Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1748/2024 05.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “dayandırılmış mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsinin bərpa edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti ödənilən və 2023-cü ilin yanvar ayından etibarən dayandırılmış mənzil kirayəsinə görə kompensasiya ödənilməsinin bərpa edilməsi və həmin kompensasiyanın 2023-cü ilin yanvar ayından etibarən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti ilə əlaqədar arxiv sənədlərində müvafiq məlumatlar vardır: xx.xx.1992-ci il tarixli müvafiq əmrə əsasən Mİ-2 vertalyotunun bort texniki vəzifəsinə təyin edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 115 nömrəli əmrilə (əsas: səh,141, § 4) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin 24.12 1992-ci il 119 nömrəli əmri ilə (əsas: səh 145 § 2) baş gizir İddiaçı ümumi təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 27 nömrəli əmri ilə (əsas:səh 176 § 2) əmrdə adı tam, atasının adı yazılmamışdır və hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı qazan təminatına daxil edilməsi barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 57 nömrəli əmrində ilə (əsas:səh 301 § 2) gizir В Kərimovun Yevlax rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 58 nömrəli əmrində (əsas:səh 202 § 4) baş gizir В.Kərimovun ezamiyyətdən qayıtması barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 90 nömrəli əmrində (əsas:səh 2 § 2) gizir İddiaçı maddi yardım göstərilmişdir, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 181 №-li əmrində (əsas: səh 8, § 3, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat var, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 185 №-li əmrində (əsas: səh 202, § 4, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 202 nömrəli əmrində (əsas səh 37, Gəncə şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 212 №-li əmrində (əsas: səh 37, § 4, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 262 №-li əmrində (əsas: səh 4, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmrdə “FLNA BbinoriHeHne 6/3 В в/н 200” fərqli diyircəkli qələmlə yazılmışdır) baş gizir İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün N №-li hərbi hissəyə ezam olunaraq qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 269 №-li əmrilə (əsas: səh 12. § 4, sıra 12) baş gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 54 №-li əmrilə (əsas: səh 46. § 3) borttexnik baş gizir Kərimov X4 rayonuna ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 57 №-li əmrdə (əsas; səh 49. § 1, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) bort-texnik gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 72 №-li əmrilə (əsas: səh 73, § 2, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) bort-texnik gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 77 №-li əmrilə (əsas: səh 76, § 2) baş gizir İddiaçı ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 110 №-li əmrilə (əsas: səh 107, § 5) baş gizir İddiaçı 1993-cü il üçün istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 152 №-li əmrilə (əsas: § 1, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) Mi- 2 vertalyotunun bort texniki gizir İddiaçı maddi yardım ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 154 №-li əmrilə (əsas: səh 6, § 3) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 156 №-li əmrilə (əsas, səh 6. § 3) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı Gəncə şəhərindən ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 175 №-li əmrilə (əsas səh 30, § 2, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) gizir İddiaçı Mi-2 vertalyotunun bort texniki vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 224 №-li əmrilə (əsas: səh 79, § 1) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il 2 tarixli 231 №-li əmrilə (əsas: səh 87, § 7) baş gizir İddiaçı məzuniyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 257 №-li əmrilə (əsas: səh 159, § 1) baş gizir İddiaçı məzuniyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikasının “Hərbi xidmət häqqında” Qanununa müvafiq olaraq Baş Aviasiya Eskadrilyası Mİ-8 (Mi-9) aviasiya manqasının bort-texniki gizir İddiaçı HHQ və HHMQ komandanının xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən 18-ci maddənin “Q” bəndinə (təşkilati tədbirlərlə əlaqədar olaraq xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissənin şəxsi heyəti sırasından və bütün nov təminatlardan çıxarılmışdır. Hərbi xitmət ilə əlaqədar ezamiyyətdə olduğu qeyd olunan ezamiyyətlərin demək olar ki, hamısı döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar olmuşdur. Bundan başqa, xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək “33860” saylı hərbi hissədə səhra poçtu tərkibində Əfqanıstan DR-da hərbi qulluq keçmiş və hazırda rəsmi qaydada həm Əfqanıstan, həm də Qarabağ müharibəsinin veteranıdır. Ehtiyata buraxılmış hərbi qulluqçu kimi Bakı şəhər Nərmanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə 10 nəfər ailə üzvü ilə Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranı kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və qanunamüvafiq olaraq İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödənilmişdir. Lakin 2023-cü ilin yanvar ayından etibarən qeyd olunan kompensasiyanın ödənilməsi dayandırılmışdır. Kompensasiyanın ödənilməsini cavabdeh təşkilatdan tələb etdikdə bununla əlaqədar verilmiş 5-14/2-189/2023 saylı imtina məktubunda bildirilmişdir ki, “mənzil uçot işinə keçirilən baxış zamanı Nərimanov rayonu T.Şıxəliyev küçəsi, ev 14 ünvanda yaşayış sahəsi 28,1 kv.m ümumi sahəsi 63,8 kv.m olan mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlak müəyyən edilmişdir. Daha sonra qeyd edilmişdir ki, bu isə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2ci bəndinin 1-ci hissəsinə zidd olduğundan, dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılır”. Cavabdeh tərəfindən verilmiş cavab əsassızdır və onun qanuni hüquqlarının pozulmasına səbəb olmuşdur. İmtinada göstərilən onun adına 28,1 kv.m yaşayış sahəsi olan mənzilin müəyyən olunması tamamilə əsassızdır. Belə ki, həmin ünvandan ailə üzvləri barədə arayış təqdim edərək, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyi barədə ərizə ilə müraciət etmiş və mənzil növbəsinə götürülməyi barədə sərəncamda da yaşayış - yəni qeydiyyat yeri kimi həmin ünvan göstərilmişdir. Ona görə də onun adına 28,1 kv.m yaşayış sahəsi olan mənzilin olmasının müəyyən edilməsi tamamilə absurddur. Ona verilmiş imtina məktubunda göstərilənlər tamamilə əsassızdır. Belə ki, Qanunun həmin maddəsində ümumiyyətlə ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə dayanmış hərbiçilərə kompensasiya məbləğinin verilməsindən bəhs olunmur. Qanunun həmin maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ var. Hazırkı mübahisə isə cavabdehdən fərdi ev tikdirmək üçün pulsuz torpaq sahəsi tələb olunması ilə əlaqədar deyil. Həmin Qanunun 12-ci maddəssinin 7-ci bəndində göstərilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Qeyd olunan yaşayış sahəsi üzrə ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. Onun adına olan ünvan 1 ünvanında 10 nəfərdən ibarət ailə üzvlərindən oğlu, həyat yoldaşı və iki uşağı ilə birlikdə yaşayırlar. Onlar 6 nəfər isə kirayədə yaşayır və bu barədə rəsmi sənədləri cavabdeh təşkilata təqdim etmişdir. Orada da ailə üzvlərindən 4 nəfəri kirayədə yaşamadığı üçün qalan 6 nəfərə görə mənzil kirayəsi ilə əlaqədar kompensasiya ödənilmişdir. Qanunun qeyd olunan normalarının tələbinə görə, onun ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyi kirayədə yaşadığı üçün mənzil alana qədər mənzil kirayəsinə görə ona müvəqqəti kompensasiya ödənilməsi üçün əsasdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş imtina əsassız hesab edilməlidir. Ona ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti ödənilən mənzil kirayəsinə görə kompensasiya ödənilməsi bərpa edilməlidir və həmin kompensasiyanın 2023-cü ilin yanvar ayından etibarən ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüş “Hərbi qulluqçuların statusunda haqqında” AR qanununun və AR Mənzil Məcəlləsinin tələbləri qaydasına tənzimlənir. Bildirmişlər ki, İddiaçı Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 103 №-li Sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində ehtiyata buraxılmış hərbi qulluqçu (baş gizir) statusunda mənzil növbəsinə götürülmüşdür və 6 nəfərlik ailə üzvlərinə dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün aylıq 525 manat kompensasiya məbləği ödənilmişdir. İddiaçı mənzil-uçot işinə baxış keçirilərkən onun mülkiyyətində bir neçə yaşayış sahəsinin, hazırda isə ünvan 2 ünvanında yaşyış sahəsi 28.1 kv.m, ümumi sahəsi 63.8 kv.m olan daşınmaz əmlakın olması müyyən edilmişdir. İddiaçı Nərimanov RİH-ə təqdim etdiyi AR ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reysrindən verilmiş xx.xx.2019-cu il tarixli, **********25 №-li Arayışına əsasən onun mülkiyyətində olan daşınmaz əmlaklar barədə müvafiq məlumatlar verilmişdir: Bakı şəhəri, ünvan 2, mənzil 121 A, 1 otaq ümumi sahəsi 63.8 kv.m, yşayış sahəsi 28.1 kv.m hazırda mülkiyyətindədir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1321 В saylı bağ evi (xx.xx.2014-cü il tarixdə özgəninkiləşdirilib X12 adına) Bakı şəhəri, Nərimanov rayonu, Əlizadə küçəsi, ev 124, mənzil 12 (xx.xx.1993- cü ildə X13 bağışlanıb). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (№ 36) 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 12-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Bakı şəhərində şəxsi mülkiyyət hüququ ilə yaşayış evinə (evin bir hissəsinə) malik olan, uçota durmaq hüququ qazanmaq məqsədi ilə evi (evin bir hissəsini) özgənin adına keçirməklə (satmaqla, bağışlamaqla) və ya evi (onunbir hissəsini) korlamaqla öz mənzil şəraitini süni surətdə pisləşdirdiyi gündən ən tezi on il sonra uçota götürülürlər. Bakı şəhərində yaşamaq üçün yararlı evə (onun bir hissəsini) vərəsə kimi yiyələnmiş vətəndaş həmin evi özgənin adına keçirdikdə də bu qayda tətbiq olunur. A.Kərimovun Nərimanov RİH-ə təqdim etdiyi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 15 mart 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 111.9 kv.m, yaşayış sahəsi 55 kv.m, yardımçı sahəsi 56.9 kv.m olan 3 otaqlı bağ evinin mülkiyyətçisi X30 bağ evini İddiaçı icarəyə verir. A.Kərimova mülkiyyətində olmuş və özgəninkiləşdirdiyi bağ evini həmin şəxsdən yenidən icarəyə götürməsi bu faktları bir daha təsdiq edir. Başqa sözlə, В.A.Kərimov özünə məxsus daşınmaz əmlakları özgəninkiləşdirməklə (satmaqla, bağışlamaqla və s.) müvafiq hərəkətlər etməsi mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qeyd olunan tələbin cavabdeh tərəfindən yerinə yetirilməsi mümkünsüz hesab olunur, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, iddiaçıya müvəqqəti mənzil kirayə xərclərinin verilməsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq imtina olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov Rayon İdarəsi tərəfindən təqdim edilmiş 65 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən istefada olan baş gizir 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində uçuş heyəti bort mexanik vəzifəsində hərbi xidmət etmişdir. 1993-cü il tarixdə 105 saat 163 uçuş, 1994-cü 202 saat 224 uçuş etmiş və Dağlıq Qarabağ müharibəsində bir neçə hərbi uçuşlar etmişdir. Əfqanıstan və Azərbaycan hərbi hava qüvvələrində xidmət etmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixinə kimi «33860» saylı hərbi hissədə səhra poçtu tərkibində Əfqanıstan DR-da hərbi qulluq keçmiş və Beynəlmiləlçi borcunu yerinə yetirmişdir. Həmin şəxslər «Azərbaycan Respublikasının Veteranlar haqqında» Qanuna müvafiq olaraq həqiqətən müharibə veteranları üçün qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı xidmət etdiyi dövrdə “Xüsusi hərbi xidmətə görə” və bir neçə medallarla təltif olunmuşdur. Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən təqdim edilmiş 48476 saylı xx.xx.2010-cu il tarixli arayışa əsasən Müdafiə Nazirliyinin pensiyaçısı İddiaçı həqiqətən Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. Arayış Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim etmək üçün verilir. Daşınmaz əmlakın dövlət reyestrindən **********25 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı adına Azərbaycan Respublikası üzrə müvafiq daşınmaz əmlaklar qeydiyyata alınmışdır: 1. Bakı şəhəri Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi ev 14 mənzil 121A 1 otaq ü/s 63,8 kv.m y/s 28,1 kv.m; 2. Sumqayıt şəhəri Novxanı bağ massivi 1321B saylı bağ evi; 3. Bakı şəhəri, Əlizadə küçəsi, ev 124, mənzil 12. İddiaçı adına Azərbaycan Respublikası üzrə müvafiq daşınmaz əmlaklar özgəninkiləşdirilmişdir: 1. Sumqayıt şəhəri Novxanı bağ massivi 1321B saylı bağ evi; 2. Bakı şəhəri Əlizadə küçəsi ev 124 mənzil 12. Daşınmaz əmlakın dövlət reyestrindən **********53 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən X3 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Daşınmaz əmlakın dövlət reyestrindən **********73 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən X6 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Daşınmaz əmlakın dövlət reyestrindən **********52 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən X7 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən təqdim edilmiş 260 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı həqiqətən 694,56 manat məbləğində pensiya alır. Pensiyanı yaşa görə alır. xx.xx.1982-ci il tarixli nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, X24 və X25 nikaha daxil olmuşlar. AB seriyalı 028361 saylı xx.xx.2004-cü il tarixli qaçqın vəsiqəsindən görünür ki, X25 1988-ci il tarixdən Yerevan şəhərindən qaçqındır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 18 saylı xx.xx.2019-cu il tarixli arayışa (Forma 2) əsasən İddiaçı həqiqətən ünvan 4 ünvanında yaşayır. Otaq 1 (bir) yaşayış sahəsi 28.1 kv.m, ümumi sahəsi 63.8 kv.m,13-cü mərtəbə, 17 mərtəbəli binada. Ailə tərkibi 10 (on) nəfərdən ibarətdir. Binanın şəraiti yaxşıdır. Bina "xxxx" MMC-yə məxsusdur. Onlardan daimi qeydiyyatda olanlar: İddiaçı (özü); X25 (arvadı); X26 (oğlu); X17 (oğlu); X27 (gəlini); X18 (gəlini); X15 (nəvəsi); X19 (nəvəsi); X8 (nəvəsi); X9 (nəvəsi). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 21 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən vətəndaş İddiaçı həqiqətən ünvan 5 ünvanda, 17 mərtəbəli binanın 12 ci mərtəbəsində yerləşən, 121-A saylı mənzilndə yaşayır. Ailə tərkibi 10 (on) nəfərdən ibarətdir: İddiaçı (özü); X25 (arvadı); X26 (oğlu); X17 (oğlu); X27 (gəlini); X18 (gəlini); X15 (nəvəsi); X19 (nəvəsi); X8 (nəvəsi); X9 (nəvəsi). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən təqdim edilmiş 259 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı həqiqətən 694,56 manat məbləğində pensiya alır. Pensiyanı yaşa görə alır. Daşınmaz əmlakın dövlət reyestrindən **********58 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən X3 Azərbaycan Respublikası üzrə adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Daşınmaz əmlakın dövlət reyestrindən **********56 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən X6 Azərbaycan Respublikası üzrə adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsi tərəfindən təqdim edilmiş 04/008 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı həqiqətən Nərimanov Bələdiyyəsi tərəfindən onun mülkiyyətinə torpaq sahəsi ayrılmamışdır. AB seriyalı 028360 saylı xx.xx.2004-cü il tarixli qaçqın vəsiqəsindən görünür ki, X17 1988-ci il tarixdən Yerevan şəhərindən qaçqındır. AZ-İ seriyalı 654658 saylı xx.xx.2011-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X17 və X20 nikaha daxil olmuşlar. AZ-İİ seriyalı 862269 saylı xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (atası – X17; anası – X20). AZ-İİİ seriyalı 659191 saylı xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (atası – X17; anası – X20). AZ-İ seriyalı 435217 saylı xx.xx.2008-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X26 və X28 nikaha daxil olmuşlar. AB seriyalı 028359 saylı xx.xx.2004-cü il tarixli qaçqın vəsiqəsindən görünür ki, X26 1988-ci il tarixdən Yerevan şəhərindən qaçqındır. X30 və İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 111,9 kv.m yaşayış sahəsi 55 kv.m yardımçı sahəsi 56,9 kv.m olan 3 otaqlı bağ evi İddiaçı icarəyə verilmişdir. Bakı şəhəri Cavabdehin 103 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ehtiyata buraxılmış hərbu qulluqçu İddiaçı Cavabdehə (RİH) ərizə ilə müraciət edərək, Əfqanıstan və Qarabağ müharibəsi veteranı kimi yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçı ailə tərkibi 10 nəfər (özü, arvadı, 2 oğlu, 2 gəlini, 4 nəvəsi) olmaqla T.Şıxəliyev küçəsindəki 14 №-li evin, yaşayış sahəsi 28,1 kv.m olan 1 otaqlı 121 A №-li mənzilində daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu olmaqla Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə tam cavab verir. Qeyd olunanlara, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddələrinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndlərinə istinad edilərək qərara alınmışdır: İddiaçı ailə tərkibi 10 nəfər (özü, arvadı, 2 oğlu, 2 gəlini, 4 nəvəsi) olmaqla yaşayış yeri üzrə Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi alan ailələrin və ehtiyata buraxılmış hərbçilərin siyahısına daxil edilmişdir. Sərəncamın surətlərinin RİH başçısı Aparatının Hüquq şöbəsinə və İddiaçı göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 5-14/2-189/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 103 №-li Sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu (baş gizir) statusunda mənzil növbəsinə götürülmüş və ailəsinə dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləği ödənilir. Mənzil-uçot işinə keçirilən baxış zamanı ünvan 2 ünvanında, yaşayış sahəsi 28.1 kv.m, ümumi sahəsi 63.8 kv.m olan və mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlak müəyyən edilmişdir. Bu isə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1ci hissəsinə zidd olduğundan, dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılır. Müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsinin dayandırılması ilə bağlı hüquqlarının pozulduğunu hesab etdiyi təqdirdə müvafiq məhkəmə orqanına müraciət edə bilər. Nəzərə almağı xahiş edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov Rayon İdarəsi tərəfindən təqdim edilmiş 228 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən 1955-ci il təvəllüdlü istefada olan baş gizir İddiaçı həqiqətən xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixinə kimi «33860» saylı hərbi hissədə səhra poçtu tərkibində Əfqanıstan DR-da hərbi qulluq keçmiş və Beynəlmiləlçi borcunu yerinə yetirmişdir. Həmin şəxslər «Azərbaycan Respublikasının Veteranlar haqqında» Qanuna müvafiq olaraq həqiqətən müharibə veteranları üçün qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-02/2-11036/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 121A nömrəli mənzilə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. X7 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2012-ci il) əsasən Bakı şəhəri Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi, ev 14, mənzil 121A İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 03 nömrəli protokolundan çıxarışa əsasən Kərimov X1 üzv qəbul olunmaqla MTK-nın ünvan 5 nömrəli ev 3 giriş 13-cü mərtəbə yaşayış sahəsi 30,5 kv.m olan 1 otaqlı 121 nömrəli mənzilin payçısı olmaqla təsdiq edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş 177 saylı xx.xx.2012-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən ünvan 5 ünvanında yaşayır, otaq 1, sahə 30,5 kv.m, 13-cü mərtəbə, 17 mərtəbəli binada. Mənzilin şəraiti yaxşıdır. Bina "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş N-177 saylı xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, T.Şıxəliyev küçəsində yerləşən 14 №-li kooperativ yaşayış binası "xxxx" MTK-nə məxsusdur. Bu binanın İİİ giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 70,0 kv.m, yaşayış sahəsi 30,5 kv.m olan 1 (bir) otaqlı 121-A saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK – ya borcu yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov Rayon İdarəsi tərəfindən təqdim edilmiş 338 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən istefada olan baş gizir 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində uçuş heyəti bort mexanik vəzifəsində hərbi xidmət etmişdir. xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri və X33 Qoşunları Komandanının müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “Q” bəndinə (təşkilati tədbirlərlə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 1993-cü il tarixdə 105 saat 163 uçuş, 1994-cü 202 saat 224 uçuş etmiş və Dağlıq Qarabağ müharibəsində bir neçə hərbi uçuşlar etmişdir. Əfqanıstan və Azərbaycan hərbi hava qüvvələrində xidmət etmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixinə kimi «33860» saylı hərbi hissədə səhra poçtu tərkibində Əfqanıstan DR-da hərbi qulluq keçmiş və Beynəlmiləlçi borcunu yerinə yetirmişdir. Həmin şəxslər «Azərbaycan Respublikasının Veteranlar haqqında» Qanuna müvafiq olaraq həqiqətən müharibə veteranları üçün qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı xidmət etdiyi dövrdə “Xüsusi hərbi xidmətə görə” və bir neçə medallarla təltif olunmuşdur. Əfqanıstan və Qarabağ Müharibəsi veteranıdır. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışa əsasən onun adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən müvafiq daşınmaz əmlak(lar) aşkar edilmişdir: ünvan 8, mənzil 121 a (1 otaq, y/s 28.1 kv.m, ü/s 63.8 kv.m). Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışa əsasən X7 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışa əsasən X6 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışa əsasən X6 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışa əsasən X11 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışa əsasən X11 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı, X10, X9, X25, X21, X27, X15, X17, X26, X19 ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. V.Kərimov, S.Novruzova, R.Hacıyev və L.Həsənova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ünvan 8 ünvanında yaşayan qonşular bu aktı tərtib edərək bildirmişlər ki, X17, X21, X10, X9 həqiqətən onların binasında, yəni ünvan 10 ünvanda yaşayırlar. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-14/2- 1178/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 103 №-li sərəncamının və onun verilməsinə əsas olmuş sənədlərin (35 vərəqdə) təsdiq edilmiş surətləri təqdim edilmişdir. Sərəncam hazırda qüvvədədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər... Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının sözügedən sözügedən kompensasiyanın alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X34 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) X50 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə hazırki iş üzrə araşdırmanı X50 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X2rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X16rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015). İddiaçı Bakı şəhəri Cavabdehin 103 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ailə tərkibi 10 nəfər (özü, arvadı, 2 oğlu, 2 gəlini, 4 nəvəsi) olmaqla yaşayış yeri üzrə Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi alan ailələrin və ehtiyata buraxılmış hərbçilərin siyahısına daxil edilmişdir və iddiaçıya 6 nəfərlik ailə üzvlərinə dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün aylıq 525 manat kompensasiya məbləği ödənilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Cavabdehin 103 saylı xx.xx.2019-cu il tarixli sərəncamında qedy edilmişdir: “İddiaçı ailə tərkibi 10 nəfər (özü, arvadı, 2 oğlu, 2 gəlini, 4 nəvəsi) olmaqla T.Şıxəliyev küçəsindəki 14 №-li evin, yaşayış sahəsi 28,1 kv.m olan 1 otaqlı 121 A №-li mənzilində daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu olmaqla Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə tam cavab verir. Qeyd olunanlara, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddələrinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndlərinə istinad edilərək qərara alınmışdır: İddiaçı ailə tərkibi 10 nəfər (özü, arvadı, 2 oğlu, 2 gəlini, 4 nəvəsi) olmaqla yaşayış yeri üzrə Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi alan ailələrin və ehtiyata buraxılmış hərbçilərin siyahısına daxil edilmişdir...” Sərəncam hazırda qüvvədədir, ləğv olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə hesab edir ki, cavabdehin hazırda iddiaçının ünvan 2 ünvanında yaşyış sahəsi 28.1 kv.m, ümumi sahəsi 63.8 kv.m olan daşınmaz əmlakın olmasını əsas gətirərək sərəncamın icrasından imtina etməsi əsassızdır və iddiaçının üzərinə həddən atıq yük qoymuşdur. Belə ki, həmin hal sərəncam qəbul edilərəkən mövcud idi və cavabdeh tərəfindən müəyyən edilmiş, sərəncamda qeyd edilmişdir. Hazırda isə heç bir yeni hal müəyyən edilməmişdir və sərəncam qüvvədədir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X23 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X43 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq iddiaçıya Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 103 №-li sərəncamına əsasən müvəqqəti ödənilən və 2023-cü ilin yanvar ayından etibarən dayandırılmış mənzil kirayəsinə görə kompensasiyanın dayandırldığı vaxtdan bərpa edilərək ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 103 №-li sərəncamına əsasən müvəqqəti ödənilən və 2023-cü ilin yanvar ayından etibarən dayandırılmış mənzil kirayəsinə görə kompensasiyanın dayandırldığı vaxtdan bərpa edilərək iddiaçıya ödənilməsi öhdəliyi Cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova