab edir ki, gömrük rəsmiləşdirilməsi başa çatmış olsa belə, iddiaçının hazırkı tələblə çıxış etməsinə dair subyektiv hüququnun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Başqa sözlə, təqdim etdiyi və gömrük orqanı tərəfindən təsdiq edilmiş bəyannamədə göstərilən məlumatları sonradan mahiyyəti üzrə mübahisələndirmək iddiaçının hüququdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin aşağıda qeyd edilən maddələrində göstərilir: 1.0.23. Gömrük tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və X12 mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. 218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. X12 mal nomenklaturası; 218.2.2. tamamilə və ya qismən X12 mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; 218.2.3. X12 mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; 218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; 218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; 218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; 218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. 219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. 219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. 220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. 220.2. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs: 220.2.1. onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları bu Məcəllənin 95.2-ci maddəsində tələb olunan müddət ərzində saxlamalı; 220.2.2. gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir. 221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X12 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların X12 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X12 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.2. malların X12 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 322.4. Gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. 322.5. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. 323.2. Ekspertin vəzifələri aşağıdakılardır: 323.2.1. şəxslərə gömrük ekspertizasına dair məsləhətlər vermək; 323.2.2. gömrük ekspertizasına təqdim olunmuş mallardan götürülmüş prob və nümunələrin tədqiqatını aparmaq və onun nəticəsini tam, hərtərəfli və qərəzsiz qiymətləndirməklə rəy təqdim etmək; 323.2.3. təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasını təyin etmiş gömrük orqanına, yaxud bununla əlaqədar müraciət etmiş şəxsə səbəbləri göstərilməklə, yazılı məlumat vermək; 323.2.4. gömrük ekspertizasının aparılması üçün gömrük orqanlarından və digər şəxslərdən aldığı, habelə əldə etdiyi nəticələr barədə məlumatları yaymamaq. 323.2-1. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir. 323.3. Ekspert öz vəzifələrini müəyyən olunmuş qaydada yerinə yetirməməsinə, eləcə də bilə-bilə yalan rəy verməsinə görə qanunla müəyyən olunmuş məsuliyyət daşıyır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun aşagıdakı maddələrinə əsasən: 1.1.2. Gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür. 3.1. Azərbaycan Respublikasında idxal gömrük rüsumları və bəzi mallara ixrac gömrük rüsumları tətbiq edilir. 3.2. X19 dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının X12in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda, bəyannaməçi yarana biləcək gömrük borcunun ödənilməsi üçün Gömrük Məcəlləsində nəzərdə tutulan təminat növlərindən istifadə etməklə, bəyan edilən malın istifadə üçün ona verilməsi barədə gömrük orqanına müraciət edə bilər. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. 11.4. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri 13-18-ci maddələrinə uygun müəyyən edilmiş üsullarla həyata keçirilir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən verilmiş 18.09.2019cu il tarixli **********7841 nömrəli gömrük bəyannaməsi ilə ÇXR-in “Forsun X7 Co.LTD” şirkəti ilə imzaladığı 10.05.2019-cu il tarixli №WR-2019-05-02 saylı müqaviləyə əsasən alınan 51.914,60 manat - 30.538 ABŞ dolları məbləğində 247 ədəd qaya süxurlarının qazılması üçün alətlərdən başqa deşmə alətləri bəyan edilmişdir. Malın gömrük dəyəri, yəni 51.914,60 manat məbləği əsasında iddiaçıya 15% tarif dərəcəsi ilə 7,787.19 manat məbləğində gömrük ödənişi, 59.901,79 manat məbləğ əsasında 18% əlavə dəyər vergisi ilə əlaqədar 10.782,32 manat məbləğində vergi hesablanmışdır. Malın gömrük dəyərinə görə gömrük rüsümu Azərbaycan Respublikasının X12 mal nomenklaturası, X19 dərəcələri və X20 dərəcələrinin 8207 50 500 0 saylı XİF MN üzrə kodu üzrə qaya süxurlarının qazılması üçün alətlərdən başqa deşmə alətlərinin metalın emalı üçün, işlək hissəsi metal-keramikadan olan növləri üçün 15% tarif dərəcəsi ilə hesablanmışdır. Gömrük rəsmiləşdirməsi bitdikdən sonra iddiaçının təşəbbüsü ilə aparılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X11 İdarəsinin 03.10.2019-cu il tarixli 2***-*******-24/00544 saylı ekspertiza rəyi ilə İddiaçı MMC-nin ünvanına tərəfindən təqdim edilən ZAM1905 nömrəli kommersiya invoysunun 4-cü mövqeyi üzrə idxal olunan “Core Bit HQ3 F9” nişanlı işlək hissəsi almazdan olan yer qazma alətinin XİF MN görə

8207 19 900 0 alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmişdir. Həmin kod üzrə tarif dərəcəsi 5% müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı idxal etdiyi 247 ədəd deşmə alətlərinin (Core bit, rod shoe, landing ring) gömrük rəsmiləşdirilməsi üçün 18.09.2019-cu il tarixdə **********7841 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Həmin gün qeyd olunan bəyannaməniin 33-cü qrafada bəyan olunun malın təsnifat koduna düzəliş etmək üçün gömrük əməkdaşı tərəfindən bəyannaməçiyə qaytarılmışdır. Bu hal məhkəmədə araşdırılarkən yükü rəsmiləşdirən inspektor X10 nümayəndə qismində məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, qaya süxurlarının qazılması üçün alətlərdən başqa deşmə alətlərinin metalın emalı üçün, işlək hissəsi metal-keramikadan olan növləri üçün XİF MN üzrə kod 8207 50 500 0 tətbiq edildiyindən və həmin malın vizual baxışla məhz həmin mövqeyə uygunlugunu müəyyən etdiyindən bəyyannaməçiyə müvafiq düzəlişin edilməsini təklif etmiş, lakin bunu hansı üsulla müəyyən etməyini, eyni zamanda bunu müəyyən etməyə müvafiq ixtisasa malik oldugunu təsdiq edə bilməmiş, bu barədə hər hansı sübut təqdim etməmiş, təsnifat kodunda şübhələr yarandığına baxmayaraq gömrük ekspertizasının təyin olunmamasını izah edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yükün üstündə məlum olmayan səbəblərdən müvafiq invoys göndərilmədiyi üçün MMC-nin direktoru hələ gömrük orqanına bəyannamənin təqdim etməmişdən əvvəl, 17.09.2019-cu il tarixdə ərizə ilə müraciət edərək kommersiya sənədi ilə malın rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Buna görə də gömrük orqanına 18.06.2019-cu il tarixli ZAM1905 nömrəli və 14.08.2019-cu il tarixli ZAM1906A nömrəli kommersiya invoyslarını təqdim etmişdir. Göründüyü kimi cavabdeh orqanın etirazında əsaslandıgı 2 hal- nümunələrin gömrük nəzarətindən kənar götürülməsi və fərqli invoysların ekspertizaya təqdim edilməsi, bununla da ekspert rəyinin mötəbər hesab edilməməsi barədə dəlilləri əsassızdır. Çünki, iddiaçının təqdim etdiyi kommersiya invoysları idxal əməliyyatları üçün nəzərdə tutulmuş invoys sənədi deyil, istehsalçı müəssisənin malın qiymətinin müəyyən edilməsi üçün təqdim etdiyi hesabfaktura sənədidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X11 İdarəsinin 24.05.2021-ci il tarixli 2200-012/1001-22/002477 saylı məktubuna əlavə olunan “Gömrük nəzarəti altında olan mallarda prob və nümunələrin götürülməsi haqqında” aktdan da görünür ki, 02.10.2019-cu il tarixdə iddiaçıya məxsus şirkətin ambarından gömrük orqanının vəzifəli şəxsi olan Əlisoy Aytənin iştirakı ilə 18.06.2019-cu il tarixli ZAM1905 nömrəli həmin kommersiya sənədinin 4-cü mövgeləri üzrə anbardan “Core Bit HQ3 F9” nişanlı qaya süxurlarının və ya torpagın qazılması üçün işlək hissəsi almazdan olan qara materialdan alət (fotoşəkil əlavə edilir) ekspertiza aparılması üçün götürülmüş və 03.10.2019-cu il tarixdə gömrük orqanının vəzifəli şəxsi olan Əlisoy Aytən tərəfindən gömrük laboratoriyasına təhvil verilmişdir. Həmin prob və nümunələr laboratoriyanın Orucova soyadlı əmədaşı tərəfindən qəbul edilmiş, prob və nümunələrə 6695 identifikasiya nömrəsi verilmişdir. Həmçinin ekspertizaya əvvəllər də eyni adlı malın XİF MN görə 8207 19 900 0 alt yarımmövqeyində sinifləşdirilmə ilə idxal edilməsini təsdiq edən 11.07.2019-cu il tarixli **********1188 bəyyannamə də təqdim edilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunan ekspert rəyinin əsassız olmasına və ya səlahiyyətli ekspert tərəfindən aparılmamasına dair şübhələr olmadıgından, həmçinin də həmin ekspert rəyini inkar edən sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X11 İdarəsinin 03.10.2019-cu il tarixli 2***-*******-24/00544 saylı ekspertiza rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə xüsusilə olaraq vurğulayır ki, X12 X13 aparılması, malların təsnifatlandırılması və kodlaşdırılması gömrük işinin mühüm tərkib hissələrindəndir. Malların dəyərinin obyektiv meyarlar əsasında müəyyən edilməsi və gömrük ödənişlərinin tutulması onların düzgün təsnifatlandırılmasından çox asılıdır. Malların dəyərinin obyektiv meyarlar əsasında müəyyən edilməsi və gömrük ödənclərinin tutulması, onların düzgün təsnifatlandırılması, həmçinin, xarici ticarətin gömrük statistikasının obyektivliyinin yüksəldilməsi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlara gömrük nəzarəti proseslərində ölkənin gömrük siyasətinin həyata keçirilməsi üçün konkret tədbirlər görülməsində də mühüm əhəmiyyətə malikdir. “Mal nomenklaturası” anlayışının əsas elementləri mal və “nomenklatura” ifadələridir. Nomenklatura (lat. Nomenclatira – siyahı) – elm, texnika və fəaliyyətin digər sahələrində işlədilən adlar, anlayışlar göstəricisinin sistemidir (məcmusudur). Gömrük səhədindən keçirilən malların başlıca xarakterik xüsüsiyyətləri onların maddi-mövcudluq forması və daşınma qabiliyyətliliyidir. Bu xüsusiyyətlər Gömrük Məcəlləsində istifadə edilən əsas anlayışlar sistemində öz əksini tapır. “Təsnifat” anlayışı obyektlərin verilmiş böyük çoxluqlarının müəyyən kiçik çoxluqlara (sinif, yarımsinif, qrup, yarımqrup, növ və s.) bölünməsi mənasını verir. Bu zaman yaranan sistem təsnifatlandırılma adlanır. Təsnifatlandırmanın qəbul edilən sisteminə uyğun olaraq bütün mallar və mal bölmələrinə xüsusi şifrlər verilir. Obyektlərin verilmiş böyük çoxluqları müəyyən təsnifat sisteminə uyğun olaraq kiçik çoxluqlara (yarım çoxluqlara) bölündükdən sonra sistemləşdirilmiş çoxluq uyğun obyeklərin təsnifatlandırıcı (klassifikatoru) kimi baxıla bilər. Beləliklə, təsnifatlandırıcı (klassifikator) – təsnifatlandırılan obyektlərin sistemləşdirilmiş siyahısıdır. Bu siyahıda hər obyektin öz yeri olur və bundan sonra ona kod adlandırılan şərti işarə təyin edilir. Kod rəqəm, hərf, yaxud rəqəm-hərf ardıcıllığından ibarət şifrə malikdir. Xarici ticarət əməliyyatlarının gömrük tənzimlənməsində “əmtəə nomenklaturası” məfhumudan geniş istifadə edilir. Əmtəə nomenklaturası faktiki olaraq malların təsnifatlandırıcısıdır. Buna görə də əmtəə nomenklaturası dedikdə, təsnifat sisteminə uyğun olaraq yerləşdirilən malların geniş siyahısı nəzərdə tutulur. Malların kodlaşdırılması isə, təsnifatlandırılan obyekti həmin təsnifat sistemi ilə müəyyən edilmiş qaydada işarə, yaxud işarələr qrupu şəklində təsəvvür etməyə imkan verən texniki üsuldur. Əmtəə nomenklaturasının kod sistemi ona görə yaradılır ki, məlumat gömrük orqanına onun yığımı, yoxlanılması, ötürülməsi və analizi üçün əlverişli formada təqdim edilə bilsin. Beləliklə, əmtəə nomenklaturasının köməyi ilə malların təsnifatlandırılması: malları kodlaşdırmağa; iqtisadi xarakterli gömrük əməliyyatlarını aparmağa (rüsum tutulması, gömrük dəyərinin təyini və s.); xarici ticarətin mal strukturunu öyrənməyə imkan verir. Beynəlxalq aləmdə Brüssel Gömrük nomenklaturası adı ilə tanınan, habelə BMT SBTTN – mal nomenklaturalarının 12 beynəlxalq və milli mal təsnifatları sisteminin bazarları əsasında “Malların təsviri və kodlaşdırılmasına dair X1” (HSN) yaradılmış və həmin toplu 1985-ci ildə Brüsseldə imzalanaraq 1988-ci ilin 1 yanvarında qüvvəyə minmişdir. X1 – X12 çöx məqsədli yeni mal nomenklaturasıdır. Bu, yenidən işlənmiş, vahid sisemə gətirilmiş və detallaşdırılmış, beynəlxalq ticarət məlumatlarının toplanmasını, müqayisəsini, statistik təhlilini, habelə digər məsələlərin həllini təmin edən, kommersiya fəaliyyətinin, statistika xidmətinin, gömrük orqanlarının tələblərinə cavab verən malların təsviri və kodlaşdırılması üzrə harmonik sistem X5nın tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (AİK) Gömrük əməkdaşlığı Şurasının vahid beynəlxalq mal təsnifat sistemi malların təsviri və kodlaşdırılmasının ahəngdar (harmonik) sistemi adlanır. X23 Nomenklaturası (ASƏS) 21 bölmədən və 99 qrupdan ibarətdir. ASƏSdə qruplar əmələ gələrkən malların emal ardıcıllığı prinsipi – xammaldan yarımfabrikat və hazır məhsul alınması – istifadə olunur, malların qruplaşdırılması mövqe və submövqe səviyyəsində aparılır. Bir qayda olaraq, mövqe və submövqedən xarici ticarətdə geniş dövriyyədə olan bir və ya bir neçə məhsul növü seçilir, qalan növlər üçün isə ümumiləşdirilmiş “digərlər” təsnifat qruplaşması nəzərdə tutulur. Mal yarımqrupları, mövqeləri və submövqelərinin quruluşunda aşağıdakı əlamətlərdən istifadə olunur: malın təyinatı; onun emal dərəcəsi; hazırlandığı material növü; dünya ticarətində xüsusi çəkisi. Ahəngdar sistemin təcrübədə istifadəsini təmin etmək məqsədi ilə 1983-cü ilin iyun ayının 14-də X18 X5 imzalanmışdır. Konvensiyada Ahəngdar sistemin yaradılmasının məqsədi, tətbiqi sahəsi, hüquqi mexanizmi öz əksini tapmışdır. HSN əsasında milli mal nomenklaturaları, o cümlədən “Azərbaycan Respublikasının Xarici X8 Nomenklaturası” (AR XİF ƏN) hazırlanmışdır. Bu toplu malların mənşə əlaməti üzrə (sənaye, bitki, əczaçılıq, mineral və s.) bölmə və qruplarından, onların emal dərəcəsi (xammal, yarımfabrikatlar, hazır məmulat) üzrə sistemləşdirilmiş siyahısından ibarətdir. Bu nomenklatura Azərbaycan Respublikasının X12in dövlət tənzimlənməsi sistemləri alətidir. AR XİF ƏN malların təsviri və kodlaşdırılması üzrə Harmonikləşdirilmiş və X2muş nomenklaturaları, sistemlərinin bazası əsasında yaradılmışdır. Bu nomenklatura ümumi təsnifat sistemini pozmadan sonradan mallar nomenklaturasının çeşidini genişləndirməyə imkan verir. Azərbaycan Respublkası Gömrük Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə görə X12 əmtəə nomenklaturasının bilavasitə aparılması və təkmilləşdirilməsi əsas funksiyalarından biri olub gömrük orqanları tərəfindən həyata keçirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya 2 may 2000-ci il tarixli 872-İQ saylı Qanunu ilə qoşulmuş və hal-hazırda tətbiq edilən X12 əmtəə nomenklaturası Ahəngdar sistem və Avropa Birliyinin kombinə edilmiş əmtəə nomenklaturasının əsasında və onlara uyğun tərtib edilmişdir. Məhkəmə xüsusilə vurgulayır ki, gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə X12 səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən X3 qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, X12 mal nomenklaturası (XİFMN) üzrə kodların X9 yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının X12 Mal Nomenklaturasi, X19 Dərəcələri və X20 Dərəcələri. X12 X15 Şərhetmə Qaydalari” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X12 mal nomenklaturası, X19 dərəcələri və X20 dərəcələri”nin 82-ci qrupunun (qiymətsiz metallardan alətlər, qurğular, bıçaq məmulatları, qaşıqlar və çəngəllər; onların qiymətsiz metallardan olan hissələri) Metalın ekstruziyası və ya məftil çəkmə üçün filyerlər də daxil olmaqla əl alətləri üçün mexaniki ötürücülü və ya onsuz və ya dəzgahlar üçün (məsələn, presləmə, ştamplama, doğrama, yiv açma, deşmə, oyma, çəkmə, frezləmə, torna emalı və ya vintləmə üçün) dəyişdirilən işçi alətləri: qaya süxurlarının və ya torpağın qazılması üçün alətlərin digər növləri üçün (XİF MN üzrə kod 8207 19 900 0) gömrük dəyərinə görə 5 %, qaya süxurlarının qazılması üçün alətlərdən başqa deşmə alətlərinin metalın emalı üçün, işlək hissəsi metal-keramikadan olan növləri üçün (XİF MN üzrə kod 8207 50 500 0) gömrük dəyərinə görə 15 %, tarif dərəcəsi müəyyən edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 18.09.2019-cu il tarixli **********7841 nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi “Core Bit HQ3 F9” nişanlı qazma alətinin gömrük dəyəri üzrə 15% tarif dərəcəsi ilə gömrük rüsumu hesablanması qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı həmin qazma alətinin işlək hissəsinin metalkeramikadan deyil, almazdan olması müəyyən edilmişdir. Buna görə də, həmin mallara görə gömrük rüsumu 5% tarif dərəcəsi ilə hesablanmalı olduğu halda 15% dərəcə ilə hesablanmışdır. Nəticədə malın gömrük dəyərinin 10% faizi (51.914,6 x 10% = 5.191,46) məbləğində artıq gömrük rüsumu ödənilmişdir. Toğrul Bolqarıstana qarşı 15 noyabr 2018-ci il tarixli iş üzrə qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi və şərhi ilə bağlı prinsiplər eyni xarakterli hallarda aşağıda qeyd edilmiş qanun və qərarlarda da öz əksini tapmışdır : Anheuser –X16rşı işi №73049/01, §62, CEDH 2007 –İ ; J.A. Pye (oxford) Ltd və J.A. Pye (Oxford) Land Ltd c. Birləşmiş Krallıq [GC] n°44302/02 §52, CEDH 2007 –İİİ; Beyeler c. İtaliya [GC] n°33202/96 §107, CEDH –İ ; Gasus Dosier – und Fördertechnik GmbH C Norveç, 23 fevral 1995 §60, seriya A n° 306 –B ; AGOSİ c Birləşmiş Krallıq, 24 oktyabr 1986, §§ 51 və 52, seriya A n°108, Grifhorst c Fransa, n° 28336/02, §§ 84-86, 26 fevral 2009 və Gabric c. Xorvatiya n°9702/04 §§ 33, 5 fevral 2009). Bununla bağlı olaraq Məhkəmə qeyd etdi ki, iddiaçıya cərimə ödəmə və gömrük xidmətində bəyan etmədiyi məbləğin müsadirə olunması kimi cəza müəyyən edilmişdir. Bu xarakterli məsələlərlə bağlı hüquq nəzəriyyəsinə (təcrübəsinə) əsaslanaraq Məhkəmə hesab etdi ki, əmlakına nəzərən iddiaçının hüququna müdaxilədən bəhs olunduğu təqdirdə müzakirə edilən məsələlər əmlakdan istifadə qanunundan asılıdır və bu vəziyyət 1 saylı Protokolun 1-ci maddəsinin 2-ci bəndinin tətbiq sahəsinə daxildir. Belə ki, məhkəmə bu müdaxilənin “qanunla nəzərdə tutulması”nı, qanuni məqsədini və izlənilən məqsədə mütənasib olubolmadığını müəyyən etməlidir. Həmçinin qeyd edilir ki, müzakirə obyekti olan məsələlər nəğd pulun ixdalı və ixracını yoxlamağı nəzərdə tutmuşdur. Bu isə öz növbəsində 1 saylı Protokolun 1-ci maddəsinin ikinci abzasında ümumi marağa cavab verən “qanuni məqsəd” kimi təhlil edilir. Bundan başqa, hazırki iş üzrə səlahiyyətli orqanların izlənilən məqsəd və istifadə olunan vasitələr arasında mütənasibliyi əsaslandıran hesabatı təmin edibetmədiyini müəyyən etmək lazımdır. Başqa sözlə desək, Məhkəmə dövlət tərəfindən təsdiq edilmiş qiymətləndirmə meyarını nəzərə alaraq şəxsin əsas hüquqlarının müdafiəsi və ümumi maraq tələbləri arasında dəqiq tarazlığı təmin etməlidir (yuxarıda adı çəkilmiş Grifhorst §§ 94). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin 18.09.2019-cu il tarixli **********7841 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış rəsmiləşdirilməsi zamanı idxal etdiyi “Gore Bit HQ3 F9” nişanlı işlək hissəsi almazdan olan yer qazma alətinin XİF MN üzrə koduna düzəliş edərək XİF MN-ə görə ********** alt yarım bəndinə aid edilməklə yeni bəyannamənin rəsmiləşdirilməsinin cavabdeh orqana həvalə edilməsi barədə iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməlidir. Qeyd olunanlara əsasən cavabdehin həmin qanunsuz hesablaması nəticəsində iddiaçı tərəfindən artıq ödənilmiş 5.191,46 manat məbləğində gömrük rüsumunun və 934,46 manat məbləğində verginin, cəmi 6.125,92 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Gömrük Məcəlləsinin aşagıdakı maddələrində göstərilmişdir: 221.4. Yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 267.1 Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.

269. Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən: 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.4. Gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9. Gömrük orqanı bu Qaydaların 2.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra - Komitə) göndərilməsini təmin edir. 6.10. Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. 7.1. Maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir. 7.2. Gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. 7.5. Maliyyə orqanı gömrük ödənişlərinin qaytarılması barədə 5 (beş) iş günü müddətində gömrük orqanına məlumat verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-dən əsassız olaraq gömrük rüsumu kimi tutulmuş 5.191,46 manat və ƏDV kimi 934,46 manat, cəmi 6.125,92 manat pulun gömrük ödənişinin qaytarılması barədə rəyin verilməsi barədə iddia tələbi əsaslı oldugundan bu hissədə də təmin edilməlidir. İş üzrə prosessual xərclər iddiaçı tərəfindən vəkilə ödənilmiş 100 manat hüquqi yardıma görə haqq və 30 manat dövlət rüsumundan ibarət olmaqla, cəmi 130 manat məbləğində pul vəsaitidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə fərdi qaydada fəaliyyət göstərən vəkil X17 arasında bağlanmış 05.10.2020-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” 01- 10/2020-ci il tarixli müqaviləsində hüquqi yardıma görə xidmət haqqı 100 manat göstərilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Dövlət rüsumun ödənilməsi barədə bank qəbzinə əsasən İddiaçı MMC tərəfindən ödənilən dövlət rüsumu 30 manat olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 108.2-ci maddəsinin dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Həmin Məcəllənin 108.4-cü maddəsinə əsasən prosesə cəlb edilmiş üçüncü şəxslərin zəruri xərclərinin ödənilməsinə, məhkəmənin ədalət mövqeyindən çıxış edərək həmin xərcləri xeyrinə qərar qəbul edilməyən tərəfin və ya dövlət büdcəsinin üzərinə qoyduğu hallarda yol verilir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində də cavabdehdən tutulması tələb olunan iddiaçı tərəfindən çəkilmiş prosessual xərclər məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün həmin hissədə də iddia tələbi təmin olunaraq, vəkilə ödənilmiş 100 manat hüquqi yardıma görə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 130 manat pul vəsaiti cavabdeh Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə də məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, "xxxx" MMC-nin 18.09.2019-cu il tarixli **********7841 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış rəsmiləşdirilməsi zamanı iddiaçının idxal etdiyi “Gore Bit HQ3 F9” nişanlı işlək hissəsi almazdan olan yer qazma alətinin XİF MN üzrə koduna düzəliş edərək XİF MN-ə görə ********** alt yarım bəndinə aid edilməklə yeni bəyannamənin rəsmiləşdirilməsi, "xxxx" MMC-dən əsassız olaraq gömrük rüsumu kimi tutulmuş 5.191,46 manat və ƏDV kimi 934,46 manat, cəmi 6.125,92 manat pulun gömrük ödənişinin qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilməli, həmçinin vəkilə ödənilmiş 100 manat hüquqi yardıma görə haqq və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 130 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. "xxxx" MMC-nin 18.09.2019-cu il tarixli **********7841 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış rəsmiləşdirilməsi zamanı idxal etdiyi “Gore Bit HQ3 F9” nişanlı işlək hissəsi almazdan olan yer qazma alətinin XİF MN üzrə koduna düzəliş edərək XİF MN-ə görə ********** alt yarım bəndinə aid edilməklə yeni bəyannamənin rəsmiləşdirilməsi, "xxxx" MMC-dən əsassız olaraq gömrük rüsumu kimi tutulmuş 5.191,46 manat və ƏDV kimi 934,46 manat, cəmi 6.125,92 manat pulun gömrük ödənişinin qaytarılması barədə rəyin verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilsin. Vəkilə ödənilmiş 100 manat hüquqi yardıma görə və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 130 manat pul Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınaraq "xxxx" QSC-yə verilsin. Qərardan tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar