Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-175/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 İsgəndər qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********659000 saylı və xx.xx.2021-ci il tarixli **********868900 saylı qərarlarının, o cümlədən Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********500700 saylı qərarının və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli 63 saylı qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********659000 saylı və xx.xx.2021-ci il tarixli **********868900 saylı qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 2019 və 2020-ci illərdə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktları vasitəsilə mallar alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra: VM) 16.1.11-10-cu bəndinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir və VM-də nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda - Alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Dövlət Vergi Xidmətinə də bununla bağlı sorğu məktubu göndərilmişdir. Vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış yuxarıda qeyd olunan mallar satış qismində dövriyyədə göstərilərək mənfəət vergisinə cəlb olunmuşdur. Eyni zamanda, VM-in 101.6-cı bəndinə müvafiq olaraq, həmin malların təqdim edilməsindən əldə edilən gəlirlərdən 2 (iki) faiz dərəcə ilə ÖMV tutulmuşdur. Vergi orqanı tərəfindən satışla bağlı prosesin rəsmi olaraq tanınmasının, lakin alış prosesinin rəsmi qaydada tamnmamasının səbəbi və hüquqi əsaslandırılması edilməmişdir. Belə ki, VM-in 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Dövlət Vergi Xidmətinin qəbul etdiyi qərarın əsaslandırılma hissəsində qeyd olunur ki, araşdırma zamanı məlum olmuşdur ki, qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən əməliyyatların aparılması müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC-nin təsisçisinə məxsus olan başqa bir şirkətlə əməliyyat aparıldığı, Cəmiyyətə həmin şirkət tərəfindən elektron qaimə-faktura təqdim olunduğu qeyd olunmuşdur. Mövcud qanunvericiliklə qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən əməliyyatların həyata keçirilməsi və elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən olunmamışdır. Dövlət Vergi Xidmətinin və Apellyasiya Şurasının qəbul etdiyi Qərarların əsaslandırılma hissəsində qeyd olunur ki, alış aktları ilə alınmış malların bəzilərinin, ümumiyyətlə fərdi istehlak üçün nəzərdə tutulmadığı müəyyən edilmişdir. Halbuki, qoşmada bu şikayət məktubuna əlavə edilmiş sənədlərdən də göründüyü kimi, mallar məhz vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdən alınmışdır. Fiziki şəxsin faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olub da vergi ödəyicisi kimi uçota alınmaması halı mövcuddursa belə, bunun üçün iddiaçı hər hansı bir məsuliyyət daşımır və bunu hər hansı şəkildə müəyyən edə bilmək imkanı yoxdur. Dövlət Vergi Xidmətinin və Apellyasiya Şurasının qəbul etdiyi Qərarların əsaslandırılma hissəsində qeyd olunur ki, Cəmiyyət tərəfindən mətbəədən ciddi hesabat blankı olan “Malların alış aktı”nın alınmadığı, 2019-cu ildə alınmış mallara görə tərtib edilmiş “malların təhvil-təslim aktlarının ciddi hesabat blankı olmadığı müəyyən edilmişdir. Göstərilən sənədlərin ciddi hesabat blanklarında tərtib edilməməsi ilə bağlı Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmuşdur. İddiaçının həmin maliyyə sanksiyasının tətbiq edilməsinə etirazı yoxdur və əsas tələbi vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alış aktları ilə alınmış malların satış prosesi rəsmi qaydada tanındığı kimi, alış prosesinin də rəsmi qaydada tanınması və bununla əlaqədar xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsidir. Dövlət Vergi Xidmətinin qəbul etdiyi qərarın əsaslandırılma hissəsində qeyd olunur ki, fiziki şəxslərdən alınmış mallara görə elektron qaiməfakturaların alınması tələb edilməmişdir. Bu yanaşma tamamilə absurddur. Çünki məktubda da göstərildiyi kimi, həmin fiziki şəxslər vergi ödəyicisi kimi uçota alınmamışdır. Bu halda, Cəmiyyətin elektron qaimə-faktura tələb etməsi mümkün deyildir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün və xx.xx.2021-ci il tarixdə 2020ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannamələrində hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri" (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri" (221,8-ci), "Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), "Rabitə xərcləri" (221.11-ci), “Mühafizə xərcləri" (221.12-ci), “Reklam xərcləri" (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-cı) , "Nəqliyyat xərcləri" (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (143834.23 manat) əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (35626.32 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 19796.95 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (55423.27 manat) bəyannamənin 1 №li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (23786.26 manat) çıxılması nəticəsində yaranan (31637.01 manat) məbləğin müqayisəsi nəticəsində 112197,22 manat məbləğində və hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin "Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri" (221.4-cü), “Enerji xərcləri" (221.7-ci), "Qaz xərcləri” (221.8-ci), "Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri" (221.12ci), “Reklam xərcləri” (221.14-cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (89835.49 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (23786.26 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (74216.73 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (150.82 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri’’nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (98153.81 manat) bəyannamənin 1 nömrəli Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (28127.00 manat) çıxılması nəticəsində yaranan (70026.81 manat) məbləğin müqayisəsi nəticəsində 19808,68 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir məzmunlu uyğunsuzluqlar yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********481600 nömrəli və xx.xx.2021-ci il tarixli **********420900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri və ya müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığından 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 22466,31 manat 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 1030.06 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********868900 nömrəli və xx.xx.2021-ci il tarixli **********659000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. İnzibati şikayətlərə baxılması baş idarəsinin **********500700 nömrəli qərarı ilə vergi ödəyicisinin vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilmədən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021ci il tarixli **********868900 və xx.xx.2021-ci il tarixli **********659000 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarlarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarların mübahisələndirilməsi ilə bağlı yuxarı inzibati orqanın qərarı xx.xx.2021-ci il tarixə iddiaçıya təqdim edilmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********659000 nömrəli qərarından görünür ki, iddiaçıya 2020-ci il üzrə 1030,06 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.2-ci (İcarə haqqı fiziki şəxslər üzrə) sətrindəki 7227.92 manat məbləğ, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.2-ci (Hesabat ilinə aid olan fiziki şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 6441.82 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 233.5-ci (VM-nin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi) sətrindəki 741.73 manat məbləğ, hesabat dövrü üzrə Pul vəsaitlərinin çıxarılmasına görə sadələşdirilmiş vergi bəyannamələrinin 1 nömrəli Əlavələri üzrə bank hesabından nağd qaydada çıxarılmış pul vəsaitinin məbləğlərinin cəmi üzrə hesablanmış 735.21 manat vergi məbləğindən çox olduğu üçün kənarlaşma aşkar edilmişdir. 19808.68 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Eyni zamanda cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********868900 nömrəli qərarından görünür ki, iddiaçıya 2019-cu il üzrə 22466,61 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, 112197.22 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı bu qərarlarla razılaşmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermişdir. Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2021-ci il tarixli, **********500700 nömrəli qərarından görünür ki, ”Elektropark” Məhdud Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********868900 və xx.xx.2021-ci il tarixli **********659000 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, uçot məlumat bazasına əsasən araşdırma aparılan zaman Cəmiyyət tərəfindən elektron qaimə-faktura ilə 2019-cu il ərzində 35626,32 manat, yük gömrük bəyannamələri üzrə 2019-cu il ərzində 19796,95 manat dəyərində malların idxal edildiyi, təqdim edilmiş mallara, iş və xidmətlərə görə 207447,69 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, həmçinin 2020-ci il ərzində elektron qaimə-faktura ilə 74216,73 manat dəyərində malların alındığı, 150,82 manat dəyərində malların idxal edildiyi, təqdim edilmiş mallara, iş və xidmətlərə görə 148108,20 manat dəyərində elektron qaimə-fakturanın təqdim edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar araşdırılan zaman Cəmiyyətin digər vergi ödəyicilərinə kompüter avadanlıqlarının quraşdırılması və satışı ilə yanaşı informasiya texnologiyaları sahəsində xidmətlər göstərildiyi (İT xidmət, təmir və sair) müəyyən edilmişdir. İnzibati araşdırmaya təqdim edilmiş təsdiqedici sənədlərin araşdırılması zamanı Cəmiyyət tərəfindən 2019-cu il ərzində 15 nəfər fiziki şəxsdən 114338,57 manat, 2020-ci il ərzində 1 nəfər fiziki şəxsdən 19997,2 manat dəyərində malların alındığı müəyyən edilmişdir. Malların təhvil-təslim aktının tərkibi araşdırılan zaman həmin malların yüksək texnoloji avadanlıqlar və onların hissələrindən ibarət olduğu, malların fərdi istehlakçılardan alınaraq yeni mal kimi digər vergi ödəyicilərinə təqdim edilməsi real olmadığı, bəzi malların ümumiyyətlə (serverlər və sair) fiziki şəxslərin fərdi istehlakı üçün nəzərdə tutulmadığı müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı vergi ödəyicisi tərəfindən alınmış malların uçotu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na uyğun olaraq aparılmadığı, Cəmiyyət tərəfindən mətbəədən ciddi hesabat blankı olan “Malların alış aktı”nın alınmadığı, 2019-cu ildə alınmış mallara görə tərtib edilmiş “Malların təhvil-təslim aktları”nın ciddi hesabat blankı olmadığı, 2020-ci il üzrə alınmış malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına uyğun olaraq tərtib edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda Cəmiyyətin nümayəndəsi tərəfindən təqdim edilmiş izahatda malları təqdim edən şəxslərin bu sahədə məlumatlı insanlar olduğuna görə ehtiyyat olaraq digər şəxslərdən alınmış malların sonradan satışının həyata keçirildiyini bildirməsinə, araşdırma zamanı bəzi vergi ödəyicilərinin vergi orqanında qeydiyyatlarının olmasına, dolayısı ilə həmin şəxslərin ticarət fəaliyyəti ilə məşğul olmalırına baxmayaraq həmin fiziki şəxslərdən alınmış mallara görə görə elektron qaimə-fakturaların alınması tələb olunmamış və təmin edilməmişdir. Araşdırma zamanı İddiaçı MMC-nin təsisçisi X2 eyni zamanda xx.xx.2018-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) və xx.xx.2018-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) də təsisçisi olduğu, xx.xx.2009-cu il tarixdən isə S.Axundovun fərdi sahibkar kimi uçota durduğu (VÖEN **********), 2019-cu il ərzində "xxxx" MMC tərəfindən 29050,0 manat, "xxxx" MMC tərəfindən 5500,0 manat, X4 tərəfindən 124181,61 manat dəyərində eyni fəaliyyət növü üzrə elektron qaimə-fakturaların təqdim edildiyi, eyni zamanda "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdən ünvan 1 ünvanında “Kompüterlərin təmir xidməti və hissələrinin satışı” adlı təsərrüfat subyektinin qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı, qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən əməliyyatların aparılması müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən Cəmiyyətə 2019-cu il ərzində 26550,0 manat, X3 2500,0 manat, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 5500,0 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü vergi malların təhvil-təslim aktları ilə alınmış malların Respublikada istehsal edilmədiyi, həmin malların ölkəyə idxal edildiyi, malların yüksək texnoloji avadanlıqlardan ibarət olduğu, fərdi istehlakçılardan alınmış malların yeni mal kimi digər vergi ödəyicilərinə təqdim edilməsi real olmadığı, malların uçotu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na uyğun olaraq aparılmadığı, inzibati araşdırmaya təqdim edilmiş malların təhvil-təslim aktlarının mənfəət vergisi bəyannamələrində mövcud olan sənədlərlə təsdiq edilməyən xərclərə uyğun olaraq tərtib edildiyi, bu əməliyyatların xərclərin süni surətdə şişirdilməsi yolu ilə vergi hesablamaları üzrə üstünlüklərin əldə edilməsi məqsədi ilə aparıldığı müəyyən edilmişdir. İddiaçı bu qərarla da razılaşmayaraq həmin qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmiş, Şuranın xx.xx.2021-ci il tarixli 63 nömrəli qərarı ilə İddiaçı inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 26 may 2021-ci il tarixli, **********500700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar bununla əsalandırılmışdır ki, araşdırma zamanı Cəmiyyət tərəfindən malların təhvil-təslim aktı ilə 2019-cu il ərzində 15 nəfər fiziki şəxsdən 114.338,57 manat, 2020-ci il ərzində 1 nəfər fiziki şəxsdən 19.997,2 manat dəyərində mallar alındığı müəyyən edilmişdir. Malların təhvil-təslim aktının tərkibi araşdırılan zaman həmin malların yüksək texnoloji avadanlıqlar və onların hissələrindən ibarət olduğu, malların fərdi istehlakçılardan alınaraq yeni mal kimi digər vergi ödəyicilərinə təqdim edilməsinin real olmadığı, bəzi malların ümumiyyətlə (serverlər və sair) fiziki şəxslərin fərdi istehlakı üçün nəzərdə tutulmadığı müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı vergi ödəyicisi tərəfindən alınmış malların uçotu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərir və xərclərin uçotunun aparılması Qaydası”nın və 2017-ci il 19 aprel tarixli 1341 nömrəl Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədlər üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na uyğun olaraq aparılmadığı Cəmiyyət tərəfindən mətbəədən ciddi hesabat blankı olan “Malların alış aktı"nın alınmadığı 2019-cu ildə alınmış mallara görə tərtib edilmiş “Malların təhvil-təslim aktları"nın ciddi hesaba blankı olmadığı, 2020-ci il üzrə alınmış malların Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2020-ci il 7 iyul tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına uyğun olaraq tərtib edilmədiyi müəyyən edilmişdir. İddiaçı hazırda bu qərarlarla razılaşmayaraq, onun vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarlna əsasən iddiaçı xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2018-ci il tarixdə ƏDV məqsədləri üçün könüllü qeydiyyata alınmış, əsas fəaliyyəti “kompüterlərin, kompüter periferiya avadanlıqlarının və proqram təminatının topdan satışı” olmuşdur. İşdən görünür ki, iddiaçıya əlavə vergi 2019-cu il və 2020-ci il vergi dövrü üzrə hesablanmışdır. Həmin dövrlərdə qüvvədə olan qanunvericilik fərqli olduğundan hər bir dövrə həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən ayrılıqda qiymət verilməlidir. 2019-cu il üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – VM) 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. VM-in 71.2-ci maddəsinə görə vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vm-in 71.4-cü maddəsinə əsasən mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. VM-in xx.xx.2020-ci il tarixədək qüvvədə olan 71-1.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən: -bənd 1.3.1. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; - bənd 1.3.2. təhtəlhesab şəxs – inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs. - bənd 2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. -bənd 3.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: -bənd 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir; -bənd 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesabfakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. -bənd 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. -bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. - bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir. - bənd 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. - bənd 5.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi mallar üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. - bənd 5.2. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. - -bənd 7. Bu Qaydanın 1.3.1-ci, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 3.3-cü və 4.1-ci bəndlərində nəzərdə tutulan qaimə-faktura, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 3.2-3.4-cü və 3.9-cu bəndlərində nəzərdə tutulan “Malların təhvil-qəbul aktı”, 3.2-ci bəndində nəzərdə tutulan “Malların alış aktı”, 3.3-cü bəndində nəzərdə tutulan vəkalətnamə (etibarnamə), 3.5-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası”, 3.6-cı bəndində nəzərdə tutulan “Yük avtonəqliyyatı üçün yol vərəqi”, 3.8-ci bəndində nəzərdə tutulan “Malların qaytarılması aktı”, 4.4-cü bəndində nəzərdə tutulan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və 4.5-ci bəndində nəzərdə tutulan “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” ciddi hesabat blanklarıdır və onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. İşdən görünür ki, iddiaçı 2019-cu il ərzində 15 fiziki şəxsdən 114338,57 manat dəyərində mal alsa da, həmin malların alışını yuxarıda qeyd edilən qaydada rəsmiləşdirməmişdir. Belə ki, iddiaçı həmin malların alınması ilə bağlı alqı-satqı müqaviləsi və malların təhvil-təslim aktlarını təqdim etsə də, bu sənədlər yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının 112197.22 manat məbləğində xərcinin sənədlərlə təsdiq edilməməsinə istinad edərək gəlirdən çıxmaması əsaslı olmuşdur. 2020-ci il üzrə VM-in xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş 71-2-ci maddəsinə əsasən: - 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. - 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. - 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən: -bənd 3.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: - 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDVnin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. -bənd 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İşdən görünür ki, iddiaçı 2020-ci il ərzində 1 nəfər fiziki şəxsdən 19997,2 manat dəyərində mal almış, lakin həmin əməliyyat üzrə VM-in 71-2-ci maddəsinə uyğun olaraq elektron alış aktı tərtib edilməmiş, bununla iddiaçı həmin əməliyyat üzrə qanunvericiliklə müəyyən edilmiş xərcini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi müəyyən olunduğundan, bu hal iş materialları ilə təkzib edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin qərarları əsaslı və qanuni olmuşdur, həmin qərarların ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №2-1(112)-175/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-175/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver