Məhkəmə qərarları › İş №2-1(112)-1752/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1752/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1752/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin aprel 2022-ci il ƏDV dövrü üzrə 30 iyun 2022-ci il tarixli, **********492900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq bildirirlər ki, aprel 2022-ci il ƏDV dövrü üzrə 30 iyun 2022-ci il tarixli, **********492900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 47.018,95 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzlq məktublarına tərəfimizdən aşağıdakı kimi cavablar təqdim edilmişdir: tərəflərindən xx.xx.2022-ci il tarixli **********599800 nömrəli məktubunda qeyd olunan uyğunsuzluqlar araşdırılmış və tərəflərindən 2022-ci il mart ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixli **********739600 nömrəli məktubda qeyd olunan uyğunsuzluqlar araşdırılmış və tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göndərilmişdir. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarlarla razılaşmırlar və hesab edirlər ki, aşağıda qeyd etdiklərinə əsasən qərarlar ləğv olunmalıdır. Cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli **********739600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”na cavab olaraq bildirilmişdir ki, tərəflərindən məktubda qeyd olunan uyğunsuzluqlar araşdırılmış və tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göndərilmişdir. Vergi orqanına təqdim edilən ƏDV bəyənnamələri əsasında cavabdeh vergi orqanı tərəfindən göndərilən uyğunsuzlarda qeyd olunan vergi orqanının məlumat bazasındakı NKA vasitəsilə müəyyən edilmiş pərəkəndə satış məbləğləri hər ay vergi orqanına təqdim edilmiş və qəbul olunmuşdur. Buna baxmayaraq, aprel ayı üzrə pərakəndə satış məbləğləri arasında kənarlaşma aşkar olunmuş və əlavə 47.018,95 manat kameral hesablama aparılmışdır. Yaranmış uyğunsuzluq tamamilə əsassızdır. Lakin, vergi orqanı müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar, cavabdehə dəfələrlə müraciət etmişlər. Lakin, müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarları ilə aşağıda qeyd etdikləri xüsusatlara əsasən razılaşmırlar və hesab edirlər ki, qərarlar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.

3. Sonuncu dəfə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin 30 iyun 2022-ci il tarixli **********492900 saylı, 12 avqust 2022-ci il tarixli **********131700 saylı və 20 sentyabr 2022-ci il tarixli **********560300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə məhkəmənin 2-1(112)-10812/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 212509 87 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+3 01.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 165277.26 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 47232.61 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********038200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin aprel ayı üzrə ƏDV bəyannaməsi üzrə 47018,95 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********492900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Eyni zamanda bildirirlər ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.

6. Sonradan cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsinə əlavə təqdim edilərək bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2021-ci il tarixdən ƏDVnin məqsədləri üçün könüllü qeydiyyata alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkarın xx.xx.2019-cu il tarixdən ünvan 2 ünvanında ümumi sahəsi 80 kv.m. olan "3 Qardaş marketi" adlı təsərrüfat subyektinin vergi orqanında **********-20001 kod ilə qeydiyyata alındığı, **********-20001 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində “X4" markalı, SA**********102020 və SA**********102020 zavod nömrəli nəzarət kassa aparatlarının qeydiyyata olduğu, xx.xx.2021-ci il tarixdən **********-20001 kodlu təsərrüfat subyektində “X5 Box” markalı, AFB********** və AFB********** zavod nömrəli nəzarət kassa aparatlarının qeydiyyata qoyulduğu müəyyən edilmişdir. Bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-xx.xx.2022 dövrü ərzində vergi ödəyicisinin ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən cəmi ƏDV məbləğinin 212509,87 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi ƏDVbəyannamələrin(301. 1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1.2 .5+301 1.2.6+301.1 2.7+301.1.2.8+301 1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 165277.26 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 47232.61 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********038200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 47018.95 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********492900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-xx.xx.2022 dövrü ərzində vergi ödəyicisinin ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən cəmi ƏDV məbləğinin 225617,24 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi ƏDV bəyannamələrin(301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2 .1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 165277.26 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 60339,98 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********246000 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 19385.15 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********131700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-xx.xx.2022 dövrü ərzində vergi ödəyicisinin ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən cəmi ƏDV məbləğinin 294673,00 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi ƏDV bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+3 01.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 244819,00 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 49854,00 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********180100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-cİ ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 49626,53 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********560300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Beləliklə, fərdi sahibkarın təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən onlayn nəzarət kassa aparatlarının quraşdırıldığını, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aparılmış nağd satış əməliyyatlarına əsasən ƏDV tutulan dövriyyəsinin 1605064,32 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 244836,03 manat olmasına baxmayaraq, bu dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV tutulan əməliyyatların həcminin 1169719,94 manat, o cümlədən hesablanmış ƏDV məbləğinin 178431,86 bəyan edildiyini, fərdi sahibkarın müraciəti əsasında xx.xx.2022- xx.xx.2022-ci il tarixədək olan dövr üzrə nəzarət kassa aparatının məlumatlarının kargüzarlıq vasitəsi ilə vergi ödəyicisinə təqdim edildiyini, təqdim edilmiş məlumatlar ilə fərdi sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə bəyan edilmiş dövriyyələr arasında kənarlaşmanın olmasına baxmayaraq bununla bağlı vergi ödəyicisi tərəfindən hər hansı məlumat və izahatın təqdim etməmişdir. Eyni zamanda araşdırma zamanı fərdi sahibkarın **********-20001 kodlu təsərrüfat subyektində quraşdırılmış nəzarət kassa aparatlarının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə göstəricilərinin ƏDV daxil 1605064,32 manat (ƏDV-si 244836,03 manat) olduğu, lakin fərdi sahibkar tərəfindən bu dövr üzrə təqdim edilmiş cari və ya dəqiqləşdirilmiş ƏDV bəyannamələrində ƏDV daxil dövriyyə məbləğinin 1169719,94 manat (ƏDV-si 178431,86) bəyan edildiyi, bununla da 66404,17 manat ƏDV məbləğinin bəyan edilmədiyi müəyyən edilmişdir. Onuda qeyd edirlər ki, vergi ödəyicisi 2022-ci İlin aprel və may ayları üçün hesablanmış vergi məbləğləri ilə bağlı İnzibati qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayət etmiş, şikayətin nəticəsi olaraq 24 sentyabr 2022-ci il tarixli **********542200 nömrəli İnzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbləri barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********492900 nömrəli 30 iyun 2022-ci il tarixli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində aprel 2022-ci il üzrə əlavə dəyər vergisi 47018.95 manat hesablanmışdır.

10. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********131700 nömrəli 12 avqust 2022-ci il tarixli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində may 2022-ci il üzrə əlavə dəyər vergisi 19385.15 manat hesablanmışdır.

11. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********560300 nömrəli 20 sentyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində iyul 2022-ci il üzrə əlavə dəyər vergisi 49626.53 manat hesablanmışdır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********542200 nömrəli 24 sentyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********492900 və xx.xx.2022-ci il tarixli **********131700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmənin 2-1(112)-1752/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 iyul 2023-cü il tarixli 9/3777 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən 30 iyun 2022- ci il tarixli, **********492900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDV-nin, 12 avqust 2022-ci il tarixli, **********131700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin may ayı üzrə 19385,15 manat məbləğində ƏDV-nin və 20 sentyabr 2022-ci il tarixli, **********560300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin iyul ayı üzrə 49.626,53 manat məbləğində ƏDV-nin Vergi Məcəlləsinin 12-ci maddəsində göstərilən verginin müəyyən edilməsi üçün nəzərdə tutulmuş bir neçə vergitutma elementlərinin tələblərinə və həmin məcəllənin yuxarıda qeyd edilən digər maddələrində göstərilən tələblərinə uyğun olmamışdır. Yəni vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDVnin, 2022-ci ilin iyul ayı üzrə 49626,53 manat məbləğində ƏDV-nin və 2022-ci ilin may ayı 19385.15 manat məbləğində ƏDV- nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

19. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

20. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

21. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarından ilk dəfə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Sonradan məhkəmə icraatının gedişatında cavabdeh tərəfindən qərarlar qəbul edildikcə, iddiaçı tərəfindən iddia tələbləri dəqiqləşdirilmişdir. Yeni qərarlar qəbul edilmişdir.

22. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

25. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

28. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

29. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

30. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; (...)

31. Həmin Məcəllənin 37-ci maddəsinə əsasəən (kameral vergi yoxlaması): 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

32. Hazırki işin hallarından müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 212509 87 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə iddiaçının təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+3 01.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 165277.26 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 47232.61 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********038200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisinin məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahatı, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən iddiaçıya kameral vergi yoxlaması ilə 2022-ci ilin aprel ayı üzrə ƏDV bəyannaməsi üzrə 47018,95 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə iddiaçıya xx.xx.2022-ci il tarixli **********492900 nömrəli qərar göndərilmişdir. Sonradan iddiaçı barədə 2022-ci ilin may ayı üçün ƏDV məbləği üzrə xx.xx.2022-ci il tarixli **********131700 nömrəli və 2022-ci ilin iyul ayı üçün ƏDV məbləği üzrə xx.xx.2022ci il tarixli **********560300 nömrəli qərarlar da, qəbul edilmişdir.

33. Sözügedən qərarların düzgünlüyünün yoxlanılması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3777 nömrəli 17 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2022-ci ilin aprel ayı üzrə 47018,95 manat məbləğində ƏDV-nin, 2022-ci ilin iyul ayı üzrə 49626,53 manat məbləğində ƏDV-nin və 2022-ci ilin may ayı 19385.15 manat məbləğində ƏDV-nin düzgün hesablanmadığı müəyyən olunmuşdur.

34. Məhkəmə həmin ekspert rəyini mötəbər sübut qismində qəbul edir. Belə ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapmışdır.

35. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə mötəbər sübutlarla iddiaçıya vergi məbləğinin hesablanması barədə qərarların düzgün olmaması öz təsdiqini tağdığından iddia əsaslı hesab edilməklə təmin edilməli, iş üzrə mübahisəli qərarlarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərarlar əsassız olmaqla ləğv edilməlidir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

38. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “30 iyun 2022-ci il tarixli **********492900 saylı, 12 avqust 2022-ci il tarixli **********131700 saylı və 20 sentyabr 2022-ci il tarixli **********560300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar