Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17493/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cəmşid Naxçıvanki adına Hərbi Liseyə qarşı “əmrdə qəyişiklik edilməsi” barədə iddia tələbinə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cəmşid Naxçıvanki adına Hərbi Liseyə qarşı Cəmşid Naxçıvanki adına Hərbi Liseyin rəhbərinin xx.xx.2019-cu il tarixli 124 nömrəli əmrinin ona aid hissəsinin, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” (əmək şəraitinin dəyişdirilməsi) bəndi ilə xitam verilməsinin qanunsuz hesab edilməsi və onun əmək fəaliyyətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ştatlar ixtisar edildikdə) bəndinə uyğun xitam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, medasiya və məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildən 2022-ci ildən Cəmşid Naxçıvanskiy adına Hərbi Liseydə müxtəlif vəzifələrdə mülki işçi kimi işləmişdir. İşlədiyi dövrdə ehtiyatda olan zabit olduğuna görə təhsil müəsissəsinin ştatında xüsusi icazə verilən “qeyd” əsasında bir neçə dəfə hərbi qulluqçu vəzifələrinə təyin olunmuşdur. 2019cu ildə aparılan ştat dəyişikliyi əsasında mülki mütəxəssislərin vakant hərbi vəzifələrinə təyin olumasına icazə verən xüsusi qeyd ştat cədvəlindən ixtisar olunmuşdur və onun hərbi vəzifə ştatı olan vəzifədə işləməsi mümkün olmamışdır. Həmin dövrdə liseyn kadrlar bölməsinin rəisinin vəziyyəti hüquqi tərəfdən düzgün qiymətləndirə bilmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə (əmək şəraitinin dəyişdirilməsi) istinad edilərək onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. Lakin, faktiki vəziyyət ondan ibarətdir ki, onun işdən azad edilməsi işçilərin sayı və ya ştatların ixtisrı ilə bağlı olmuşdur ki, bu da, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həyata keçirilməli idi. Bununla bağlı, o, Cəmşid Naxçıvanskiy adına Hərbi Liseyə xx.xx.2025-ci il tarixdə ünvanladığı məktuba cavabdeh tərəfindən ona şifahi olaraq 2019-cu ildə Hərbi Liseydə ştat dəyişikliyi edildiyini və bu Əmək Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qəbul edilməli olduğu üçün onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” (əmək şəraitinin dəyişdirilməsi) bəndinin tələblərinə uyğun xita verildiyi bildirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, xx.xx.2019-cu il tarixində İddiaçı ilə bağlanan əmək müqaviləsinə Hərbi Lisey rəisinin müvafiq əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə (əmək şərtlərinin dəyişdirilməsi) uyğun olaraq xitam verilmişdir. Müraciətlə bağlı sənədlər ətraflı gözdən keçirilmiş və müraciətdə vurğulanan faktı (əmək kitabçasına dəyişiklik edilməsi) təsdiqləyəcək hər hansı bir sənədin hadisənin üzərindən uzun müddət keçdiyi üçün aşkar edilməsi mümkün olmamışdır. 2019-cu ildə Hərbi Liseydə aparılan ştat dəyişikliyi məsələsinə gəldikdə isə, bu Əmək Məcələsinin 68-ci maddəsinin “c” bəndin əəsasən tövsif olunmlaıdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ştat ixtisarını nəzərdə tutur və konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılmasına istinad edir. Szügedən ştat vahidi ləğv olunmadığından bu maddəyə əsaslananmamalı və Əmək Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qəbul edilməlidir. Digər tərəfdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları”nın 3.9-cu bəndinə əsasən əmək kitabçası üzərində düzəlişlərin aparılması üçün hər hansı təsdiqedici sənəd İddiaçı tərəfindən təmin edilmədiyi üçün onun əmək kitabçasında düzəliş edilməsi həmin Qaydalara ziddir. Bundan əlavə, qaldıırlan iddida ilə bağlıl məhkəmə aidiyyəti də, düzgün seçilməmişdir. Belə ki, həmin iddia əmək mübahisəsi olduğundan, yəni işəgötürən və işçi arasında mövcud olan əmək müasibətlərinin predmetinə daxil olan bir məsələnin tənzimlədiyindən işin aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işdəki digər sənədlərdən (əmək kitabçasındakı qeydlər və s.) iddiaçının cavabdehlə dövlət qulluqçusu və ya hərbi qulluqçu münasibətində olması müəyyən edilməmişdir. Tərəflər arasındakı mübahisə əmək müqaviləsi münasibətlərindən irəli gəlmişdir. Beləliklə, İddiaçı dövlət qulluqçusu olmamış, tərəflər arasında, yəni, dövlət qulluqçusu və ya hərbi qulluqçu ilə inzibati orqan arasında ümumi (publik) hüquq münasibətləri ilə bağlı münasibətlər yaranmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçıa dövlət qulluqçusu və ya hərbi qulluqçu olmadığından, beləliklə də tərəflər arasında dövlət qulluqçusu və ya hərbi qulluqçu ilə inzibati orqan arasında ümumi (publik) hüquq münasibətləri sahəsində münasibətlər yaranmadığından; habelə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mövcud olması müəyyən olunmadığından, bununla da, İddiaçı işdən azad edilməsi nəticəsində onun pozulması ehtimal olunan hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsi müəyyən olunmadığından iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-17493/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17493/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver